F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə63/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   59   60   61   62   63   64   65   66   ...   83
X.5. Məna və koqnisiya
Son 40 ildə elmin yeni sahəsi-koqnitiv psixologiya və ya daha ümumi şəkildə desək, koqnisiya elmi inkişaf etməyə başladı ki, bu da linqvistikaya və xüsusilə semantikaya xüsusi təkan verdi. Koq­nisiya elmi insan əqlinin necə fəaliyyət göstərməsi, əqli orqanlarla məlumatın xaricdən qəbulu, onları tanımaq, əvvəlki məlumatlarla müqayisə etmək, təsnifləmək və yaddaşda saxlamaq prinsiplərini öyrənir. O külli miqdarda informasiyanın beynimizdə, koqnitiv sistemimizdə necə strukturlaşmasını, düşünərkən ondan necə istifadə etdiyimizi öyrənir. Bu zaman dil mühüm rol oynayır. Dildə nəyinsə yaranması və dərki və mental leksikonun strukturu psixolinqvistikanın mərkəzi obyektidir. Digər tərəfdən, başımızda, fikrimizdə olanın dillə ifadəsi çox vacib rol oynayır.

Koqnitiv psixologiyanın semantika üçün əhəmiyyəti ondadır ki, o, konsept və kateqoriyaların tədqiqini və nəzəri modellərini hazırlamaqda mühüm köməklil göstərir. Struktur semantika mühüm məna əlaqələrinin öyrənilməsində mənanı struktur elementlərə bölür, ancaq məna birbaşa tədqiq olunmur. Məntiqi aspektlə gerçəklik şərtləri və implikasiyalar formal semantikada əsas götürülür. Ancaq belədə mənanın konseptual tərəfi tamam kənarda qalır. Sözlərin necə və hansı yolla predmetləri işarələməsini koqnitiv yanaşma öyrənir. Semiotik üçbucaq mənanı konsept kimi aydın göstərir (bax: şəkil 26):




İfadə




deməkdir işarələyir



deməkdir referensiya

edir


konsept

referent və ya referent situasiyası





kateqoriyalaşdırır

təyin edir
Şəkil 26. Koqnitiv semantikanın əsas dayağı.
Ənənəvi dilçilkdə kateqorizasiya mühüm və kifayətedici şərt­lərdən ibarət məsələ kimi götürülürdü. Məsələn, bir sıra şərtlərə cavab verən quşları pinqvin kateqoriyasına aid edirlər. Prototip nəzəriyyəsi tərəfdarları bunu şübhə altına alırdılar və kateqoriyaları prototiplərlə, yəni ilk ağlımıza gələn və tipik hallara uyğun olan misallarla müəyyən edirdilər. Belədə kateqoriyalar aydın sərhədlərə malik olmur və dərəcəlikdə nisbilik müəyyən edilir. Digər məsələ isə bizim kateqoriya üslubumuzla hierarxik qaydaların tətbiq olunmasıdır. Bunun nəticəsində orta ümumiliyə malik bazis səviy­yəsi alınır ki, ona biz düşüncədə və ünsiyyətdə üstünlük veri­rik. Biz bu barədə irəlidə danışacağıq. Ilk öncə görək kateqoriya və konsept nədir? Kateqoriyalaşdırmaq (dərk və ya təsvir etmək, yada salmaq) nəyisə müəyyən qrupdan ayırmaq deməkdir. Şəkildə baxırıq, heyvanı, bitkini, insanı, insanların arasında hansısa bir şəxsi tanıyırıq və tanıdığımız şey kimi onlarla olan münasibətləri yada salırıq. Deməli, şüurumuza daxil olan hər şeyi bu və ya digər kateqoriyaya aid edirik. Məsələn, /it/, /at/, /ot/ və s. /it/ deyəndə keçmişdə, indi və hətta roman və hekayələri oxuduğumuz zaman rastlaşdığımız fiktiv it obrazı canlanır. Tanıdığımız kişi, şəxs, ev yiyəsi, maşın sahibi, partiya sədri daha nələr təsəvvürümüzdə canlanır. Böyük və ümumi kateqoriyalar subkateqoriyalara aid ola bilər: qadın, kişi, biznesmen şəxs kateqoriyasının subkateqo­riya­larıdır. Deməli, çoxluq nəzəriy­yəsilə müqayisə etsək, kateqoriyalar çoxluq, subkate­qoriyalar yarımçoxluq və üzvlər, elementlər kimi müəyyən edilə bilər. Mə­sələn, /ördək/ deyəndə /qaz/, /toyuq/ kateqoriyalarından fərqlənən /ördək/ kateqoriyası başa düşülür. Kate­qoriyalaşma kateqoriyaların mental təmsilçiliyidir. Bu təm­silçilklə bağlı çoxsaylı nəzəriyyələr var. Ən sadəsi odur ki, kateqoriya bizim koqnitiv sistemdə öz üzv­ləri olan konseptdir, bu üzvün mental təsviridir. Məsələn, /ördək/ kateqoriyası beynimizdə /it/ konseptilə təmsil olunmur. Biz bu obyektə rast gəlməklə hissiyyat üzvümüz beynimizdə anlama və kontekstə uyğun təsəvvürün mental təsviri yaranır: forması, həcmi, iyi, rəngi, rolu və funksiyası. Bu eyniləşmə yaradırsa, o təsəvvür /it/ konseptinə uyğundursa, deməli, obyekt /it/ kimi kateqoriyalaşır. Ancaq burada iki şeyi fərqlən­dirmək lazımdır: əvvəla, hər konsept dilimizdə söz mənası yaratmır, bunun əksinə olaraq heç də hər kateqoriya onu göstərən sözə malik olmamalıdır. Ancaq konsept­lər də var ki, onların söz və ya ifadəsi olmur, ya da kifayətləndirici deyil. Məsələn, bədənin hiss elədiyi duyğu və əhval-ruhiyyə, üz ifadələri, fizionomiya, iy və dadlar, melodiya və harmoniyaların birbaşa adları yoxdur. Söz qızıl gülün tam qoxusunu verməkdə acizdir. Biz konseptlərimizin yalnız bir qismini sözdə ifadə edirik.

İkincisi, sözlə bildirdiyimiz təsəvvürlər (konseptlər) söz mə­na­ları həmin kateqoriyalar üçün təsəvvürlərlə üst-üstə düşmür. Məsələn, velosiped mücərrəd təfəkkürün heç də velosipedlərə xas olan fərdi və ümumi cəhətlərini tam şəkildə əks etdirmir. Deməli, sözün mənası beynimizdəki təsəvvür sisteminin bir hissəsidir. Təsəvvürlərin kateqoriyada ümumiləşməsi və dildə ifadəsi həmişə təxmini olur.

Prototip nəzəriyyəsi, Aristoteldən bu yana zəruri və kifa­yətedici şərtlər modelini irəli sürür. Qadın kateqoriyası üçün insan, qadın və böyük (yaşlı) zəruridir. Bu şərtlərə əməl etməyən qadın ola bilməz. Onlar həm də kifayətedici şərtlərdir. Bu, qadın kateqoriyası üçün yetərli şərtlərdir. Əlavə şərtlər də ola bilər.

Aristotelin modeli aşağıdakı əlamətləri vacib hesab edir:

- kateqoriyalaşma sabit şərtlər çoxluğuna əsaslanır;

- bu şərtlərin hər biri zəruridir;

- şərtlər binardır (ya-ya);

- bir kateqoriyaya aidlik binar məsələdir;

- kateqoriyaların şəffaf sərhədi var;

- kateqoriyanın bütün üzvləri eyni statusludur.

Şərtlərə əməl olunarsa, eyni kateqoriya üzvülüyündən danış­maq olar. Əks təqdirdə bu mümkün deyildir. Onlar həmin şərtlərə əməl olunduqda eyni statusludur. Görünür ki, bu model binar əla­mət semantikası kimidir. Bu əlamətlər zəruri şərtlərə uyğun gəlir. Buradan da prototip nəzəriyyəsi inkişaf elədi.

Prototip nədir?

Bu elə haldır ki, ağlımıza birinci gəlir, daha az tipik olan və uyğun ən “yaxşı” misallardır. Belə mərkəzi misalları prototip adlandırırlar. Məsələn, Əhməd deyir: /bax, orada bir quş var//. Bu zaman söhbət ümumi quşdan deyil, konkret bir quşdan gedir. Ancaq biz deyəndə ki, /Pinqvin Antarktidada yaşayan yeğanə quş­dur//; /üç yumurta qoyur//. Ancaq burada /quş/ prototipi konkretləşdi, daxilən kateqoriyalaşdı. Kateqoriyaların sərhədi məlum deyil. Amerikan alimi V.Labrov (1927-) 10 dənə fincan, qədəh və stəkan (qulplu, qulpsuz) tələbələrə təqdim edir və onların adını soruşur. Çox dolaşıq cavablar alır: var qulplu, qulpsuz fincan və s.12, kofe, çay və ya su üçün və s.

Ancaq onların hamısını bildirən bir cəhət var ki, o da L.Vitqen­ştaynın (1889-1951) təbirincə, klass oxşarlığıdır (Familienähnlichkeit). O, oyunlarla bağlı bu termini işlətmişdi: stolüstü, sahə oyunları. Tək oynamaq olur, cüt, bir neçə nəfərlə, bütün klass üzvləri nədəsə bir-birilərinə oxşayırlar. Deməli, fincan kateqoriyasında qulplu və qəhvə və ya çay içmək əlamət kimi ümumi ola bilər. Oxşarlıq bir-biri arasında olmasa da dəyərləri vasitəsilə göstərilə bilər (bax: şəkil 27).






Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin