Fənn sillabusu Kafedra: Fizika, riyaziyyat və informatika Fənnin adı: n ə z ə rimexanika

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 139.29 Kb.
tarix17.01.2017
ölçüsü139.29 Kb.
Fənn sillabusu
Kafedra: Fizika, riyaziyyat və informatika

Fənnin adı: N ə z ə r i m e x a n i k a

  • Fənn haqqında məlumat:

Kodu:

Semestr:III

Fakultə: Təbiyyat

Ixtisas: Qida məhsullarının texnologiyası

Tədris yükü (saat): 60saat (o cümlədən 30 saat mühazirə, 15 saat seminar, 15 saat laboratoriya)

AKTS üzrə kredit: 2

Auditoriya N: 410 (fizika laboratoriyası )

Saat: III gün -1 ci 2 ci saatlar (1 ci növbə)

Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi:



Bəşirov Mirnamik, Fizika riyaziyyat elmləri namizədi, dosent

Kafedranın ünvanı: Lənkəran Dövlət Universiteti, tədris korpusu İV mərtəbə

Məsləhət saatı: V gün 12-00

əlaqə mobil -051-8371728 ev (0171) 4 7092

E-mail ünvanı: mbashirov@mail.ru , mbashirov@rambler.ru, mbashirov@box.az

URL ünvan: “Fizika Sizin üçün” sayt- www.phys-for-you.narod.ru ,



ƏDƏBİYYAT VƏ MATERİALLAR:

1. Məmmədov H. “Nəzəri mexanika” I və II hissə B., “Maarif” 1966.

2.      Tarq S.M. “Nərəri mexanikanın qısa kursu”  (ruscadan tərcümə) M., “Elm”-nəşr. 1974.

3.      Яблонский А.А. «Курс теоретической механики» М., «Высшая школа», том I и  II, 1964 и последнее издание.

4.      Qədirov N., “Nəzəri mexanika” B., 1990.

5.      Лойцянский Л. Г., Лерье А.И. «Курс теоретической механики» М., «Высшая школа», 1974 и последнее издание.

6.      Добронравов В.В., и др. «Курс теоретической механики» М., «Высшая школа», 1974 и последнее издание.

7.      Meşşerski İ.V. “Nəzəri mexanikadan məsələlər” (ruscadan tərcümə) M., 1970 və sonrakı nəşr.

8.      Yablınski A.A. “Nəzəri mexanikadan kurs işləri üçün tapşırıqlar məcmuəsi” (ruscadan tərcümə) M., 1970 və sonrakı nəşrlər.

9.      Айзенберг Т.Б. и др. «Руководство к решению задач по теоретической механике» М., «Высшая школа», 1965 и последнее издание.

10.  Бать М.И., Джаналидзе Г.О., «Теоретическая механика в примерах и задачах», Том 1 и 2, М., «Физматгиз», 1975.

11.  Космодемьянский А.А., «Курс теоретической механики», Том 1 и 2, М., «Просвещение» 1965, 1966.

12.  Воронков И.М., «Курс теоретической механики», М., «Фитматгиз», 1966.

13.  Бутенин Н.В., Теория колебаний. М., «Высшая школа», 1963.

14.  Бразниченко Н.А. и др. «Сборник задач по теоретической механике». М., «Высшая школа», 1974.

15.  Quliyev S.Ə., Eyvazov E.B. “Nəzəri mexanikanın qısa kursu”, Bakı, 1994.

16.  K.Ə.Əliyev, İ.M.Qafarov, “Nəzəri mexanika mühazırələr və testlər” (Statika), Bakı, 2003.

17. M.B. Axundov, Ə.Ş.Sadayev Nəzəri mexanikadan mühazirələr ATN BDU-2011

18. Bəktaşı Nəzəri mexanika Bakı 1981

Nəzəri mexanikadan məsələ həlli üçün vəsait [Mətn]: kinematika bəhsi M. Y. İsmayılov ; [red. V. Nağıyev] ; AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V. İ. Lenin ad. Azərb. Döv. Ped. İn-tu

Nəzəri mexanikadan məsələlər [Mətn] : ali texniki məktəblər üçün dərs vəsaiti İ. V. Meşşerski ; tərc. ed. N. B. Qədirov, H. Q. Məmmədov, Ə. Ə. Sadıqzadə ; red. H. Q. Məmmədov.

Nəzəri mexanikadan məsələlərin EHM-in tətbiqi ilə həlli [Mətn]: Metodik göstəriş Tərtib edənlər. E. M. Abbasov, Y.M. Sevdiməliyev, F.T. Quliyev, S.Q. Ağayev; Red. H.Ə. Həsənzadə; Respublika Tədris-Metodika Mərkəzi Azərbaycan Dövlət Neft Akademiyası

Nəzəri mexanikadan proqram, metodiki göstəriş və yoxlama tapşırıqları [Mətn] : Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə, elektrikləşdirmə və texnoloq fakültəsinin qiyabi tələbələri üçün S. Ağamalıoğlu ad. Azərb. Kənd Təsər. İn-tu ; [tərt. ed. B. O. Orucov].

Nəzəri mexanikadan proqramlaşdırılmış yoxlama üzrə metodik göstəriş [Mətn] : dinamika AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Ç.İldırım ad. Azərb. Politexnik İn-tu; tərt. ed. R. N. Mahmudov ; elmi red. M. R. İbrahimov

Nəzəri mexanikadan proqramlaşdırılmış yoxlama üzrə metodik göstəriş [Mətn] : kinematika AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Ç. İldırım ad. Azərb. Politexnik İn-tu ; tərt. ed. və elmi red. R. N. Mahmudov [və b.]

Nəzəri mexanikadan proqramlaşdırılmış yoxlama üzrə vəsait [Mətn] : statika AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Ç. İldırım ad. Azərb. Politexnik İn-tu, "Nəzəri mexanika" kafedrası ; tərt. ed. R. N. Mahmudov (red.), A. A. Bədəlov, N. A. Nəsibov, H. A. Mərdanov

Nəzəri mexanikadan qiyabi oxuyan tələbələr üçün məsələ həllinə dair metodik rəhbərlik [Mətn] : statika bölməsi AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, M. Əzizbəyov ad. Azərb. Neft və Kimya İn-tu ; tərt. ed. S. İ. Bəxtiyarov ; red. V. M. Mehdiyev

Nəzəri mexanikadan "Statika" bölməsi üzrə proqramlaşdırılmış material [Mətn] AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V. İ. Lenin ad. Azərb. Döv. Ped. İn-tu ; tərt. ed. B. Məmmədov ; elmi red. M. İsmayılov

Nəzəri mexanikadan test üsulu ilə yoxlama üzrə metodik vəsait [Mətn] Azərb. Resp. Təhsil Nairliyi, Azərb. Texniki Un-ti ; tərt. ed. N. A. Nəsibov, R. L. Bağırzadə, R. M. Fərəcov [və b.] ; elmi red. N. A. Nəsibov ; rəy verən. V. Ə. Şirəliyev, A. F. Məmmədov

Nəzəri mexanikadan test yoxlamalarına hazırlıq üçün metodik göstəriş [Mətn] tərt. ed. N. A. Nəsibov (elmi red.), R. L. Bağırzadə, V. İ. Baxşəliyev, R. M. Fərəcov ; rəyçi. İ. X. İbrahimov, Z. Ş. Şayev ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Texniki Un-ti

Nəzəri mexanikanın qısa kursu [Mətn] : ali texniki məktəb tələbələri üçün dərslik S. M. Tarq ; tərc. ed. S. Ağayeva, F. Vəliyev, N. Həsənzadə.

Nəzəri mexanikanın qısa kursu [Mətn]: Ali texniki məktəblər üçün dərslik S.Ə.Quliyev, E.B.Eyvazov; Elmi red. R.S.Qurbanov; Rəy. R.Y.Əmənzadə, N.E.Nəsibov

Nəzəri mexanikanın statika bölməsindən mühazirə [Mətn] : V, VI. və VII Azərbaycan Kənd Təsərrüfatı İn-tu ; [tərt. ed. Q. Səlimov].

Nəzəri mexanikanın statika bölməsindən mühazirə [Mətn] : əlyazması hüququnda : III-IV Azərb. Kənd Təsər. İn-tu ; [tərt. ed. K. Səlimov].

Nəzəri mexanikanın statika bölməsindən mühazirələr [Mətn] : əlyazması hüququnda [tərt. ed. K. Səlimov] ; Azərb. Kənd Təsərrüfatı İn-tu.

Nəzəri mexanikanın sürtünmə məsələləri. Dinamika [Mətn] : dərs vəsaiti N. A. Nəsibov ; elmi red. R. N. Mahmudov ; rəyçi. F. H. Şəmiyev, A. F. Məmmədov

Nəzəri mexanikanın texniki məsələlərə tətbiqi [Mətn] : metodik rəhbərlik AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Ali Təhsil Üzrə Tədris-Metodika Kabineti ; M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İn-tu ; tərt. ed. O. M. Kərimov ; red. İ. X. İbrahimov ; rəy. ver. S. A. Rəcəbov, V. M. Mehdiyev

Nəzəri mexanikanın əsas kursu [Mətn] V. YA. Gebel ; çevirəni. M. Kamil ; red. Ə. Əbdürrəhimzadə I hissə


KURS İŞİ - Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb.

TƏCRÜBƏ - Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmayıb.

  • Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri: mövzuya uyğun olaraq əldə olan bu və ya digər vəsait eləcədə internetdən tapılmış materiallar istifadə oluna bilər




  • Fənnin təsviri və məqsədi:

Bu fənn müasir texnikanın inkişafı və mühəndislərin qarşısında duran müxtəlif qurğuların hesablama və eləcə də bütün maşınların,mexanizmlərin, mühərriklərin o cümlədən yüngül, yeyinti, ticarət, məişət xidməti maşınlarının və s. obyektlərin layihələndirilməsi,istehsalı və istismarı ilə əlaqədar müxtəlif məsələləri əhatə edir.

Bütün bu problemlərin müxtəlifliyinə baxmayaraq, onların həlli müəyyən mərhələdə bir sıra ümumi proseslərə əsaslanır və ümumi elmi bazaya malikdir. Bu onunla izah edilir ki, yuxarıda qeyd olunan problemlərin həllində bu və ya digər maddi cisimlərin hərəkət və ya müvazinət qanunlarının öyrənilməsini tələb edən məsələlər əsas yer tutur.

Nəzəri mexanika maddi cisimlərin hərəkət və müvazinətinin ümumi qanunlarından və bu zaman cisimlər arasında meydana çıxan qarşılıqlı təsirlərdən bəhs edən elmdir. Nəzəri mexanika müasir texniki fənlərin nəzəri əsaslarından biridir.

Maddi cisimlərin onlara tətbiq edilmiş qüvvələrin təsiri nəticəsində hərəkəti və müvazinətinin ümumi qanunlarının öyrənilməsi nəzəri mexanikanın əsas məsələsidir.

Nəzəri mexanika öyrənilən məsələlərin xarakterinə görə adətən üç hissəyə: statika, kinematika dinamikaya ayrılır. Statikada qüvvələr haqqında ümumi bilik verilir və bu qüvvələr təsiri altında olan maddi cisimlərin müvazinət şərtləri öyrənilir. Kinematikada cisimlərin hərəkətinin ümumi həndəsi xüsusiyyətləri nəzərdən keçirilir. Dinamikada isə qüvvələr təsiri altında olan maddi cisimlərin. Dinamikada isə qüvvələr təsiri altında olan maddi cisimlərin hərəkət qanunları öyrənilir.

Nəzəri mexanika təbiət elmləri sırasına daxildir, yəni nəzəri mexanika təbiət haqqında elmdir. Onun əsasını təcrübədən alınmış və maddi cisimlərin hərəkəti ilə əlaqədar müəyyən qrup təbiət hadisələrini əks etdirən qanunlar təşkil edir.

Mexanikanın bir fənn kimi meydana gəlməsi və inkişafı cəmiyyətin məhsuldar qüvvələrinin inkişaf tarixi ilə, bu inkişafın hər bir mərhələsində istehsalın və texnikanın səviyyəsi ilə sıx bağlıdır.



  • tələbələrə nəzəri mexanikanın əsas prinsip və qanunları, onların riyazi ifadələri haqqqında məlumat vermək, əsas fiziki hadisələr, onların müşahidə və tədqiqatmetodları ilə tanış etmək, fiziki ideyalarıdüzgün ifadə etməyi, fizikiməsələləri həll etməyi, fiziki kəmiyyətlərin tətbiqini qiymətləndirməyi,öyrənmək, tələbələrə fiziki model və nəzəriyyələrintətbiq hüdudları haqqında aydın təsəvvür vermək:

  • tələbələrə müyyən eksperimental ( təcrübi) iş vərdişlərini aşılamaq, onları fiziki kəmiyyətlərin dəqiq ölçü üsulları ilə, əsas fiziki cihazlar və təcrübi nəticələrin sadə işlənməsi metodları ilə tanış etmək, laborator işlərinin aparılmasında nəticələrin qiymətləndirilməsi, xətaların hesablanması, qiymətləndirilməsi kimi bacarıqların aşılanması

  • elmi texniki tərəqqinin inkişafında fizikanın rolu haqqında düzgün təsəvvür yaratmaq, tələbələrdə elmi texniki və digər tətbiqi məsələlərin həllinə maraq oyatmaq, habelə müəyyən bacarıq vəvərdişlərin aşılayaraq inkişaf etdirmək.




  • KURSUN MƏQSƏDİ:

  • Nəzəri mexanikanın ümumi kursunda maddi nöqtə və bərk cismin mexanikası və eləcə də maddi nöqtələr sisteminin hərəkətinin ümumi qanunlarını öyrənməkdir. Nəzəri mexanikanın qanunları və metodları bizi əhatə edən aləmdə baş verən bir sıra mühüm hadisələrin öyrənilməsinə və izah olunmasına imkan verir, həm də təbiətşünaslığın bütünlükdə inkişafına xidmət edir.

 

  • KURSUN NƏTİCƏLƏRİ:

  • Hazırda maddi istehsalın təşkili və elmi-texniki fəaliyyət yüksək səmərəli istehsalatın durmadan artması və təkmilləşdirilməsi, habelə yeni texnikanın istehsalatda tətbiqi kimi məsələlər durur ki, bu da mühəndis kadrların hazırlanması keyfiyyətinin daha da yaxşılaşdırılmasını və onların biliyinin nəzəri təməlinin genişləndirilməsini tələb edir. Bu məsələlərin həllində müasir texnikanın elmi əsaslarından biri olan nəzəri mexanikanın öyrənilməsi böyük əhəmiyyət kəsb edir.




  • Davamiyyətə verilən tələblər:

  • kredit sistemi ilə 10 bal,

  • dərsə gecikmək olmaz,

  • gecikən tələbələrə qaib yazılır. ümumi yükün 10% nə kimi 1 bal, 20% nə kimi 2 bal ..bu formada davamiyyət balı azalır.

  • Qiymətləndirmə:

  1. gündəlik sorğuya görə

  2. seminar və mühazirədə iştiraka görə

  3. laboratoriya işlərinin düzgün yerinə yetirilməsinə və təhvil verilməsinə görə

  4. ev tapşırıqlarına görə

  5. sərbəst işlərə görə

  6. kollokviumlara görə

  7. imtahana görə.

  • Davranış qaydalarının pozulması halları olduqda:

  • Dərsə gecikən tələbələr qaib alır.

  • Tələbələr Universitetin təyin etdiyi daxili intizam qaydalarını gözləməli, bir birinə hörmətlə yanaşmalı və dərsin gedişinə mane olmamalı, tələbə kimi dərsin gedişinin normal təşkilinə maraqlı olmalıdır

  • Dərs vaxtı texniki avadanlıqlardan (mobil telefon, kalkulyator, kompüter və s.) istənilən formada istifadə, dərs zamanı yemek yemək, digər tələbələrlə danışaraq dərsin gedişionə mane olmaq - dərsi pozma kimi hesab edilir və belə tələbə auditoriyadan kənarlaşdırılır.



  • Dərsə, verilən tapşırıqlara məsuliyyətlə yanaşmalı, vaxtinda yerinə yetirilməsinə çalışmalı, seminar və laboratoriya işlərinə hazır gəlməli, dərs zamanı qrup yoldaşlarının fikirlərinə diqqətlil olmalı, dinləməli, öz münasibtətini müasir tələb olunan formada bildirməlidir


8. Təqvim planı:

Mühazirə 30 saat



NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Giriş. Kinematika. Maddi nöqtənin hərəkətinin verilmə üsulları

2




2

Maddi nöqtənin düzxətli və dairəvi hərəkəti

2




3

Əyrixətli koordinat sistemindəmaddi nöqtənin hərəkəti

2




4

Mütləq bərk cismin fəza vəziyyəti

2




5

Mütləq bərk cismin irəliləmə hərəkəti

2




6

Paralel fırlanma oxları olan hərəkətlərinin toplanması

2




7

Statika

2




8

Qeyri sərbəst mütləq bərk cisim üçün tarazlıq tənlilkləri

2




9

Dinamika

2




10

Mexaniki sistemin dinamikası.

2




11

Maddi nöqtənin rəqsi hərəkəti

2




12

Dəyişən kütləli cismin dinamikası

2




13

Mərkəzi qüvvənin təsiri altında maddi nqtənin hərəkəti

2




14

Ağır bərk cismin hərəkət tənlikləri

2




15

Hiroskop. Hiroskop nəzəriyyəsi

2




Seminar 15 saat

NN

Keçirilən mühazirə, seminar-məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu seminar – məşğələ mövzuları

saat

tarix

1

Giriş. Kinematika. Maddi nöqtənin hərəkətinin verilmə üsullarına aid məsələ həlli

2




2

Maddi nöqtənin düzxətli və dairəvi hərəkəti aid məsələ həlli

2




3

Əyrixətli koordinat sistemindəmaddi nöqtənin hərəkətinə aid məsələ həlli

2




4

Mütləq bərk cismin fəza vəziyyətinə aid məsələ həlli

2




5

Mütləq bərk cismin irəliləmə hərəkətinə aid məsələ həlli

2




6

Paralel fırlanma oxları olan hərəkətlərinin toplanmasına aid məsələ həlli

2




7

Statika bölməsinə aid məsələ həlli

2




8

Qeyri sərbəst mütləq bərk cisim üçün tarazlıq tənlilklərinə aid məsələ həlli

2




9

Dinamika bölməsinə aid məsələ həlli

2




10

Mexaniki sistemin dinamikasına aid məsələ həlli

2




11

Maddi nöqtənin rəqsi hərəkətinə aid məsələ həlli

2




12

Dəyişən kütləli cismin dinamikasına aid məsələ həlli

2




13

Mərkəzi qüvvənin təsiri altında maddi nqtənin hərəkətinə aid məsələ həlli

2




14

Ağır bərk cismin hərəkət tənliklərinə aid məsələ həlli

2




15

Hiroskop. Hiroskop nəzəriyyəsinə aid məsələ həlli

2



Mühazirə mövzuları üzrə açıqlama


Mövzu № 1 Maddi nöqtənni hərəkəti

1. Giriş.

2. Maddi nöqtənin hərəkətinin vektor üsulu ilə verilməsi

3. Maddi nöqtənin hərəkətinin koordinat üsulu ilə verilməsi

4. Maddi nöqtənin hərəkətinin təbii üsulu ilə verilməsi

5. Hərəkətin vektor üsulu ilə verilən halında maddi nöqtənin sürəti

6. Hərəkətin koordinat üsulu ilə verilən halında maddi nöqtənin sürəti

7. Hərəkətin təbii üsulla ilə verilən halında maddi nöqtənin sürəti

8. Hərəkətin vektor üsulu ilə verilən halında maddi nöqtənin təcili

9. Hərəkətin koordinat üsulu ilə verilən halında maddi nöqtənin təcili

10. Hərəkətin təbii üsulla ilə verilən halında maddi nöqtənin təcili
Mövzu №2 Maddi nöqtənin düzxətli və dairəvi hərəkəti.

1. Hərəkətin vektor üsulu ilə verilən halında maddi nöqtənin düzxətli hərəkəti

2. Hərəkətin koordinat üsulu ilə verilən halında maddi nöqtənin düzxətli hərəkəti

3. Hərəkətin təbii üsulla ilə verilən halında maddi düzxətli hərəkəti

4. Maddi nöqtənin dairəvi hərəkəti
Mövzu № 3 Əyrixətli koordinat sistemindəmaddi nöqtənin hərəkəti

  1. Əyrixətli hərəkətdə madi nöqtənin sürəti

  2. Əyrixətli hərəkətdə maddi nöqtənin təcili


Mövzu № 4 Mütləq bərk cismin fəza vəziyyəti
Mövzu № 5 Mütləq bərk cismin irəliləmə hərəkəti

  1. mütləq bərk cismin ani kinetic vəziyyəti

  2. sərbəst bərk cismin nöqtələrinin sürətləri

  3. Tərpənməz ox ətrafında fırlana bilən mütləq bərk cismin nöqtələrinin sürətləri

  4. Tərpənməz ox ətrafında fırlana bilən mütləq bərk cismin nöqtələrinin təcilləri


Mövzu №6 Paralel fırlanma oxları olan hərəkətlərinin toplanması.


  1. Paralel fırlanma oxları olan hərəkətlərinin toplanması –fırlanma istiqamətləri eyni olan hal

  2. Paralel fırlanma oxları olan hərəkətlərinin toplanması-fırlanma istiqamətləri əks olan hal

  3. Ani irəliləmə və fırlanma hərəkətləriin toplanması

.

Mövzu № 7 Statika.

  1. Qüvvələr sistemi. Baş vector və baş moment

  2. Qüvvələrin gördüyü iş.qüvvə sabiti. Potensial qüvvə sahəsi.

  3. Ekvipotensial səthlər. Potensial enerji. Potensial enerjinin təyini.

  4. Rabitə. Rabitənin növləri.



Mövzu № 8 Qeyri sərbəst mütləq bərk cisim üçün tarazlıq tənlilkləri


  1. mütləq bərk cismə təsir edən qüvvələr sisteminin ekvivalent şərtləri

  2. qüvvələr sisteminin mərkəzə gətirilməsi

  3. Paralel qüvvələrin toplanması

  4. Çoxsaylı parallel qüvvələr sistemi

  5. Mütləq bərk cismin ağırlıq mərkəzinin təyini


Mövzu № 9 Dinamika

  1. Dinamikanın əsas anlayış və aksiomları.

  2. Nyuton qanunları

  3. Dinamikanın I və II məsələsi

  4. Kütlələr həndəsəsi. ətalət moment

.

Mövzu № 10Mexaniki sistemin dinamikası.

  1. xarici və daxili qüvvələr

  2. mexaniki sistemin əsas dinamik kıəmiyyətləri və onların Kyoniq koordinat sistemində təsviri

  3. hərəkət miqdarının dəyişməsi haqqında teorem

  4. kinetik enerjinin dəyişməsi haqqinda teorem

  5. maddi nöqtənin düzxətli hərəkətinin zəruri və kafi şərtləri


Mövzu № 11 maddi nöqtənin rəqsi hərəkəti

1. Sabit qüvvə olan halda maddi nöqtənin rəqsi hərəkəti

2. Sürtünmə qüvvəsi olduğu halda maddi nöqtənin rəqsi hərəkəti
Mövzu №12 Dəyişən kütləli cismin dinamikası

  1. dəyişən kütləli cismin hərəkəti

  2. Siolkovskinin I məsələsi: qüvvə sahəsi xaricində raketin düzxətli hərəkəti

  3. Siolkovskinin II məsələsi: ağırlıq qüvvə sahəsində raketin hərəkəti

.

Mövzu № 13 mərkəzi qüvvənin təsiri altında maddi nqtənin hərəkəti

  1. Sektorial sürət

  2. Sahələr qanunu

  3. Göy müxanikası. Kepler qanunları. Ümumdünya cazibə qanunu

  4. Iki cisim məsələsi

  5. Laplas inteqralı. Laplas vektoru

  6. Planetlərin opbitləri. Orbit növləri. Orbit boyu planetlərin hərəkət qanunları

  7. Tərpənməz nöqtəsi olan mütləq bərk cismin kinetik moment və kinetic enerjisi

  8. Tərpənməz nöqtəsi olan mütləq bərk cismin tam tənliklər sistemi

  9. Tərpənməz nöqtəsi olan mütləq bərk cismin fırlanma oxuna gətirilən dinamik təzyiqlərinin static təzyiqlərə bərabər olması şərti


Mövzu 14 Ağır bərk cismin hərəkət tənlikləri

  1. Ağır bərk cismin hərəkət tənliklərinin üç trivial birinci inteqralları

  2. Ağır bərk cismin tərpənməz nöqtə ətrafında hərəkət tənliklərinin inteqrallanması. Eyler xüsusi halı.

  3. Eyler ümumi halı

  4. Tərpənməz nöqtə ətrafında fırlanan bərk cismin hərəkət tənliklərinin birinci inteqralının sayca dördüncüsünün təyini


Mövzu № 15 Hiroskop. Hiroskop nəzəriyyəsi

  1. Hiroskopun nəzəriyyəsinin ümumi tənliyi

  2. Hiroskopun elementar nəzəriyyəsi

  3. Hiroskopik qüvvə, hiroskopik moment.

  4. Mexaniki sistemin dinamikası. Dalamber-Laqranj teoremi

  5. Laqranj tənlikləri


Əlavə hazırlıq üçün mövzular---



  1. Mütləq bərk cismin yerdəyişmələri

  2. Tərpənməz nöqtəsi olan mütləq bərk cismin yerdəyişməsi haqqinda teorem

  3. Sərbəst mütləq bərk cismin yerdəyişməsi haqqinda teorem

  4. Sərbəst bərk cismin ümumi yerdəyişməsi haqqinda Motsi teoremi

  5. Maddi nöqtə üçün sürətlərin toplanması haqqında teorem

  6. Maddi nöqtə üçün təcillərinin toplanması haqqında teorem

  7. Mütləq bərk cismin müstəvi parallel hərəkəti

  8. Müstəvi fiqurun nöqtələrinin hərəkətinin sürəti

  9. Ani sürətlər mərkəzinin təyini

  10. Müstəvi fiqurun nöqtələrinin təcili. Ani təcillər mərkəzi

  11. Mütləq bərk cismin hərəkətinin toplanması

  12. Mümkün yerdəyişmələr və rabitələrin onların üzərində qoyduğu məhdudiyyətlər

  13. Mümkün yerdəyişmələr prinsipi

  14. Mütləq bərk cismə tətbiq olunanqüvvələr sisteminin gördüyü iş.

  15. Sərbəst mütləq bərk tarazlıq tənlikləri

  16. Qüvvələr sisteminin xüsusi halları

  17. Paralel oxlara görə ətalət momentlərinin hesablanması

  18. Kəsişən oxlara görə ətalət momentlərinin hesablanması

  19. Kəsişən oxlara görə ətalət momentlərininn paylanmasının həndəsi təsviri

  20. Kyoinq koordinat sistemində əsas dinamik kəmiyyətlərin dəyişmələri haqqinda teoremlər

  21. İdeal mühitdə mçaddi nöqtənin məcburi rəqsləri

  22. Sürtünmə olan mühitdə maddi nöqtənin sərbəst rəqsləri

  23. Sürtünmə olan mühitdə maddi nöqtənin məcburi rəqsləri

  24. Tərpənməz nöqtəsi olan mütləq bərk cismin dinamikası. Eylerin kinematik tənlikləri

  25. Eylerin dinamik tənlilkləri

  26. Tərpənməz nöqtəsi olan mütləq bərk cisminhərəkətinin tam tənliklər sistemi

  27. Tərpənməz nöqtəsi olan ağır mütləq bərk cismin hərəkət tənliklıər sistemi

  28. LAqranjın I və II növ tənlikləri

  29. Laqranj tənliklərinin riyazi təhlili

  30. Potensial qüvvə sahəsində Laqranjın II növ tənlikləri

  31. Hamiltonun kanonik tənlikləri

  32. Mexaniki sistemin tam mexaniki enerjisinin dıyişməsi haqqında teorem

  33. Mexanikanın diferensial variasiya prinsipləri

  34. Hamilton Ostroqradski inteqral variasiya prinsipi


Verilən mövzularin bir qismi əlavə mövzu kimi (tanışlıq üçün oxu), bir qismi isə müstəqil iş kimi təqdim olunacaqdır. Materiallar “Fizika Sizin üçün” www.phys-for-you.narod.ru internet saytda xüsusi ilə Lənkəran Dövlət Universitetinin tələbələri üçün ayrilmiş səhifədə elektron variantda verilmişdir. http://www.phys-for-you.narod.ru/ldu.htm
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat (köçürmə) yolverilməzdir.




Mövzular

qeyd

  1. Mütləq bərk cismə tətbiq olunanqüvvələr sisteminin gördüyü iş.

  2. Sərbəst mütləq bərk tarazlıq tənlikləri

  3. Qüvvələr sisteminin xüsusi halları

  4. Paralel oxlara görə ətalət momentlərinin hesablanması

  5. Kəsişən oxlara görə ətalət momentlərinin hesablanması

  6. Kəsişən oxlara görə ətalət momentlərininn paylanmasının həndəsi təsviri

  7. Kyoinq koordinat sistemində əsas dinamik kəmiyyətlərin dəyişmələri haqqinda teoremlər

  8. İdeal mühitdə maddi nöqtənin məcburi rəqsləri

  9. Sürtünmə olan mühitdə maddi nöqtənin sərbəst rəqsləri

  1. Eylerin dinamik tənlilkləri

  2. Tərpənməz nöqtəsi olan mütləq bərk cisminhərəkətinin tam tənliklər sistemi

  3. Tərpənməz nöqtəsi olan ağır mütləq bərk cismin hərəkət tənliklıər sistemi

  4. Laqranjın I və II növ tənlikləri

  5. Laqranj tənliklərinin riyazi təhlili

  6. Potensial qüvvə sahəsində Laqranjın II növ tənlikləri

  7. Hamiltonun kanonik tənlikləri

  8. Mexaniki sistemin tam mexaniki enerjisinin dəyişməsi haqqında teorem

  9. Mexanikanın diferensial variasiya prinsipləri

  10. Hamilton Ostroqradski inteqral variasiya prinsipi

  11. Sürtünmə olan mühitdə maddi nöqtənin məcburi rəqsləri

  12. Tərpənməz nöqtəsi olan mütləq bərk cismin dinamikası. Eylerin kinematik tənlikləri



Tələbələr sərbəst işləri müəllimin verdiyi qaydaya əsasən həftəlik və ya aylıq olaraq təhvil verməlidir. Gecikdirilən sərbəst işlər səbəbindən asılı olmadan təhvil alınmır.


Diqqət. Sərbəst və müstəqil təklif olunan işlərdə olan mövzular imtahan biletlərinə daxil ediləcəkdir.
Dərsin işlənmə forması

1. Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.

2. Keçilən dərslərin tezisləri sonra tələbələrə verilsə də, dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğuyla əks etdirməyəcəkdir.   

3. Dərslər azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan, Rus və ya İngilis dilində  ifadə etmək olar.

4. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir. 

5. Sərbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər. 

6.Seminar dərslərində mövzuya uyğun məsələlər həll ediləcəkdir: bir qisim məsələ həll üçün auditoriyaya təklif ediləcək və həllinə görə tələbələr qiymətlənəcəklər

 Dərsə hazırlaşma forması

Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur: 

1. Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər müəyyən dərəcədə öyrənmək, əlavə .materialları dəftərə qeyd edib müəllimə göstərmək

2. Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək

3. Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.

4. Dərslərdə ekspromt (bədahətən, meyxanavari) və assosiativ (ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də, hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!

5. Fənnin tədrisinin hər bir forması (mühazirə, seminar və laboratoriya) üçün ayrıca müəlimin göstərişinə uyğun dəftər və ya qovluq götürmək, müntəzəm olaraq həmin dəftərlərdə tapşırıqları yerinə yetirmək zəruridir.



QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti yığmaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər

O cümlədən:



10 bal – dərsə davamiyyət

20 bal – sərbəst iş rektorluğun göstərişindən asılı olaraq dıyişə bilər

10 bal – seminar dərslərindən

10 bal isə laboratoriya işlərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır. Kollokviumun qiyməti jurnalda əlavə olaraq yazılır.

Qalan 50 bal – imtahanda toplanılacaq.

Imtahan 2 formada ola bilər

1-İmtahan test üsulu ilə keçirilə bilər. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablardan suallar, düzgün cavabların suallarının ballarını silir.

2- yazılı formada - hər bilet formada 5 sual təqdim olunur yazılı cavablar yoxlanılır, hər sualın cavabı 10 ballıq sistemlə qiymətləndirilir.

İmtahan nəticələrindən narazı olan tələbələr həmin gün appelyasiya komissiyasına müraciət edə bilərlər.

Qeyd:

İmtahanda minimum 17 bal toplanılmazsa, imtahana qədər yığılan ballar toplanılmayacaq.



İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A - «Əla» -91-100

B - «Çox yaxşı» -81-90

C - «Yaxşı» -71-80

D - «Kafi» -61-70

E - «Qənaətbəxş» -51-60

F - «Qeyri-kafi» -51 baldan aşağı
Imtahan sualları mövzuların plan açıqlaması və verilən sərbəst mövzulardır.


  1. Tələbələr dərsə verilən tapşırıqları hər gün həm mühazirəyə, həm seminara həmdə laborator məşğələyə hazır gəlməli,

  2. Dərslərdə fəal iştirak etməli,

  3. Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli, həll etməyə cəhd göstərməli

  4. Tapşırılan laboratoriya işlərini yazmalı, nəzəri olaraq hazırlaşmalı, işin gedişini və ardıcıllığını bilməli, təyin edəcəkləri və hesablayacaqları kəmiyyətlərin dusturunu, ifadənin çıxarılışını və xətaları cıxarmağı bacarmalıdırlar.

  5. Onlar fənnin tədrisinin sonunda fiziki nəzəriyyələr, qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı,

  6. Qanunları ifadı edən riyazi münasibətəri, sadə təcrübər aparmağı, nəticələri hesablamağı, xətaları hesablanma metodlarını bilməlidir.

  7. Fiziki qanunları məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.

  8. Dərsə davamiyyətə görə aldıqları qaiblar üçün referat təqdim etməlidirlər

  9. Marağa görə tələbələr əlavə iş təqdim edə bilərki, bu da onların qiymətləndirilməsində nəzərə alınacaqdır.

  10. Hər tələbə kurs müddətində 5(10) sərbəst iş yazıb təhvil verməlidir- sərbəst işin həcmi 2-3 əlyazma ilə və ya kompüterdə yazılmış vərəq olmalıdır. (rektorluğun göstərişi əsasdır)

  11. Dərs müddətində mobil telefon və digər kompüter avadanlığından istənilən formada istifadə qəti qadağandır – bu formada dərsi pozmuş tələbələr dərsdən kənar edilir.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə