##Fakültənin adı: Tarix və coğrafiya ##İxtisas: Tarix və coğrafiya müəllimliyi


##num= 13// level= 1// sumtest=20 // name= Fiziki coğrafi biliklərin formalaşdırılması //



Yüklə 0,64 Mb.
səhifə13/14
tarix11.02.2020
ölçüsü0,64 Mb.
#102089
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 13// level= 1// sumtest=20 // name= Fiziki coğrafi biliklərin formalaşdırılması //


1. Hava təqviminin doldurulması üçün faktların toplanması necə adlanır

A) ekskursiya

B) təcrübə

C) statistik iş

D) müşahidə

E) laboratoriya işi

2. Coğrafiyanın tədrisində müqayisə prinsipinin mahiyyəti nədən ibarətdir:

A) coğrafiya və tarix fənləri arasında müqayisə aparılması

B) müxtəlif təlim metodlarından istifadə edilməsinin müqayisə edilərək təlim prosesində istifadə edilməsi

C) fiziki və iqtisadi coğrafiya kurslarının müqayisə edilməsi

D) tədris prosesində coğrafi obyektə hadisələrin oxşar və fərqli cəhətlərinə görə tutuşdurulması

E) şagirdlərin bilik səviyyəsinə görə müqayisə edilməsi

3. Yerin illik və sutkalıq hərəkətinə dair şagirdlərin coğrafi biliklərini yoxlamaq üçün test tapşırıqlarının hansı relevantlıq dərəcəsindən istifadə olunmalıdır:

A) faktiki material

B) proqnoz

C) hesablama

D) terminoloji

E) təklif olunan fəaliyyət

4. Yeni təlim metodlarına görə müəllim:

A) bilikləri kəşf edən tədqiqatçıdır

B) yeni informasiyaları çatdıran şəxsdir

C) biliklərin əldə edilməsi üçün əsas mənbəyə malik şəxsdir

D) biliklərin qiymətləndirilməsinin istiqamətləndiricisidir

E) biliklərin əldə edilməsinin bələdçisidir

5. Fəal dərsin tərkib hissəsi olan motivasiya 2 əsas prinsip əsasında qurulur. Bu prinsiplər hansılardır?

A) məqsədyönümlü və yaradıcı tətbiqetmə

B) şəxsiyyətyönümlü və inkişafetdirici

C) refleksiya və izahetmə

D) qabaqlayıcı və inkişafetdirici

E) problemlilik və məqsədyönlük

6. Kurikuluma aid olan xüsusiyyətləri müəyyən edin:

1 - İlk fənn kurikumları 1918 - ci ildə ABŞ - da meydana gəlmişdir

2 - Azərbaycanda kurikulum proqramına keçid 1993 - cü ildən başlamışdır.

3 - Təhsil kurikulumları xarakterinə görə fənnyönümlü və şəxsiyyətyönümlü kurikulumlara bölünür.

4 - Kurikulum nəzəriyyəsi XVIII əsrdən formlaşamağa başlamışdır.

A) 1, 3

B) 2, 4

C) 2, 3

D) 1, 4

E) 1, 2

7. Coğrafiya kabinetinin avadanlıqları müəyyən didaktik tələblərə cavab verməlidir. Bu tələblər hansılardr?

1 - Müəllim və şagirdlərin spesifik fəaliyyətlərinə müvafiq olması

2 - Ümumi və xüsusi avadanlıqlarla təchiz edilməsi

3 - Digər fənn kabinetlərindən tam təcrid olunması

4 - Kabinetin məktəbdənkənar açıq hava şəraitində təşkil olunması

5 - Avadanlıqlar məktəb gigiyenasının və təhlükəsizlik texnikasının tələblərinə cavab verməlidir

A) 3, 4, 5

B) 1, 2, 5

C) 2, 3, 4

D) 1, 3, 5

E) 1, 2, 3

8. Materiklərin coğrafi mövqeyinin öyrənilməsi üçün tipik planda hansı məsələlər verilir?

1 - Ekvatora görə mövqe

2 - Ən mühüm faydalı qazıntı yataqlarına görə mövqe

3 - Okeanlara görə mövqe

4 - İnkişaf etmiş ölkələrə görə mövqe

5 - Mühüm ticarət yollarına görə mövqe

6 - Qrinviç meridianına görə mövqe

A) 2, 4, 5

B) 1, 3, 5

C) 1, 3, 6

D) 3, 5, 6

E) 1, 5, 6

9. Coğrafiya dərslərində riyazi hesablamalar tələb edən çalışmaların istifadə edilməsi nəyə xidmət edir?

1 - Tədris materiallarının sübutluluğuna

2 - Yeni coğrafi anlayışların formalaşmasına

3 - Fənlərarası əlaqənin inkişafına

4 - Şagirdlərin iqtisadi təhsilinə

5 - Ekoloji biliklərin dərinləşdirilməsinə

A) 1, 4

B) 1, 2

C) 1, 3

D) 2, 4

E) 3, 5

10. Tipik planlardan istifadə edilməsi hansı metodik xüsusiyyətlərə malikdir?

1 - Coğrafi xarakteristikaların verilməsi

2 - Riyazi hesablamalar aparmaq və yaddaşı inkişaf etdirmək

3 - Statistik materialların azaldılması və yadda saxlanılması

4 - Praktik və müstəqil işlərin təşkili

5 - Müşahidə və təcrübələrin aparılması

A) 1, 4

B) 2, 5

C) 1, 3

D) 2, 4

E) 2, 3

11. Coğrafiyanın tədrisində şagirdlərin ekoloji təhsilinin həyata keçirilməsi məqsədi ilə hansı anlayışlar formalaşdırılır?

1 - Təbii komplekslər

2 - Litosfer havaları

3 - Təbii komponentlər

4 - Torpaq tipləri

5 - Tükənən təbii ehtiyatlar

A) 1. 2. 5

B) 2. 4. 5

C) 1. 3. 4

D) 2. 3. 4

E) 1. 3. 5

12. Dənizin xarakteristikasının tipik planına daxildir:

1 - dəniz suyunun temperaturu və duzluluğu

2 - dənizin hava kütlələri

3 - dənizin cərəyanları

4 - dənizin ərazisindəki ada və yarımadalar

5 - dənizin quruluşu və tərkibi

A) 2. 3. 5

B) 1. 3. 4

C) 1. 2. 3

D) 2. 4. 5

E) 1. 4. 5

13. Fəal təlimin iş formalari deyil.

1 - fərdi

2 - ekskursiya

3 - meydancada

4 - cutlərlə

5 - qruplarla

6 - dəstə

A) 2; 3; 6

B) 1; 5; 6

C) 2; 3; 5

D) 3; 4; 6

E) 2; 4; 6

14. Cənubi Amerika materiklərinin öyrənilməsi hansı məntiqi ardıcıllıqla tədris olunur

1 - Təbii zonalar

2 - Əhali və siyasi xəritə

3 - Coğrafi mövqe

4 - İqlim

5 - Relyef və geoloji quruluş

6 - Daxili sular

A) 3. 2. 4. 5. 6. 1

B) 1. 3. 4 6. 2. 5

C) 6. 4. 5. 3. 1. 2

D) 3. 5. 4. 6. 1. 2

E) 1. 3. 5. 6. 2. 4

15. Fiziki - coğrafi vilayətlər mövzusu üzrə təsviri planın ardıcıllığı:

I – coğrafi mövqeyi

II – relyefi

III – iqlimi

IV - torpaqları

V – daxili suları

VI – bitkiləri

VII – heyvanlar aləmi

A) 2. 1. 3. 4. 5. 6. 7

B) 1. 2. 3. 4. 5. 6. 7

C) 2. 1. 4. 3. 6. 5. 7

D) 1. 2. 5. 4. 3. 6. 7

E) 1. 2. 3. 5. 4. 6. 7

16. Tədris problemlərinin həlli mərhələlərinin ardıcıllığını müəyyən edin:

1 - Fərziyənin irəli sürülməsi

2 - Ümumi nəticələr çıxarılması

3 - Problem situasiyasının dərk edilməsi

4 - Fərziyyənin yoxlanılması

5 - Problemin formalaşdırılması

A) 5, 3, 1, 4, 2

B) 1, 5, 3, 4, 2

C) 5, 1, 4, 3, 2

D) 5, 4, 1, 2, 3

E) 5, 1, 2, 1, 3

17. Müvafiq metodlar qrupuna uyğun gələn ifadələri seçin:

I - Nəzəri

II - Empirik

1 - riyazi

2 – tarixi

3 - müşahidə

4 – eksperiment

A) I – 1, 3, II – 2, 4

B) I – 1, 2, II – 3, 4

C) I – 2, 3, II – 1, 4

D) I – 3, 4, II – 1, 2

E) I – 2. 4, II – 1, 3

18. Uyğunluğu seçin:

I - Fərdi təsəvvürlər

II - Ümumiləşdirilmiş təsəvvürlər

1 - Eyni adı daşıyan onyektlər haqqında ən mühüm əlamətlər

2 - Şagirdlərə məlum olmayan əlamətlər

3 - Konkret coğrafi obyektər haqqında olan təsəvvürlər

A) I - 3; II - 1

B) I - 1; II - 3

C) I - 2; II - 3

D) I - 1; II - 2

E) I - 3; II - 2

19. Dərsliyin metodik aparatına uyğu gələnləri seçin:

I. Mətn komponentləri

II. Mətndənkənar komponentlər

1 - Aydınlaşdırıcı mətn

2 - Əsas mətn

3 - İllüstrasiya

4 - Mənimsəməni təşkil edən aparat

5 - İstiqamətləndirici

A) I - 1, 2; II - 3, 4, 5

B) I - 3, 4, 5; II - 1, 2

C) I - 1, 5; II - 2, 3, 4

D) I - 3, 4; II - 1, 2, 5

E) I - 2, 3, 4; II - 1, 5

20. Uyğunluğu müəyyən edin:

I - Fənnyönümlü kurikulum

II - Şəxsiyyətyönümlü kurikulum

1 - Həyati bacarıq və vərdişlərə üstünlük verilir

2 - Əqli fəaliyyətlə bağlı qabiliyyətlərin formalaşması ön plana çəkilir

3 - Adətən təhsilin icbari mərhələsində istifadə olunur

4 - Daha çox ixtisaslar, təmayüllər üzrə təhsilalma prosesində istifadə olunur

5 - Fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır

6 - Kurikulumun keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır

A) I - 1, 2. 3; II - 4, 5, 6

B) I - 4, 5, 6; II - 1, 2, 3

C) I - 1, 3, 5; II - 2. 4, 6

D) I - 1, 2, 6; II - 3, 4, 5

E) I - 2, 3, 4; II - 1, 5, 6


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin