Mühazirə 6 Sənaye xammal yataqları Almaz- karbonun kubik modifikasiyasıdır. Kimyəvi tərkibi təmiz karbondur. Bəzən qatışığı da olur. Rəngi : şəffaf, bəzən mavi, göy, sarı, boz və qara rənglərə boyanmış olur. Almaz - təbii birləşmələrdən ən sərtidir. Heç bir turşuda həll olmur. Amma soda və kalium selitrası ilə əritdikdə asanlıqla oksidləşir və aşınır. Yüksək şüasındırma və şüanı yayma qabiliyyətinə malikdir. Cilalanmış almazlar kəskin parıltıya malik olur və «rənglərin oynamasını» əmələ gətirir. Almaz kristallar şəklində olur. Kristalları mikroskopik ölçüdən on və hətta yüz karat ağırlığa (çəkiyə) qədər olur (1 karat - 0,2 qramdır). Nəhəng kristallarına nadir hallarda rast gəlinir. Dünyada tapılmış ən nəhəng almaz - Kullinan adlanıb. Çəkisi - 3025 karat olub (CAR).
Almaz qazma işlərində, kəsid, yonucu, cilalayıcı və s. material kirni tətbiq olunur. Almaz texniki və zərgərlik almazına ayrılır.
Almazın genezisi barədə bir çox fərziyyə mövcuddur. Onlardan ən möhtəbəri almazın maqmatik yolla əmələ gəlməsidir. Almaz əsasən - kimberlit süxuru ilə əlaqədardır. Kimberlitlər özünə məxsus borularda yerləşir. Belə borular müxtəlif olçülərdə olur. Məsələn, Afrikada 15 - 330 metr, Sibirdə 45 - 600 metr ölçüyə malik borular aşkar olunub. Borulara dolmuş brekçiyaya bənzər süxurlar, eləcə də kimberlitlər almazla zəngin olur.
Yataqlarına Sibirdə,Yakutiyada, Afrikada - Namibiyada, Zairdə, Kanada, Sierra - Leonedə, Anqolada, Braziliyada, Venesuellada, Hindistanda, Avstraliyada, İndoneziyada və s. rast olunur. Yataqları həm köklü, həm də səpinti şəklində olur.
Hal - hazırda süni yolla da almaz alınır. Bu da istehsalatın böyük tələbatını ödəməyə imkan verir.
Mikalar - laylı və ya vərəqli strukturaya malik alümosilikat qrupunun ən əsaslarından hesab edilir. Sənayedə əsasən muskovit – KAl2 (AlSİ3O10) (OH)2 və flaqopit - KMg3(SiA1O10) (F, OH)2istifadə edilir. Bütün mikalar mükəmməl ayrılma qabiliyyətinə (bir istiqamətdə) malikdirlər. Sıxlığı 2-3; xüsusi çəkiləri 2,8 - 3 arasında dəyişir.