Təcavüzlərdə qadının rolu
Müsəlman ölkələrində qadın olduqca təsirli bir nüfuza malik idi. Qadın öz zəif təbiəti ilə Avropanın “yenilik” provokasiyasına daha tez uydu.
Afrikanın istismarı zamanı avropalılara bir o qədər də xərc çəkmək lazım gəlmədi. Onlar saxta bər-bəzək əşyaları ilə bədəviləri qısa bir müddətdə ovsunladılar. Təsəvvür edin ki, bədəvilər bir ovuc rəngli şüşənin əvəzində bir sürü qoyun verirdilər. Bu müamilələrdə bədəvi qadınlar aparıcı rol oynayırdılar.
Etiraf edək ki, şərqdə qadınlar bir çox ictimai-siyasi hüquqlardan məhrum idilər. İslam dini qadını qul buxovundan azad etdiyi halda, eyni dinin hökmləri adı altında onların azadlıqları məhdudlaşdırılırdı. İslama qədərki şərqdə qadın insani şəxsiyyətdən məhrum idi. İslam gəldi və qadın öz varlığını hiss etdi. Qadına heç zaman, heç yerdə görünməmiş mülkiyyət hüququ verildi.
Dostları ilə paylaş: |