##Fakültənin adi Riyaziyyat ## Kafedranın adı: Riyaziyyat və onun tədrisi texnologiyası


##num= 12// level= 1// sumtest=20 // name= Şagird nailiyyətlərinin qiymətləndirilməsi. //



Yüklə 1,75 Mb.
səhifə8/21
tarix18.01.2020
ölçüsü1,75 Mb.
#101979
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

##num= 12// level= 1// sumtest=20 // name= Şagird nailiyyətlərinin qiymətləndirilməsi. //



1. VII sinifdə “ən sadə həndəsi fiqurların xassələri” mövzusunun daxilində şagirdlərə verilən ilk riyazi - məntiqi anlayışlar:

A) Aksiom, təsnifat, əsaslandırma, sintez

B) Teorem, anlayış, müqayisə, və induksiya

C) Aksiom, teorem, lemma və isbat

D) Lemma, müşahidə, təcrübə, tərif

E) İsbat, analiz - sintez, araşdırma, mücərrədləşdirmə

2. Təkliflərdən neçəsi doğrudur?

I. Bərabəryanlı trapesiyanın dioqanalları bərabərdir.

II. Paraleloqramın dioqanalları onun bucaqlarının tənbölənləridir.

III. Kvadratın dörd simmetriya oxu var.

IV . Düzbucaqlının dioqanalları düz bucaq altında kəsişir.

A) dördü

B) biri

C) üçü

D) ikisi

E) heç biri

3. Dördbucaqlılar hansı siniflərdə propedektiv öyrənilir?

A) V - VI

B) II - III

C) III - IV

D) IV - V

E) I - VI

4. Stereometriya hansı siniflərdə propedevtik öyrənilir?

A) II - III

B) I - IX

C) V - VI

D) V - VII

E) VII - VIII

5. Stereometriya hansı sinifdən başlayaraq sistematik öyrənilir?

A) VIII

B) V

C) VI

D) VII

E) X

6. X sinifdə çoxüzlülər mövzusunun öyrənilməsində əsas məqsəd:

A) X sinifdə həmin mövzunun öyrənilməsində əsas məqsəd çoxüzlüləri həcmi və səthi sahələrinin hesablanma üsullarını şagirdlərə öyrətməkdir

B) X sinifdə çoxüzlülərin öyrənilməsini əsas məqsədi çoxüzlü səth və onun sahəsini hesablamağı şagirdlərə öyrətməkdir

C) X sinifdə bu mövzunun öyrənilməsində başlıca məqsəd çoxüzlülərin əsas növləri haqqında şagirdlərə sistematik məlumat verməkdir

D) Bu mövzunun öyrəniməsində əsas məqsəd prizma və piramidanın əsas xassələrini şagirdlərə öyrətməkdir

E) Mövzunun tədrisində əsas məqsəd paralepiped və prizmanın xassələrini şagirdlərə öyrətməkdir

7. X sinifdə „Çoxüzlülər” mövzusunun məzmunu:

A) Düzbucaqlı paralepiped, prizmanın və piramidanın səthinin sahəsi, piramidanın müstəvi kəsiklərinin qurulması, fəzada simmetriya

B) Üçüzlü və çoxüzlü bucaqlar, düz prizma, paralepiped, tetraedr, düzgün piramida, kəsik piramida, düzgün çoxüzlülərin simmetriya xassələri

C) Çoxüzlü anlayışı, prizma, piramida, çoxüzlülərin müstəvi kəsiklərinin qurulması, düzgün çoxüzlülər

D) Düzgün prizma və onun səthinin sahəsi, kəsik piramida, və onun səthinin sahəsi, tetraedr və oktaedr, onların səthinin sahəsi

E) Prizma və piramidanın növləri, onların yan səthinin sahəsi, kəsik piramidanın müstəvi kəsikləri

8. X sinifdə düzgün çoxüzlülərin neçə növü öyrənilir?

A) 3

B) 4

C) 6

D) 5

E) 7

9. Məktəb həndəsə kursunda teoremlər isbatı və məsələlər həllində istifadə edilən əsas metodlar:

A) Koordinatlar, çevirmələr, vektorlar

B) Eynitərkiblilik, qurmalar, araşdırma

C) Konqruyentlik, inikas, müadillik

D) Tənliklər, bərabərsizliklər, eynilik

E) Eynigüclülük, eynitamamlama, üst - üstə düşmə

10. Fəzada düzbucaqlı koordinat sistemi anlayışını daxil etmək məqsədilə planimetriyada düzbucaqlı koordinat sisteminin hansı sinifdə öyrənildiyi şagirdlərə xatırladılır?

A) VII

B) IX

C) VIII

D) VI

E) V

11. VIII sinfin hazırki həndəsə kursunda çoxbucaqlının sahəsi anlayışının xassələri neçə aksiomda ifadə olunur?

A) 3

B) 4

C) 2

D) 5

E) 6

12. VIII sinfin hazırki həndəsə kursunda çoxbucaqlının sahəsi anlayışının xassələri hansı aksiomlarla ifadə olunur?

A) Sahələrin: varlığı, tərkibi, çıxılması aksiomları fiqur aksiomları, sahə vahidi aksiomu

B) Sahələrin: varlığı, tərkibi, çıxılması, aksiomları və kvadrat aksiomu

C) Sahələrin: varlığı, bərabərliyi, toplanması aksiomları və sahə vahidi aksiomu

D) Sahələrin: bərabərliyi və fiqurların konquriyentliyi aksiomları, fiqurun varlığı və yeganəliyi faktı

E) Sahələrin: toplanması, fiqurların eyni tərkibliliyi və eynitamamlayıcı aksiomları, hər bir sadə fiqurun seçilmiş ölçü vahidi ilə ifadə olunmuş müsbət sahəsi vardır

13. VIII sinifdə planimetriyadan öyrənilən nəzəri materialı məsələlərin hansı növlərindən istifadə etməklə möhkəmləndirmək məqsədə uyğundur?

A) isbat və qurma

B) Hesablama və isbat

C) Hesablama və qurma

D) Hesablama, isbat və qurma

E) hesablama

14. Bunlardan hansı stereometriyanın aidlik aksiomudur?

A) Bir düz xətt üzərində olmayan üç nöqtədən bir və yanlız bir müstəvi keçir

B) Fəzada düz xətt və müstəvi var. Hər bir düz xəttə və hər bir müstəviyə aid olan və aid olmayan nöqtələr var

C) Planimetriyanın bütün aksiomları və teoremləri fəzanın hər bir müstəvisində doğrudur

D) Iki müxtəlif müstəvinin ortaq nöqtəsi varsa, onlar bu nöqtədən keçən düz xətt boyunca kəsişirlər

E) Fəzadakı hər bir müstəvi fəzanın bu müstəviyə aid olmayan nöqtələrini aşağdakı şərti ödəyən iki çoxluğa ayırır:a) Eyni çoxluğa aid olan ixtiyari iki nöqtəni birləşdirən parça bu müstəvini kəsmir; b) Müxtəlif çoxluqlara aid olan istənilən iki nöqtəni birləşdirən parça müstəvini kəsir.

15. Bunlardan hansı stereometriya aksiomlarından alınan ilk nəticələrdən biridir?

A) Bir düz xətt üzərində olmayan üç nöqtədən bir və yanlız bir müstəvi keçir

B) Iki kəsişən düz xəttən bir və yanlız bir müstəvi keçir

C) Bir müstəvi üzərində olan və kəsişməyən düz xəttlərə paralel düz xətlər deyilir

D) Fəzada düz xətt xaricində götürülmüş nöqtədən həmin düz xəttə paralel bir və yanlız bir düz xətt keçir

E) Eyni bir düz xəttə paralel iki düz xətt paraleldir

16. Nöqtənin düz xəttə aid olma aksiomu:

A) Hər hansı düz xəttin üzərində olmayan sonsuz sayda nöqtə vardır

B) Hər hansı düz xəttin üzərində heç olmasa bir nöqtə vardır

C) Hər hansı düz xəttin üzərində olmayan nöqtə vardır

D) Hər hansı düz xəttin üzərində sonsuz sayda nöqtə vardır

E) Hər hansı düz xəttin üzərində olan nöqtələr və onun üzərində olmayan nöqtələr vardır

17. Düz xəttin xassəsi ifadə olunan aksiom:

A) Düz xətt nöqtələr çoxluğudur

B) Düz xətt fiqurdur

C) Düz xətt iki fiqurun kəsişməsidir

D) Hər hansı iki nöqtədən bir və yalnız bir düz xətt keçirmək olar

E) Düz xətt iki nöqtə arasında ən qısa məsafədir

18. Parça anlayışının tərifində hansı anlayışlardan istifadə olunur?

A) Nöqtə

B) Nöqtə və düz xətt

C) Düz xətt

D) Çoxluq

E) Çoxluqların birləşməsi

19. Həndəsənin aksiomatikası hansı sinifdə öyrənilməyə başlanır?

A) VI

B) V

C) VII

D) VIII

E) IX

20. Hansı fikir Tusi – Paş aksiomunu ifadə edir:

A) Parçanın uzunluğu, onun hər hansı daxili nöqtəsi ilə bölündüyü parçaların uzunluqları cəminə bərabərdir

B) Müstəvi üzərindəki hər hansı düz xətt bu müstəvini iki çoxluğa ayırır

C) Hər hansı iki nöqtədən bir və yalnız bir düz xətt keçirmək olar

D) Hər bir parçanın sıfırdan böyük müəyyən uzunluğu vardır

E) Üçbucağın təpələrindən keçməyən düz xətt bu üçbucağın bir tərəfini kəsirsə, onda həmin düz xətt qalan iki tərəflərdən yalnız birini kəsir

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin