4-cü Mövzu. Materiya və substansiya anlayışları, materiyanın mövcudluq formaları
Materiya varlıq anlayışının konkretləşmiş forması kimi. Materiya ilə şüurun münasibəti, onun nisbi xarakteri.
Materiyanı obyektiv reallıq kimi anlamağın metodoloji rolu. Materiya və kütlə anlayışları. Materiyanın elmi fəlsəfi izahının əsas cəhətləri. Materiyanın yaradılmayan və məhvedilməz xarakteri. Materiyanın tükənməzliyi prinsipi, onun idraki və metodoloji əhəmiyyəti.
Substansiya anlayışı, onun materiya ilə münasibəti. Materiyaya substansiya kimi yanaşmağın elmi və praktiki əhəmiyyəti. Substansiya anlayışının tarixi təkamülü. Substansiyanın monist və dualist anlamı. Substansiyanın izahında ontoloji və qnoseoloji istiqamət.
Materiyanın mürəkkəb və çoxsəviyyəli xarakteri. Müasir elmdə materiya təşkili səviyyələrinin təsnifatı. Cansız təbiətdə materiya təşkilinin əsas səviyyələri. Elementar hissəciklər və «fiziki vakuum». Atom nüvəsi və atom səviyyəsi. Maddi obyektlərin molekul səviyyəsinin mahiyyəti. Materiyanın kosmik səviyyəsi. Qazabənzər plazma materiyanın xüsusi halı kimi. Marocisimlərin planetlər tipi. Planetlər sistemi və Qalaktika. Metaqalaktika cansız təbiətdə materiya təşkilinin ən yüksək formasıdır.
Üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Hüceyrəyə qədərki səviyyə (nuklein turşuları və zülallar). Tək hüceyrəli və çox hüceyrəli orqanizmlər (hüceyrə) səviyyəsi. Materiyanın orqanizmdən yüksək strukturları. Populyasiyalar. Növlər və biosenozlar. Biosfera üzvi aləmin ən yüksək mərhələsi kimi.
Sosial həyat materiya təşkilinin ən yüksək və özünəməxsus səviyyəsidir. Sosial həyatın əsas struktur səviyyələri.
Hərəkət materiyanın mövcudluq üsulu kimi. Hərəkətdən kənarda materiyanın qeyri-mümkünlüyü. Hərəkətin obyektiv xarakteri. Hərəkət, obyektlərin elementlərinin daxili qarşılıqlı təsiri nəticəsi kimi. Hərəkətin universal xarakteri.
Hərəkət və sükunət. Sükunətin nisbi xarakteri. Dəyişkənliyin mütləqləşdirilməsinin əsassızlığı. Hərəkət fasiləliklə fasiləsizliyin vəhdəti kimi.
Hərəkət tiplərinin müxtəlifliyi anlayışı. Obyektlərin daxilində baş verən dəyişikliklər.
İnkişafın iki əsas növü. Materiyanın müvafiq təşkili səviyyəsində baş verən inkişafın mahiyyəti.
Hərəkətin forması anlayışı. Hərəkət formalarını təsnif etməyin əsas meyarları. Hərəkət formalarının Engels tərəfindən verilmiş təsnifatının əsas prinsipləri.
Məkan və zaman varlığın əsas formaları kimi. Məkan və zamanın bir-birilə və materiyanın hərəkəti ilə vəhdəti.
Məkan anlayışının mahiyyəti. Məkanın üç ölçülülüyü və zamanın bir ölçülü olması. Məkan və zamanın əsas keyfiyyətləri. Məkan və zamanın dörd ölçülülüyünü anlayışı.
Məkan və zamanın substansional mənalandırılmasının mahiyyəti. Nyutonun mütləq məkan və mütləq zaman təliminin məhdudluğu. Məkana və zamana relyasion yanaşma.
Dostları ilə paylaş: |