Rəhimli Tural Rəşid oğlu «Lizinq əməliyyatlarinin vergiyə cəlb olunmasi problemləri»



Yüklə 0,55 Mb.
səhifə6/6
tarix22.10.2017
ölçüsü0,55 Mb.
#9907
1   2   3   4   5   6

NƏTICƏ
Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır.

Son illər respublikada bazar münasibət­lərinin bərqərar olması ilə yanaşı əldə olunmuş yüksək makroiqtisadi göstəricilər, iqtisadi subyektlərin xüsusilə sahibkarlıq fəaliyyətinin inkişafına əlverişli şərait yaratmışdır ki, bunlarda öz növbəsində, qeyri neft sektorunun inkişafına yönəldilmiş idarəetmə və tənzimləmə metodlarının iqtisadiyyata tətbiqini zəruriləşdirmışdir. Bu aspektdə apardığımız tətdqiqat işin­də istehsal sahələrində lizinq münasibətlərinin vergiyə cəlb olunması prosedurunun nəzəri əsasda öyrənilməsi və lizinqin inkişafının milli təcrübəsinin, həmçinin istehsal sahələrində səmərəli şəkildə həyata keçirilməsi və ölkə təcrübəsində tətbiq olunması aşağıdakı nəticə və təkliflərin əldə olunmasına imkan vermişdir:

1. Tədqiqat işində lizinqin mahiyyəti və məzmunu bir iqtisadi kateqoriya kimi subyektiv olaraq dəqiqləşdirilmişdir. Lizinq mülkiyyət münasibətlərinin reallaşdırılmasının elə bir üsuludur ki, bu prosesdə istehsal vasitələri ilə istehsal münasibətləri arasında müəyyən qarşılıqlı əlaqələr üzə çıxır. Lizinq təşkilati-iqtisadi münasibətlərin üç növünü: sahibkar, icarə və investisiya münasibətlərini özündə birləşdirir. Mahiyyət etibarı ilə lizinq maddi-əşyavi əsasa və sosial-iqtisadi xarakteristikaya malikdir. Lizinqin maddi-əşyavi cəhəti istehsalın təşkilati-hüquqi formalarını, maddi elementlərin icarəsini, əmlak alqı-satqısını və kreditvermə şərtlərini əhatə edir. Lizinqin sosial-iqtisadi məzmunu mülkiyyət münasibətləri, müştərək (mülkiyyətçi ilə, cəmiyyətlə və s.) iqtisadi fəaliyyətlə, eləcə də mülkiyyətin transformasiyası şərtləri ilə müəyyən olunur.

2. Lizinq təsərrüfat subyektlərinin texniki təchizatının formalaşması və istehsal fəaliyyətinin gücləndirilməsi ilə bağlı çox mühüm funksiyaları yerinə yetirir. Müasir iqtisadi şəraitdə respublikada lizinqin ən əhəmiyyətli funksiyaları aşağıdakılardır: maliyyə, istehsal, təchizat funksiyaları və vergi güzəştlərinin təmin edilməsi. Fikrimizcə, lizinq növlərinin təklif edilən təsnifatı Azərbaycan Respublikasının iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən aqrar-sənaye kom­pleksində lizinq münasibətləri bazarının yaradılması üçün təkcə informasiya baxımından deyil, həm də iqtisadi mənada əhəmiyyətlidir. Hər bir lizinq verən və lizinq alan bu təsnıfatdan istifadə etməklə lizinq münasibətlərinin onun üçün ən məqbul variantını seçə bilər.

3. Dissertasiya işində müasir şəraitdə lizinqin tətbiq edilməsi xüsusiyyətləri aşkar edilmişdir. Lizinq verənlə lizinq alan arasında qarşılıqlı sərfəli hüquqi və iqtisadi mexanizm­dən istifadə edilməsi sayəsində dövlət mülkiyyətinin xüsusi, birgə ümumi və ya payçı mülkiyyətinə təkamül yolu ilə transformasiyası baş verir. Maliyyə vəsaitlərinin kəskin qıtlığı şəraitində aqrar əmtəə istehsalçıları istehsal fondlarını kəmiyyətcə artırmaq imkanı əldə edir. Lizinq əqdlərini çoxsəviyyəli şəkildə, o cümlədən davamlı hüquqi baza yaradıl­ması və bununla da lizinq xidmətləri sektorunun inkişafının stimullaşdırılması yolu ilə dövlət səviyyəsində; lizinq əqdlərinin iştirakçıları arasında münasibətlərin tarazlasdırılmış modelinin yaradılması yolu ilə lizinq verən səviyyəsində; lizinq prosedurundan səmərəli istifadəyə nail olmaq yolu ilə lizinq alan səviyyəsində idarə edilməlidir.

4. Hesab edirik ki, lizinq verənlərin ən azı 3 il qüvvədə olan maliyyə lizinqi müqavilələrinin həyata keçirilməsindən əldə edilmiş mənfəətə görə vergi ödəməkdən, eləcə də lizinq xidmətləri həyata keçirilərkən əlavə dəyər vergisindən azad edilməsini və bundan əlavə, onların beynəlxalq lizinq obyekti olan əmtəələrə münasibətdə gömrük rüsumlarından və vergiləri ödənişindən qismən azad edilməsini məqsədəuyğun ola bilər.

5. Respublikamızda vergi münasibətlərin inkişafı tarixi araşdırılmış və iqtisadi islahatların başlandığı andan büdcə islahatları səviyyəsində mövcud vergi sisteminin inkişafı təhlil edilmişdir. Aparılan tədqiqat nəticəsində belə bir nəticəyə gəlinmişdir ki, vergi sistemində həyata keçirilən islahatlar Azərbaycan Respublikasının iqtisadiyyatına müsbət təsir göstərir, lizinq əməliyyatlarıda daxil olmaqla vergiyə cəlbolunmanın mövcud prinsipləri beynəlxalq standartlara maksimum yaxınlaşdırılmışdır.

6. Hazırda respublika özünün iqtisadi inkişafı tarixində dönüş anlarını yaşayır, təsərrüfat fəaliyyətinin konsepsiyasının özünün yenidən qurulması baş verir, onun əsas məqsəd və vəzifələri konkretləşir. Mülkiyyət formasından asılı olmayaraq iqtisadi səmərəliliyin yüksəldilməsinin əsas istiqamətlərindən biri vergi ödənişlərinin optimallaşdırılması, vergilər və yığımlar üzrə hesablaşmaların uçotu, həmçinin səhvlərin öz vaxtında aşkara çıxarılması hesab olunur. Həmin məsələlər də işdə qismən nəzərdən keçirilmişdir.



ƏDƏBIYYAT


  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  3. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu.

  4. Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu.

  5. İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu.

  6. Lizinq Xidməti Haqqında Azərbaycan Respublikasının Qanunu.

  7. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı, 3 cilddə, Bakı: Diqesta, I c., 2001, 1038 s., II c., 2001, 1053 s. və III c., 2002, 1053 s.

  8. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”

  9. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)

  10. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadiinkişafı Dövlət Proqramı (2009-2013-ci illər)

  11. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər)

  12. «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» AzərbaycanRespublikasıPrezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 №-li Sərəncamına əlavə edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinn Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2005, № 9, s. 2558

  13. «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı// Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2004, № 10, s. 2850-2851

  14. “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 iyul 1997-ci il tarixli 71 saylı qərarı

  15. Abdulov Ş.V., Əhmədov Y. “Kənd təsərrüfatında mühasibat (maliyyə) uçotu”, Bakı – 2009

  16. Abasova S.H., Mursakulova T.Z. Azərbaycanda lizinq əməliyyatlarının müasir durumu və inkişaf perspektivləri / AMEA-nın İqtisadiyyat İnstitutunda keçirilmiş «İnno­vasiyalı inkişafın sosial-iqtisadi problemləri» mövzusunda beynəlxalq elmi - praktiki konfransın materialları. Bakı: Avropa, 2010, s. 236- 238

  17. Aqrar sferanın iqtisadiyyatı və idarəedilməsi. Dərslik / prof. İ.Ş.Qarayevin rəhbərliyi ilə. Bakı: İqtisad Universiteti, 2011, 522 s.

  18. Alıyev İ.H. Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexa­nizminin təkmilləşdirilməsi. Bakı: Elm, 2003, 315s.

  19. Alıyev İ.H. Milli iqtisadiyyat və aqrar sahənin inkişaf problemləri. Bakı: Elm, 2006, 380

  20. Azərbaycanın milli audit standartları. Bakı, «Nağıl evi», 2004.

  21. Azərbaycanda audit: təşəkküldən inkişafa doğru (1996-2001-ci illər). Bakı, 2002.

  22. Əliyev Q.İ. İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi. Bakı: İqtisad Universiteti, 2008, 274 s.

  23. Əliyev R.B., Zeynalov T.M. Sahibkarlıq fəaliyyətinin maliyyələşməsinin tənzimlənməsinin metodoloji əsasları. Bakı: KTN-nin Poliqrafiya müəssisəsi, 2001, 152 s.C

  24. Əhmədov Y., M.İsmayılov, Q.Bədəlov, Z.Hüseynov “Mühasibat uçotunun nəzəriyyəsi”, Bakı – 2011

  25. Bağırov D.A. Vergi auditi. Bakı, «Maarif» nəşriyyatı, 1999.

  26. Bağırov D.A. Vergi nəzarəti (dərslik). Bakı, 2006.

  27. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. B: Əbilov, Zeynalov və oğulları, 2003.- 420 s.

  28. Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Konseptual Əsasları. Bakı, 2007.

  29. Kəlbiyev Y.A. Maliyyə sektoru təşkilatlarinin vergiyə cəlb olunmasinin nəzəri-metodoloji və praktiki məsələləri. Azərbaycanın vergi jurnalı. 4 (118), 2014

  30. Kəlbiyev Y.A.. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri : monoqrafiya.-B.: Elm, 2005.- 468 s.

  31. Kərimov A.R. “Mühasibat uçotu və vergilər”, Bakı. Elm və həyat. 2013.

  32. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Kəlbiyev Y.A., Rzayev Z.H. Vergilər və vergitutma, Bakı, 2006.

  33. Musayev A.F. Vergi siyasətinin iqtisadi problemləri.- B.: Elm, 2004.- 792 s.

  34. Musayev A.F. Qiymətli kağızlar bazarı. B.: Səda, 1999. 323 s.

  35. Novruzov V.T. İnkişaf və tərəqqinin Heydər Əliyev modeli.- B.: Azərnəşr, 2004.- 288 s.

  36. Rzayev İ.M. Azərbaycan Respublikasında regionların davamlı sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və gələcək perspektivlər.- B.: Elm, 2010.- 464

  37. Rzayev Z.H. Vergi menecmenti: dərslik / Bakı , 2007. 323Həsənli M.X. Vergilər. Dərslik. Bakı, 1998

  38. Sadıqov M.M. Korporativ maliyyə: dərslik.- B.: [İqtisad Universiteti], 2007.- 502 s.

  39. Səmədzadə Z.Ə. Çin qlobal dünya iqtisadiyyatında. B.: Elm və təhsil, 2009.- 607

  40. Аристотель «Риторика», кн. 1, гл. 2.

  41. Бурканов Ю.А. Договорлизинга: основные правовые аспекты //Российский налоговый курьер, 2004, №17, с. 52-56

  42. Балтус Л., Майер Б. Школа европейского лизинга //М.: Лизинг-Ревю - 1996

  43. Васильев Н. М., Катырин С. Я., Лепе Л. Н. Лизинг как механизм развития инвестиций и предпринимательства. М.: ДЕКА, 2004, 201 с.

  44. Воронцовский А.В. Инвестиции и финансирование: Методы оценкииобоснования. СПб.: СПбГУ, 2006, 198 с.

  45. Гаджиев Г.Б. Роль государственного регулироваия в развитии лизинговых отношений // Аграрно-экономическая наука и технологии, 2009, №2 (3), с. 54-58

  46. Газман В.Д. Лизинг: теория, практика, комментарии. М: Правовая культура, 2001, 416 с.

  47. Газман В.Д. Лизинг. М.: Правовая культура, 2004, 86 с.

  48. Газман В.Д. Рынок лизинговых услуг. М. Правовая культура, 2004, 376 с.

  49. Голубова О.С., Змитрович Н.В. Обновление основных производственных фондов с использованием лизинговых схем// Труды молодых ученых Санкт-Петербургский гос. архит. – строит. ун-т. СПб.: 2001, Ч 3, с. 145-150

  50. Горемыкин В. А. “Лизинг”, Москва 2009.

  51. Горемыкин В.А. “Лизинговый бизнес // Консулътант директора.”, Москва 1996.

  52. Горемыкин В.А. Основы технологии лизинговых операций: Учебное пособие. М.: Ось-90, 2005, 512 с.

  53. Джуха В.М. Лизинговые механизмы инвестирования : монография / Рост. гос. ун-т путей сообщения. – Ростов н/Д, 2007. – 142 с.

  54. Зангиев А. А. , Шпилько А.В., Левшин А.Г. Эксплуатация машинно-тракторного парка,  «КолосС», 2007

  55. Кабатова Е.В. Лизинг: правовое регулирование, практика М., 1996.

  56. Кучиева М.В., Тускаев Т.Р. Стратегические ориентиры инновационного направления развития аграрного сектора экономики // Российское предпринимательство. — 2013. — № 22 (244)

  57. www.stat.gov.az

  58. www.cbar.az

  59. www.finan.gov.az

  60. www.agro.gov.az

  61. www.anfes.gov.az

  62. www.taxes.gov.az

  63. unec.edu.az


РЕЗЮМЕ
Проведенная исследовательская работа выполнялась под названием "Проблемы налогообложения лизинговых операций".

Первая часть магистерский диссертации который называеться "Формирование лизинговых отношений и теоретической основой его налогообложения» и посвящена формированию лизинговых отношений и этапам его развития, экономической сущности лизинга, особенностям его организации в современных условиях и проанализироваы теоретические основы налогообложения лизинговых операций.

Вторая часть научно-исследовательской работы назвается «Налоговые платежи в Азербайджане и современное состояние налогообложения лизинговых операций". В данной главе проводится анализ современного состояния налоговых платежей в Азербайджанской Республике, дается оценка современному состоянию налоговых платежей по лизинговым сделкам и расскрываются вопросы эффективности лизинговых платежей в лизинговых учреждениях.

  Третья глава работы под названием "Направления совершенствования налогообложения лизинговых операций» охватывает такие вопросы, как формирование правовой базы налогообложения лизинговых операций и направлений совершенствования механизма налогообложения в сфере лизинга.




SUMMARY
The current research work was implemented under the title of "The problems of taxation of leasing transactions".

The first part of the master’s dissertation called “The formation of leasing relations and the theoretical basis of its taxation” is dedicated to the formation of leasing relations and its stages of development, economic essense of leasing, its features of organization in modern period andthe theoretical basis of the taxationof leasing transactions.

In the second part of the research work called “Tax payments in the Republic and the current position of taxation of leasing transactions” the analysis of the current position of the tax payments in the Republic of Azerbaijan, the evaluation of the current position of the tax payments on leasing transactions and the issues on the assessment of the efficiency of leasing payments in the establishments.

Third chapter of the work called “The directions of improvement of the taxation of leasing transactions” covers the issues like the formation of the legal base of taxation of leasing transactions and the directions of improvement of the mechanism of taxation in leasing sphere.



1Аристотель «Риторика», кн. 1, гл. 2.

2 Балтус Л., Майер Б. Школа европейского лизинга //М.: Лизинг-Ревю - 1996

3 Кабатова Е.В. Лизинг: правовое регулирование, практика. М., 1997

4 Шпитлер Х.-И. Практический лизинг. Пер. С немецкого М. «Rosbi», 1990

5 Медведков С.Ю. Лизинг в экономике США// США – экономика, политика, идеология, 1975, № 5,

6 .Матук Ж. Финансовые системы Франции и других стран. Т.1. Под общ. ред. Л.Павловой. – М.: АО «Финстатинформ», 1994.


7 Qanun 17 iyul 2003-cü ildə qüvvədən düşüb

8 www.аqrolizinqinfo

9.Abasova S.H., Mursakulova T.Z. Azərbaycanda lizinq əməliyyatlarının müasir durumu və inkişaf perspektivləri / AMEA-nın İqtisadiyyat İnstitutunda keçirilmiş «İnno­vasiyalı inkişafın sosial-iqtisadi problemləri» mövzusunda beynəlxalq elmi - praktiki konfransın materialları


10. Горемыкин В. А. “Лизинг”, Москва 2009.


11 Лещенко М.И. Основы лизинга: Учеб. пособие для вузов - М.: Финансы и статистика, 2002


12 www.taxes.gov.az

13 www.stat.gov.az

14www. taxes.gov.az

15 www. taxes.gov.az

16 www. taxes.gov.az

17www. taxes.gov.az

18 Musayev A.F. Vergi siyasətinin iqtisadi problemləri. Bakı, Elm, 2004, 792 s.


19 AR-nın Mülkü Məcəlləsi

20 Azərbaycan Respublikasının Vergi Məcəlləsi

21 www.banco.az


22 unec.edu.az

23 В.М.Джуха. Лизинговые механизмы инвестирования : монография / Рост. гос. ун-т путей сообщения. – Ростов н/Д, 2007. – 142 с.

24 Azərbaycan Respublikasının Vergi Məcəlləsi

25Azərbaycan Respublikasının Vergi Məcəlləsi

26Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27 Azərbaycan Respublikasının Müki Məcəlləsi

28 Abdulov Ş.V., Əhmədov Y. “Kənd təsərrüfatında mühasibat (maliyyə) uçotu”, Bakı – 2009




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin