F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə67/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   63   64   65   66   67   68   69   70   ...   83
Şəkil 31. Məna semantik konseptin tərkib hissəsi kimi.
“Mədəni” semantika aşağıdakıları izah edir:

- mədəni söz mənalarının relativ sabitliyini;

- mədəni söz mənalrının relativ abstraktlığını;

- mədəni söz mənalarının kommunikativ qənaətini;

- məna əlaqələrinin sadəliyini.

Mədəni biliklər daim dəyişiklikdədir. Məsələn, telefon və kompyuter son 10 ildə necə dəyişildi. Ancaq bugünkü telefon və kompyuter Ts və Cs semantik kateqoriyaların elementləri olaraq qalmaqdadır. Düzdür, indi mobil telefonlar və PC-lər yaranıb. Lakin sözlərin mənası bu gün də həmindir. Deməli, daim dəyişiklik olsa da, məna möhkəmlənərək sabit qalır. Leksikonda bu dəyişikliyi əks et­dirən hallar da vardır. Öz təcrübəmizdən bilirik ki, neologizmlər və sözün məna ilə birlikdə keçmələri leksikonda həmişə özünə yer tapır.

Semantik konsept (təsəvvür) aktual mədəni konseptin konseptual təzyiqindən azad olduğu üçün onlar abstraktdır. Bizim adi təcrübə üfüqümüzdən kənara çıxdıqlarından başqa mədəni kontekstlərdə onların tətbiqini görmək olar. Məsələn, elə alma şirəsi bunu sübut edir.

Ünsiyyətdə əlavə mədəni bilik mühüm rol oynayır. Biz bilirik ki, semantik konsept relevant mədəni biliyi aktivləşdirir. Bu ondan bəlli olur ki, dil daşıyıcısı deyiləni kontekstdə yoxlayır və bununla da təcrübə əlaqələrini canlandırır. O da deyiləni minimum informasiya ilə məhdudlaşdırmağa imkan verir (eyni zamanda arxa plandakı bilikdən maksimum yararlanırıq).

Əgər /Alma şirəsi balkondadır// cümləsində dəqiqləşdirmə lazım gəlirsə, onda əlavə məlumat verilir: /Alma şirəsi kağız qablarda balkon­dadır//. Məlumdur ki, /kağız qablarda/ alma şirəsi birləşməsinin mənasına daxil deyildir. Bəzən qənaət xətrinə belə əlavələr edilmir: söz mənası kontekstdən asılı olur və ümumi mədəni biliklərin bir hissəsini təşkil edir.

Yekunlaşdıraq: konsept və denotasiyanı kateqoriya kimi koqnisiya elminə gətirdik. Burada əsas məsələ kateqoriyalaşmanın müəyyən edilməsidir. Ənənəvi semantikada bir kateqoriyaya aidilik zəruri şərtlərin sabit çoxluğunun olmasıdır. Bu zaman /hə/ və ya /yox/ üsulu aidiliyi müəyyən edir, yəni istənilən bir əşya verilmiş kateqoriyaya ya aid olur, ya da yox. Burada bütün üzvlərin statusu eyni olur və dəqiq sərhəd üzvləri qeyri-üzvlərdən ayırılır. Bu ya­naşmanı prototip nəzəriyyəsi radikal şəkildə şübhə altına aldı. Prototip nəzəriyyəsinə görə sərhədlər aydın deyil. Kateqoriyanın üzvləri, xüsusilə ən yaxşı nümunələr eyni hüquqlu deyil. Deməli, başqa üzvlər də var. Əşyanın kateqoriyaya aidiliyi dərəcəli olur. Deməli, aidilik şərtlər siyahısı ilə deyil, prototiplə müqayisədə mümkündür.

Ancaq faktlar və təcrübələr məsələnin heç də təsvir olunduğu kimi olmadığını göstərir. Dərəcəli yanaşmadan çoxlu problem çıxır. O, qütbləşmə ilə düz gəlmir, bu zaman universal dil əlamətləri daha mənalı görünür. Qütbləşmə hər bir predikasiyanın kökündə durur, deməli, bütün sözlərin mənasına aid olur. Cümlə də qütbləşmədən kənar deyildir, çünki hər cümlənin bir xəbəri olur və fellər predikat ifadələridir. Dildə hər bir kateqoriyalaşma binardır.

Prototip nəzəriyyəsi semantika üçün çox şey etdi. Əksər kateqoriyalarda prototiplərlə hərəkət edirik. O, bazis səviyyəsinin kəşfinə və təsvirinə kömək etdi. O, dəyişkən mənaları çevik kate­qo­riyalaşdırmağa təkan verdi. Bununla bərabər leksik dəqiqləşmələr, kvantifikasiya və s. qütbləşmənin kobudluğunun qarşısını aldı. Prototip nəzəriyyəsi koqnitiv səviyyəyə meydan açdı. Məlumdur ki, həm struktur, həm də formal semantika birbaşa mənadan qaçırlar. Struktur yanaşma mənanı dil sistemində ifadənin semantik əlaqə­lərinin məcmusunu başqa ifadələrə münasibətdə müəyyənləşdirir. Formal semantika isə mənanı dolayısı ilə referensiya və gerçəklik şərtlərinin məntiqi təhlili kimi götürür.

Konseptual səviyyə daha bir ciddi problemi: ümumi koqnitiv sistemdə dil mənalarının rolunu qaldırır. O, fərdi biliklə ümumi mə­dəni biliyi eyni götürmür, çünki ümumi qəbul olunan bilik baza­sında hər bir sözlü ünsiyyət mümkündür. /Alma şirəsi/ ilə bağlı eksperiment göstərdi ki, mədəni və semantik bilgilər fərqlən­dirilməlidir. Semantik təsəvvürlər mədənidən mahiyyətcə stabildir. Məhz bu səbəbdəndir ki, sözlərin mənaları kültürəl dəyişmələrdə stabil qalır, dəqiq və sadə yolla sözlər arasındakı məna əlaqələrini açmağa nisbətən imkan tapır.

Polisemiya və məna dəyişməsi də koqnitiv semantikaya aiddir. Demək olar ki, metonimiya və metafora ümumi koqnitiv mexanizmlərlə idarə olunur. Son zamanlar koqnitiv semantika çox inkişaf edib. Ancaq onun tam formalaşmış elm sahəsi olduğunu demək tezdir: məna əlaqələri; söz birləşmələrinin ümumi məsələləri. Bunlar da güman ki, yaxın gəlcəkdə öz təhlilini tapacaq və koqnitiv semantika əhatəli bir elm sahəsi kimi formalaşacaq.


X.6. Cümlə semantikası
Cümlənin semantik təhlili diqqəti çox cəlb edir. O birbaşa formal semantika ilə bağlıdır (buna model nəzəriyyəsi, gerçəklik şərtlərini açan, referensial, məntiqi və ya mümkün hallar se­man­tikası da deyirlər). Bu nəzəri yanaşma referensiyaya və gerçəklik şərtlərinə, yəni məntiqi yanaşmaya əsaslanır. Bu daha geniş, texniki və ən çətin semantik nəzəriyyədir.

Cümlə tərkibinə görə iki mərhələdə təhlil olunur: birinci mərhələdə təbii dil ifadələri xüsusi formal dilə tərcümə olunur, əsasən predikat məntiqinin bir variantı kimi, bu da bölgüyə əsaslanır. Mürəkkəb ifadənin tərcüməsi addımbaaddım cümlənin komponentlərinin tərcüməsindən ibarət olur. Ikinci mərhələdə isə tərcümələr, yəni ekvivalent götürülən məntiqi formullar model nəzəriyyəsi semantikası formasında kompozisional şərh əldə edir (bax: şəkil 32).


Təbii dil


fraqment


cümlələr





ictimai dil


formullar


şərhlər

model-nəzəri semantika




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin