Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu



Yüklə 78,26 Kb.
səhifə2/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   2   3   4   5   6   7   8   9   ...   24
Fəlsəfə imtahan sualı cavabları

Dünyagörüşü –insanın ətraf dünya və orada özünün yeri haqqında ən ümumi baxışlarının məcmusudur. Hər bir fəlsəfə həm də dünyagörüşüdür. Lakin, heç də hər bir dünyagörüşü fəlsəfə deyil.Deməli, “dünyagörüşü” anlayışı “fəlsəfə” anlayışından daha genişdir.
Dünyagörüşü mürəkkəb mənəvi hadisə olubmüəyyən struktura malikdir. Onun struktur elementləri: inam, ideal, məqsəd, davranış motivi, maraqlar, dəyərlər, idrak prinsipləri, əxlaqi normaları, estetik baxışlar və s. Dünyagörüşünün bütün bu elementləri məcmu halında təkcə ayrı-ayrı şəxsiyyətlərin yox, həm də sosial qrup, sinif, millət, bütövlükdə cəmiyyətin mənəvi siması və həyat mövqeyini müəyyənləşdirir.
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü - fərdin, sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, dünyagörüşü - obyektiv dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və fəaliyyətini, sərvət meylini əsaslandırır və istiqamətləndirir.

Dünyagörüşü iki səviyyədə mövcud olur: 1) psixoloji-emosional, və yaxud, hissi səviyyə. Bu səviyyə həm də dünyaduyumu adlanır və ətraf gerçəkliyin hisslər vasitəsilə kortəbii qavranılması kimi başa düşülür; 2) rasional səviyyə. Bu səviyyə isə dünyaanlamı adlanıb ətraf gerçəkliyin hadisə və proseslərinin zəka ilə, məntiqi əsaslandırma vasitəsilə dərk olunmasını ehtiva edir. Bütövlükdə, dünyagörüşühər iki səviyyənin vəhdəti və qarşılıqlı təsiri nəticəsində formalaşır.


Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. Dünyagörüşün obyeklini bütövlükdə dünya, varlıq təşkil edir.Dünyagörüşün predmetini isə təbiət aləmi ilə insan aləminin qarşılıqlı münasibəti və həmin münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir. «Onunla» (dünya binası) «bız» (insanlar) arasındakı qarşılıqlı münasibət dünyagörüşün predmetini və ya əsas məsələsini təşkil edir.
Dünyagörüşün məzmunundan aydın olur ki, onun iki əsas sahəsi və ya aspekti vardır: təbii gerçəkliyə insan münasibətinin inikası olan təbii-elmi ideyalar və sosial-ictimai gerçəkliyə insan münasibətini əks etdirən siyasi, iqtisadi, mənəvi və s. baxışlar. Bu cəhətlərə dünyagörüşün təbii-inlellektual və sosial-qnoseoloji aspektləri də göstərmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, çox vaxt dünyagörüşü problemləri öyrənilərkən əsas diqqət birinci aspektə verilmiş, ikinci istiqamət isə əsasən diqqətdən kənarda qalmışdır.
Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, in`ikas dərinliyi, əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar:mifoloji, dini, elmi, fəlsəfi.

3.Dünyagörüşü və onun tarixi tipləri.


Dünyagörüşünün ənənəvi olaraq bu növlərini fərqləndirirlər: mifolojidini, fəlsəfi.
Dünyagörüşünün tarixən ilk növü olan mifoloji dünyagörüşü cəmiyyətin inkişafının ilk mərhələlərində formalaşmışdır. Onun əsas məqsədi insanın dünyanın mənşəyi və quruluşu, insan və heyvanların əmələ gəlməsini, təbiətin kortəbii hadisələrinin səbəblərini şərh etməyə ilk cəhdidir.
Mifoloji dünyagörüşü üçün insanın özünü təbiətlə eyniləşdirməsi səciyyəvidir. Məhz bu səbəbdən ibtidai insanın fantaziyasının məhsulu olan mifik vücudlar: Tanrılar, ruhlar, əfsanəvi qəhrəmanlar insani cizgilərə malik olub, insan kimi hərəkət edirlər. Bunların taleyi də fani insan taleyinə oxşardır.
Qeyd edək ki, mifləri öyrənən elm mifologiyaadlanır. Mifologiya miflərin yaranması, mahiyyəti və məqsədlərini tədqiq edir. 
Dini dünyagörüşü qədim cəmiyyətlərin nisbətən yüksək inkişaf mərhələsində formalaşıb. Dini dünyagörüşü mifolojidən fövqəltəbii qüvvələrin mövcudluğuna və onların dünyanın və insanların həyatında həlledici roluna inamla fərqlənir. Fövqəltəbiiliyə inam –dini dünyagörüşün əsasıdır. Miflərdə insan özünü təbiətdən ayırmır, Allahlar təbii, yer dünyasında yaşayır, insanlarla ünsiyyətə girirlər. Mifoloji surətlərin səhihliyi öz-özlüyündə qəbul edilir və inama ehtiyac duyulmur. Dini şüur dünyanı iki hissəyə bölür: təbii, hiss orqanları ilə qavranılan yer dünyası və səmavi, fövqəltəbii, fövqəlhissi dünya.
Yalnız vahid fövqəltəbii qüvvənin varlığını qəbul edən dini təsəvvürlər (və yaxud, din) monoteizm(“mono” –tək, bir, “teos” –Allah), bu qüvvənin çoxluğunu qəbul edən dini təsəvvürlər isə politeizmadlanır. Politeizm, və yaxud, bütpərəstlik monoteizmdən daha əvvəl əmələ gəlmişdir. Yalnız sonralar monoteist dinlər, yəni, tək Allahın varlığını qəbul edən dinlər formalaşmışdır. Bu gün dünyada mövcud olan monoteist dinlər İudaizm, Xristanlıq və İslam dinləridir. Onlara səmavi dinlər də deyirlər. 
Dünyagörüşünün keyfiyyətcə yeni növü fəlsəfidünyagörüşüdür. Mifologiya və dindən onun əsas fərqi dünyanın rasional şərhinə istiqamətlənməsidir. Təbiət, cəmiyyət və insan haqqında ən ümumi təsəvvürlər nəzəri araşdırma və məntiqi təhlilin predmetinə çevrilir. Fəlsəfi dünyagörüşünə mifologiya və dindənonların dünyagörüşü səciyyəsi, dünyanın mənşəyi və quruluşu, dünyada insanın yeri haqqında bütün sualların məcmusu miras qalmışdır. Lakin, gerçəkliyə hissi-obrazlı münasibəti ilə səciyyələnən və bədii, pərəstiş elementlərinə malik olan mifoloji və dini dünyagörüşündən fərqli olaraq, fəlsəfi dünyagörüşü bir qayda olaraq, məntiqli nizama malik biliklər sistemi olub müəyyən müddəa və prinsiplərini nəzəri əsaslandırmağa cəhd etməsi ilə səciyyələnir. Bu o demək deyil ki, fəlsəfə üçün bədii-obrazlı təfəkkür xas deyil. Dünyaya mifoloji baxışla sıx bağlı olan Antik fəlsəfədə poetik fantaziya aşkar ifadəsini tapır. Eyni zamanda sonrakı dövr fəlsəfi sistemlərdə də fikrin ciddiliyi, sübut məntiqi tez-tez aşkar bədii obrazlarla, alleqoriyalarla, mifoloji və dini süjetlərin düşünülməsi ilə qovuşmuşdur. Beləliklə, fəlsəfə –dünyagörüşünün ali səviyyəsi və növüdür. O, formalaşdırılmış, sistemli-rasional dünyagörüşüdür.

Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin