19. Minoqanın ox skeleti nədən ibarətdir?
A) Xorda reduksiya edib, yalnız birləşdirici toxumadan ibarətdir.
B) Qığırdaqdan ibarət ox skeletidir.
C) Qalın birləşdirici toxuma ilə əhatə olunmuş xordadan ibarətdir.
D) Ox skeleti sümük fəqərələrdir.
E) Xordadan əmələ gəlmiş qığırdaq çıxıntılardan ibarətdir.
20. Minoqanın həzm orqanlarının ardıcıllığı hansı sırada düzgün qeyd olmuşdur?
1- ağızönü qıf,
2 –qida borusu,
3 –udlaq,
4 –bağırsaq,
5 - ağız boşluğu,
6 –anal dəlik.
A) 1, 3, 5, 4, 2, 6.
B) 5, 1, 2, 3, 4, 6.
C) 1, 3, 5, 2, 4, 6.
D) 5, 1, 3, 2, 4, 6.
E) 1, 5, 3, 2, 4, 6.
21. Dəyirmiağızlılarda həqiqi çənə və cüt ətraflar haqqında hansı cavab doğrudur?
A) Həqiqi çənələr var, cüt ətraflar yoxdur.
B) Həqiqi çənə və cüt ətraflar yoxdur.
C) Çənələr yoxdur, cüt ətraflar var.
D) Çənələr, damaq, üzgəcləri olur.
E) Həqiqi çənələri və cüt ətrafları vardır.
Dostları ilə paylaş: |