Rəhimli Tural Rəşid oğlu «Lizinq əməliyyatlarinin vergiyə cəlb olunmasi problemləri»


Qrafik 2.1. Qeyri-neft vergi daxilolmaları, milyon manatla15



Yüklə 0,55 Mb.
səhifə3/6
tarix22.10.2017
ölçüsü0,55 Mb.
#9907
1   2   3   4   5   6

Qrafik 2.1. Qeyri-neft vergi daxilolmaları, milyon manatla15





Mənbə: Vergilər Nazirliyinin rəsmi internet saytı

2015-ci ildə vergi daxilolmalarının tədiyələr üzrə icrasını təhlil etdikdə görmək olar ki, cəmi vergi daxilolmaları əsasən ƏDV və mənfəət vergisi hesabına artmışdır. Buna baxmayaraq digər tədiyələrdə, xüsusilə gəlir vergisində baş verən artım ümumi vergi daxilolmalarına öz təsirini göstərmişdir.

Cədvəl 2.2.

Dövlət büdcəsinə vergi və sair daxilolmaların strukturu, mln manat 16







illər

2011

2012

2013

2014


2015


ƏDV

1 387,7

1 483,5

1 723,9

2 048,6

2 343,0

Aksizlər

417, 4

454,6

511,9

740,2

532,0

Mənfəət vergisi

2 133,9

2 252,2

2 374 ,7

2 302,8

1 914,6

Mədən vergisi

129,7

125,7

121,4

116,1

110,2

Torpaq vergisi

35 ,2

30,5

33,1

35,3

50,0

Əmlak vergisi

103,8

105,0

125,1

141,2

174,2

Fiziki şəxslərin gəlir vergisi

715,6

812,9

859,6

980,2

1 080,0

Dövlət rüsumu

104,8

103,1

123,3

111,2

105,0

Yol vergisi

28,0

28 6,6

24,3

22 ,3

70,0

Sadələşdirilmiş vergi

100,4

111 4,4

119,5

153,3

300,0

Sair daxilolmalar

318,0

517,2

646,4

461,9

331,0

Cəmi

5 475,0

6 025,3

6 663,6

7 113,6

7 118,2
Mənbə: Vergilər Nazirliyinin rəsmi internet saytı

Apardığımız araşdırmalar göstərir ki, ölkədə formalaşdırılan vergi siyasəti istehsalı stimullaşdırmaq probleminin həllinə bir qədər təkan verməlidir. Mənfəət vergisi üzrə dərəcələrin bərabər şəkildə aşağı salınması maddi istehsal sferasından daha çox tədavül sferasında fəaliyyəti stimullaşdırır. Büdcə gəlirlərinin artırılmasında rol oynayan digər bir vergi isə əlavə dəyər vergisidir. Məlumdur ki, əlavə dəyər vergisi (ƏDV) əksər Avropa ölkələrində dövlət büdcəsinin doldurulmasının mühüm mənbəyi olub istehlakçılardan tutulan ümumdövlət əhəmiyyətli dolayı vergidir ƏDV dövlət büdcəsinin ən gəlirli vergi maddəsidir, ümumi vergi daxilolmalarında payı 29 faizi keçir. Bu göstərici respublikamızda ümumi vergi daxilolmalarında son iki ildə 26-28% civarında dəyişmişdir.

Dolayı vergilər büdcə gəlirlərinin formalaşmasında mühüm rola malikdir. Müasir dövrdə dövlət öz iqtisadi maraqlarının artırılması istiqamətində bu rıçaqlardan son dərəcə məharətlə istifadə edir. Fiskal siyasətin həyata keçirilməsində dolayı vergilər mühüm elementlərdən biri kimi çıxış edir. Dolayı vergilər eyni zamanda ölkədəd infilyasiya meyillərinin tənzimlənməsində də mühüm rola malikdir.Belə ki, respublika daxilində yerli istehsalın qorunması və qiymətlərin sabit saxlanılmasında dolayı vergilərin çox böyük rolu vardır. Bu təyinatlı vergilər hazırda büdcə gəlirlərinin 50-60 faizdən daha çox hissəsini təşkil edir. Belə ki,2005-ci ildə dolayı vergilər büdcə gəlirlərinin 32,7 %-ni təşkil edirdisə2015-ci ildə bu göstərici 60,2% -ə qədər yüksəlmişdir. Respublikamızda aksiz tətbiq edilən kütləvi istehlak malları spirtli içkilər, tütün məmulatları, neft məhsulları və ölkəyə idxal olunan avtomabillərdir.

Şəkil 2.3. Azərbaycan Respublikasının vergi daxilolmalarının məcmusunda birbaşa və dolayı vergilərin payı17



Vergi daxilolmalarını iqtisadiyyatın sahələri üzrə nəzərdən keçirsək, 2015-ci ildə əvvəlki illə müqayisədə sənaye, xidmət və tikinti sahələrindən başqa bütün sahələrdə artım müşahidə olunmuşdur. Bu artım daha çox bank və sığorta sahəsində (50,6 faiz), nəqliyyat sahəsində (41,9 faiz) və ticarət sahəsində (34,2 faiz) olmuşdur. Qeyd olunan artım göstəricisi iqtisadi inkişafın iqtisadiyyatın bütün sahələrini əhatə etməsi və vergi daxilolmalarının da buna uyğun olaraq bütün fəaliyyət sahələri üzrə proporsional surətdə artmasını özündə göstərir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin