Rəhimli Tural Rəşid oğlu «Lizinq əməliyyatlarinin vergiyə cəlb olunmasi problemləri»


Lizinqin iqtisadi mahiyyəti, müasir şəraitdə onun təşkili xüsusiyyətləri



Yüklə 0,55 Mb.
səhifə2/6
tarix22.10.2017
ölçüsü0,55 Mb.
#9907
1   2   3   4   5   6

Lizinqin iqtisadi mahiyyəti, müasir şəraitdə onun təşkili xüsusiyyətləri

Lizinqin iqtisadi mahiyyəti təşəkkül tapdığı və formalaşdığı ilkin dövrlərdən bazar münasibətlərinin inkişaf etdiyi hazırki şəraitə qədər hər zaman geniş müzakirə mövzusuna çevrilmişdir. Onun məzmunu və rolu həm nəzəriyyədə, həm də təcrübədə müxtəlif şəkildə, bəzən isə ziddiyyətli formada izah edilir. Bununla əlaqədar lizinqin mahiyyətinin nədən ibarət olması, onun təbiətinin və potensia- lının, prinsiplərinin və təşkilati formalarının mahiyyətini aydınlaşdırmaq lazımdır.

Azərbaycan dilində “lizinq” termininin mahiyyəti tam olaraq olduğu kimi əks olunmur. Bu sözün kökü “liz” yunan dilində “ərimək”, ingilis dilindən tərcümədə isə “icarə etmək, kirayə vermək” deməkdir.9

Müasir dövrdə lizinq anlayışı əmlakın mülkiyyətçisi ilə onun istifadəçisi arasında hədd qoyulması barədə Roma hüququnun klasik prinsiplərinə əsaslanır. Buna görə də lizinq problemlərinin tədqiqatının metodoloji əsası kimi onun mülkiyyətin komponentlərinin iki ən mühüm səlahiyyətə bölünməsinə əsaslanan xüsusi biznes növü kimi tanınması qaydası ola bilər: əşyadan istifadə etmək, yəni onun öz təyinatına müvafiq olaraq gəlir və başqa mənfəət əldə etmək məqsədilə tətbiq edilməsi; şəxsin mülkiyyət obyekti üzərində hüquqi sahibliyi kimi başa düşülən mülkiyyət hüququ .

Lizinq sisteminə xas olan iqtisadi mexanizm və üstünlüklər məlum olmadan sahibkarlıq fəaliyyətində ondan geniş istifadə etmək mümkün deyil.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində lizinq əməliyyatlarının aşağıdakı xüsusiyyətləri qeyd edilmişdir3:



  • lizinq obyektinin və lizinq əmlakının satıcısının seçim hüququ müqavilədə digər şərtlər nəzərdə tutulmadıqda lizinq alana məxsusdur;

  • lizinq mülkiyyəti lizinq alan tərəfindən yalnız müəyyən sahibkarlıq məqsədləri üçün istifadə olunur;

  • lizinq əmlakı lizinqə verənlər tərəfindən satıcıdan yalnız onun lizinqə lizinq alana verilməsi şəraitində əldə edilir;

  • lizinq müddətində lizinq ödənişi məbləğinə lizinq əmlakının müqavilə bağlanan ana tam dəyərinin pulla ifadə olunmuş (və ya ona yaxın olan) məbləği daxildir;

  • lizinqin subyektləri Azərbaycan Respublikasının subyektləri olduqda lizinq daxili, lizinqin subyektləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeyri-rezidentlər olduqda isə xarici lizinq hesab olunur;

  • lizinqə verilmiş əmlak lizinq müqaviləsinin fəaliyyət göstərdiyi dövr ərzində lizinq verənin mülkiyyəti hesab olunur (bu zaman lizinq müəssisənin büdcə vəsaitləri hesabına əmlakı istisnadır);

  • lizinq müqaviləsində lizinqə verilən əmlakın alınması hüququna da baxıla bilər;

  • lizinq müqaviləsində tərəflərin razılığına görə vergi orqanlarını xəbərdar etməklə xitam verilə bilər.

Lizinqin yuxarıda misal göstərdiyimiz təriflərində azı iki aspekt var (hüquqi və iqti­sadi aspekt). Qeyd olunanları nəzərə alaraq sözün geniş mənasında lizinq dedikdə əmlakın əldə edilməsi və sonradan onun icarəyə verilməsi ilə əlaqədar yaranan əmlak münasibətlərinin bütün kompleksi başa düşülməlidir. Müqayisə üçün icarənin iki tərifini göstərək:

- hüquqi baxımdan “icarə (əmlak kirayəsi) müqaviləsinə əsasən icarəyə verən (borc verən) əmlakı ödəniş müqabilində icarəçinin (borc alanın) müvəqqəti sahibliyinə və istifadəsinə və ya müvəqqəti istifadəsinə verməyi öhdəyə götürür ”;

- iqtisadi baxımdan icarə bir şəxsin digər şəxsdən əmlakı, torpaqları, evləri və s. mülkiyyəti müəyyən müddətə və müəyyən ödəniş müqabilində müvəqqəti istifadə üçün kirayə götürməsidir.

İqtisadi fəaliyyətin xüsusi forması kimi lizinqin mahiyyətini aydınlaşdırmaq üçün əvvəlcə lizinq ilə icarə arasında fərqlilik tam olaraq müəyyənləşdirilməlidir. Bu fərqlərin ən əsası ondan ibarətdir ki, lizinq müna­sibətlərinin hüdudları icarə münasibətlərindən daha genişdir. Buna baxımdan, lizinqin iqtisadi tərifini lizinq üzrə yaranan münasibətlər əsasında ifadə etmək yerinə düşər. Lizinqin anlayışına bu cür yanaşmanın mahiyyətini tam olaraq ifadə etmir. İqtisadi ədəbiyyatlarda lizinqin anlayışının məzmununu tam ifadə edən tərifi bu cür qiymətləndirmək olar: “Əmlakın müvəqqəti istifadəyə verilməsi ilə əlaqədar yaranan əmlak münasibətləri kompleksi bu iqtisadi kateqoriyanın əsasını təşkil edir. Bu kompleksə lizinq müqaviləsinin özündən əlavə başqa müqavilələr, məsələn, borc müqaviləsi, alqı-satqı müqaviləsi və s. daxildir. Bu müqavilələrin mürəkkəb qarşılıqlı əlaqəsi və onların bağlanması ilə əlaqədar yaranan qarşılıqlı münasibətlərin bir-birinə təsiri lizinqin səciyyəvi əlamətidir”10.

Lizinq əməliyyatlarının aşağıdakı xüsusiyyətləri vardır: lizinqin müddəti lizinq predmetinin tam amortizasiya müddətinə yaxınlaşır; lizinqin predmeti maşınlar, avadanlıq, istehsal təyinatlı tikililər və nəqliyyat vasitələridir; lizinq verən əmlak alarkən lizinq alanın tələbatını rəhbər tutur. Lizinq kreditə, icarəyə və alqı-satqı əməliyyatlarına xas olan cəhətlərə malikdir, lakin o, xüsusi iqtisadi hadisə olaraq vəsaitlərin qaytarılan əsasla kapitala sərmayə qoyulmasıdır. Bu şərtlə ki, əmlakdan istifadə etmək hüququ mülkiyyət hüququndan ayrılır. Lizinqverən əmlakdan istifadə etmək hüququnu icarəçiyə verərkən həmin əmlak üzərində mülkiyyət hüququnu özündə saxlayır. İcarəçi əmlakdan istifadə hüququna malik olmaq müqabilində li­zinqverənlə razılaşdırılmış məbləğdə icarə haqqı ödəyir. Lizinqin müddəti başa çatdıqdan sonra obyekt ya icarəçinin mülkiyyətinə verilə bilər, ya da lizinq verənin mülkiyyətində qala bilər. Alqı-satqı aktı lizinqdən əvvəl həyata keçirilir, lakin uzun­müddətli kreditverməyə əsaslanan lizinq əməliyyatının özü üçün bu akt məcburi deyildir.

Lizinqin iqtisadi mahiyyəti ondan ibarətdir ki, əmlakı icarəyə verən icarəyə götürənin təsərrüfat fəaliyyətini maliyyələşdirir. Bu cür maliyyələşdirmədə icarədar lizinq alanıın istehsal fəaliyyəti üçün zəruri olan əmlakı alır və həmin əmlak üzərində özünün mülkiyyət hüququnu saxlamaqla onu lizinq alanın təsərrüfat fəaliyyətində istismar etməsi üçün onun istifadəsinə verir və bunun müqabilində müəyyən gəlir əldə edir. Əmlakın icarəyə verilməsi bu mübadilə prosesində əsas məqamdır, əmlakın alqı-satqı münasibətləri isə köməkçi rol oynayır. Alqı-satqı münasibətləri əmlakın icarəyə verilməsindən əvvəl yaranır və bir sıra hallarda lizinq üzrə yaranan bütün münasibətlər kompleksini tamamlayır.

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, lizinq müvafiq əməliyyatlar zamanı yaranan əmlak münasibətləri kompleksidir. Lizinqin mahiyyətini tam olaraq ifadə etmək üçün iki yanaşmadan isti­fadə etmək olar. Bu yanaşmalardan birincisində lizinq əməliyyatının icarə əməliy­yatlarının başqa formalarından fərqini aşkar etmək, ikinci yanaşmada isə lizinq ilə ona oxşar başqa iqtisadi münasibətlər arasında dəqiq həd qoymaq lazımdır.

Birinci yanaşmaya əsasən icarə münasibətlərinin bir növü kimi lizinq aşağıdakı xüsusiyyətləri mövcuddur:

- lizinqin müddəti (bir qayda olaraq bu müddət əmlakın tam amortizasiyası müddətinə yaxın olur);

- lizinqin predmeti (bunlar adətən maşınlar, avadanlıq, istehsal təyinatlı tikililər, nəqliyyat vasitələri və s. obyektləri əhatə edir);

- lizinqverən tərəfindən əmlakın alınması (bu əməliyyat lizinq alanın tələbatı əsasında həyata keçirilir).

Lizinq münasibətlərinə özündə əks etdirən bu xüsusiyyətlərin qarşılıqlı əlaqəsi onu icarənin digər formalarından kifayət qədər dəqiq fərqləndirir. Lizinqə istehsal təyinatlı vasitələrin icarəsi kimi tərif verilir. Bu halda icarə müddəti icarə predmetinin tam amortizasiya dövrünə yaxın olur. Lakin lizinq predmetlərinin nomenklaturu daha geniş ola bilər. 29 noyabr 1994-cü ildə qəbul olunmuş “Lizinq xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda (bu qanununun əsas müddəlarının 17 ilul 2003-cü ildə Mülki Məcəlləyə daxil olması ilə əlaqədar olaraq 17 iyul 2003-cü ildə qüvvədən düşmüşdür) göstərilir ki, lizinqin predmeti istehlak edilməyən hər hansı şeylər, o cümlədən müəssisələr və digər əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və sahibkarlıq fəaliyyəti üçün istifadə edilə biləcək digər daşınan və daşınmaz əmlak ola bilər. Buna görə də lizinqin iqtisadi tərifində aktiv anlayışından istifadə edilməsi məqsədəuyğundur.

Yuxarıda deyilənləri nəzərə alaraq, lizinqin iqtisadi tərifini aşağıdakı kimi genişləndirmək olar: lizinq aktivin uzunmüddətli icarəsi əməliyyatında yaranan əmlak münasibətləri kompleksidir.

Lizinqin tərifinə ikinci yanaşmadan istifadə etməklə onun iqtisadi məzmununun digər aspektlərinə nəzər salaq. Lizinq münasibətləri ilə kredit münasibətləri arasında ortaq cəhətlər var. İqtisadi hadisə kimi lizinq əsas kapitala qaytarılmaq şərtilə vəsait qoyulması deməkdir. Mülkiyyətçi əsas kapital elementlərini müəyyən müddətə təqdim etməklə müəyyən edilmiş vaxtda komisyon rüsum şəklində haqq alır və bununla da ödənişlilik prinsipi təmin edilir. Deməli, lizinq öz məzmununa görə, kredit münasibətlərinə uyğundur və kredit əqdinin mahiyyətini saxlayır.

Beləliklə, lizinqə əmlakın müddətlilik, qaytarılma və ödənişlilik şərtləri daxi­lində müvəqqəti istifadəyə verilməsi kimi yanaşdıqda bunu əsas fondlara əmtəə krediti kimi təsnif etmək olar. Buna görə də iqtisadi mənada lizinq lizinqverənin müvəqqəti istifadəyə verilən əmlak formasında icarəçiyə təqdim etdiyi kreditdir. Burada kredit münasibətlərinin subyektləri qismində borcalanın şəxsində lizinq alan, kreditorun şəxsində isə lizinq verən çıxış edir. Kreditin obyekti əsas kapital elementləridir.

Bununla bərabər, lizinq ilə ona oxşar başqa kredit münasibətləri arasında fərqlər də mövcuddur. Lizinq ssuda şəklində verilən dəyərin təşkili formasına görə zahirən kommersiya kreditinə oxşayır, lakin onların arasında prinsipial fərqlər vardır. Bu, ilk növbədə kommersiya krediti və lizinq halında mülkiyyət münasibətlərinə aiddir. Kommersiya kreditində əmtəələri istifadəyə verməklə eyni zamanda kreditin obyekti üzərində, yəni əmtəə üzərində mülkiyyət hüququ da verilir. Əmtəənin isteh­lak dəyəri mülkiyyətə daxil olur, bu dəyərin ödənilməsi isə zaman etibarilə təxirə salınmış olur.

Lizinq halında əmlakdan istifadə edilməsi hüququ mülkiyyət hüququndan ayrılır. Lizinq verən əmlakdan istifadə etmək hüququnu icarəçiyə verməklə əmlaka sahiblik hüqu­qunu özündə saxlayır. İcarəçi əmlakdan istifadə etmək hüququna malik olması müqa­bilində lizinq verənlə razılaşdırılmış icarə haqqı ödəyir. Lizinqin müddəti başa çatdıqdan sonra obyekt ya icarəçinin mülkiyyətinə verilə bilər, ya da lizinq verənin mülkiyyətində qala bilər.

Həm kommersiya krediti, həm də lizinq ticarət və kredit əqdlərinin qarşılıqlı əlaqəsi deməkdir. Kommersiya kreditində kredit əqdi alqı-satqı aktı ilə şərtlənmiş olur, ticarət əqdi varsa, kredit əqdi də var, əks halda yoxdur. Lizinq halında isə alqı-satqı ilə bu cür sıx qarşılıqlı əlaqə yoxdur. Kommersiya krediti qısa müddətli xarakterə malik ola bilər, lizinq isə əsasən uzunmüddətli kredit verilməsini nəzərdə tutur.

Yuxarıda deyilənlərdən əlavə, onu da nəzərə almaq lazımdır ki, lizinq verən tərəfindən lizinq predmetinin əldə edilməsi üçün alınan kredit (lizinq əməliyyatının təşkili üçün kredit) vasitəli bank krediti və ya hər hansı başqa kreditdir. Kreditin məlum formalarından heç biri ilə lizinq arasında mütləq oxşarlıq yoxdur, lakin lizinq münasibətləri kredit münasibətlərini əhatə edir. Beləliklə, lizinq kreditə, aktivin uzunmüddətli icarəsinə əsaslanan əməliyyatda yaranan əmlak münasibətləri kompleksidir.

Alqı-satqı münasibətləri lizinqə tərif verilməsi üçün mühüm rol oynayır. İcarə institutu ilə lizinq arasında oxşarlıq olması şübhə doğurmur, lakin lizinq halında əlavə element – icarəyə verilən əmlakın satıcısı lizinqi bir qədər mürəkkəbləşdirir. Satıcı müqavilə münasibətləri yaratmadan əmlakın alınması ilə əlaqədar münasi­bətlərə daxil olur. Bu, bəzi müəlliflərin belə bir fikrinə ziddir ki, lizinq heç də həmişə əmlakın alınması ilə başlanmır, çünki həmin əmlak o vaxta qədər lizinq verənin mülkiyyəti ola bilər. Bizim fikrimizcə, lizinq predmetinin lizinq verən tərə­findən icarədən əvvəl alınması lizinq münasibətlərində bilavasitə icarə münasibət­ləri ilə müqayisədə heç də az əhəmiyyət kəsb etmir. Bu, aşağıdakı hallarla izah edilir:

- əgər lizinqə verilən əmlak lizinq verənin mülkiyyətidirsə, iqtisadi mənada lizinq əməliyyatı icarə əməliyyatlı ilə eyni olur;

- əgər lizinq verən özünün icarəyə götürdüyü aktivləri lizinqə verirsə, bu halda münasibətlər sub-icarə münasibətlərinə çevrilir;

- əgər lizinq verən aktivi trast (etimada əsaslanan) idarəetməyə götürmüşdürsə, o, həmin aktiv üzərində mülkiyyət hüququ əldə etmir və deməli, sonradan icarə zamanı yaranan münasibətləri lizinq münasibətləri hesab etmək olmaz;

- lizinq verən lizinq predmetini barter mübadiləsi şərtləri daxilində əldə edə bilər, lakin barter əməliyyatı alqı-satqı münasibətlərinə aiddir;

- lizinq verən aktivi haqqını möhlətlə ödəmək şərti ilə əldə edə bilər, lakin bu, yuxarıda bəhs etdiyimiz kommersiya kreditidir.

Aktivin lizinq verən tərəfindən kommersiya krediti vasitəsilə alınması lizinq əməliyyatının tərkib hissəsi hesab edilməlidir.

Lizinq əməliyyatında lizinq verən aktivi sonradan icarəyə vermək məqsədilə əldə edir. Bununla bərabər, icarəyə verilən predmet üzərində mülkiyyət hüququnun lizinq sazişinin müddətinin sonunda icarəçiyə keçməsi lizinq əməliyyatının tez-tez rast gələn, lakin məcburi olmayan atributudur. Deməli, lizinq ödənişin möhlətlə həyata keçirilməsi şərti ilə rəsmiləşdirilmiş alqı-satqı münasibətləri hesab edilə bilməz. Buna görə də lizinq münasibətləri bilavasitə alqı-satqı münasibətlərindən başladığına baxmayaraq onlarla eyni məna daşımır. Bu, icarə obyektinin sonradan girovdan çıxarılması şərti ilə uzunmüddətli icarənin lizinqdən əsas fərqidir.

Bu dəlilləri nəzərə alaraq lizinqin yuxarıda verilmiş tərifini tamamlayaq. Bizim fikrimizcə, lizinq aktivin alınması və sonradan kredit əsasında uzunmüddətli icarəsi əməliyyatının gedişində yaranan əmlak münasibətləri kompleksidir.

Lizinqin iqtisadi mənasını səciyyələndirərkən lizinqin müddəti məsələsi xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, kreditlər, onların müddətindən asılı olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli kredit növlərinə bölünür. Xarici mütə­xəssislərin fikrincə, maliyyə icarəsi münasibətlərinin iqtisadi baxımdan tərəflər üçün sərfəli olması üçün ilkin icarə müddəti müvafiq avadanlığın səmərəli xidmət müddətinin 50-75 faizini təşkil etməlidir. Azərbaycan Respublikasının qanunveri­ciliyində də eyni qayda ilə lizinq münasibətləri normativ xidmət müddəti (amor­tizasiya müddəti) ilə əlaqələndirilmişdir və qanunauyğun olaraq lizinqin ilkin müddəti əmlakın normativ xidmət müddətinə yaxın, lizinq ödəmələrinin məbləği isə lizinq müqaviləsi bağlanan anda mövcud qiymətlərlə lizinqə verilən əmlakın dəyərinə yaxın olmalıdır.

Lizinqin səciyyəvi cəhəti olan əsas kapitalın icarəsi, eləcə də lizinq əməliyya­tının müddətindən irəli gələn uzunmüddətli kreditvermə forması onu göstərir ki, lizinq zahirən investisiya əməliyyatlarına oxşayır. İnvestisiya dedikdə, müəssisənin bir ildən artıq dövr ərzində səmərə əldə etməsini təmin edəcək layihələrin həyata keçirilməsinə pul vəsaiti sərmayə qoyulması ilə bağlı əməliyyatlar başa düşülür. Bu isə lizinq əməliyyatlarının həyata keçirilməsi zamanı tətbiq edilən uzunmüddətli kreditə tamamilə müvafiqdir. İnvestisiyaların aşağıdakı növlərini fərqləndirmək qəbul edilmişdir:

- fiziki aktivlərə investisiyalar;

- maddi aktivlərə investisiyalar;

- qeyri-maddi aktivlərə investisiyalar.

