FəNN: makroiQTİsadiyyat


Bazar iqtisadiyyatı şəraitində toplanmış təjrübə dövlət sifarişinin formalaşması və reallaşdırılmasının aşağıdakı prin-siplərini müəyyən etməyə imkan verir



Yüklə 1,1 Mb.
səhifə86/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   82   83   84   85   86   87   88   89   ...   177
Bazar iqtisadiyyatı şəraitində toplanmış təjrübə dövlət sifarişinin formalaşması və reallaşdırılmasının aşağıdakı prin-siplərini müəyyən etməyə imkan verir:

1) Məhsulların (işlərin, xidmətlərin) sifarişçisi müəyyən maliyyə və digər zəruri resurslara, büdjə vəsaitinə malik olan, hüquqlarının bir hissəsini özünün səlahiyyətli ijra or-qanlarına verən, konkret smetaları, tədbirlər proqramlarını işləyib hazırlayan, dövlətdir;

2) Sifarişlərin tərkibi ümumdövlət tələbatlarının quru-luşu, ölkənin içtimai-siyasi, elmi və iqtisadi həyatının müx-təlif sahələrində dövlətin yerinə yetirdiyi funksiyalarla əla-qədardır. Çünki bu vəzifələr obyektiv səbəblər üzündən ba-zarın öz-özünü tənzimləmə mexanizminin köməyilə həyata keçirilə bilmir.

3) Sifarişlərin həjmi ölkənin büdjə fondundakı vəsaitin kəmiyyəti ilə məhdudlaşır;

4) Sifarişlər müqavilə əsasında yerləşdirilir və yerinə yetirilir.

Dövlət sifarişi dövlət büdjəsinin xərj hissəsinin ijra edilməsi və deməli, bazar iqtisadiyyatının tənzimlənməsi formasıdır.

Sifarişlər yerləşdirilənə qədər podratçı müəssisələrin seçilməsi üçün müsabiqə aparılır. Bu, büdjə resurslarından istifadənin səmərəliliyinin yüksəlməsinə təsir edir. Müsabi-qənin qalibi podratçı müəssisə ilə müqavilə bağlayır. Müqavilədə məhsulların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi sahəsində tərəflərin hüquq və vəzi-fələri müəyyən edilir. Müqavilədə sifarişçi təşkilatla pod-ratçı təşkilat arasındakı iqtisadi, hüquqi, təşkilati-texniki, inzibati-idarəetmə və sosial sahələrdə qarşılıqlı münasibət-lər nəzərdə tutulur.

Müqavilədə müəyyən göstərijilər olmalıdır. Göstəri-jilərin sayı və tərkibi, onun dəyəri, hazırlanması müddəti, təyinatı (mülki və ya hərbi məqsədlər, ETTKI, tikinti və i. a. üçün nəzərdə tutulması), istifadə olunmuş müsabiqə siste-minin xarakteri, maliyyələşdirmə formaları sifarişin spesi-fikasından asılıdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin