Mineralların şəffaflığı. Mineralların özündən işıq keçmə qabiliyyətinə deyilir. İşığı keçirməsinə görə minerallar şəffaf, yarımşəffaf, kütləsi ilə işığı keçirən və qeyri-şəffaf olurlar.
Mineralların parıltısı. Mineral səthinin işığı əks etdirmə qabiliyyətinə deyilir. Parıltısına görə minerallar 2 qrupa bölünürlər. Metal parıltısı və qeyri metal parıltılı. Metal parıltıya xalis metalla rvə bir sıra sulfidlər aiddir. Qeyri metal parıltıya: şüşə parıltısı, sədəf parıltısı, almaz parıltısı, yağlı parıltı, ipək parıltısı və s. məxsusdur.
Mineralların ayrılması. Mineral kütləsinin xarici qüvvə təsiri ilə düz və paralel müstəvilərə parçalanmasıdır. Ayrılmasına görə minerallar 5 qrupa (çox mükəmməl, mükəmməl, orta, zəif, ayrılması olmayan) bölünürlər.
Mineralların sınması. Minerallar sınma səthinin xarakterinə görə bir-birindən fərqlənir. Sınma səthi ayrlma verməyən minerallarda öyrənilir. Minerallar sınma səthinin aşağıdakı növlərini göstərmək olar:
Qabıqvari sınma- qabarıq və ya batıq formalı konsentrik, dalğavarı hamar səthə malik olur.
Torpaqvarı- sınma səthi hamar olmayıb üzəri toz ilə örtülmüş süxur səthini xatırladır.
İynəvari- sınma səthi müəyyən istiqamətdə yönəlmiş xırda, nazik tikancıqlarla örtülür.
Mineralların maqnitliliyi. Bir sıra minerallar maqnit xassələrə malikdir. Bu minerallar maqnit əqrəbinə yaxınlaşdırdıqda əqrəb öz istiqamətini dəyişir. Belə minerallardan maqnititi, pirrotin və platini göstərmək olar.
Mineralların elektrik xassələri. Mineralların elektrik xassələrindən piro (qızdırarkən və soyudarkən mineralda elektrik cəryanının əmələ gəlməsi), pyezo (sıxarkən və dartarkən mineralda elektrik yükünün meydana çıxması), elektrikləşmə (sürtünərkən mineral mineral səthində elektrik yükünün müşahidə olunması) göstərmək olar.
Bəzi minerallar dadına görə, bəzisi iyinə görə, bəzisi 2 qat işığı sındırma qabiliyyətinə görə seçilirlər.