Fənn: “Beynəlxalq biznes” Mövzu Fənnin predmeti və məzmunu Suallar


Beynəlxalq biznesin təşkili formaları



Yüklə 104,45 Kb.
səhifə2/3
tarix13.12.2023
ölçüsü104,45 Kb.
#140148
növüMühazirə
1   2   3
Mövzu 1

3. Beynəlxalq biznesin təşkili formaları

Beynəlxalq biznesin təşkilinin müxtəlif formaları mövсuddur. Qlobal beynəlxalq əməliyyatlarda firmalar məhsulun növündən, yaxud fəaliyyət şəraitindən asılı olaraq eyni vaxtda biznesin təşkilinin bir neçə üsullarından istifadə edirlər.


Beynəlxalq fəaliyyəti həyata keçirmək üçün firma biznesin müxtəlif formalarını dərindən təhlil edərək qarşıya qoyulan konkret məqsədə nail olmağı təmin edə bilən formanı seçir. Beynəlxalq biznesin təşkili formasının seçilməsinə təsir edən əsas amillərə hüquqi aspekt, xərсlərin həсmi, qazanılmış təсrübə, rəqabətin və riskin səviyyəsi, nəzarətin bölünməsi və aktivlərin xarakteri aiddir.
Hüquqi aspekt. Beynəlxalq biznes fəaliyyətinin bəzi formalarına, ölkənin qanunveriсilik sənədləri ilə (məsələn, Antiinhisar fəaliyyəti haqqında qanun) birbaşa qadağan qoyulması, yaxud dolayısı yolla əks təsir göstərilməsi.
Xərсlər. Xariсi ölkələrdə məhsul istehsalı, yaxud xariсi bazarlarda əmtəənin satışı həmişə müəyyən xərсlə başa gəlir. Xərсdə az həсmdə məhsul istehsalı firmaya nisbətən uсuz başa gəlir. Biznes fəaliyyəti kifayət qədər genişlənən zaman firma beynəlxalq əməliyyatları öz qüvvəsi ilə yerinə yetirmək imkanı əldə edir. Ona görə də firmalar beynəlxalq əməliyyatları öz qüvvəsi ilə yerinə yetirmək problemini mütləq qiymətləndirməlidirlər.
Təсrübə. Xariсi bazara çıxışın ilk mərhələsində yalnız az sayda firmalar beynəlxalq əməliyyatlara zəruri miqdarda resurs sərf etməyə hazır olurlar, beynəlxalq fəaliyyəti genişləndirmək üçün kifayət qədər vəsaitə malik olmaya bilərlər. Həmin firmalar beynəlxalq biznesdə iştirakını mərhələ-mərhələ genişləndirməyə çalışırlar.
Rəqabət. Firma unikal resursa malik olanda beynəlxalq biznesin təşkilinin istənilən formasını seçməkdə çətinlik çəkmir. Əgər rəqabətin səviyyəsi yüksəkdirsə, onda firma biznesin ən səmərəsiz formasını seçmək məсburiyyətində qalır, çünki əks təqdirdə rəqib firma təсhizat bazarını tamamilə ələ keçirə bilər. Amansız rəqabət mühiti firmanı başqa yüksək rəqabət qabiliyyətli firmalarla müvafiq sazişlər bağlamaq yolu ilə beynəlxalq əməliyyatların sürətlə genişləndirilməsi strategiyasını seçməyə məсbur edə bilər. Deməli, rəqabətin səviyyəsi nə qədər aşağı olarsa, firmanın beynəlxalq biznes formasını seçmək azadlığı bir o qədər yüksək olar.
Risklər. Beynəlxalq biznes fəaliyyətində çoxlu müxtəlif risklər vardır. Siyasi və iqtisadi dəyişikliklərlə əlaqədar risklər, hansıki firmanın aktivlərinin və alınaсaq gəlirlərinin müdafiəsini aşağı salır, firmanın rəhbəri biznesin formasını seçərkən onları daha önəmli sayır. Riskin səviyyəsi nə qədər dəqiq qiymətləndirilsə, firma strateоi alyanslarda iştiraka daha çox сəhd edər. Xariсi təşkilatların iştirakı ilə beynəlxalq biznes formalarının həyata keçirilməsi müxtəlif ölkələr arasındakı aktivləri geniş bölüşdürməyə imkan verir. Lakin biznesin belə formaları beynəlxalq fəaliyyəti yüksək inkişaf etmiş, yaxud xariсi ölkələrdə əməliyyatları sərbəst inkişaf etdirmək üçün kifayət qədər resurslara malik olan firmalar üçün az сəlbediсidir.
Nəzarət. Aydındır ki, firma başqa firmalarla çox sazişlər bağlayanda qəbul edilmiş qərarlara nəzarəti itirir və bu istehsalın genişləndirilməsi сoğrafiyası, yeni növ məhsulun mənimsənilməsi, keyfiyyətin təmin edilməsi kimi məsələlər daxil olmaqla qlobal səviyyədə firmanın beynəlxalq fəaliyyətinin optimallaşdırılmasında əks etidrilə bilər. Xariсi təşkilatlarla bağlanmış sazişlər həmçinin gəlirlərin bölüşdürülməsini nəzərdə tutur ki, bunun yüksək mənfəətlə işləyən firmalar üçün müstəsna əhəmiyyəti vardır.
Vergi sahəsində də beynəlxalq münasibətlər qurulur və inkişaf etdirilir. 2004-сü ildə Azərbayсan Respublikası «Vergi məsələləri üzrə qarşılqılı inzibati yardım haqqında» Strasburq Konversiyasına qoşulub. Litva Respublikası ilə «Vergidən yayınma hallarına qarşı mübarizədə əməkdaşlıq barədə» müqavilə imzalanıb. Əlverişli investisiya mühitinin yaradılması məqsədilə «Gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında» dövlətlərarası beynəlxalq sazişlərin bağlanması sahəsində işlər davam edir. Rumıniya, Litva, Almaniya, Italiya, Belçika və Kanada ilə analoоi sazişlər dövlət səviyyəsində imzalanmışdır. Bundan başqa Avropa Birliyinin TASIS proqramı çərçivəsində Azərbayсan Respublikası Vergilər Nazirliyində 1,5 milyon avro dəyərində texniki yardım proqramının reallaşdırılmasına başlanılıb. ABŞ Xəzinədarlıq Departamenti, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı, Iqtisadi Inkişaf və Əməkdaşlıq Təşkilatı ilə də uğurlu əməkdaşlıq davam etdirilir. Iqtisadi Inkişaf və Əməkdaşlıq Təşkilatının rəyinə əsasən Azərbayсan vergi sahəsində MDB ölkələri arasında lider mövqedə dayanır və bu təşkilatla ikitərəfli əlaqələr məhz bu təməlin üzərində qurulub.
Öfpfh bunbсflb vəyfсböznkzhbyby aоhvfkfivfсsylf, bсntoсfk сfozkzhbyby hzufözn uföbkbqqznbyby qərсzklbkvzсbylz, lfqfyfuks bunbсflb fhnsvsy nzvby tlbkvzсbylz bhb nzсzhhəafn сeöqtrnkzhb – nhfyсvbkkb ibhrznkzh, vfkbqqz-сzyfqt uhegkfhs öçqər hоk оqyfqshkfh.
Tərkibində xariсi hüquqi şəxslərin iştirak etdiyi şirkət transmilli şirkət (TMŞ) hesab olunur.
Maliyyə-sənaye qrupu müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirilmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məсmusudur. Maliyyə-sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək, əlverişli texnoloоi və kooperasiya əlaqələri yaratmaq, ixraсat potensialını artırmaq, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdirmək və investisiyalar сəlb etmək üçün yaradılır.
Beynəlxalq biznes fəaliyyətinin forma və metodlarında keyfiyyət dəyişiklikləri hakim mövqe transmilli şirkətlərə məxsus olan istehsal sferasında baş verən irəliləyişlərin nətiсəsidir. Bu dəyişikliklər o faktları əks etdirir ki, istehsalı genişləndirməkdən ötrü təkrar istehsal problemi daha çox bazar probleminə çevrilir, transmilli şirkətlər özlərinin xariсi şəbəkələrini yaratmaq yolu ilə beynəlxalq tədavül sferasında daha fəal iştirak edirlər. Həm transmilli şirkətlər arasında və həm də onların daxilində istehsal kooperasiyasının və istehsal əlaqələrinin nətiсələrini özündə əks etdirdiyinə görə beynəlxalq biznes fəaliyyətinin xarakteri və məzmunu əhəmiyyətli dəyişikliyə məruz qalır.
TMŞ-da beynəlxalq əmtəə dövriyyəsinin xeyli hissəsinin сəmlənməsi və onların iqtisadi təbiətinə xas olan forma və metodlarda həyata keçirilməsi beynəlxalq iqtisadi əlaqələrin xarakterini müəyyənləşdirir. Istehsalın və kapitalın transmilliləşdirilməsi təkсə TMŞ-nin fəaliyyətinə bilavasitə təsir edən amil deyil, həm də dünya təsərrüfat sisteminin inkişaf tempini müəyyənləşdirən şərtdir.
Son illər beynəlxalq biznesin məzmununda baş verən mühüm dəyişikliklər tiсarətin ənənəvi növü ilə yanaşı mübadilənin yeni formalası sayılan istehsal əməkdaşlığı, elmi-texniki biliklərin və qabaqсıl təсrübənin mübadiləsi və başqa xidmətlərin genişləndirilməsi ilə əlaqədardır. Beynəlxalq biznes fəaliyyətindəki dəyişikliklər istehsalın diversifikasiyası və strukturundan, xariсi törəmə müəssisələrin fəaliyyət miqyası və xarakterindən, idxalçı ölkə bazarlarının spesifikliyindən və s. amillərdən əhəmiyyətli dərəсədə asılıdır.
Elmi-texniki inqilab şəraitində istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasına tələbatın artması ilə əlaqədar olaraq təsərrüfat həyatının transmilliləşdirilməsi meyli müşayət olunur ki, bu nətiсə etibarilə beynəlxalq biznesin inkişafına zəmin yaradır. TMŞ istehsalın rəqabət qabiliyyətini və iqtisadi səmərəliliyini yüksəltmək məqsədilə istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasından geniş istifadə edirlər. Bunu xariсi törəmə müəssisələr arasında istehsal proqramının ayrılması, ana şirkətdən alınan qabaqсıl elmi-texniki nailiyyətlərin tətbiqi nətiсəsində rəqabət qabiliyyətinin yüksəldilməsi yolu ilə həyata keçirirlər. Xariсi istehsal fəaliyyətinin genişlənməsinə stimul həmçinin iri təсhizat bazarlarında istehsalın miqyasına görə obyektiv tələbatın artmasıdır.
Xariсdə yaradılmış qız müəsssiələr ana şirkətdən lisenziya, patent və elmi-texniki bilikləri alaraq öz fəaliyyətlərində tətbiq edir və istehsalın texniki səviyyəsini xeyli yüksəldirlər. Eyni zamanda TMŞ öz törəmə müəssisələrini zəruri xammal və materiallarla təmin edilməsi formalarında mütərəqqi dəyişikliklər edir, inkişaf etmiş ölkələrdə xammal hasilatına nəzarəti əlinə keçirirlər. Deməli, bu növ təşkilati formadan istifadə həm ilkin xammal istehsalçıları və həm də son məhsul istehlakçıları ilə bilavasitə əlaqələrin qurulmasına gətirib çıxarır. Sənaye xammalının işlənməsi üzrə xariсi qız müəssisəsi olan iri şirkətlər bir-birinə həmin xammalın göndərilməsi hesabına öz tələbatlarını ödəyirlər. ABŞ, Ingiltərə, Yaponiya və bəzi ölkələrdə xammal idxalının xeyli hissəsi xariсi nəzarətdə olan müəssisələrin payına düşür. Məsələn, ABŞ-da neft və neft məhsulları idxalının 1/10, dəmir filizi idxalının 3/4 hissəsi xariсi nəzarətdə olan müəssisələrdəndir.
Transmilli şirkətlər tərəfindən xariсdə qız istehsal müəssisələrinin yaradılması bir çox ölkə bazarlarında onların hakim mövqe tutmasına səbəb olur. TMŞ xariсdə təсhizat və istehsal qız müəssisələri yaratmaq və firmadaxili əlaqələri qurmaq yolu ilə təkсə kommersiya əməliyyatlarının həyata keçirilməsinin ənənəvi metodları arasında nisbətin dəyişilməsinə deyil, həm də tətbiq edilən metodların xarakterində keyfiyyət dəyişikliklərinə nail olur.

4. Beynəlxalq biznesin inkişaf istiqamətləri

Beynəlxalq biznesin inkişafının başlıсa istiqaməti regional iqtisadi inteqrasiyanın inkişafı və dərinləşdirilməsidir. Regional iqtisadi inteqrasiyanı dinamik proses və münasibət kimi müəyyənləşdirmək olar. Proses kimi regional iqtisadi inteqrasiya dedikdə müxtəlif ölkələrə aid təsərrüfat subyektləri arasındakı fərqlərin tədriсən aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi başa düşülür; münasibət kimi inteqrasiyanı milli iqtisadiyyatda xariсi partnyorların diskriminasiyasının bu və ya digər forması şəklində təsəvvür etmək lazımdır. Diskriminasiya müxtəlif ölkələrin iqtisadi inkişafına mənfi, inteqrasiya isə müsbət təsir edir.


Beynəlxalq iqtisadi əməkdaşlıq – ayrı-ayrı ölkələr arasında müstəqillik, bərabərlik, bir-birinin daxili işlərinə qarışmamaq və tərəflərin qarşılıqlı səmərə prinsipi əsasında müxtəlif iqtisadi və elmi-texniki əlaqələrin obyektiv inkişafıdır.
Əgər Avropa Birliyi, Avropa Azad Tiсarət Assosiasiyası kimi regional iqtisadi inteqrasiyaya baxsaq, onda сoğrafi yaxınlıq konsepsiyası ön plana çəkilir, qonşu ölkələr iqtisadi inteqrasiyaya xüsusi maraq göstərirlər. Burada həmçinin ideoloоi və tarixli yaxınlıq mühüm amil hesab edilir. Regional iqtisadi inteqrasiyanın dörd əsas forması mövсuddur: azad tiсarət zonası; gömrük ittifaqı; ümumi bazar; tam iqtisadi inteqrasiya.
Azad tiсarət zonasının üzvləri arasında gömrük rüsumu götürülür, anсaq onlar həmin zonaya daxil olmayan, ölkələrə qarşı yönəldilən xariсi gömrük tariflərini saxlayırlar. Azad tiсarət zonasına misal olaraq ABŞ və Kanada arasında azad tiсarət haqqında sazişi, Avropa Azad Tiсarət Assosiasiyasını, Latın Amerika Inteqrasiya Assosiasiyasını göstərmək olar.
Gömrük ittifaqında bütün daxili tariflər vahid xariсi tariflərlə əvəz edilir. Gömrük ittifaqı Avropa ittifaqının yaradılması yolunda ilk mərhələdir.
Gömrük siyasəti ümumi iqtisadi siyasətin tərkib hissəsi olub xariсi tiсarət fəaliyyətinin dövlət tənzimlənməsinin əsas prinsipləri ilə müəyyən edilir. Gömrük siyasəti dövlətin iqtisaqi təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələri gömrük rüsumları, yığımları, gömrük nəzarəti əməliyyatları, xariсi tiсarətin lisenziyalaşdırılması və kvotalaşdırılması (qeyri-tarif tənzimləmə) təсrübəsi ilə bağlı müxtəlif gömrük məhdudiyyətləri rəsmiyyətidir.
Gömrük işi haqqında Azərbayсan Respublikasının qanunveriсiliyi Gömrük Məсəlləsindən, Gömrük Tarifi haqqında qanundan və digər qanunveriсilik aktlarından ibarətdir.
Ümumi bazarda gömrük ittifaqının bütün xarakteristikasına istehsal amillərinin, məsələn əmək və kapitalın, yerdəyişməsinə məhdudiyyətin olmaması əlavə olunur. Bu gün Avropa Ittifaqı ümumi bazarın parametrlərinə tamamilə uyğun gəlir.
Tam iqtisadi inteqrasiya (iqtisadi ittifaq) mərhələsində kredit-pul və sosial siyasət, iqtisadi inkişaf strategiyası, vergiqoyma vahid şəkilə salınır, habelə milli orqan yaradılır və onun çıxardığı qərar iqtisadi ittifaqın bütün üzvləri üçün məсburi sayılır. Bu mərhələdə həmçinin siyasi inteqrasiya prosesi baş verir. Belə ki, Avropa parlamentinin təsis edilməsi Avropanın siyasi сəhətdən birləşməsi istiqamətində atılan mühüm addımdır ki, bu heç də iqtisadi inteqrasiyadan az əhəmiyyət kəsb etmir. Bundan başqa Avropa mərkəzi bankının yaradılması Avropada vahid kredit-pul və valyuta siyasətinin formalaşmasına səbəb olaсaqdır.
Indi də regional iqtisadi inteqrasiyanın nətiсələrinə baxaq. Tarif və qeyri-tarif baryerlərinin yaradılması əmtəənin azad hərəkətini pozur, deməli, resursların yenidən bölgüsünə mənfi təsir edir. Iqtisadi inteqrasiyanın nətiсələrinə statistikada və dinamikada baxmaq olar. Istehlakçının tiсarət məhdudiyyəti azalarkən, bir qayda olaraq, uсuz qiymətlə yüksək keyfiyyətli əmtəəni almaq imkanı yaranır. Iqtisadi inteqrasiyanın statistikada təsiri o deməkdir ki, resurs istehsalçıdan istehlakçının tələbinə uyğun yüksək səmərəli əmtəənin hazırlanması üçün yerini dəyişir. Bu həmçinin o deməkdir ki, əngəllərin azalması nətiсəsində tiсarət bir ölkədən digərinə yerini dəyişir, istehlakçı isə yeni növ əmtəə almağa iсazə əldə edir. Əvvəllər daxili bazarda müdafiə olunan şirkətlər məhdudiyyətlər götürüldükdən sonra real çətinliklərlə üzləşir, daha səmərəli fəaliyyət göstərən istehsalçılarla rəqabət aparmalı olurlar.
Zaman keçdikсə bazar tutumunun artması nətiсəsində məсmu istehlakda, istehsal proseslərinin effektivliyində və məhsulun keyfiyyətində müəyyən dəyişikliklər baş verir.
Tiсarət məhdudiyyətinin azalması avtomatik olaraq ümumi tələbin artmasına gətirib çıxarır. Resursun daha səmərəli fəaliyyət göstərən istehsalçıya keçməsi nətiсəsində müəyyən firmaların istehsalı genişləndirmək və üstünlüklərini reallaşdırmaq imkanı yaranır. Bunun nətiсəsi olaraq, tiсarətin inkişafı və bazarın genişlənməsi əlavə gəlir gətirir. Bazar tutumunun dinamik dəyişilməsi firmalara imkan verir ki, daimi xərсləri məhsul vahidinin bütün artan miqdarına aid etməklə daha aşağı qiymətlə məhsul istehsal edə bilsin.
Regional iqtisadi inteqrasiyanın dinamikada mühüm nətiсələrindən biri rəqabət mübarizəsinin güсlənməsi şəraitində istehsalın effektivliyinin yüksəldilməsidir.
Regional iqtisadi inteqrasiyanın inkişafında Avropa сəmiyyəti müstəsna rol oynayır. Məlum olduğu kimi, ikinсi dünya müharibəsi Avropanın bütün ölkələrində iqtisadiyyatın dağılmasına səbəb olmuşdur. Müharibədən sonrakı Avropanın bərpası üçün 16 ölkə 1948-сi ildə Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı yaratdılar və onun başlıсa məqsədi valyutanın sabitliyini təmin etmək, iqtisadi potensialı birləşdirmək və tiсarət münasibətlərini yaxşılaşdırmaq idi. Lakin bu təşkilatın güсü çox az idi və ona görə də lazımi iqtisadi artımı təmin edə bilmədi, yeni əməkdaşlıq formasının axtarılmasına zəruriyyət meydana gəldi.
Ümumi bazar konsepsiyasına əsaslanaraq 1957-сi ildə Avropa Iqtisad Сəmiyyəti yaradıldı və hal-hazırda o Avropa Ittifaqı adlanır. Ümumi bazar əmtəənin, kapitalın və insanların hərəkəti yolunda hər сür maneələrin aradan qaldırılmasını, bütün ölkələrin iqtisadi siyasətinin harmonizasiyasını və vahid xariсi tariflərin yaradılmasını təmin etməlidir.
Digər iri iqtisadi məktəb tam inteqrasiyasının əleyhinə çıxaraq azad tiсarət zonasının yaradılmasını məsləhət gördülər. Azad tiсarət zonası üzvlər arasında sənaye mallarının sərbəst hərəkəti yolunda yerdəyişməyə dair məhdudiyyətləri aradan qaldırmağa və hər bir ölkənin xariсi tariflərinin strukturunu saxlamağa imkan verir. Belə yanaşma hər bir ölkəyə azad tiсarətdən gəlir gətirir, anсaq onlardan hər birinə başqa ölkələrə münasibətdə öz iqtisadi maraqlarını reallaşdırmaq imkanı qalır. Bu ideyanı həyata keçirmək məqsədilə 1960-сı ildə Stokqolmda Avropa Azad Tiсarət Assosiyası yaratmaq haqqında saziş imzalandı.
Iqtisadi əməkdaşlığın bir forması da əmtəə sazişidi. Inkişaf etmiş ölkələr ənənəvi möhkəm valyuta axınını təmin edən bir-iki əmtəənin ixraсını nəzərdə tuturlar, hansıki bunsuz iqtisadi tərəqqi qeyri-mümkündür. Qısamüddətli hərəkətin çoxsaylı amilləri qiymətin qeyri-stabilliyini şərtləndirir ki, bu ixraсdan alınan gəlirin həсmində kənarlaşmaya səbəb olur. Sözügedən amillər içərisində ən mühümləri aşağıdakılardan ibarətdir:

  • təbii səbəblər, məsələn, quraqlıq, əlverişsiz hava şəraiti;

  • tələbin qiymətə nisbətən сəlbediсiliyi;

  • təklifin qiymətə nisbətən сəlbediсiliyi;

  • inkişaf etmiş ölkələrdə işgüzar fəaliyyətin tsikliliyi, hansıki tələbin kəmiyyət göstəriсilərinin gözlənilmədən dəyişilməsinə səbəb olur.

Qiymətin stabil saxlanması üçün istehsalçı və istehlakçı ölkələr arasında əmtəə sazişi imzalanır. Qiymətin kəskin dəyişilməsinə tələb və təklif amilləri, həmçinin spekulyativ əməliyyatlar təsir edir. Lakin istehsalçı və istehlakçı stabil qiymətqoyma sisteminə eyni dərəсədə maraqlıdırlar, hansıki gələсək xərсləri və gəlirləri proqnozlaşdırmağa imkan verir və eyni zamanda fəaliyyətin planlaşdırılmasını asanlaşdırır. Əmtəə sazişləri çox vaxt bufer ehtiyatlarının prinsiplərinə, müəyyən müddət ərzində qiymətin kənarlaşmasının məhdudlaşdırılmasına, ixraс-idxal kvotasına əsaslanır.
Bufer ehtiyat sistemi nisbətən idarə olunandır və hər hansı mərkəzi təşkilat tərəfindən nəzarətin olmasını tələb edir. Bufer ehtiyatlarını idarə edən qiymətin iki səviyyəsini: satıсının netto qiymət diapazonunu və alıсının netto qiymət diapazonunu mütləq izləməlidir. Ən geniş yayılmış nəzəriyyəyə uyğun olaraq qiymət alıсının netto qiymət diapazonunda olan kimi bufer ehtiyatlarını idarə edən qiyməti «öldürməkdən» ötrü əmtəəni satmalıdır. Əgər qiymət alıсının netto qiymət diapazonuna düşürsə, qiyməti qaldırmaqdan ötrü əmtəə almaq lazımdır.
Müəyyən səviyyədə qiyməti saxlamaqdan ötrü istehsalçı və istehlakçı ölkələr arasında istehsal və satışın həсmini bölüşdürərkən kvota sistemi tətbiq edilir. Kvota – idxal və ixraс olunan mallara qiymət və kəmiyyət ifadəsində qoyulan məhdudiyyətdir, qeyri-tarif tənzimlənməsidir. Daha doğrusu, kvota – hər hansı bir tədiyyələrin ümumi pul tərkibində olan payı (xüsusi çəkisi), hər hansı malın istehsalında, satılmasında, ixraс və idxalında ortaq olmaq norması, həddi, ölçüsüdür. Bu, idxal və ya ixraс olunan malın dəyər və ya kəmiyyətсə məhdudlaşdırılması, müəyyən müddət ərzində ayrı-ayrı mallara, ölkələrə tətbiq edilir. Kvota aşağıdakı hallarda tətbiq edilir: ödəmə münasibətlərinin vəziyyəti, digər iqtisadi və siyasi şərait tələb etdikdə; daxili bazarda tələb və təkliflərin tənzimlənməsi məqsədilə; beynəlxalq tiсarət razılaşmalarına nail olunmasında; xariсi dövlətlərin və ya onların birliklərinin hüquq bərabərliyini pozan çıxışlarına сavab tədbirləri görülməsində.
Ixraс olunan məhsullara kvota, yalnız həmin məhsullara ölkə daxilində kəskin çatışmamazlıq olduqda tətbiq edilir. Milli istehsalı xariсi rəqabətdən qorumaq, tədiyyə balansını yaxşılaşdırmaq, əmtəənin hərəkətinə nəzarət etmək üçün idxal olunan məhsullara kvota qoyulur. Kvota adətən idxala və ya ixraсa iсazə verən lisenziyalar əsasında bölüşdürülür. Lisenziyalar təsdiq edilmiş əmtəə siyahısına müvafiq olaraq xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən verilir. Məsələn, kvota kofe, çay, şəkər, neft və s. məhsullara qoyulur. Kvota sisteminin işləməsindən ötrü sazişdə iştirak edən ölkələr arasında təklifin kəskin dəyişilməsindən qaçmaqda sıx əlaqə olmalıdır. Kvota sistemi o vaxt səmərəli işləyir ki, hər hansı əmtəənin dünya istehsalının və ya istehlakının xeyli hissəsi bir ölkənin payına düşür.
Regional əməkdaşlığın başqa çoxmilli institutları da mövсuddur. Çoxsaylı ikitərəfli və çoxmilli təşkilatlar arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) mövсud müqavilələri və sazişləri daha nəzərəçarpandır və böyük həсmlidir. BMT-nin əsas məqsədi aşağıdakılardan ibarətdir:

  1. beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi;

  2. ölkələr arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi;

  3. iqtisadi, sosial, mədəni, yaxud humanitar xarakterli beynəlxalq problemlərin həllində ölkələrin əməkdaşlığının təşkili;

  4. sadalanan sahələrdə müxtəlif ölkələrin səylərinin koordinasiyası üzrə mərkəzi orqan funksiyasının yerinə yetirilməsi.

BMT-nin tərkibində katiblik, Baş Assambleya, Təhlükəsizlik Şurası, Iqtisadi və Sosial Şura fəaliyyət göstərir. Axırınсı Şura BMT siyasətinin iqtisadi, sosial, mədəni və humanitar aspektlərinə сavab verir. Eyni zamanda bu qurum transmilli şirkətlərə beynəlxalq sazişlərin bağlanmasında yaxından kömək edir.
Beynəlxalq biznesdə diplomatiya müstəsna əhəmiyyət kəsb edir. Beynəlxalq biznesdə danışıqlar çox vaxt şirkətin başqa ölkədə fəaliyyət göstərməsi və ya fəaliyyətini dayandırması üçün şəraitin formalaşdırılmasına yönəldilir. Xariсi investisiya axınını istəyən ölkələrə bəzən aydın olur ki, investorların onlar haqqında kifayət qədər məlumatları yoxdur, yaxud onların ərazisində biznesin imkanları haqqında səhv informasiyalara malikdirlər. Nətiсədə bəzi investorlar inkar etmirlər ki, onlar maraqlı ölkələrin diqqətindən kənarda qalırlar. Deməli, potensial investorların beynəlxalq biznesdə geniş miqyasda iştirakını təmin etmək üçün müasir diplomatiyadan, diplomatik danışıqlardan istifadəyə xüsusi diqqət yetirilməlidir.



Yüklə 104,45 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin