Topdansatış qiymətləri (istehsal təyinatlı əmtəələrin qiymətləri) indeksini hesabladıqda istehsalda istifadə olunan aralıq əmtəələrin qiymətlərinin dəyişməsi müəyyən edilir. Bu qiymətlərin dəyişməsi xammal və materialların, yarım-fabrikatların, topdansatış bazarlarında son məhsul növləri qiymətlərinin dəyişməsi ilə əlaqədardır.
Nəzərdən keçirilən bu iki indeks bir-birilə qarşılıqlı surətdə əlaqədardır. Çünki sənaye əmtəələri qiymətlərinin qalxması nəticə etibarilə pərakəndə satış qiymətlərinin artmasına səbəb olur.
Qiymətlərin ümumi səviyyəsini müəyyən etmək üçün ÜMM-in deflyatoru (ÜMM-in qiyməti) indeksi hesablanır. Bu indeks cəmiyyətdə qiymətlərin dəyişməsini daha tam əks etdirir. Çünki ÜMM-in tərkibinə bütün son məhsul və xidmətlər daxildir. Bu, belə müəyyən edilir:
ÜMM-in qiymət Nominal ÜMM
indeksi (deflyatoru) = --------------------- ∙ 100
Real ÜMM
Burada: Nominal ÜMM–cari dövrdə həmin dövrün qiymətləri ilə xərcləri; Real ÜMM–cari dövrdə, əsas dövrün qiymətləri ilə xərcləri göstərir.
Dostları ilə paylaş: |