Fənn: İqtisadiyyatın əsasları İxtisas: Politologiya Tədris ILI


Dövlətin maliyyə siyasəti



Yüklə 45,62 Kb.
səhifə3/5
tarix24.04.2023
ölçüsü45,62 Kb.
#125797
1   2   3   4   5
Dövlətin maliyyə sistemi

2. Dövlətin maliyyə siyasəti
1990-cı ilədək Sovet İttifaqının maliyyə siyasəti K.Marksın və V.İ.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdı. Sosialist dövlətinin mahiyyəti haqqında marksist-leninçi nəzəriyyədə dövlətin maliyyə siyasətinin başlıca prinsipi - maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi. Maliyyə siyasətində 1995-ci ildən başlayaraq perspektiv istiqamətlər müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur.
1.Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaq.
2. Müəssisə və fiziki şəxslərə vergiqoyma sistemini təkmilləşdirmək və sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq.
3. İnflyasiyanın səviyyəsini azaltmaq, müəssisələrə sahibkarlıq fəaliyyəti seçməkdə sərbəstlik vermək.
4. Ölkədə sənaye və kənd təsərrüfatı istehsalını canlandırmaq, istehsal və maliyyə münasibətlərini sağlamlaşdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasının genişləndirilməsi.
5. İqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etmək olsun.
6. Kredit münasibətləri sistemini təkmilləşdirmək, kredit münasibətlərinin inkişafı istehsalın və xidmət sahəsinin inkişafına yardım etməlidir.
7. İstehsal və qeyri - istehsal sferalarında dövlət tədbirlərini maliyyələşdirmək üçün ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində) təmərküzləşdirmək lazımdır.
8. Perspektivdə dövlət büdcəsinin sosial yönümlüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılmasını təmin etmək. Dövlətin maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır.
Maliyyə sistemi – qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı – ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitlərinin fondlarının bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir. Maliyyə sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir. Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır:
1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);
2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri – mərkəzləşdirilmiş maliyyə).
Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir. Birinci bölmənin – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə - bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir. İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri – mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir. Kredit – bank sferası ölkənin banklarından və digər kredit idarələrindən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə istitutları da (təşkilatlar və idarələr) aiddir.
Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.
Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır.



Yüklə 45,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin