Rəhimli Tural Rəşid oğlu «Lizinq əməliyyatlarinin vergiyə cəlb olunmasi problemləri»



Yüklə 0,55 Mb.
səhifə1/6
tarix22.10.2017
ölçüsü0,55 Mb.
#9907
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda

Rəhimli Tural Rəşid oğlu
«Lizinq əməliyyatlarinin vergiyə cəlb olunmasi problemləri»

mövzusunda
MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: İİM-010000 – «İQTİSADİYYAT»

İxtisasın şifri və adı: İİM-010004 – «VERGİLƏR VƏ VERGİQOYMA»

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

Dos. R.B.MƏHƏRRƏMOV Dos. İ.M.RZAYEV

_____________________ ______________________

Kafedra müdiri:

İ.e.d. Ə.Ə.ƏLƏKBƏROV

______________________

BAKI - 2017

MÜNDƏRİCAT

GİRİŞ ...................................................................................................................... 3

I FƏSIL. LİZİNQ MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASI VƏ ONUN VERGİYƏ CƏLB OLUNMASININ NƏZƏRİ ƏSASLARI ............................. 8

1.1. Lizinq münasibətlərinin təşəkkülü və onun inkişaf mərhələləri ...................... 8

1.2. Lizinqin iqtisadi mahiyyəti, müasir şəraitdə onun təşkili xüsusiyyətləri ....... 16

1.3. Lizinq əməliyyatlarının vergiyə cəlb olunmasının nəzəri əsasları ................. 26


II FƏSIL. AZƏRBAYCANDA VERGİ ÖDƏNİŞLƏRİ VƏ LİZİNQ ƏMƏLİYYATLARININ VERGİYƏ CƏLB OLUNMASININ MÖVCUD VƏZİYYƏTİ ........................................................................................................ 30

2.1. Azərbaycanda vergi ödənişlərinin mövcud vəziyyətinin təhlili...................... 30

2.2. Lizinq əməliyyatları üzrə vergilərin ödənişlərinin hazırki vəziyyətinin qiymətləndirilməsi ................................................................................................ 39

2.3. Müəssisələrdə lizinq ödənişlərinin səmərəliliyinin qiymətləndirilməsi .........46


III FƏSIL. LİZİNQ ƏMƏLİYYATLARININ VERGİYƏ CƏLB EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ ................. 52

3.1. Lizinq əməliyyatlarının vergiyə cəlb olunmasının hüquqi bazasının formalaşdırılması ................................................................................................... 52

3.2. Lizinq fəaliyyət sahəsi üzrə vergitutma mexanizminin təkmilləşdirilməsi istiqamətləri ........................................................................................................... 57

NƏTİCƏ ............................................................................................................... 68

ƏDƏBİYYAT ....................................................................................................... 71

РЕЗЮМЕ

SUMMARY

Magistrant_________________________________________________________

Elmi rəhbər________________________________________________________
GİRİŞ
Mövzunun aktuallığı. Liberal iqtisadi mühitdə vergi sistemi hər bir ölkənin iqtisadi parametrlərinə uyğun olaraq formalaşdırılır. Maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin maliyyə tələbatının və ölkə iqtisadiyyatınin normal inkişafının təmin edilməsi məqsədi ilə həyata keçirilən iqtisadi, maliyyə və hüquqi tədbirlərin məcmusu dövlətin vergi siyasətinin əsasını təşkil edir. Bildiyimiz kimi, Azərbaycan Republikası müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatın bazar iqtisadiyyatına uyğunlaşmasını təmin etmək üçün effektli tədbirlər həyata keçirilmişdir. İqtisadi fəaliyyətin leqallaşdırılması və şəffaf iqtisadi mühitin formalaşması baxımından atılmış mühim addımlar nəticəsində maliyyə resurslarının səmərəli şəkildə idarə edilməsi və dövlət büdcəsinin alternativ gəlir mənbələrinin yaradılması imkanlarını artırılmışdır. Lakin, bəzi maliyyə əməliyyatlarının vergiyə cəlb olunmasında həm qanunvericilik bazasının yetərsizliyi həm də praktiki olaraq bir sıra çətinliklərin mövcudluğu tam olaraq aradan qaldırılmamışdır. Lizinq əməliyyatlarının vergiyə cəlb olunmasında meydana çıxan çatışmazlıqlarıda bu aspektdən qiymətləndirmək olar.

Sovetlər birliyinin süqutundan sonra respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı kənd təsərrüfatında da mövcud olan əsas istehsal fondlarının vəziyyətinin kəskin ağırlaşma problemi ilə üzləşdi və onun aktiv hissəsində təzələnmə tempinin ləngidiyi və bu sahədə material-texniki təchizatın pisləşdiyi müşahidə edilirdi. Azərbaycan Respublikasının kənd təsərrüfatında böhran ümumi iqtisadi xarakterli səbəblərlə yanaşı torpaq, əmək resursları və sahənin istehsal potensialının mühüm elementi olan kənd təsərrüfatının maddi texniki bazasının mükəmməl olmaması ilə də şərtlənmişdir. Kənd təsərrüfatında mühüm istehsal sahəsinin az miqdarda maliyyələşdirilməsi səbəbindən və kifayət qədər yeni istehsal sahəsində maşın və avadanlıqların böyük hissəsinin fəaliyyətinin iqtisadi cəhətdən istifadə müddəti başa çatdığından bu sahədə müəyyən çətinliklər müşahidə olunurdu.

Kənd təsərrüfatında əsas istehsal fondlarının təzələnməsi hallarının çox zəif baş verdiyindən və səhm kapitalının yüksək dəyərə malik olduğundan müəssisədə xüsusi vəsaitlərin olmaması vəziyyəti yaranırdı. Kənd təsərrüfatının material-texniki təchizatında mövcud komplektləşdirilmiş mexanizmlərindən və sahənin texniki potensialının təkrar istehsalı mexanizmindən biri bu sahəyə dövlət və özəl investisiyası əsasında lizinqin verilməsidir. Belə bir iqtisadi şəraitdə lizinq, investisiya fəaliyyətinin xüsusi növü kimi geniş yer tutması ilə yanaşı kənd təsərrüfatına investisiyanın cəlb olunması probleminin həll edilməsinə kömək edər .

Kənd təsərrüfatında lizinqin çox şaxəli olması ilə yanaşı geniş mənada cəlb edilmiş resursların yerləşdirilməsi zamanı onun digər maddi-texniki təminat formaları ilə müqayisədə xüsusi yerə malik olduğundan lizinq münasibətlərinin dərindən öyrənilməsi aktuallıq kəsb edir. Hələ ki, milli və xarici təcrübə təsdiq edir ki, kənd təsərrüfatında lizinq müqaviləsinin inkişaf etdirilməsi daha az xərc formasında kənd təsərrüfatı məhsulları istehsalçılarının materiallar, kənd təsərrüfatı texnikası ilə təmin edilməsi imkanlarını artırır. Hazırda respublikamızda lizinq xidməti kənd təsərrüfatı sektoru ilə yanaşı tikinti sahəsində və nəqliyyat vasitələrinin satışının alternnativ üsullarından biri kimi dəyərləndirilir. Lizinq əməliyyatlarının icra olunmasında ən mühüm nüanslardan biri vergitutma xüsusiyyətləridir. Vergi infrastrukturunun müasirləşdirildiyi hazırki şəraitdə lizinq əməliyyatlarının vergiyə cəlb olunmasında qarşıya çıxan çatışmazlıqların tədqiqi və araşdırılması öz aktuallığını qoruyan məsələlərdəndir.



Problemin öyrənilmə səviyyəsi. Müasir iqtisadi şəraitdə respublikada lizinq mexanizmi və onun vergiyə cəlb olunması üçün nəzəri və təcrübi məsələlərin tədqiqi iqtisadçı alimlərin diqqət mərkəzində olmuşdur. Hazırda respublikamızda lizinqin vergiyə cəlb olunması üzrə bilgilər milli iqtisadçı alimlərdən Z.Ə.Səmədzadənin, A.F.Musayevin, V.T.Novruzovun, M.M.Sadıqovun, Y.A.Kəlbiyevin, İ.M.Rzayevin, R.B.Məhərrəmovun, Z.H.Rzayevin, T.Ə.Sadıqovun və başqalarının əsərlərində öz əksini tapmışdır.

İnvestisiya fəaliyyətinin əsas növü kimi baxılan lizinq münasibətlərinin elmi əsasını bir sıra məşhur xarici iqtisadçı alimlərin elmi əsərləri təşkil edir. Bu problemə həmin alimlərdən M.V.Kuçiyevanın, N.M.Vasilyevin, C.Y.Katırinin, A.V.Şpilkonun, A.Q.Levşinin, N.N.Vilkovun, V.D.Qazmanın, V.A.Qoremıkinin, A.A.Zanqiyevin, O.S.Qolubovanın, N.V.Pmitroviçin, E.V.Kabatovun, T.R.Tuskayevin və başqalarının əsərlərində rast gəlmək olar.

Dissertasiya işində respublikada lizinq əməliyyatlarının və onun vergiyə cəlb olunmasının tədqiqi nəzəri və metodoloji cəhətdən milli və xarici iqtisadçı alimlərin elmi araşdırmalarına əsaslanır.

Respublikanın aqrar sahəsində, xüsusən də kənd təsərrüfatında lizinq münasibət­lərinin təkmilləşdirilməsi dövlətin aqrar siyasətinin prioriteti olmalıdır. Kənd təsərrüfatında lizinqin zəruriliyini, məqsədyönlülüyünü və inkişafını təsdiq edən dəqiq elmi istiqamətlər işlənilməlidir. Aqrolizinq də daxil olmaqla ödəmə qabiliyyətli tələbi və kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəziyyətini nəzərə alan kənd təsərrüfatı texnikasının əldə edilməsi variantları, həmçinin lizinq əməliyyatlarının vergiyə cəlb olunması problemləri təcrübi tövsiyələrin elmi metodikası mövcud deyildir. Mövcud olan bu kimi çatışmamazlıqlar dissertasiyanın təd­qiqat mövzusunun seçilməsini zərurətə çevirən səbəblərdəndir.



Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi respublikada lizinq əməliyyatlarının vergiyə cəlb olunmasının nəzəri-metodoloji konsepsiyasını əsaslandırmaq, vergi ödənişlərinin müasir vəziyyətini öyrənmək və bazar münasibətləri şəraitində lizinq əməliyyatlarının optimal şəkildə vergiyə cəlb olunmasına dair elmi cəhət­dən əsaslandırılmış təklif və tövsiyələr hazırlamaqdan ibarətdir. Qarşıya qoyulmuş məq­sədə çatmaq üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:

- kənd təsərrüfatında lizinqin iqtisadi baxışlar çərçivəsində mahiyyətini və onun istehsalçıların material-texnika ilə təchiz olunmasında rolunu əsaslandırmaq;

- lizinq mexanizminə təsir edən amilləri aydınlaşdırmaq;

- təsnifatlaşdırılmış əlamətlər üzrə lizinqin forma və növlərinin tədqiq etmək;

- xarici təcrübədə həyata keçirilən lizinq əməliyyatlarını ümumilləşdirmək;

- maliyyə-kredit təşkilatlarında vergi tənzimlənməsinin nəzəri əsaslarının öyrənmək;

- lizinq əməliyyatları üzrə dövlət vergi tənzimlənməsinin metod və istiqamətlərinin müəyyən etmək və s.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti Azərbaycan Respublikasının sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri və onların maddi - texniki təchizatının yaxşılaşdırılmasında həlledici rola malik lizinq verən təşkilatlardır. Tədqiqatın predmeti kimi Azərbaycan Respublikasında kənd təsərrüfatında maddi-texniki təchizatda lizinq münasibətlərinin inkişaf meylləri və lizinqin həyata keçirilməsinin təşkilatiiqtisadi mexanizmi çıxış edir.

Magistr dissertasiya işinin predmeti yerli və xarici tədqiqatlar baxımından lizinq əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmlərinin öyrənilməsi, bu sahədəki mövcud problemlərin aradan qaldırılması yolları və təkmilləşdirilməsi istiqamətlərinin araşdırılmasıdır.

Tədqiqatın işinin informasiya mənbəyi. Dissеrtаsiyа işinin yеrinə yеtirilməsi zаmаnı Аzərbаycаn Rеspublikаsı Iqtisаdiyyat Nаzirliyinin, Аzərbаycаn Rеspublikаsı Vergilər Nazirliyinin, Аzərbаycаn Rеspublikаsı Dövlət Stаtistikа Kоmitəsinin, Аzərbаycаn Rеspublikаsı Kənd Təsərrüfаtı Nаzirliyinin məlumаtlаrındаn, еləcə də Аzərbаycаn Dövlət İqtisad Universitetinin hеsаbаtlаrındаn gеniş şəkildə istifаdə еdilmişdir. Tədqiqаt işində intеrnеt şəbəkəsinə, оnun infоrmаsiyа bаzаsındаkı məlumatlarına istinad olunmuşdur.

Tədqiqаt işinin еlmi yеniliyi aşağıdakılardan ibarətdir:

- lizinqin mahiyyəti və iqtisadi mexanizmi dəqiqləşdirilmişdir;

- lizinq əməliyyatlarının vergiyə cəlb edilməsinin əsas xüsusiyyətləri müəyyən edilmişdir;

- lizinq münasibətlərinin səmərəliliyinin artırılmasının əsas istiqamətləri aşkar edilmişdir;

- lizinq əməliyyatları üzrə dövlət vergi tənzimlənməsinin metod və istiqamətləri müəyyən edilmişdir.

Dissertasiya işinin praktiki əhəmiyyəti Azərbaycan Respublikasının əsasən aqrar sahəsində lizinq münasibətlərinin formalaşması məqsədilə onların nəzəri müddəalarının təcrübə ilə uzlaşdırılması, lizinq əməliyyətlarının vergiyə cəlb edilməsi xüsusiyyətlərinin araşdırılaraq təcrübədə istifadə edilməsi və bu xüsusiyyətlərin elmi araşdırmalarda və pedaqoji fəaliyyətdə ictifadə edilməsindən ibarətdir. Lizinq təşkilatlarının vergiyə cəlb olunması sahəsində qanunvericiliyin və vergi inzibatçılığın təkmilləşdirilməsi istiqamətində müvafiq elmi mənbə kimi, həmçinin gələcək elmi tədqiqatlar üçün ilkin baza qismində istifadəsi mümkündür.

Dissertasiya işinin həcmi və quruluşu. Dissertasiya işi girişdən, 3 fəsildən, nəticədən, ədəbiyyat siyahısından ibarət olmaqla 76 səhifədən ibarətdit.

I FƏSIL. LİZİNQ MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASI VƏ ONUN VERGİYƏ CƏLB OLUNMASININ NƏZƏRİ ƏSASLARI


    1. Lizinq münasibətlərinin təşəkkülü və onun inkişaf mərhələləri

Respublikamızda lizinq anlayışı yeni olmasına baxmayaraq dünya təcrübəsində bu anlayış kifayət qədər qədim tarixi dövrü əhatə edir. Lizinq əməliyyatlarının mahiyyətinin açılması hələ qədim dövrdə Aristotelin dövrünə təsadüf edir. Məhz onun “Ritorika” əsərində söylənildiyi kimi sərvət hüquqi cəhətdən mülkiyyətin əldə edilməsi ilə deyil, ondan istifadə edilməsi ilə yaradılır1. Başqa sözlə desək, mənfəət əldə etmək üçün məhsul istehsalçıla rının hər hansı bir mülkiyyət üzərində hüquqa malik olmaları zəruri deyil, yalnız ondan istifadə hüququ olmalı və son nəticədə mənfəət əldə etməlidir.

İqtisadi tədqiqatçıların fikrincə, icarə (lizinq) əməliyyatları b.e.ə. IV əsrdə, həmçinin Aristotelin yaşadığı dövrdə də mövcud olmuşdur. L.Baltus və B.Mayerin “Avropa lizinq məktəbi” kitabında qeyd edildiyi kimi o, hələ bizim eraya qədər təxminən 2000-ci ildə qədim Şumer dövlətində verilmişdir. Belə ki, Şumerin Ur şəhərindən tapılmış gil tabletlər aqrar alətlərin, torpaq, su mənbələri, öküz və digər heyvanların icarəsi haqqında qeyd edilir. Bu gil tabletlər (onlardan bəziləri yalnız 1984-cü ildə tapılmışdır) yerli fermerlərlə müqavilə bağlayan məbədlər haqqında qeyd edilirdi. Lakin qədimi sənədlər Şumer dövlətinin icarə təcrübəsi sferasını məhdudlaşdırmır və icarənin daha qədimdən mövcud olmasını inkar etmir 2.

Rus tədqiqatçı və hüquqşünası E.V.Kabatovanın3 istinad etdiyi ingilis tarixçisi T.Klark b.e.ə. 1775-1750-ci illərdə qəbul edilmiş Hammurapinin qanunlarında lizinq haqqında bir sıra vəziyyət göstərmişdir. Mülkiyyətə aid yazılar Hammurapinin qanunlar ında mühüm yer tutmuşdur. Yazılrada icarə və icarə ödənişi normalarına, mülkiyyətin girov şərtlərinə çox dəqiq baxılmışdır. Yunanların, Romalıların və Misirlilərin daxil olduğu digər qədim sivilizasiyalar təchizat, torpaq və ev heyvanlarının əldə edilməsi baxımından icarəni cəlbedici və əlverişli hesab etmişlər.

Cəmiyyətin əsasını təşkil edən iqtisadi münasibətlər ictimai inkişaf qanunları ilə qarşılıqlı əlaqəlidir. Onların qarşılıqlı təsiri daim irəliyə doğru hərəkəti şərtləndirir. Tarixi inkişaf təcrübəsi göstərir ki, bu hərəkət təkamül yolu ilə baş verə bilər.

Ümumilikdə, lizinqin formalaşması və inkişafını beş mərhələyə bölmək olar: Lizinq münasibətlərinin inkişafının birinci mərhələsini başqalarının əmək vasi­tələrindən pul və ya kompensasiya ödəməsi müqabilində istifadə etmək ideyasının yaranması ilə səciyyələnir. Birinci mərhələdə Babildə və Mesopotomiyada başqalarının mülkiyyətindən istifadə olunması ideyasının yarandı və formalaşdı.

İkinci mərhələ Roma hüququnda mülkiyyət hüququ verilmədən aktivlərə sahiblik institutunun yaranması ilə bağlıdır. Bu, Avropa hüquq sistemlərinin inkişafı üçün zəmin olmuşdur.

Roma hüququnu təsisçilərindən imperator I Yustinian məlum institusiyalarda lizinq münasibətlərinin əsas ideyasını əks etdirmişdir. Buna görə də hüquqşünaslar haqlı olaraq güman edirlər ki, əşyaya mülkiyyət hüququ olmadan ona sahiblik edilməsi ilə əlaqədar əmlak münasibətləri kompleksi Roma hüququnda yaxşı məlum idi. Bu münasibətlər həm müqavilə hüququnda, həm də əşya hüququnda öz əksini tapırdı.

Üçüncü mərhələ İngiltərədə icarə münasibətlərinin inkişafı tarixini əhatə edir. Bu, İngiltərə hüquq sisteminin unikallığı və onun qitə hüquq sisteminə oxşamaması ilə bağlıdır.

Lizinq münasibətlərinin inkişafına yeni təkan verilməsi ilk növbədə texniki tərəqqi və yeni bahalı texnikanın satışı üçün əlavə kanallar tələb edilməsi ilə bağlıdır.

Dördüncü mərhələ “Bell” firması və “lizinq” (leasinq) terminin yaranması ilə əlamətdardır.
Avstriyalı tədqiqatçı V.Hoyer qeyd edir ki, «lizinq»” terminindən ilk dəfə 1877-ci ildə istifadə edilmişdir. O vaxt «Bell telefon kompani”» (Bell telefon şirkəti) öz telefon aparatlarını satmaq əvəzinə onları icarəyə verməyi, yəni bu avadanlıqları müştərinin evində və ya ofisində yalnız vaxtaşırı ödəniş əsasında quraşdırmağı qərara almışdır. Bu iqtisadi gediş sayəsində ABŞ-da telefonlaşdırma dünyanın başqa ölkələri ilə müqayisədə xeyli sürətli və geniş əhatəli şəkildə həyata keçirilmişdir4.

Beşinci mərhələ əsas fəaliyyət növü lizinq olan təşkilatların yaranması və lizinqin maliyyə bazarında müstəqil seqmentə çevrilməsi ilə bağlıdır. Müasir anlamda lizinqin tarixi məhz bu andan başlanır. Lakin XX əsrin 50-ci illərinin əvvəllində Amerikada lizinq münasibətlərində sözün həqiqi mənasında süni canlanma yaranmışdı. Şimali Amerikada maliyyə lizinqinin sürətlə inkişaf etməsinə bir neçə amil zəmin yaratmışdı. 50-ci illərin elmi-texniki inqilabı ilə əlaqədar müəssisələr əsas vəsaitlərin yeniləşdirilməsi zərurəti ilə üzləşmişdi, maliyyə lizinqi mexanizmi isə bunu avadanlığı bankların borc vəsaitləri vasitəsilə almaq halı ilə müqayisədə daha sərfəli şərtlərlə etməyə imkan verirdi. Eyni zamanda, maliyyə xidmətləri bazarı fəal inkişaf edir, kreditvermənin yeni formalarının, aşağı faiz dərəcələrini təklif edirdi. Lizinq əqdlərini müşaiyət edən əlverişli vergi rejimini də buraya əlavə etsək, lizinq müvafiq şirkətlər üçün cəlbedici olurdu.

V.Hoyer göstərir ki, lizinq əməliyyatları əsas fəaliyyət növü olan ilk səhmdar cəmiyyəti 1952-ci ildə San-Fransiskoda yaradılmış məşhur “United States Leasing Corporation” şirkəti olmuşdur. Hoyer həmin şirkətin Henri Şonfeld tərəfindən təsis olunmasını aşağıdakı kimi təsvir edir: «1952-ci ildə Kaliforniyada qida məhsulları istehsal edən kiçik firma hərbi nazirlikdən alınmış iri sifarişi yerinə yetirmək üçün maşın parkını genişləndirməli idi, lakin firmanın kapitalı az idi və onun sərbəst vəsaitləri yox idi. Onda firmanın rəhbərliyi zəruri maşınları icarəyə götürməyi qərara almış və onların alınmasının maliyyələşdirilməsi prosesini bu şəkildə həyata keçirmişdi. Şirkətin təsisçiləri bu əməliyyatın sərfəli olmasını yəqin etdikdən və bir sıra başqa firmaların da bu nümunə əsasında onlara lazım olan maşınları icarəyə götürmək istədiyini bildikdən sonra kapitalının məbləği 20 min ABŞ dolları olan firmanı yaratdılar. İki ildən sonra bu firma 3 milyon ABŞ dollarından artıq məbləğdə maşın və avadanlığı lizinqə verirdi”. Lizinq əməliyyat­ları tezliklə ABŞ hüdudlarından kənara yayıldı və lizinq biznesinin inkişafı üçün çox vacib olan «beynəlxalq lizinq»” anlayışı yarandı. Bir neçə ildən sonra şirkət başqa ölkələrdə öz filiallarını açmağa başlamışdı. Bu filiallardan birincisi 1959-cu ildə Kanadada açılmışdır. Sonralar şirkət “United States Leasing İnternational” adlan­mağa başlamışdır. Lizinq sahəsinin inkişafında bütün müasir mərhələdə ABŞ lizinq əməliyyatlarının həcminə görə liderliyi əldə saxlayır, bu göstərici üzrə ən yaxın rəqiblərini xeyli qabaqlayır. İqtisadiyyatını bazar prinsiplərinə uyğun forma­laşdıran postsovet məkanındakı ölkələr üçün lizinq sahəsində ABŞ-ın təcrübəsi yerli bazarın daha da inkişaf etdirilməsi və lizinq münasibətlərinin həyata keçirilməsinin yeni, səmərəli sxemlərinin axtarışı baxımından maraq doğurur.

Yuxarıdakılara baxmayaraq icarə münasibətlərində müasir inqilab Amerikada XX əsrin 50-ci illərində baş vermişdir. 1952-ci ildə təşkil olunmuş və 20 min ABŞ dollar kapi­tala malik ilk lizinq müəssisəsi olan “U.S.Lising”-in yaradıcısı Henri Şoffenld Amerika lizinqinin «atası» hesab olunur. İstehsal vasitələri olan texnoloji təchizat, maşın, gəmi, təy­yarə və s-nin kütləvi icarəsinə başlanılmışdır. ABŞ hökuməti bu hadisəni ləyaqətlə qiymətləndirdi və onun stimullaşdırılması üzrə dövlət proqramı işləyib hazırlayaraq həyata keçirdi. 5

Fransada ilk lizinq kompaniyası 1957-ci ildə yaradılmışdır. O, sənaye avadanlığının lizinqi ilə məşğul olmuşdur. 1965-ci ildə Fransada artıq 28 lizinq şirkəti fəaliyyət göstərirdi, lakin lizinq ideyası heç də asan yolla özünə tərəfdaş toplaya bilmədi. Nəzərə almaq lazımdır ki, müxtəlif mülahizələrə baxmayaraq məhz mülkiyyət çox uzun müddət ərzində iqtisadiyyatın və cəmiyyətin sosial strukturunun əsası olan mülkiyyətin sərvətləş­dirilməsi ilə əlaqələndirildi. Lizinq konsepsiyası ənənəvi olan bir sıra hallardan imtina edilməsini tələb etdi ki, bu da asan deyildi6.

Kənd təsərrüfatında xüsusi təsərrüfatların inkişafı və sahibkarlığın formalaşdığı şəraitdə məhsul istehsalının artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsi maddi-texniki təchizatla təminatın yaxşılaşdırılmasından və onlardan səmərəli istifadə eidlmə­sindən asılıdır. Kənd təsərrüfatında maddi-texniki bazanın düzgün formalaşdırılması mad­di-texniki təchizat sisteminin təkmilləşdirilməsi, onun bazar münasibətlərinin tələblərinə uyğunlaşdırılmasını mühüm vəhdət kimi qarşıya qoyur. Respublikamızda bu məsələlərin həlli üçün lizinq sisteminin formalaşdırılmasına ehtiyac duyulurdu.

Respublikamızda lizinqin yaranmasının ilk hüquqi əsasını 29 noyabr 1994-cü ildə qəbul olunmuş «Lizinq xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu təşkil edirdi. Bu hüquqi əsasən əksər müddəalarının Azərbaycan Respublikasının Mülki Məcəl­ləsinə daxil edilməsi ilə əlaqədar olaraq qanun 17 iyul 2003-cü ildə qüvvədən düşdü [2].

“Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 31 mart 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qüvvəyə minimişdir.

Aqrar sahədə indiki iqtisadi şəraitdə qarşıda duran başlıca vəzifələrdən biri istiehsal­çının zəruri kənd təsərrüfat texnikası ilə təchizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən və onun itkisiz yığılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Res­publikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004 - 2008-ci illər)» bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Aqrar sahənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək və Dövlət Proqramın­da nəzərdə tutulan tədbirlərin icrasını sürətləndirmək məqsədilə 23 oktyabr 2004-cü ildə «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qüvvəyə mindi. Sərəncamda ilkin mərhələdə səhmlərinin nəzarət paketi 100 faiz dövlətə məxsus olan «Aqrolizinq» Açıq Səhmdar Cə­miyyətinin yaradılması nəzərdə tutulmuşdur. «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını həyata keçirməlidir. Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınan əşyaların idxal gömrük rüsumundan və idxal zamanı əlavə dəyər vergisindən azad olunması üçün müvafiq qərar qəbul edilmişdir. Sərəncamda həmçinin ölkədə beynəlxalq təşkilatlar və xarici ölkələrin maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alınan vəsaitin aqrar sahənin texniki təchizatının yaxşılaşdırılması üçün istifadəsi üzrə ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulub.

Azərbaycan Respublikasının iqtisadiyyatında həyata keçirilən islahatlar döv­ründə lizinqin inkişafını lizinq münasibətlərinin təkamülünün yeddinci mərhələsi kimi səciyyələndirmək olar. Bu mərhələ daxilində lizinqin iqtisadi forma kimi təşəkkülünün üç səciyyəvi dövrünü fərqləndirmək olar.

Birinci (başlanğıc) dövr lizinq haqqında xüsusi qanunvericiliyin olmaması ilə səciyyəvidir. Bu səbəbdən sahibkarlıq fəaliyyətinin bu forması inkişaf etməmişdir. Həmin dövrün zaman xarakteristikası onun mövcud olması müddətini müəyyən edir – Azərbaycan Respublikasının bazarında lizinq əməliyyatlarının inkişafının başlan­ğıcını 1988-1989-cu illərə aid etmək olar. Bu, ilk növbədə təsərrüfatçılığın icarə formalarının tətbiqi ilə şərtlənmişdir.

İkinci dövrdə, 90-cı illərin əvvəlindən başlayaraq Azərbaycan Respublikasında lizinq fəaliyyəti xüsusi normativ və qanunverici sənədlər olmadan icarəyə oxşar qayda üzrə həyata keçirilirdi. Hüquqi baxımdan qeyri-müəyyənlik tərəfdaşların risk dərəcəsini artırır. Bununla da sahibkarlıq təşəbbüsünü zəiflədir və elmi-texniki tərəqqinin təcrübədə reallaşmasını məhdudlaşdırırdı. Əvvəlki dövr kimi bu dövr də lizinq xidmətləri bazarında ayrı-ayrı əqdlərlə səciyyəvi idi.

1993-cü ildən başlanan üçüncü dövr lizinq əqdlərinin xüsusi normativ bazasının fəal formalaşması ilə səciyyəvi olaraq bir sıra normativ aktlar qəbul edilmiş və 29 noyabr 1994-cü ildə “Lizinq xidməti haqqında” Azərbaycan Respublikasının Qanu­nu qəbul olunmuşdur7. Bu mərhələdə zaman etibarilə pərakəndə, anlayışların müxtəlif mənalar kəsb etdiyi lizinq müna­sibətlərini tənzimləyən və ilk növbədə makro və mikro iqtisadi münasibətlərin subyektləri üçün nisbətən yeni olan bu spesifik əməliyyatların uçotda əks etdirilməsi ilə əlaqədar məsələləri həmin qanunun tələblərinə uyğunlaşdırmaq nəzərdə tutulurdu.

Azərbaycan Respublikasının aqrar sahəsində lizinq xidmətləri bazarı 2004-cü ildən fəal inkişaf etməyə başlamışdır. Bu halda kənd təsərrüfatının müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək məqsədilə 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» AzərbaycanRespublikası Prezidentinin Sərən­camı qüvvəyə mindikdən sonra İqtisadi İnkişaf Nazirliyinə tapşırılmaqla ilkin mərhələdə səhmlərinin nəzarət zərfi 100% dövlətə məxsusolan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsait hesabına fəaliyyət dairəsi genişlənmişdir. Vəziyyətin bu cür olması kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasının möhkəmləndirilməsində, onlara aqrotexniki xidmətlər göstərilməsində, xüsusən kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, ehtiyat hissələri, aqrokimyəvi maddələr və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, məhsul istehsalçılarının tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə, damazlıq heyvanlarla və s. təmin edilməsində əsaslı dönüş yaranmışdır.
Cədvəl 1.1

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə müxtəlif mənbələrdən ayrılmış vəsaitlərin dinamikası, milyon manat




Ayrılmış vəsaitin mənbələri

2005

2008

2009

2010

2014

2015

Dövlətin büdcəsi

20

37,5

37,5

35

35

-

Büdcənin əsaslı qoyuluşu

-

10

-

4,6

-

-

Neft şirkəti hesabına

0,4

-

-

-

-

-

Neft şirkəti ehtiyat fondu

4,6

-

-

-

-

-

Tərəfdaşlıq fondu

-

-

2,64

-

-

-

Yaponiya Qrantı

-

-

1,34

-

-

-

Təkrar istifadə vəsaiti

-

22,42

24,81

29

-

-

Prezidentin ehtiyat fondu

-

25

8

5

18




Ayrılmış vəsaitin cəmi

25

94,92

74,29

73,6

53

-

Cədvəl. www.аqrolizinqinfo saytının məlumatları əsasında müəllif tərəfindən hazırlamnmışdır.

Qeyd. 2015-ci ilin rəsmi statistik məlumatları müvafiq qurumlar tərəfindən açıqlanmamışdır.

Cədvəl 1.1-dən məlum olur ki, 2005-ci ildə dövlət büdcəsindən “Aqrolizinq” ASC-nə 20 milyon manat vəsait ayrılmışdır ki, bu da cəmi dövlət büdcəsi xərclərinin 0,1%-ni təşkil edirdi. Son illərdə cəmiyyətə dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı artımışdır. Belə ki, 2006-ci ildə müvafiq olaraq 38 miyon manat, 2007-ci ildə 37,5 milyon manat, 2008-ci ildə 37,5 milyon manat, 2009-cu ildə 37,5 milyon manat, 2014-cü ildə 35 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşudur.8

“Lizinq xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məq­sədləri lizinqin hüquqi və təşkilati xüsusiyyətlərini müəyyən etməkdən ibarət olmuşdur. Bu, lizinq əməliyyatları əsasında istehsal vasitələrinə sərmayə qoyuluşunun səmərəsini təmin etməyə, lizinq əqdinin iştirakçılarının hüquqlarının müdafiəsinə kömək edirdi. Bununla bərabər, hər hansı yeni hadisədə olduğu kimi lizinq münasibətləri sahəsində də həll edilməmiş problemlər az deyildi.

Beləliklə, «Lizinq xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun və digər tərəfdən müxtəlif idarə və nazir­liklərin rəsmi metodik materialları arasında ziddiyyətlər normativ-hüquqi bazanın təkmilləşdirilməsini tələb edirdi.


    1. Yüklə 0,55 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin