Fənn: Sənayedə investisiya və innovasiya Müəllim: dos. Fazil Cəmil oğlu Kərimov İxtisas: Sənayenin iqtisadiyyatı


İnvestisiya layihələrində xətti proqramlaşma nədir?



Yüklə 0,92 Mb.
səhifə4/9
tarix21.06.2018
ölçüsü0,92 Mb.
#54429
1   2   3   4   5   6   7   8   9

181. İnvestisiya layihələrində xətti proqramlaşma nədir?

a) Bir nеçə dəyişənlər vasitəsi ilə vеrilmiş sərhədlər (məhdudiyyətlər) çərçivəsində müəyyən məqsədə nail olmaq üçün, ən yaxşı həllərin tapılması dеməkdir

b) Yalnız pul vəsaitləri ilə vеrilmiş sərhədlər (məhdudiyyətlər) çərçivəsində müəyyən məqsədə nail olmaq üçün, ən yaxşı həllərin tapılması dеməkdir

c) Yalnız cəmi bank kreditləri vasitəsi ilə vеrilmiş sərhədlər (məhdudiyyətlər) çərçivəsində müəyyən məqsədə nail olmaq üçün, ən yaxşı həllərin tapılması dеməkdir

d) Yalnız dövriyyə vəsaitləri vasitəsi ilə vеrilmiş sərhədlər (məhdudiyyətlər) çərçivəsində müəyyən məqsədə nail olmaq üçün, ən yaxşı həllərin tapılması dеməkdir

e) Yalnız əsas vəsaitlərin vasitəsi ilə vеrilmiş sərhədlər (məhdudiyyətlər) çərçivəsində müəyyən məqsədə nail olmaq üçün, ən yaxşı həllərin tapılması dеməkdir



182. Kənd təsərrüfatı müəssisələrinin optimal təşkilinin müəyyənləşdirilməsi nədir?

a) Mövcud olan istеhsal gücləri çərçivəsində mümkün olan prosеslər еlə kombinasiyalaşdırılır ki, maksimum ümumi gəlir əldə olunsun

b) Mövcud olan pul vəsaitləri çərçivəsində mümkün olan prosеslər еlə kombinasiyalaşdırılır ki, maksimum ümumi gəlir əldə olunsun

c) Mövcud olan bank kreditləri çərçivəsində mümkün olan prosеslər еlə kombinasiyalaşdırılır ki, maksimum ümumi gəlir əldə olunsun

d) Mövcud olan yalnız dövriyyə vəsaitlərinin çərçivəsində mümkün olan prosеslər еlə kombinasiyalaşdırılır ki, maksimum ümumi gəlir əldə olunsun

e) Mövcud olan yalnız əsas vəsaitlərin çərçivəsində mümkün olan prosеslər еlə kombinasiyalaşdırılır ki, maksimum ümumi gəlir əldə olunsun


183. Adı çəkilənlərdən hansılar investisiya vəsaitinə aiddir?

a) bütün cavablar düzdür

b) kreditlər, paylar, səhm, qiymətli kağızlar

c) elmi-praktiki və digər intellektual dəyərlər

d) patentləşdirilmiş texniki, texnoloji, kommersiya və digər biliklər (nou-hau)

e) pul, məqsədli bank yatırımları, daşınan və daşınmaz əmlak



184. Tipindən asılı olaraq investisiyalar necə təsnifləşdirilir?

a) real, maliyyə və intellektual

b) müddətli və müddətsiz

c) uzun, orta və qısa müddətli

d) Birbaşa, dolayı və portfel

e) Düzgün cavab yoxdur


185. İnvestisiya sferasına hansı sahələr daxildir?

a) əsaslı tikinti və innovasiya sahəsi

b) fermer təsərrüfatları

c) infrastruktur sahələr

d) xidmət və informasiya sahələri

e) səhiyyə və təhsil sahələri


186. İnvestisiya sisteminin elementləri hansı ardıcıllıqda düzülür?

a) dövlət–maliyyə institutları – iri biznes–xırda investorlar

b) maliyyə institutları – dövlət – iri biznes – xırda investorlar

c) dövlət – xırda investorlar – maliyyə institutları– iri biznes

d) dövlət– maliyyə institutları–xırda investorlar– iri biznes

e) xırda investorlar – iri biznes– maliyyə institutları – dövlət


187. Stimullaşdırıcı fiskal siyasətindən əsas istiqamətləri

a) dövlət xərclərinin artırılması, vergilərin azaldılması

b) dövlət xərclərinin azaldılması, vergilərin artırılması

c) açıq bazarda əməliyyatlar

d) bankların mütləq ehtiyat normasının azaldılması

e) dövlət xərclərinin və vergilərin azaldılması


188. İnvestisiya qoyuluşu prosesinin dövlət t ənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilmir:

a) tarif siyasətinin tədbirləri

b) ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün büdcə borclarının, subsidiyaların və subvensiyaların verilməsi

c) kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması

d) antiinhisar tədbirlərinin həyata keçirilməsi

e) vergi dərəcəsinin və güzəştlərinin fərqləndirildiyi vergi sistemi tətbiqi


189. İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilməz?

a) qanunla qadağa olunmuş əmlak

b) əsas fondlar

c) dövriyyə vəsaiti

d) qiymətli kağızlar və məqsədli pul əmanətləri

e) istənilən qadağa qoyulmayan əmlak



190. Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?

a) bütün investisiyaların

b) xarici investisiyalarının

c) daxili investisiyaların

d) dövlət investisiyalarının

e) heç birinin


191. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi nədən ibarətdir?


  1. vahid iqtisadi, elmi-texniki və sosial siyasət yeridilməsindən

  2. investorların maraqlarına xidmət etməkdən

  3. dövlətin maliyyə ehtiyatlarının artırılmasından

  4. xarici investorların ölkəyə cəlb edilməsindən

  5. Kölgə iqtisadiyyatına qarşı mübarizədən


192. Azərbaycan Respublikasında investisiya siyasəti hansı vasitə ilə həyata keçirilir?

a) hər bir vasitə ilə

b) dərəcə və güzəştlər sistemi vasitəsilə

c) dövlət norma və standartların tətbiqi vasitəsilə

d) investisiya layihələrinin ekspertizasının keçirilməsi vasitəsilə

e) kredit və amortizasiya siyasəti vasitəsilə





  1. Adı çəkilənlərdən hansılar investisiya iqliminə təsir edən makroiqtisadi amillərə aiddirlər?

a) UDM dinamikası və inflyasiyanın səviyyəsi

b) Qanunvericilik bazasının keyfiyyəti və sabitliyi

c) Vergi yükünün səviyyəsi

d) Reklam, sərgi və təqdimatın təşkili,

e) İnvestorların marağının müdafiəsi

194. Ölkənin investisiya iqlimi adı çəkilən amillərin hansılarından asılıdır?

a) investisiya potensialı və investisiya risklərindən

b) əhalinin sahibkarlığın inkişafına münasibətindən və gəlirlərinin diferensiasiyasından

c) siyasi sabitliyi təmin olunması və ekoloji vəziyyətdən

d) məşğulluq və inflyasiya səviyyəsindən

e) bütün cavablar düzdür





  1. Əlverişli investisiya iqliminin yaradılması üçün dövlət siyasətinin əsas istiqamətləri hansılardır?

a) kapital yığımını təmin etmək və riskləri azaltmaq

b) siyasi sabitliyin və regionların sosial-iqtisadi inkişafını təmin etmək

c) aktiv xarici-iqtisadi siyasətin aparmaq

d) bütün cavablar düzdür

e) düz cavab yoxdur
196. Adı çəkilənlərdən hansı investisiya cəlbediciliyinin yüksək olmasını göstərir?

a) maksimal potensial-minimal risk

b) yüksək potensial- mülayim (qəbul oluna biləcək) risk

c) yüksək potensial- yüksək risk

d) orta potensial - minimal risk

e) orta potensial - mülayim (qəbul oluna biləcək) risk


197. Əlverişli investisiya mühitinin formalaşması mexanizminə nə daxildir?

a) bütün cavablar düzdür

b) pul-kredit vasitələri

c) dövlət satın almaları

d) antiinhisar siyasəti

e) vergi güzəştləri və vergi krediti


198. Xarici investisiyaların növlərinə nə aid deyil?

a) büdcədən subsidiyalar

b) qeyri-maddi aktivlərə investisiya

c) birbaşa və portfel investisiya

d) insan kapitalına investisiyalar

e) vençur investisiyalar


199. Beynəlxalq maliyyə təşkilatlarının əsas fəaliyyət dairəsinə adı çəkilənlərdən hansılar aiddir:

a) bütün cavablar düzdür

b) investisiya fəaliyyəti və dövlət layihələrinin kreditləşməsi

c) beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsi

d) beynəlxalq valyuta və fond birjasında əməliyyatlarının həyata keçirilməsi

e) dünya iqtisadiyyatının inkişafının amil və meylilərinin təhlili



200. İnkişaf edən ölkələrin investisiya potensialının artırılması strategiyasına adı çəkilənlərdən hansı aid deyil?

a) təbii resursların qorunması strategiyası

b) inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək iqtisadi artın templərini təmin etmək

c) milli iqtisadiyyatın inkişaf səviyyəsi və coğrafi mövqeyinə yaxın ölkələrlə müqayisədə daha cəlbedici olmasını təmin etmək

d) iqtisadi strukturun modernləşdirilməsi

e) sosial problemlərin həlli


201. AİZ hansı növü elmi-texniki tərəqqi ilə daha çox əlaqəlidir?

a) Yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə əlaqədar texnoloji zonalar (texnopolislər);

b) Sənaye zonaları;

c) Bank və sığorta əməliyyatları üçün güzəştli rejim zonaları;

d) Azad ticarət və gömrük zonaları;

e) Kompleks azad zonalar – xüsusi şəhər və rayonlar .


202. İnvestisiya resurslarımın cəlb edilməsinə təsir edən amillərin ən dolğun siyahısını qeyd edin:

a) siyasi, makroiqtisadi, mikroiqtisadi və infrastruktur;

b) makroiqtisadi, mikroiqtisadi, regional və infrastruktur;

c) siyasi, makroiqtisadi, mikroiqtisadi;

d) siyasi, makroiqtisadi, mikroiqtisadi və ekoloji;

e) makroiqtisadi, mikroiqtisadi, sosial və infrastruktur.


203. Adı çəkilənlərdən hansılar İsveç modelinin əsas cəhətlərinə aid deyil?

a) şəxsi təşəbbüsün yüksək səviyyəsinin olması;

b) işsizlik səviyyəsinin çox aşağı olması;

c) əmək haqqı sahəsində həmkarların həmrəylik siyasəti;

d) yüksək vergi norması;

e) dövlət sektorunun payının yüksək olması.


204. Adı çəkilənlərdən hansılar Alman modelinin əsas cəhətlərinə aid deyil?

a) çevik, şaxələnmiş kiçik seriyalı istehsalın inkişafı;

b) dövlət tənzimlənməsi tək makrosəviyyə ilə kifayətlənmir, hətta təsərrüfat subyektlərinin fəaliyyətinin bəzi sahələrinə müdaxilə edir;

c) iqtisadiyyatın sosial yönumlü olması;

d) cəmiyyətin bütün üzvlərinə qarşı dövlət tərəfindən paternalizm (himayədarlıq) siyasəti;

e) qarışıq iqtisadiyyat əhəmiyyətli dövlət sektoru ilə xarakterizə edilir.


205. Adı çəkilənlərdən hansı innovasiya mühitinin formalaşması üçün əsas şərtlərə aid deyil?

a) əmək haqqının yüksək artım templəri;

b) iri xüsusi kapital;

c) müasir texnika ilə təchiz olunan müəssisələr; Dövlətin investisiya-innovasiya siyasəti ;

d) iri elmi-tədqiqat və təcrübə mərkəzləri tərəfindən təqdim olunan elm;

e) yüksək peşəkarlığa malik mühəndis və fəhlə heyəti.


206. Hərbi innovasiya modeli hansı problemləri yaradır?

a) mənəvi və məxfiliyin saxlanması zərurəti

b) texniki və mənəvi

c) sosial və iqtisadi

d) mənəvi və ekoloji

e) sosial və mədəni


207. Amerikan investisiya modelində aparıcı rolu nə oynayır?

a) vergi mexanizmi;

b) pul-kredit siyasəti;

c) əhalinin əmanətlərinin toplanması;

d) dövlət xərcləri ;

e) uçot dərəcəsinin dəyişməsi.


208. İnnovasiyaların hüquqi infrastrukturuna adı çəkilənlərdən hansılar daxildir?

a) Bütün cavablar düzdür;

b) ETTKİ stimullaşdıran, onun nəticələrinin tətbiq sahəsinə çatdırılmasını tənzimləyən hüquqi aktlar;

c) Sahibkarlığın dəstəklənməsinə yönələn qanunverici aktların mövcudluğu;

d) Kiçik və orta biznesin hüquqi təminatı;

e) intellektual fəaliyyət obyektləri.


209. Adı çəkilənlərdən hansı Milli innovasiya sisteminə daxildir?

a) dövlət və qeyri-dövlət qurumları

b) qeyri dövlət qurumları

c) dövlət qurumları

d) beynəlxalq təşkilatlar

e) elmi-tədqiqat institutları və təcrübə-konstruktor büroları.


210. Milli innovasiya sisteminin əsas məqsədi nədir?

a) elmtutumlu sahələrin inkişafı hesabına dayanaqlı iqtisadi artımı təmin edən, əhalinin həyat səviyyəsini yüksəldən sahələr sistemini yaradılması

b) investisiya layihələrinə təsir edən amillərlə əlaqəli riskləri azaltmaq

c) yeniliklərin tətbiqi üçün şərait yaratmaq

d) əlverişli investisiya mühitinin formalaşması

e) makro səviyyədə əlverişli investisiya-innovasiya iqliminin formalaşması


211. İqtisadiyyatın innovasiya yönümlü olması nə ilə xarakterizə olunur?

a) İnnovasiyalı təklifin çox olması

b) Təhsil və elmin yüksək inkişaf səviyyəsi

c) Yeni bazarların yaradılması

d) İqtisadi sərbəstlik səviyyəsi

e) Hamısı


212. Texnopolislər ilk dəfə nə vaxt yaradılıb?

a) 1982


b) 1979

c) 1970

d) 2000

e) 2005
213. Adı çəkilənlərdən hansılar maliyyələşdirilmənin daxili mənbələrinə aid deyil?

a) bank krediti,

b) gəlir,

c) sığorta fondlarında toplanan vəsaitlər,

d) amortizasiya,

e) artıq aktivlərin satışından gələn vəsaitlər.
214. Adı çəkilənlərdən hansılar maliyyələşdirilmənin xarici mənbələrinə aid deyil?

a) amortizasiya;

b) müəssisənin istiqrazlarının emissiyası;

c) büdcə vəsaitləri;

d) bankların kreditləri;

e) investisiya lizinqi.


215. Adı çəkilənlərdən hansılar maliyyələşdirilmənin daxili mənbələrinə aiddir?

a) gəlir və amortizasiya

b) borc və cəlb olunmuş vəsait

c) bank krediti

d) istiqrazlar

e) büdcə vəsaiti


216. Risk səviyyəsinin artması ardıcıllığı ilə maliyyə mənbələrini düzün:

a) dövlətin qiymətli kağızları, kreditlər, imtiyazlı səhmlər, adi səhmlər;

b) kreditlər, dövlətin qiymətli kağızları, imtiyazlı səhmlər, adi səhmlər;

c) imtiyazlı səhmlər, adi səhmlər; dövlətin qiymətli kağızları, kreditlər,

d) adi səhmlər, dövlətin qiymətli kağızları, kreditlər, imtiyazlı səhmlər;

e) kreditlər, imtiyazlı səhmlər, adi səhmlər dövlətin qiymətli kağızları.


217. İmtiyazlı səhmin emitent üçün üstünlüyü nədədir?

a) bütün cavablar düzdür.

b) bu növ səhm sahiblərinin firmanın siyasətinə təsir etmə imkanları yoxdur (onların səsvermə hüququ yoxdur).

c) imtiyazlı səhmlər – firmanın ən risksiz öhdəliklərindən biridir.

d) divident ödəmələrinin vaxtı uzadıla bilər.

e) düz cavab yoxdur.


218. Verilir: illik faiz – 12%, ilkin qoyuluşun məbləği – 10000 manat, hesablamalar – hər rüb üzrə aparılır. Tələb olunur: iki il yarım müddət ərzində investisiya qoyuluşun məbləğini tapmaq.

a) 13000


b) 12000

c) 26000


d) 10300

e) 20600
219. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində hansı metodlardan istifadə olunur?

a) statik və dinamik

b) sadə və mürəkkəb

c) analiz və sintez

d) induksiya və deduksiya

e) balans və statik
220. Əmanətin sahibinə daimi zaman kəsiyi ərzində müəyyən gəlir gətirən kapital qoyuluşudur neçə adlanır?

a) annuitet

b) reqressiya

c) diskont

d) koordinasiya

e) statik


221. Rentabellik əmsallarına nə daxildir?

a) Hamısı

b) Şəxsi kapitalın rentabelliliyi

c) Satışın rentabelliliyi

d) İnvestisiya kapitalının rentabellilik əmsalı

e) Aktivlərin rentabellik əmsalı



222. İnvestisiya layihəsinin iqtisadi səmərəliliyini hesablamaq üçün hansı məlumatlardan istifadə edilir?

a) Hamısı;

b) Potensial rəqiblər haqqında tam məlumatlar;

c) Layihəni yerinə yetirən firma haqqında tam informasiya;

d) İnvestorun imkanları haqqında tam məlumatlar;

e) Məhsul və onun satış bazarları haqqında tam məlumatlar.


223. İnvestisiya layihəsinin işlənib hazırlanması zamanı hansı nəticələr qiymətləndirilməlidir?

a) sosial və ekoloji

b) sosial və iqtisadi

c) siyasi və iqtisadi

d) ekoloji və iqtisadi

e) ekoloji və siyasi


224. Adı çəkilənlərdən hansı amillər xarici riskə təsir edirlər?

a) siyasi, sosial-iqtisadi və ekoloji durum

b) xammal mənbəyi və heyətin peşəkarlığı

c) şirkətin maliyyə durumu, qiymət siyasəti

d) marketinq tədqiqatların səviyyəsi, innovasiyaların tətbiqi

e) qiymət siyasəti, sosial-iqtisadi və ekoloji durum


225. Adı çəkilənlərdən hansı amillər daxili riskə təsir edirlər?

a) innovasiyaların tətbiqi, xammal mənbəyi və heyətin peşəkarlığı, marketinq tədqiqatların səviyyəsi

b) siyasi, sosial-iqtisadi, ekoloji durum, qiymət siyasəti

c) siyasi, sosial-iqtisadi, ekoloji durum, qanunvericilik və vergi sistemi

d) siyasi, sosial-iqtisadi və ekoloji durum

e) qanunvericilik və vergi sistemi


226. Risk sxemindəki mərhələləri düz olan ardıcıllığı seçin.

a) göstəricilərin toplanması – riskin keyfiyyət və kəmiyyət göstəricilərinin təhlil edib qiymətləndirilməsi - riskin azaldılması metodun seçilməsi – riskin qəbul edilməsi;

b) göstəricilərin toplanması – riskin qəbul olunmasının qiymətləndirilməsi – riskin keyfiyyət təhlili – riskin azaldılması metodun seçilməsi – riskin qəbul edilməsi;

c) göstəricilərin toplanması – riskin keyfiyyət və kəmiyyət göstəricilərinin təhlil edib qiymətləndirilməsi – riskin qəbul edilməsi – riskin azaldılması metodun seçilməsi;

d) riskin keyfiyyət və kəmiyyət göstəricilərinin təhlil edib qiymətləndirilməsi – riskin artırılması ehtimalının qiymətləndirilməsi – riskin azaldılması metodun seçilməsi –riskin qəbul edilməsi;

e) göstəricilərin toplanması – riskin qəbul edilməsinin qiymətləndirilməsi – riskin azaldılması metodun seçilməsi – riskin azaldılması metodun seçilməsi – riskin qəbul edilməsi.


227. Risk zonalarının riskin artması ardıcıllığı ilə olan cavabı seçin.

a) risksiz zona; qəbul ola biləcək risk zonası, kəskin (kritik) risk zonası, katostrofik risk;

b) qəbul ola biləcək risk zonası, risksiz zona, kəskin (kritik) risk zonası, katostrofik risk;

c) kəskin (kritik) risk zonası, katostrofik risk, risksiz zona, qəbul ola biləcək risk zonası;

d) katostrofik risk, risksiz zona, qəbul ola biləcək risk zonası, kəskin (kritik) risk zonası;

e) risksiz zona, katostrofik risk, qəbul ola biləcək risk zonası, kəskin (kritik) risk zonası.


228. Risklərin idarə edilməsi sisteminə daxil olmayan elementləri və prosesli qeyd edin.

a) risklərin təsnifləşdirilməsi;

b) risklərin identifikasiya və lokallaşdırılması;

c) risklərin aradan qaldırılması və minimum səviyyə endirilməsi;

d) risklərin monitorinqi;

e) risklərin təhlili və qiymətləndirilməsi.



229. Brokerin funksiyalarına adıçəkilənlərdən hansılar aid deyil?

a) öz adından və öz vəsaiti hesabına qiymətli kağızları alıb-satır

b) satış zamanı müştərinin maraqlarını təmsil etmək

c) qiymətli kağızların alqı-satqısında vasitəçilik

d) müştərilərə qiymətli kağızların alıqı-satqısında məsləhət verir

e) sazişlərin sənədləşdirilməsi və birjada qeydiyyatdan keçməsini həyata keçirilir


230. Adı çəkilənlərdən hansılar fond bazarının funksiyalarına aid deyil

a) sosial təminat

b) informasiya təminatı

c) səmərəli iqtisadiyyatın formalaşması

d) qiymət və maliyyə risklərinin sığortalanması

e) resursların toplanması və istehsalın genişləndirilməsi,



231. Adı çəkilənlərdən hansılar fond bazarının iştirakçılarına aid deyil.

a) həmkarlar ittifaqı

b) emitentlər

c) investorlar

d) dilerlər

e) brokerlər


232. Adı çəkilənlərdən hansılar dilerlərin gəlir mənbəyi ola bilməz?

a) vasitəçilik əməliyyatları

b) qiymətli kağızların alış və satış qiymətlərində olan fərq

c) qiymətli kağızların kursunun dəyişməsi nəticəsində

d) valyuta alış və satış qiymətlərində olan fərq

e) müştəri ilə sazişlərdən alan gəlir


233. Fond bazarının tənzimlənməsinin əsas istiqamətləri hansılardır?

a) dövlət qanunvericiliyi, öz-özünü tənzimlənmə və ictimai rəy

b) dövlət qanunvericiliyi, ictimai rəy və proqnozlaşdırma

c) dövlət qanunvericiliyi, ictimai rəy və strateji idarə etmə

d) dövlət qanunvericiliyi, öz-özünü tənzimlənmə və bələdiyyə idarə etmə

e) ictimai rəy öz-özünü tənzimlənmə və bələdiyyə idarə etmə


234.Adı çəkilənlərdən hansılar törəmə qiymətli kağızlara aiddir?

a) fyuçers və opsion

b) istiqraz

c) istiqraz və səhm

d) səhm

e) opsion


235. Adı çəkilənlərdən hansılar yüksək artım portfelinə aiddir?

a) kapitalın maksimum artımına istiqamətləndirilən portfel;

b) yüksək gəlirə və riskli kağızlara istiqamətləndirilən portfel;

c) yüksək etibarlılığa malik qiymətli kağızlardan ibarət olan və minimal risk səviyyəsində orta gəlir gətirən portfel;

d) yüksək inflyasiya şəraitində artım portfelinin formalaşdırılması;

e) düz cavab yoxdur.


236. İnvestisiya portfelinin idarə edilməsi prosesi mərhələlərinin düz ardıcıllığını müəyyən edin.

a) investisiya məqsədlərinin müəyyən edilməsi, investisiya siyasətinin formalaşması, portfel strategiyasının seçilməsi, aktivlərin seçilməsi, investisiyaların səmərəliliyinin qiymətləndirilməsi.

b) investisiya məqsədlərinin müəyyən edilməsi, portfel strategiyasının seçilməsi, aktivlərin seçilməsi, investisiyaların səmərəliliyinin qiymətləndirilməsi.

c) portfel strategiyasının seçilməsi, aktivlərin seçilməsi, investisiyaların səmərəliliyinin qiymətləndirilməsi, investisiya məqsədlərinin müəyyən edilməsi

d) aktivlərin seçilməsi, investisiyaların səmərəliliyinin qiymətləndirilməsi, investisiya məqsədlərinin müəyyən edilməsi, portfel strategiyasının seçilməsi

e) investisiyaların səmərəliliyinin qiymətləndirilməsi, investisiya məqsədlərinin müəyyən edilməsi, portfel strategiyasının seçilməsi, aktivlərin seçilməsi


237. Səmərəli investisiya portfeli dedikdə nə başa düşülür?

a) düz cavab yoxdur

b) gəlir səviyyəsi yüksək olan

c) tələb olunan gəlirə görə minimal risk səviyyəsi

d) az gəlir və yüksək risk səviyyəsi

e) riskin səviyyəsi az olan


238. İstiqrazların investisiya cəlb ediciliyi nə ilə bağlıdır?

a) etibarlığı ilə

b) dividentlərin alınması ilə

c) mülkiyyət hüququnun təmin olunması ilə

d) kurs dəyərinin artması ilə

e) yüksək gəlir əldə etmək ehtimalı ilə


239. Adı çəkilənlərdən hansılarını insan kapitalı investisiyalar hesab etmək olar?

a) bütün cavablar düzdür

b) sağlamlıq və tərbiyə

c) iqtisadi azadlıq və sahibkarlıq fəaliyyəti

d) mədəniyyət və incəsənət

e) təhsil və bilik


240. Müasir intellektual mülkiyyət bazarı nəyə əsasən formalaşır?

a) tələb və təklifə görə

b) dövlətin iqtisadi siyasətinə görə

c) qiymətlərə görə

d) bazanın rəqabət quruluşuna görə

e) gəlir və xərclərin nisbətinə görə


241. İntellektual mülkiyyətin idarə olunması aşağıdakı vəzifələrlə tənzimlənir:

a) bütün cavablar düzdür

b) İnnovasiya qabiliyyətli atmosferin yaranması və intellektual aktivliyin inkişafı

c) informasiya axınının idarə olunması

d) İntellektual mülkiyyətin obyektlər üzrə hüququ portfelinin formalaşması prosesinin planlaşdırılması

e) İntellektual mülkiyyətin yaradılması və inkişaf prosesinin planlaşdırılması



242. İnsan kapitalına qoyulan investisiyaların əsas hissəsi kim tərəfdən həyata keçirir?

a) dövlət

b) fiziki şəxslər

c) hüquqi şəxslər

d) xarici vətəndaşlar

e) bələdiyyələr


243. Milli sərvət deyərkən nə nəzərdə tutulur?

a) dəyər qiymətində yığılmış fiziki və insan kapitalının, ölkənin təbii kapitalının məcmusu

b) Milli mənsubiyyət nəzərə alınaraq mövcud ərazidə yerləşən müəssisələrdə istehsal olunan əmtəə və xidmətlərin dəyəri

c) əsas və dövriyyə aktivlərinin məcmusu

d) Heç bir əlamət nəzərə alınmadan milli müəssisələrdə istehsal olunan əmtəə

və xidmətlərin dəyəri

e) maliyyə resurslarının məcmusu


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin