35. Assidinin qan-damar sisteminin quruluşu hansı sırada düzgün verilib?
A) Assidinin qan-damar sistemi açıqdır. Ürəyi yoxdur. Onu aorta soğanağı əvəz edir. Başa bir cüt yuxu arteriyası gedir.
B) Assidinin qan-damar sistemi qapalıdır. Ürəyi yoxdur, aorta soğanağının döyünməsilə qan hərəkət edir. Qan gətirici arteriyalarla qəlsəmələrə gətirilir və təmizlənir
C) Assidinin qan-damar sistemi açıqdır. Ürəyi qısa boru şəklindədir. Hər tərəfindən bir qan damarı çıxır. Biri udlaq divarında şaxələnir, ikincisi daxili orqanlara qan aparır
D) Assidinin qan-damar sistemi açıqdır. Ürəkdən yuxarı və aşağıya doğru iki damar çıxır. Qan qapalı damarlarda hərəkət edir.
E) Assidinin qan-damar sistemi açıqdır. Ürəyi qısa boru şəklindədir. Hər tərəfdən bir qan-damarı çıxır. Biri udlaq divarında şaxələnir, ikincisi daxili orqanlara qan aparır. Hər ikisi ilə venoz qan gedir.
36. Assidinin həzm orqanlarının yerləşmə ardıcıllığı hansı sırada düzgün verilmişdir?
1- mədə,
2- ağız sifonu,
3- bağırsaq,
4- qida borusu,
5- anal dəliyi,
6- kloaka sifonu,
7- atrial boşluq,
8- endostil,
9- udlaq.
A) 8, 6, 7, 3, 2, 4
B) 4, 1, 3, 5, 6, 8
C) 5, 4, 8, 2, 1, 3
D) 3, 5, 7, 1, 2, 4
E) 2, 9, 4, 1, 3, 5
Dostları ilə paylaş: |