«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə74/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8060
1   ...   70   71   72   73   74   75   76   77   78

«Haqq» surəsi (69)



(1).İsmi ilə Allahın – Rəhmanın Rəhimin! Haqq! (2).Nədir Haqq? (3).Nə idrakın sahibisən, nədir Haqq? (4).Yalan saydı Səmud və Ad qariəti, yəni qiyamətin çox çətin gününü! (5).Amma Səmudlular. Həlak oldular tüğyanları ilə. (6).Amma Adlılar. Sərasər əsən, donduran yel vasitəsilə həlak oldular. (7).Öhtəsində qoyaraq onu yeddi gecə və səkkiz gün ardıcıl onlar üzərində hakim etdi. Sən görərdin qoumu orada içi boş xurma ağacları kimi tökülüb həlak olurlar. (8).Məgər görürsənmi onlardan heç baqi qalanı?

«Haqq» surəsi (69) 9 –34 -cü ayətlər
(9).Və Firaun və kim ki, qabaq ondan və Mutəfikəlilər xəta ilə gəldilər. (10).Asi oldular Rəblərinin rəsuluna və tutdu onları O böyük bir şiddətli tutmaqla. (11).Həqiqətən, Biz, onda ki, su tüğyan etdi, öz sahilindən çıxdı, sizi yükləyərək üzəndə apardıq, (12) ondan ötrü ki, edək onu sizin üçün zikr və ondan ötrü ki, eşidən qulaq onu eşidib yadda saxlasın. (13).Onda ki, surda üfürülər vahid üfürülmə ilə (14) və yüklənər ərz və dağlar dağılıb parçalanacaqlar vahid dağıdılıb parçalanmaqla. (15).O gün vaqe olan vaqe olacaqdır. (16).Səma şaqqalanacaq və o həmin gün zəif olacaqdır. (17).Mələklər üzərində kənarının onun və daşıyar ərşini sənin Rəbbinin fövqlərində o gün səkkizi. (18).O gün siz hamınız hazır olarsınız və heç məxfi əməllərinizdən məxfi qalmaz. (19).Amma kimin ki, kitabı əta olundu onun sağ əlinə, deyər: «Gəlin, mənim kitabımı oxuyun! (20).Həqiqətən, mən zənn edirdim ki, öz hesabımla görüşəcəyəm!» (21).O həyatından razıdır – (22) ali cənnətlərdə, (23) meyvələri hansı ki, yaxındır. (24).Yeyin və için, halalınız olsun, ondan ötrü ki, bu sizin əməllərinizin mükafatıdır ki, qabaqca göndəribsiniz! (25).Amma kimin ki, kitabı əta olundu onun sol əlinə, deyər: «Ay kaş, kitabım mənə verilməyəydi! (26).Mən bilməzdim nədir hesabım! (27).Ay kaş ona, olsaydı qurtaran! (28).Qəni etmədi məni malım. (29).Həlak etdi məni sultanlığım!» (30).«Tutun onu və bağlayın! (31).Sonra cəhənnəm odunda yandırın! (32).Sonra yetmiş dirsəklik zəncirdə yerləşdirin! (33).Həqiqətən, o, Əzim Allaha inanan olmadı (34) və miskinlərə təam verməyə özündə rəğbət oyatmırdı!

«Haqq» surəsi (69) 35 –52 -ci ayətlər
(35).Onun üçün bu gün burada hamamdakı qaynayıb qarışan su kimi, qaynayıb-qarışan dostu yoxdur (36) və ancaq qab-qaşığın yuyulmasında qalan təamdan başqa təam yoxdur. (37).Yeyir onu ancaq xəta edənlər». (38).Bəs yox! And olsun nə ilə ki, siz görürsünüz (39) və nə ki, görmürsünüz. (40).Həqiqətən, o, kəramətli rəsulun sözüdür! (41).Şair sözü deyil. Nə az inanırsınız? (42).Kahin sözü deyil. Nə az zikr edirsiniz? (43).Aləmlərin Rəbbindən nazil olandır. (44).Əgər bəzi haqsız sözlər deyərək Bizə nisbət verərsə, (45) Biz onun sağ əlindən tutardıq, (46) sonra şah damarını qət edərdik (47) və sizdən bir kəs tapılmazdı ki, bunu ondan saxlasın. (48).Həqiqətən, o zikrdir müttəqilər üçün! (49).Həqiqətən, Biz bilirik ki, sizdən yalan sayanlar var. (50).Həqiqətən, o, həsrətdir üzərində kafirlərin. (51).Həqiqətən, o haqdır yəqin. (52).Saya sal ismi ilə Əzim Rəbbini!

«Pillələr» surəsi (70)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Sual etdi sual edən, vaqe olacaq əzab haqqında. (2).İnanmayanlar üçün onu dəf edən yoxdur (3) Allahdan – Pillələr sahibindən. (4).Mələklər və Ruh ona tərəf çıxarlar o gündə ki, miqdarı onun əlli min il oldu. (5).Səbr et gözəl səbr etməklə – (6) həqiqətən, onlar onu uzaq görürlər (7) və Biz isə onu yaxın görürük. (8).O gün ki, onda səma ərinmiş mis kimi olar. (9).Dağlar didilmiş yun kimi olar. (10).Hamamdakı sular kimi qaynayıb-qarışan dostlar, hamamdakı sular kimi qaynayıb-qarışan dostlarından sual etməzlər!

«Pillələr» surəsi (70) 11 –39 –cu ayətlər

(11).Onlar bir-birinə göstəriləcəklər. Cərimə olunmuş istər ki, əzabdan qurtarmaq üçün o gün fəda etsin oğullarını (12) və sahibəsini və qardaşını (13) və nəslini, hansı ki, ona sığınacaq verir. (14).Və kim ərzdə var cəmiyyən, sonra ona nicat versinlər. (15).Belə deyil! Həqiqətən, o yandıran od közüdür. (16).Başın dərisini sıyırıb çıxardar. (17).Çağırır o kəsi ki, kim idbardır və üz döndəribdir. (18).Cəm edəni və toplayanı. (19).Həqiqətən, insan xilqətdir dəyişkən. (20).Onda ki, toxunar ona şər, qəmlənər. (21).Onda ki, toxunar ona xeyir, əlçatmaz olar, (22) ancaq diləyənlərdən başqa – (23) o kəslər ki, onlar üzərində islahatlarının daimidirlər (24) və o kəslər ki, mallarında onların haqq məlumdur – (25) saillər, yəni istəyənlər və məhrumlar, yəni heç nəyi olmayanlar üçün (26) və o kəslər ki, sadiqdirlər din gününə. (27).O kəslər ki, Rəblərinin əzabından titrəyirlər. (28).Həqiqətən, Rəblərinin əzabı qeyri məmnun, yəni təhlükəsiz deyil! (29).O kəslər ki, onlar öz üzvlərini hifz edirlər, (30) ancaq üzərində öz zövclərinin, ya əlləri altında olan qulluqçulardan başqa. Həqiqətən, onlar məlamət görməzlər. (31).Kim bunlardan başqasına çalışarsa – həmin onlardır həddi aşanlar! (32).O kəslər ki, onlar əmanətlərində və əhdlərində riayət edəndirlər. (33).O kəslər ki, onlar şəhadətlərində düz doğru dayanandırlar. (34).O kəslər ki, onlar öz islahatlarını hifz edəndirlər. (35).Həmin onlar kəramətli cənnətlərdədirlər. (36).Nə olub o kəslərə ki, kafirdirlər, sənin qarşına qaçırlar. (37).Sağdan və soldan dəstələrlə? (38).Külli onlardan hər birinin tamahı var ki, nemətlərlə dolu cənnətə daxil olsun? (39).Belə deyil! Həqiqətən, xəlq etdik onları nədən ki, bilirlər.



«Pillələr» surəsi (70) 40 –44 -cü ayətlər
(40).Elə deyil! And olsun məşriqlərin və məğriblərin Rəbbinə, həqiqətən, Biz qadirik (41) üzərində onun ki, dəyişək onları onlardan xeyirlisi ilə və Bizi qabaqlayan olmaz! (42).Üz çevir onlardan, qoy öz oyunlarına məşğul olaraq, yüklənərək əylənsinlər, ta öz günləri ilə görüşənə qədər – odur ki, onlara vəd olunub. (43).Həmin gün onlar qəbrlərindən sürətlə çıxacaqlar, elə bil onlar tələsirlər öz nəsib olduqları əzaba tərəf. (44).Çəkinərək baxışlarını aşağı salıb, zillət və həsrət onların bütün vücudların bürüyər. Bu həmin gündür – odur ki, onlara vəd olunmuşdu!

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin