83. Amfibilərdə ürəyin qulaqcıqları mədəciklə neçə əlaqələnir?
A) Üç taylı klapanla.
B) İki taylı qapaqlarla.
C) Bir atrio-ventikulyar klapanla.
D) Qulaqcıq və mədəcik arasında dəlik olmur.
E) Qulaqcıq mədəciyə açılmır.
84. Göl qurbağasında arteriya konusundan neçə cüt arteriya qövsü çıxır?
A) Arteriya qövsü ayrılmır.
B) İki arteriya qövsü
C) Dörd cüt arteriya qövsü
D) Bir cüt arteriya qövsü
E) Üç cüt arteriya qövsü
85. Göl qurbağasında 3 - cü cüt arteriyalar qanı hara aparır?
A) Yalnız ağ ciyərə.
B) Ağ ciyər və dəriyə.
C) Yalnız dəriyə.
D) Bel aortasına.
E) Yuxu arteriyasına.
86. Göl qurbağasında 1- ci cüt arteriya qövsü necə adlanır?
A) Ağ ciyər, dəri arteriyası.
B) Bel arteriyası.
C) Ağ ciyər arteriyası.
D) Quyruq arteriyası.
E) Yuxu arteriyası.
87. Amfibilərdə “ilk sidiyin” tərkibindəki lazımlı maddələrin (şəkərlər, vitaminlər və s.) qana sorulması harada baş verir?
A) Sidik kisəsində
B) Klaokada
C) Böyrəklərdə, Bauman kapsullarında
D) Böyrək kanalcıqlarının divarlarında
E) İkinci sorulma baş vermir
88. Amfibilərdə limfa ürəkləri və boşluqları harada yerləşir?
A) Bir cütü boyunda, bir cütü qarında.
B) Bir cütü döşdə, bir cütü qarında.
C) Bir cütü 3-cü fəqərə yaxınlığında, digər cütü kloaka yaxınlığında.
D) Yalnız bir cüt olur ki, o da üçüncü fəqərə yanında.
E) Limfa boşluqları olmur.
89. Amfibilərdə arteriya konusu haradan çixir, quruluşu necədir?
A) Amfibilərdə arteriya konusu olmur.
B) Arteriya konusu qarıncığın (mədəciyin) sol tərəfindən, daxilində spiral klapan olur.
C) Mədəciyin orta hissəsindən çıxır, spiral klapan olmur.
D) Arteriya konusu vena sinusundan ayrılır.
E) Arteriya konusu qarıncığın (mədəciyin) sağ tərəfindən, daxilində spiral klapan olur.
90. Anamnilər qrupuna (rüşeym pərdəsi olmayanlar) onurğalıların hansı sinifləri aiddir?
A) Balıqlar sinifüstü və suda-quruda yaşayanlar
B) Balıqlar sinifüstü, suda-quruda yaşayanlar və sürünənlər
C) Suda-quruda yaşayanlar və sürünənlər
D) Sürünənlər, quşlar və məməlilər
E) Balıqlar sinifüstü və sürünənlər
Dostları ilə paylaş: |