Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu


Ortodoksal fəlsəfi sistemlər, nyaya, vayşeşika, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta



Yüklə 78,26 Kb.
səhifə8/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Fəlsəfə imtahan sualı cavabları

1.2. Ortodoksal fəlsəfi sistemlər, nyaya, vayşeşika, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta.
Nyaya. Nyaya fəlsəfi sisteminin banisi böyük müdrik Hotoma hesab olunur. Bu təlimin tədqiq etdiyi əsas məsələ idrak problemləridir. “Nyaya” sözü hərfən qayda, metod, nəticə ümumiyyətlə məntiq mənası verir. Lakin məntiq məsələləri bu fəlsəfi sistemin yeganə və son məqsədi deyil. Əslində idrak problemlərinin öyrənilməsi vasitədir. Əsas məqsəd isə insanın hər bir əzab və iztirabdan mütləq qurtuluşu, yəni azadlığa yetişməsidir.
Vayşeşika. Vayşeşika fəlsəfi sistemi müdrik Kanada (əsl adı Ulukadır) tərəfindən, təq. m.ö. V əsrdə yaradılıb (vayşeşika hərfən xarakterik olan, xas olan, xüsusi olan mənasını verir). O Kanada ləqəbini asketik(zahidlik) həyat tərzi keçirdiyi və adətən biçilmiş, əkin sahəsində topladığı qarğıdalı toxumları ilə qidalandığı üçün alıb.
Sankhya. Banisi müdrik Kapila olan sankhya ən qədim fəlsəfi təlimlərdəndir. “Sankhya” sözü birmənalı təfsir edilmir. Bəziləri onun rəqəm anlamı verdiyini iddia edir. Çünki bu sistem idrakın əsas obyektlərinin sadalanması yolu ilə gerçəkliyin öyrənilməsini ön plana çıxarır. Lakin ikinci variant daha ağılabatan hesab edilir: sankhya kamil bilik deməkdir. Nyaya və vayşeşika təlimlərində olduğu kimi sankhya təlimi də dünyanı praktik məqsədlər: bütün iztirab və bədbəxtliklərə son qoymaq üçün dərkinə cəhd edir.
Yoqa. Yoqa fəlsəfi təlimi müdrik Patancali tərəfindən yaradılıb. Yoqa sözü hərfən birləşmə, toparlanma anlamını verir. Bu təlimin xüsusi maraq doğuran cəhəti yoqa praktikasıdır. Bu praktikanın məqsədi viveka-cnyananın –daha doğrusu azadolmanın vacib şərti olacaq idrakın məhdudlaşdırılma vasitəsinin əldə edilməsidir. Bu təlimə görə yoqa ağılın bütün funksiyalarının dayandırılmasını birləşdirir. Ağılın funksiyalarının isə beş pilləsi mövcuddur.
Mimansa. Mimansa təlimi (mimansa –dərin düşüncə, tədqiqat) m.ö. V-IV əsrlərdə yaranıb. Lakin o vahid fəlsəfi təlim olaraq m.s. II-III əsrlərdə Caymini tərəfindən sistemləşdirilib. Bu təlimin ilk məqsədi veda ayinçiliyinin müdafiəsi və ona haqq qazandırılması olmuşdur. Təbii ki, bu cəhdlər son nəticədə veda ayinçiliyini əsaslandıran dünyagörüşünün axtarışlarına gətirmişdir. Mimansa təliminə görə can ölümsüzdür. Əks halda ölümdən sonra azadolmanı nəzərdə tutan veda ayinlərinin icrasına ehtiyac olmazdı. Lakin bu təlim tərəfdarları şüurun cana immanent xas olması ideyasını qəbul etmirlər. Onlar hesab edirlər ki, can yalnız bədənlə qovuşanda şüur yaranır. Bədəndə yerləşən can müxtəlif bilik növlərinə malik olur.
Vedanta. Vedanta sistemi vedalara aid müqəddəs düşüncələrin zirvəsi hesab edilir. Məhz bu səbəbdən vedanta –yəni vedaların yekunu adlandırılır. Vedanta upanişadlarda əksini tapmış bütün fəlsəfi fikirləri özündə cəmləyir. Əsas müddəaları Badarayanınmüəllifi olduğu “Brahma-sutrada” əksini tapıb. Bütün hind fəlsəfi sistemləri içərisində hind həyatına ən çox təsir göstərən sistem də vedantadır.
Riqveda himnlərindən birində vahid ali puruşa şəxsiyyətinin mövcudluğu ideyasına rast gəlinir. O bütün kainata nüfuz etsə də ondan kənardadır. Kainatın bütün canlı və cansız obyektləri, sadə insanlar və müqəddəslər burada poetik formada ali şəxsiyyətin hissələri kimi təsvir edilir. Upanişadlarda bütün mövcudiyyətin bu vəhdəti vahid şəxssiz gerçəklik konsepsiyasında, və yaxud vahid can, vahid Brahman konsepsiyasında əksini tapır. Upanişadlarda deyilir ki, dünya öz başlanğıcını bu gerçəklikdən götürür, onda mövcud olur və məhv olarkən ona qayıdır. Kainatda qavranılan ayrıca obyektlərin çoxluğunun (çoxcalığının) gerçək olması inkar edilir. Hər şey Tanrıdır. Can Tanrıdır. Çoxcalıq mövcud deyil. Bu can, və ya Tanrı gerçəklikdir; o qeyri-məhdud şüur (cnyana) və bəxtiyarlıqdır (ananda).

Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin