Fənn: Mühəndis Fizikası Müəllim: Zeynalov Şücaət



Yüklə 116,64 Kb.
səhifə1/3
tarix19.06.2022
ölçüsü116,64 Kb.
#117065
  1   2   3
sər.iş.elektromaqnit


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSTETİ

SƏRBƏST İŞ
Kafedra:
Fakültə: Maşınqayırma və Robototexnika
Kurs: 1
Qrup: 590a
Fənn: Mühəndis Fizikası
Müəllim: Zeynalov Şücaət
Tələbə: Qənbərova Fidan
BAKI-2021
ELEKTROMAQNİT RƏQSLƏRİ
Elektromaqnit rəqslərinin meydana gəldiyi ən sadə mexanizm – kondensatordan, sarğacdan və birləşdirici naqillərdən ibarət olan rəqs konturudur. 

Kondensatoru sabit cərəyan mənbəyi vasitəsi ilə yükləyək. Bundan ötrü çeviricini А vəziyyətinə gətirək. Bu halda kondensatorun üst lövhəsi müsbət, alt lövhəsi isə mənfi yüklənəcək.
Başlanğıc anda, yəni ki t = 0 olduqda: Kondensatorun yükü, gərginliyi, elektrik sahəsinin enerjisi maksimaldır: 

Cərəyan şiddəti, maqnit seli və maqnit sahəsinin enerjisi sıfıra bərabərdir: 

Çeviricini B vəziyyətinə gətirdikdə, kondensator boşalmağa başlayacaq. Konturda elektrik cərəyanı yaranacaq. Kondensatorun boşalması bir an ərzində yox, tədricən baş verir. Dövrədəki cərəyan şiddəti də tədricən artacaq. Cərəyan şiddətinin kəskin artmasına, sarğacda yaranmış öz-özünə induksiya EHQ-sı mane olacaq. 
Müəyyən müddətdən sonra kondensator tamamilə boşalır. Zənn etmək olar ki, kondensatorun boşalmasından sonra cərəyan kəsilməlidir. Lakin bu baş vermir, cərəyanın ani kəsilməsinə, sağacda yaranmış öz-özünə induksiya EHQ-sı mane olur.
Kondensatorun tamamilə boşalması zamanı, yəni ki zamanın anında:
Cərəyan şiddəti, maqnit seli və maqnit sahəsinin enerjisi maksimal qiymət alacaq:

Qeyd edək ki, yuxarıda göstərilən proses – bir tam rəqs deyil, rəqsin yarısısdır. Sonrakı zaman fasiləsində kondensator yenidən boşalır, konturda cərəyan yaranır, lakin bu dəfə əks istiqamətdə. 
Beləliklə, rəqs konturundakı kondensatorun yükü, cərəyan şiddəti və maqnit seli periodik dəyişir – elektromaqnit rəqsləri yaranır. 

Yüklə 116,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin