26. Kürəkayaqlılar (suitikimilər) dəstəsinin daxil olduğu heyvanlar qrupu, xarakter xüsusiyyəti və istiliyi nizamlayan əlaməti düzgün göstərilən bəndi seçin
A) Homoyoterm heyvanlar qrupu, qulaq seyvanın inkişafı, epidermis qatı
B) Poykiloterm hevanlar qrupu, uzunsov iy şəkilli bədənin olması, tük örtüyü
C) Homoyoterm heyvanlar qrupu, quruda yaxşı hərəkət edə bilməsi, tük örtüyü
D) Poykiloterm hevanlar qrupu, tük örtüyünün reduksiyası, dərialtı piy qatı
E) Homoyoterm heyvanlar qrupu, cüt ətrafların kürək formasında olması, dərialtı piy qatı
27. Məməlilərin əhəmiyyəti haqqında düzgün fikri və ekoloji qrupları göstərilən düzgün variantı seçin
1-Yerüstü
2- Uçan məməlilər
3- Ağaca dırmanan və meşə məməliləri
4- Açıq sahələrin məməliləri
5- Su məməliləri
6- Yeraltı məməlilər
A) Məməlilərin sənaye əhəmiyyəti mühüm deyil 1,2,4,6.
B) Sənaye əhəmiyyətli məməlilər insanın təsərrüfat həyatında mühüm rol oynayır 1,3,4,5.
C) Məməlilərin iqtisadi əhəmiyyəti böyük deyil 2,3,5,6.
D) Məməlilərin iqtisadi əhəmiyyəti böyükdür 1,2,5,6.
E) Məməlilərin sənaye və iqtisadi əhəmiyyəti böyükdür 2,3,4,6.
Dostları ilə paylaş: |