15. Quşlar haqqında deyilənlərdən hansı səhvdir?
A) Sağ qulaqcıq və sağ mədəcik arasında əzələli klapan iki qapaqcığa bölünmüşdür
B) Mədə iki hissədən – vəzili və əzələli hissədən ibarətdir
C) Cüt hava kisələri: ön döş, dal döş, boyun və qarın hava kisələridir
D) Tək hava kisəsi – körpücükarası hava kisələridir
E) Sağ aorta qövsü var
16. Quş yumurtası sarısının tərkibi haqqında hansı fikir səhvdir?
A) 50% su var
B) 23% piy var
C) 16% protein var
D) 11% lipoid var
E) 28% protein var
17. Quşlarda uçma ilə əlaqədar olaraq deyilənlərdən hansı səhvdir?
A) Sümüklərin pnevmatikliyi
B) Döş tilinin əmələ gəlməsi
C) İkiqat tənəffüsün uçma ilə heç bir əlaqəsi olmaması
D) Hava kisələrinin olması
E) Maddələr mübadiləsinin intensivliyi
18. Quşların kəlləsi haqqında deyilənlərdən hansılar doğrudur?
1. quşların kəlləsi diapsid tipdədir
2. quşların kəlləsi hiostil tipdədir
3. kəllə sümükləri süngər quruluşlu və nazik olub tikişsiz birləşir
4. kvadrat və oynaq sümükləri çənə oynağını əmələ gətirir
5. kəllə sümüklərinin birləşməsi möhkəmdir, tikişlər ömür boyu qalır
6. quşların kəlləsi anapsid tipdədir
A) 3, 5, 6
B) 1, 4, 6
C) 1, 3, 5
D) 2, 4, 6
E) 1, 3, 4
Dostları ilə paylaş: |