Lizinq vasitəsilə maddi aktivlərə investisiya qoyulması mümkündür. Lizinq ilə investisiyaların oxşar olmasını nəzərə alaraq lizinq münasibətlərini investisiya əməliyyatı hesab etmək mümkündür. Buna görə də iqtisadi baxımdan lizinqin tam tərifi aşağıdakı kimi olardı: lizinq aktivlərin alınmasından və sonradan icarəyə verilməsindən ibarət olan, kreditə əsaslanan investisiya əməliyyatında yaranan əmlak münasibətləri kompleksidir.

Xatırladaq ki, lizinqin buna oxşar tərifinə M.İ.Leşenkonun əsərlərində rast gəlmək olar. Təklif edilən tərifdə lizinq predmetinin dörd xüsusiyyəti mövcud olduğuna görə, lizinqin iqtisadi mahiyyəti baxımından onun ikili şəkildə şərh edilməsi təcrübi olaraq mümkün deyil. Lizinqə kredit əsasında vurulmuş inves­tisiya əməliyyatı kimi tərif verilməsi ssuda şəklində verilən dəyərin hərəkətinin təşkili çox mürəkkəb olduğuna görə, lizinq haqqında geniş yayılmış, aktivin tam amortizasiya müddətinə icarəyə verilməsi və sonradan onun girovdan çıxarılması şəklində icarə növü olması barədə təsəvvürü təkzib edir. Digər tərəfdən, lizinqin bu tərifi onun tərkib hissələrindən heç biri ilə uzlaşa bilməyən keyfiyyətlərə malikdir11.

Aqrar sahədə istifadə edilən lizinqin çoxsaylı funksiyaları arasında maliyyə, istehsal, təchizat funksiya­larını və vergi güzəştlərinin təmin edilməsini fərqləndirmək məqsədəuyğundur.

Maliyyə funksiyası əmtəə istehsalçılarının zəruri istehsal vasitəsinin tam dəyərinin birdəfəlik ödənilməsindən azad edilməsində və ona uzunmüddətli kredit verilməsində ifadə olunur.

Lizinqin istehsal funksiyası istehsal məsələlərinin bahalı və mənəvi cəhətdən köhnəlmiş maşınlar alınması yolu ilə deyil, onlardan müvəqqəti istifadə edilməsi yolu ilə operativ həllindən ibarətdir. Bu, istehsalın maddi-texniki təchizatının səmərəli üsuludur. Tam lizinq halında əmlakın verilməsi geniş servis: texniki xidmət, sığorta, xammal və işçi qüvvəsi ilə təmin edilmə ilə müşayiət oluna bilər.

Təchizat funksiyası istehlakçılar dairəsinin genişlənməsi və yeni satış bazarlarının fəth edilməsi, bu və ya digər əmlakı dərhal almağa imkanı olmayanların lizinq sahəsinə cəlb edilməsi deməkdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq lizinq əmlakının sürətləndiril­miş amortizasiyasına baxıla bilər.

Vergi və amortizasiya güzəştləri əldə edilməsi funksiyasının aşağıdakı xüsu­siyyətləri vardır: lizinq üzrə alınmış əmlak istifadəçinin balansında əks etdirilə bilməz, çünki mülkiyyət hüququ lizinq verənin adına saxlanılır; lizinq ödəmələri istehsal edilən məhsulun (xidmətlərin) maya dəyərinə aid edilir və bu, müvafiq surətdə, vergi tutulan mənfəəti azaldır; amortizasiya məbləği lizinq obyektinin xidmət müddəti əsasında deyil, kontraktın müddəti əsasında hesablana bilər. Bu imkanın tətbiq edilməsi vergi tutulan mənfəəti azaldır və əmlakın yeniləşməsini sürətləndirir.

Vergi və amortizasiya güzəştlərindən istifadə funksiyası bir sıra xüsusiyyətlərə malikdir:



  • əmlakın lizinqə götürülməsi istifadəçi və ya lizinq verən arasında müqaviləyə uyğun olaraq onların balansında əks olunur;

  • icarə haqqı istehsal olunan məhsulun (xidmətin) maya dəyərinə aiddir və müvafiq olaraq vergi tutulan məbləği azaldır;

  • müqavilə müddətindən çıxış edərək sürətləndirilmiş amortizasiyanın qəbul edil­məsi vergi tutulan gəliri azaldır və maddi-texniki bazanın yeniləşməsini sürətləndirir. Nəti­cədə lizinq öz sferasına yeni obyekt cəlb etməklə təklifin diversifikasiyasına imkan verir;

  • istehsal vasitələri bazarını inkişaf etdirir və diversifikasiya edir.

Araşdırmalarımızdan belə qənaətə gəlmək olur ki, lizinq mövcud iqtisadi sistemin əsas maliyyələşmə elementlərindən biridir və istehsal vasitələri üzərində mülkiyyət hüququnun dəyişməsindən asılı olmayaraq, istehsalın səmərəli təşkilində bilavasitə rol oynayır. Bu istiqamətdə“sərvət nəticə etibarilə mülkiyyətə malik olmaqdan deyil, ondan səmərəli istifadə edilməsindən ibarətdir” mülahizəsi öz təsdiqini tapır. Burada vurğulanan fikir ondan ibarətdir ki, lizinq obyekti eyni zamanda həm lizinq verənin mülkiyyəti kimi, həm də lizinq alanın kapitalının bir funksiyası kimi çıxış edir. Lizinq alan özü eyni zamanda üç qismdə çıxış edir: sahibkar, əməkçi və mülkiyyətçi qismində. O, təkcə ona verilmiş istehsal vasitələrindən istifadə etmir, həm də onlara sahiblik edir və müəyyən qaydada onların barəsində sərəncam verir. Buna görə də lizinq sahibkarlıq fəaliyyətinin qərarlaşmış mülkiyyət və sərmayəçilik münasibətlərini ifadə edən və milli iqtisadiyyatda subyektlərin təsərrüfatçılığının xüsusi bir forması kimi çıxış edir.



    1. Lizinq əməliyyatlarının vergiyə cəlb olunmasının nəzəri əsasları

Apardığımız araşdırmalar göstərmişdir ki, hal hazırda lizinq əməliy­yat­larından istifadənin səmərəliliyinin təhlili üçün çox az sayda metodikalar işlənib hazırlanmışdır və onların hamısı tətbiq edilmək üçün müəyyən məhdudiyyətlərə malikdir. Məsələn, beynəlxalq göstəricilər sistemini tətbiq etməklə, investisiya qoyuluşlarının müqayisəli təhlili birdəfəlik avadanlıqalınması barədə qərarların qəbul edilməsi zamanı kifayət qədərmürəkkəbdir, ölkənin qanunvericilik bazası­nın və vergi qoyma sisteminin xüsusiyyətlərini nəzərə almır. İnvestisiyaların çox az həyata keçirildiyi və maliyyə imkanlarının əhəmiyyətli dərəcədə məhdud olduğu bir şəraitdə investisiya qoyuluşlarının müxtəlif variantlarının operativ təhlili üçün daha sadə və mötəbər göstəricilərdən istifadə etmək lazımdır. Bu baxımdan lizinq əməliy - yatlarının vergiyə cəlb olunmasını prosedurunu bir neçə mərhələyə ayıra bilərik.

Birinci mərhələdə fondların aktiv hissəsinə investisiyaların həyata keçiril­məsinin müxtəlif formaları zamanı ödənişlərin və daxilolmaların hesablanması üçün ilkin məlumatları vermək lazımdır.

İlkin parametrlərə daxildir:

1) ümumi məlumatlar:


  • İnflyasiyanın ehtimal edilən səviyyəsi;

    • Amortizasiya dövrü;

    • Dəyər amilləri;

    • Lizinq sövdələşməsi üçün.

2) lizinq sövdələşmələri üçün :

    • ƏDV-siz və kəmiyyət xarakteri olmadan əsas vəsaitlərin dəyəri;

    • Nəqliyyat xərclərinin həcmi;

    • ƏDV-nin dərəcəsi;

    • Avans lizinq ödənişi;

    • Sığorta haqqının və lizinq xidmətlərinin həcmi;

    • Lizinq verənin mükafatının həcmi;

    • Lizinqin müddəti.

3) Şəxsi və ya borc vəsaitləri hesabına satınalmalar üçün :

    • ƏDV-siz və nəqliyyat xərcləri olmadan əsas vəsaitlərin dəyəri;

    • Nəqliyyat xərclərinin həcmi;

    • ƏDV-nin dərəcəsi;

    • Kredit üzrə faiz dərəcəsi;

    • İstehsalın rentabellik səviyyəsi.

Təklif edilən alqoritmin fərqli xüsusiyyətləri aşağıdakılardır:

  1. hesablama şərtlərini müstəqil olaraq (hesablama düsturlarını bilərkən) vermək və dəyişdirmək , əlavə etmək və dəyişdirmək.

  2. Lizinqdən istifadənin müsbət və mənfi məqamlarının nəzərə alınması :

  • sürətli amortizasiyanın tətbiqi;

  • ödənişin möhlətlə həyata keçirilməsi;

  • qalıq dəyərinin həcminin modelləşdirilməsi;

  • ƏDV-nin yalnız avadanlığın satınalınmasından sonra ödənilməsinin şərtləş­dirilməsi;

  • əsas fondlarına, aktiv hissəsinə investisiyaların maliyyələşdirilməsinin mənbəyi qismində amortizasiyalardan istifadə edilməsi;

  • dəyərin və sairənin ödənilməsinin istənilən qrafikinin işlənib hazırlanması və istifadə edilməsi.

  1. əsas vəsaitlərin kredit hesabına satın alınmasının müsbət və mənfi məqamlarından istifadə edilməsi;

  • ilk zaman kəsiklərində pul vəsaitlərinə böyük tələbat;

  • faizlərin vaxtaşırı ödənilməsi zərurəti;

  • girovun tələb edilməsi;

  • şəxsi dövriyyə vəsaitlərinin məhdud sayda olması zamanı dövriyyə aktivlərinin tamamlanmasına tələbatın qısamüddətli (müvəqqəti) kreditləşdirilməsi zərurəti;

d) Mənfəət vergisi üzrə vergiqoymadan ƏDV-nə keçidin təsirinin nəzərə alınması, fəaliyyətin rentabelliyinin aşağı olması üzündən sürətli amortizasiya mexanizminin tətbiqindən imtina edilməsi və aqrar lizinq əməliyyatlarının təşkila­tı strukturu tərəfindən nəzərdə tutulmuş lizinq ödənişlərinin hesablanması sxemin­dən istifadə edilməsi zamanı prioritetlərin keçirilməsi vasitəsilə istehsal şəraitinə uyğunlaşdırmaq.

Metodikaların təqdim olunması zamanı ilkin məlumatlar aşağıdakılardır:



  • infilyasiyanın ehtimal edilən səviyyəsi- ildə 12%;

  • amortizasiya dövrü – 8 il;

  • ƏDV-siz və nəqliyyat xərcləri olmadan lizinq predmetinin dəyəri;

  • Nəqliyyat xərcləri;

  • ƏDV-nin dərəcəsi-18 %;

  • Avans lizinq ödənişi -10%;

  • Sığorta haqqı -2.5 %;

  • Lizinq xidmətlərinin həcmi -6%;

  • Lizinq verənin mükafatının həcmi -1.5 %;

  • Lizinq müddəti -5 il;

  • Kredit üzrə faiz dərəcəsi – ildə 30 %.

Cədvəl 1.2.

Cari və diskontlaşdırılmış axınların həcminin hesablanması

Dövr


(il)

Ödənişlər

Daxilolmalar

Axınların ümumi həcmi (daxilolmalar çıx ödənişlər)

Dəyərin ödənilməsi (kreditin həcmi)

Lizinq verənin mükafatı (kredit üçün faizlər)

O cümlə­dən, ƏDV

Obyektin amortizasiyası

ƏDV-nin ödənilməsi

1. Lizinq zamanı cari pul axınlarının hesablanması

0

41205

2943

6421

0

0

-44148

1

40500

2354

7142

30463

392

-11999

2

40500

1766

7044

30463

294

-11509

3

40500

1177

6946

30463

196

-11018

4

40500

0

6750

30463

0

-10037

5

40500

0

6750

30463

41054

31017

6

0

0

0

30463

0

30463

7

0

0

0

30463

0

30463

8

0

0

0

30463

0

30464

Cəmi

243705

8240

41053

243704

41936

33696

2. Kredit zamanı cari pul axınlarının hesablanması

0

225000

0

0

0

37500

-187500

1

0

67500

0

28125

0

-39375

2

0

67500

0

28125

0

-39375

3

0

67500

0

28125

0

-39375

4

0

67500

0

28125

0

-39375

5

0

67500

0

28125

0

-39375

6

0

0

0

28125

0

28125

7

0

0

0

28125

0

28125

8

0

0

0

28125

0

28125

Cəmi

225000

337500

0

225000

37500

-300000

Bu hesablamalar belə nəticəyə gəlməyə əsas verir ki, müəssisələrin fəaliyyətində lizinq texnika və avadanlıq almağın ən səmərəli üsullarından biridir. Bu baxımda müasir şəraitdə istehsal subyektlərinin material-texniki təchizatında lizinqin yüksək səviyyədə səmərəli olduğu nəzərə alaraq bu istiqamətdə potensial imkanların atırılması perspektivdə ölkə iqtisadiyyatı çoxşaxəli inkişafının təmin olunması üçün son dərəcə əhəmiyyətli ola bilər.



II FƏSIL. AZƏRBASYCANDA VERGİ ÖDƏNİŞLƏRİ VƏ LİZİNQ ƏMƏLİYYATLARININ VERGİYƏ CƏLB OLUNMASININ MÖVCUD VƏZİYYƏTİ
2.1. Azərbaycan Respublikasında vergi ödənişlərinin mövcud

vəziyyətinin təhlili
Beynəlxalq təcrübədə səmərəli vergi sistemi milli iqtisadiyyatın dinamik inkişafının vacib amillərindən biri sayılır. Vergilər iqtisadiyyata təsirin maliyyə-iqtisadi sisteminin mühüm bir hissəsi olmaqla, dövlətin iqtisadi tənzimlənməsinin əsas aləti kimi çıxış edir. Yəni dövlətin vergi siyasətinin sahibkarlıq üçün xüsusi əhəmiyyəti vardır, çünki bu siyasət istehsalının artırılması fonunda dövlətin büdcə gəlirlərinin artmasınada bilavasitə xidmət edir. Liberal iqtisadi mühitdə dövlətin həyata keçirdiyi vergi siyasətinin prioritetini təsərrüfat subyektlərinin fəaliyyəti üşün əlverişli şərait yaratmaqla, təsərrüfatçılıq formalarını stimullaşdırmaq, xarici investisiyaların və kredit resurslarının cəlb edilməsi üçün şərait yaratmaq, istehsalın və onun rentabelliyinin səmərəsini yüksəldilməsini təmin etməkdən ibarətdir.

Məlumdur ki, dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olan vergi siyasəti iqtisadi siyasətin həyata keçirilməsinin forma və metodlarından əhəmiyyətli dərəcədə asılıdır. Odur ki, vergi siyasəti birmənalı şəkildə büdcənin gəlir hissəsinin formalaşdırılmasına xidmət edir və büdcənin xərcləri nəzərə alınmadan həyata keçirilə bilməz. Bu mənada, rasional vergitutma sisteminin başlıca fərqli xüsusiyyətləri onun iqtisadiyyatın strukturu, real olaraq təşəkkül tapan iqtisadi proporsiyalar ilə sıx qarşılıqlı əlaqəsi, habelə iqtisadi inkişafın məqsədlərinə, hər şeydən də əvvəl, istehsalın artımına yönləndirilməsidir. Bütövlükdə, qlobal qeyri-sabitlik şəraitində vergi siyasəti, ilk növbədə, real sektorun dəstəklənməsinə yönəlməli, stimullaşdırıcı, investisiya siyasətinin və iqtisadi rəqabət qabiliyyətinin qorunmasında təşviqedici xarakter daşımalı, elastik olmalı, innovasiya sahələrinin inkişafına dəstək verməlidir.

Buna görə də vergi siyasəti işlənib hazırlanarkən, ilk öncə, onun məqsədli istiqamətini və həyata keçirilməsinin sosial-iqtisadi nəticələri dəqiq müəyyən edilməlidir.

Bazar münasibətlərinə keçidlə əlaqədar ölkədə iqtisadi fəaliyyətin stimullaşdırılmasına xidmət edən vergi sistemi yradılmışdır. Belə ki, ötən əsrin sonlarından etibarən ölkədə dövlət kıklü iqtisadi islahatlar həyata keçirmişdir ki, həmin islahatlar çərçivəsində 2000–ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılmış və 2001–ci ildə isə müvafiq orqanın hüquqi əsasını təmin edən Azərbaycanın Respublikasının Vergi Məcəlləsi qüvvəyə min­mişdir. Ölkədə iqtisadi mühitin şəffaflaşdırılması istiqamətində atılmış bu mühüm addımlar sayəsindəölkənin vergi sisteminin strukturunun möhkəmləndirilmış vəvergidən yayınmaların azalmasına və büdcə gəlirlərinin artmasına əlverişli zəmin yaranmışdır.


Məcmu vergilər

line 115


line 118


line 116line 117


Birbaşa vergilər



Dolayı vergilər

line 127line 129line 130

Mənfəət vergisi

(20%)

Əlavə dəyər vergisi

(18%)


line 134

Aksizlər

Sadələşdirilmiş vergi (2-4%)



Yol vergisi


Əmlak vergisi



line 128


Fiziki şəxslərin gəlir vergisi

(14-25%)

Mədən vergisi





line 131

Şəkil 2.1. Azərbaycan Respublikasında əsas vergilər sisteminin strukturu

Vergi Məcəlləsinin qəbul edilməsindən keçən dövr ərzində ölkədə vergi qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili, əlverişli investisiya mühitinin yaradılması o cümlədən vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılmasına, hüquqi şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsinə, sərbəst rəqabətə imkan verən vergi rejiminin yaradılmasına qisməndə olsa nail olunmuşdur.

Cədvəl 2.1.

ÜDM –də və büdcə gəlirlərində vergilərin payı 12,13

( mln.man.)




Göstəricilər

2000

2005

2010

2011

2013

2014

2015

ÜDM

4718,1

12552,5

41574.7

50 069.0

58182,0

59014,1

54352,1

Budcə gəlirləri

714,6

2055,2

11402,5

15107.1

19494,4

18400,5

18603, 4

Vergi daxilolmaları

510,4

1427,7

4 292 .8

5 475 .0

6 663, 6

7 113,6

7 118,1

Vergi daxilolmalarının ÜDM-dəxüsusi cəkisi, %-lə

10,8

11,4

10.0

10.9

11,4

12,0

13,0

Vergi daxilolmalarının budcə gəlirlərində xüsusi cəkisi, %-lə

71,4

69,5

37.6

36.2

34,1

38,6

38,2

Mənbə: AR Dövlət Statistika Komitəsinin və Vergilər Nazirliyinin rəsmi internet saytı

Araşdırmalardan məlum olur ki, hazırda dövlətin həyata keçirdiyi iqtisadi siyasətin prioritetini real sektorun inkişafına müsbət tə­sir göstərir.Qeyd edək ki, bu iqtisadi siyəsətin səmərəliliyinin yüksəldilməsi büdcə gəlirlərinin artması imkanlarınıda əhəmiyyətli dərəcədə artırır. Son illərin iqtisadi məlumatlarını göstərir ki, ölkə iqtisadiyyatında əhəmiyyətli inkişaf qeydə alınmışdır. Belə ki, son 15 ildə ÜDM 11,5 dəfə artaraq 54352,1 milyon manat büdcə gəlirləri 26.0 dəfə artaraq 18603, 4 milyon manat,vergi daxilolmalarının ÜDM-də xüsusi cəkisi isə 2000-ci illə müqayisədə 13,9 dəfə artaraq 7118,1 milyon manata bərabər olmuşdur.

Azərbaycan Respublikasının dövlət büdcəsində vergi daxilolmalarının məcmusunda birbaşa və dolayı vergilərin payının dünya tendensiyaları ilə müqayisəsi göstərir ki, aparıcı ölkələrdən fərqli olaraq, ölkəmizdə vergi daxilolmaları daha çox dolayı vergilərlə müəyyənləşir və bu tendensiya 1995-ci ildən bəri indiyədək qalmaqdadır.

Şəkil. 2.2. Vergilərin ÜDM-də və dövlət büdcəsindəki payının dinamikası14

Qeyri-neft sektorunda tədiyələr üzrə daxilolmaların artımı mədən vergisi və dövlət rüsumu istisna olmaqla qalan bütün tədiyələr üzrə əvvəlki ilə nisbətən artıqlaması ilə yerinə yetirilmişdir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin