FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul proqrami üZRƏ TƏBİƏTİn fəLSƏFƏSİ ixtisas fənnindən proqram baki – 2013


-cü Mövzu. Materiya və substansiya anlayışları, materiyanın mövcudluq formaları



Yüklə 134 Kb.
səhifə4/12
tarix10.01.2022
ölçüsü134 Kb.
#106271
1   2   3   4   5   6   7   8   9   ...   12
4-cü Mövzu. Materiya və substansiya anlayışları, materiyanın mövcudluq formaları

Materiya varlıq anlayışının konkretləşmiş forması kimi. Materiya ilə şü­u­run münasibəti, onun nisbi xarakteri.

Materiyanı obyektiv reallıq kimi anlamağın metodoloji rolu. Materiya və küt­lə anlayışları. Materiyanın elmi fəlsəfi izahının əsas cəhətləri. Materiyanın yaradılmayan və məhvedilməz xarakteri. Materiyanın tükən­məz­li­yi prinsipi, onun idraki və metodoloji əhəmiyyəti.

Substansiya anlayışı, onun materiya ilə münasibəti. Mate­riyaya substan­si­ya kimi yanaşmağın elmi və praktiki əhəmiyyəti. Substansiya anlayışının ta­ri­xi təka­mü­lü. Substansiyanın monist və dualist anlamı. Substansiyanın izahın­da ontoloji və qnoseoloji istiqamət.

Materiyanın mürəkkəb və çoxsəviyyəli xarakteri. Müasir elmdə materiya təşkili səviyyələrinin təsnifatı. Cansız təbiətdə materiya təşkilinin əsas səviy­yə­lə­ri. Elementar hissəciklər və «fiziki vakuum». Atom nüvəsi və atom səviyyəsi. Mad­­di ob­yektlərin molekul səviyyəsinin mahiyyəti. Materiyanın kosmik səviy­yə­si. Qazabənzər plazma materiyanın xüsusi halı kimi. Marocisimlərin planet­lər tipi. Planetlər sistemi və Qalaktika. Metaqalaktika cansız təbiətdə materiya təş­kilinin ən yüksək formasıdır.


Üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Hücey­rəyə qədərki səviyyə (nuk­­lein turşuları və zülallar). Tək hü­cey­rəli və çox hüceyrəli orqanizmlər (hü­cey­­rə) səviyyəsi. Mate­ri­ya­nın orqanizmdən yüksək strukturları. Populya­si­ya­lar. Növlər və biosenozlar. Biosfera üzvi aləmin ən yüksək mərhələsi kimi.

Sosial həyat materiya təşkilinin ən yüksək və özünə­məxsus səviyyəsidir. So­sial həyatın əsas struktur səviyyələri.

Hərəkət mate­riyanın mövcudluq üsu­lu kimi. Hərəkətdən kənarda materi­yanın qeyri-mümkünlüyü. Hərəkətin ob­yektiv xarakteri. Hərə­kət, obyektlərin elementlərinin daxili qarşılıqlı təsiri nə­ticəsi kimi. Hərəkətin universal xarakteri.

Hərəkət və sükunət. Sükunətin nisbi xarakteri. Dəyişkən­liyin mütləqləş­di­ril­­­mə­sinin əsassızlığı. Hərəkət fasiləliklə fasiləsizliyin vəhdəti kimi.

Hərəkət tiplərinin müxtəlifliyi anlayışı. Obyektlərin daxi­lində baş verən də­yişikliklər.
İnkişafın iki əsas növü. Materiyanın müvafiq təşkili sə­viy­yəsində baş verən inkişafın mahiyyəti.

Hərəkətin forması anlayışı. Hərəkət formalarını təsnif et­məyin əsas me­yar­ları. Hərəkət formalarının Engels tərəfindən verilmiş təsnifatının əsas prin­sip­ləri.

Məkan və zaman varlığın əsas formaları kimi. Məkan və zamanın bir-bi­ri­lə və materiyanın hərəkəti ilə vəhdəti.

Məkan anlayışının mahiyyəti. Məkanın üç ölçülülüyü və zama­nın bir ölçülü olması. Məkan və zamanın əsas keyfiyyətləri. Məkan və zamanın dörd ölçülülüyünü anlayışı.

Məkan və zamanın substansional mənalandırılmasının ma­hiyyəti. Nyuto­nun mütləq məkan və mütləq zaman təliminin məhdudluğu. Məkana və za­ma­na relyasion yanaşma.




Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin