3-cü Mövzu. Fəlsəfədə varlıq problemi
Ontologiya varlıq haqqında təlimdir. Varlığın naturfəlsəfi anlamı və varlıq haqqında elmi nəzəriyyə.
Varlığın fəlsəfi anlamının əsas səpkiləri. Bütöv bir tam kimi götürülən dünyanın əbədiliyi və konkret mövcudatların müvəqqətiliyi. Dünyanın maddi vəhdəti və onun fəlsəfi fikirdə inikası.
Varlığın geniş və məhdud anlamı.
Varlıq gerçək və reallıq anlayışlarının qarşılıqlı münasibətləri, onların oxşar və spesifik cəhətləri: gerçəklik keçmişdə və indi mövcud olan, gələcəkdə də olacaq hadisə və proseslərin məcmusu kimi. Obyektiv və subyektiv reallıq, onların münasibəti. Obyektiv reallığın əsas mahiyyəti. Subyektiv reallıq, onu nəzərə almağın zəruriliyi. Reallığı, obyektiv və subyektiv növlərə ayırmağın nisbi xarakteri.
Fəlsəfədə varlıq kateqoriyasının yeri. Varlıq kateqoriyası ilə dilin sözləri arasında münasibətlər, onların əlaqəliliyi və fərqləri. Fəlsəfədə varlıq kateqoriyasının spesifik məzmunu, mürəkkəb və kompleks xarakteri. Varlıq kateqoriyasının əşyaların konkret xassə və əlaqələrinə münasibəti. Varlıq kateqoriyasının mövcudluq ilə ümumi və fərqli cəhətləri.
Fəlsəfədə varlıq kateqoriyasının birləşdirdiyi əsas ideyalar. Dünya sonsuz və əbədi bütövlük kimi. Təbii və mənəvi obyektlərin, cəmiyyətin mövcudluğu və inkişafının obyektiv məntiqi xarakterinin qəbul olunması.
Varlıq anlayışının təkamülünü öyrənməyin əhəmiyyəti. Qədim dövrün fəlsəfi təlimlərində varlıq problemi. Parmenid varlığın mahiyyəti və əsas cəhətləri haqqında. Heraklitin, Demokritin, Platonun və Aristotelin varlığa dair baxışları. Orta əsrlər fəlsəfəsində varlığın izahı. Dünyagörüşünün dünyaviləşməsi və varlıq. Varlığın mexaniki, naturfəlsəfi anlamı. Varlıq haqqında elmi nəzəriyyənin formalaşması. Klassik alman fəlsəfəsində varlıq anlayışı.
Müasir qərb fəlsəfəsində varlıq probleminə diqqətin artması. Varlıq haqqında ekzistensialist təlim. S.Frankın varlığa dair baxışları. Varlığın real əsasları ilə sirli mahiyyətinin münasibəti problemi.
Fəlsəfi antropologiya cərəyanı nümayəndələrinin varlıq təlimi.
Varlığın səviyyələri anlayışı. Təbiətin varlığı səviyyəsi. İctimai varlıq səviyyəsi. Fərdi varlıq səviyyəsi. Varlığın «aktual» və «potensial» səviyyələri səpkisi.
Varlığın modusları anlayışı. Özündə varlıq modusu və onun spesifikliyi. Özü üçün varlıq, onun mahiyyəti. Mikro, makro və meqaaləmin vəhdəti. Özgəsi üçün varlıq modusu, onun əsas cəhətləri.
Dostları ilə paylaş: |