Fənni üzrə

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 344.95 Kb.
səhifə5/5
tarix30.07.2018
ölçüsü344.95 Kb.
1   2   3   4   5

Əsgərin döyüşdə vəzifələri. Müasir döyüşdə əsgərin rolu olduqca artır.Döyüşdə nəaliyyət qazanmaq üçün döyüşçü öz silahını və döyüş texnikasını mükəmməl bilməli,onu daima döyüşə hazır halda saxlamalı və onları bacarıqla işlətməlidir. Döyüş vaxtı əsgərlərin vəzifələri Quru Qoşunlarının Döyüş Nizamnaməsində müəyyən edilmişdir. Əsgərin vəzifələri bunlardır:

  • Düşmən tanklarının, digər zirehli maşınların və təv-in döyüş imkanlarını ,onların güclü və zəif cəhətlərinin bilmək.

  • Tağımın ,öz manqasının döyüş tapşırıqlarını və özünün vəzifələrini bilmək

  • Daimi müşahidə aparmaq,düşməni aşkar edərkən bu barədə dərhal komandirə məlumat vermək

  • Hücum zamanı cəsarətli və qətiyyətli ,müdafiədə mətanətli və inadlı ,igidlik ,təşəbbüs və zirəklik göstərmək

  • Yoldaşa kömək etmək,döyüş zamanı ərazidən ,fərdi mühafizə vasitələrindən istifadə etmək

  • Qısa müddətdə səngər düzəltməyi,maneələrdən və zəhərli zonalardan keçməyi,tank əleyhinə və piyada əleyhinə minaların zərərsizləşdirməyi bacarmalı.

  • Düşmənin havadan hücum vasitələrini tanımaq,təyyarələrə və vertolyotlara atəş açmaq,onların zəif yerlərinin bilmək.

  • Komandirin icazəsi olmadan döyüşdə öz yerini tərk etməməli

  • Yaralanarkən və radiaktiv kimyəvi maddələrlə ,yandırıcı vasitələrdən zəhərlənərkən özünəyardım və qarşılıqlı yardım tədbirləri görmək və döyüşü davam etdirmək

  • Döyüş sursatının sərf olunmasına diqqət yetirməli,döyüş dəstinın yarısı sərf edildikdə bu barədə komandirinə məlumat verməli

  • Texnika zədələndikdə ,onu bərpa etmək üçün dərhal tədbir görməyə borcludur.

  • Komandirini mühafizə etmək və o, sıradan çıxan hallarda manqaya rəhbərliyi öz üzərinə götürməlidir.

Hücum zamanı əsgər manqanın heyətində fəaliyyət göstərir.O,hücum tapşırığını manqa komandirindən alır. Əsgər döyüş tapşırığını alıb aşağdakıları aydınlaşdırır:

  • oriyentirləri

  • düşmənin heyətini,yerinin və fəaliyyətinin xarakterini

  • onun atəş vasiələrinin harada yerləşdiyini

  • tağımın,manqanın və özünün vəzifələrini ,mq-a zəncirdə özünün yerini ,məhv edilməli hədəfi və ona atəş açmaq üsulunu

  • manqanın hansı nömrəli tankın arxasınca fəaliyyət göstərəcəyini və bu tankın fərqləndirici nişanını ,onunla qarşılıqlı fəaliyyətini ,habelə art.- nın və digər silahların atəşlərindən istifadə edilmə qaydalarını

  • ZTR –dən ,PDM –dən düşürüləcəyi yeri və düşürülmə qaydasını

  • Maneələri və digər əngəlləri dəf etmək qaydasını

  • Xəbərdarlıq,idarəetmə və qarşılıqlı fəaliyyət siqnallarını

  • Hücuma hazır olma vaxtını

Əsgərin fəaliyyətinin nəticəsi onun hücuma necə hazırlaşdığından asılı olur. Əsgər hücuma hazırlaşarkən aşağdakıları bilməlidir:

  • silahının saz olmasını yoxlayır və onu döyüşə hazırlayır

  • döyüş sursatının lazımı qədər olduğunu yəqin edir.

  • Fərdi mühafizə vasitələrinin sazlığını yoxlayır və səngərdən rahat çıxmaq üçün onun ön divarında pillələr düzəldir və yaxud oyuq açır

Gecə hücumuna hazırlaşarkən aşağdakıları bilməlidir:

  • hərəkət istiqamərindəki sahəni

  • azimut üzrə hərəkət istiqamətini öyrənir

  • gecə vaxtı oriyentir ola biləcək yerli əşyaları yadda saxlayır

  • gecə nişangahına malik silahı olan cihazı yoxlayır

  • gecə qaranlığını dəqiqləşdirmək üçün silahların patron sandıqlarına iz buraxan gülləli əlavə patronlar doldurur.

Həmləyə keçmək üçün hərəkət başlamazdan əvvəl əsgər atəş açır.Tanklar hücum üçün çıxış xəttinə yaxınlaşanda “manqaya,həmləyə hazırlaş” komandası üzrə o,süngü bıçağı avtomata birləşdirir,patron yuvasına patron yeridir və hücuma keçir.Manqa tankların və PDM(ZTR) köməyi ilə hücuma keçir.Manqa düşmən yerləşən tranşeyə 30-40 m qalmış əsgər hərəkəti azaltmadan hücum qumbaranı səngərə atır və qışqıraraq məsafəni sürətlə dəf edir. Əsgər düşməni həmlə vaxtı aşağıdakı qaydada (həmlə) fəndlərdən istifadə etməlidir:


Hücumda və müdafiədə əsgərin fəaliyyəti. Müdafiə zamanı öz silahından ,mühəndis qurğularından və yerli şəraitdən bacarıqla istifadə edə bilən əsgər hücuma keçən düşmənin xeyli əsgərini,habelə tanklarını və zirehli maşınlarını məhv edə bilər. Müdafiə olunarkən əsgər manqanın heyyətində fəaliyyət göstərir.Əsgər manqa komandirindən döyüş tapşırığı alandan sonra aşağdakıları aydınlaşdırır:

  • oriyentirləri

  • düşmənin harada yerləşdiyini

  • düşmənin qüvvələrinin tərkibini

  • onun hücumunun ehtimal olunan vaxtını

  • hücumun istiqamətini

  • tağımın ,manqanın və özünün vəzifələrinin

  • atəş açmaq yerini

  • döyüş vaxtı dəyişdirilməsi ardıcıllığını

  • yerdəki,havadakı hədəfləri müşahidə etmək

  • hədəflərə atəş aşmaq qaydalarını

  • tağımın toplama atəşi açacağı sahədə manqanın atəş açmalı olduğu yeri

  • xəbərdarlıq siqnalları

  • idarəetmə üsulları

  • qarşılıqlı fəaliyyət siqnalları

  • siqnallar üzrə davranmaq qaydaları

  • müdafiəyə hazır olma vaxtını

Əsgər aldığı tapşırığı,özünün döyüş vəzifəsini aydınlaşdırandan sonra ona göstərilən döyüş mövqeyində yerləşir.Əgər komandir döyüş mövqeyni göstərməyibsə,əsgər özü mövqeyni seçib müəyyən edir. Döyüş mövqeyi lazimi istiqamətdə yaxşı müşahidə aparmağa və atışmaya imkan verməli ,atəş acmaq üçün qolaylı olmalıdır. Onu seçərkən aşağdakılardan istifadə olunur:

  • çalalardan

  • xəndəklərdən

  • təpəciklərdən

  • ağaclardan,iri daş,ağacın kötüyü,kollar

Əgər müəyyən edilən döyüş mövqeyinin qarşısında müşahidə aparmağa və atəş acmağa maneəçilik törədən hündür ot,kol,iri kəsək varsa ,onları kənaretmək,yaxud başqa mövqe seçmək lazımdır.Döyüş mövqeyini gizli sürətdə tutmaq üçün düşmənin yerindən və ərazinin xarakterindən asılı olaraq müxtəlif hərəkət üsulundan istifadə edilir. Düşmənin atəşi altında AM – ni düzəltməyə uzanaraq atəş acmaq üçün səngər qazmaqla başlayırlar. Səngər kişik,uzunluğu 50 sm olan kiçik piyada istehkamçı beli vasitəsi ilə qazılır. Tək səngərin qazılması:

  • uzunluğu 1,70m

  • eni 60 sm

  • dərinliyi 30sm

  • sipərin (torpağın qalınlığı) 30 sm

  • atəş sektoru + 100

- sipərin uzunluğu 30-40 sm.
Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti. Müşahidə yerdəki və havadakı düşmənə qarşı kəşfiyyat üsullarından biridir.O,hər cür döyüş əməliyyatı zamanı aparılır. Manqa müşahidə aparmaq üçün əsgərlərdən biri müşahidəçi təyin edilir. Müşahidəçiyə müşahidə cihazı verilə bilər.Müşahidəçi manqa komandirindən tapşırıq alarkən aşağdakıları tapşırır:

  • oryentirlərin və yerli əşyaların şərti adlarını

  • müşahidə sektorunu,zolağını,istiqamətini,rayonunu,obyektini

  • düşmən barədə və özlərinin bölmələri barədə məlumatları

  • müşahidə üçün harada yer seçmək və onun düzəldilməsi və maskalanması üçün nə etmək lazım gəldiyini

  • nəyə xüsusən diqqət yetirmək vacib olduğunu

  • müşahidənin nəticələri barədə məlumat vermək qaydalarını

  • havadakı düşmən barədə xəbərdarlıq siqnallarını

Yerli əşyaların şərti adları çoxlu, bir – birinə oxşar yerli əşyalar olan sahələrdə səmtləşməsini asanlaşdırmaq üçün tətbiq olunur. Bu məqsədlə hər hansı əşyaya şərti ad verilir. Alınmış tapşırığı aydınlaşdırıb müşahidə yerini seçir və müşahidə aparır. Müşahidə aparmaq üçün yer,adətən komandirin yaxınlığında seçilir ki, müşahidənin nəticələri barədə şifahi məlumat vermək mümkün olsun. Bu yer geniş sahədə müşahidəni,habelə maskalanmanı,düşmənin atəşindən mühafizəni təmin etməli,oraya asanlıqla yaxınlaşmağa imkan verməlidir. Müşahidəçi elə yeləşdirilməlidir ki,hər şeyi görə bilsin. Müşahidə aparmaq üçün yer yüksəkliklərin,təpələrin zirvəsində,ayrıca yerləşən əşyaların tək ağac, kol, tikili,körpü,yolayrıcı yaxınlığında yer seçmək məsləhət deyil. Belə yerlər müşahidə üçün çox əlverişlidirsə, onda onların kölgəli tərəfində yerləşmək daha yaxşıdır. Səngərdə,çalada,xəndəkdə elə yerləşmək lazımdır ki,arxada hər hansı bir torpaq yığımı,təpəçik və ya kol olsun və onun fonunda müşahidəçinin başı nəzərə çarpmasın. Müşahidə aparmaq üçün müəyyən edilmiş sektor məsafə üzrə 3 zonaya ayrılır:

  • yaxın zonanın dərinliyi 400 – 500m

  • orta zonanın dərinliyi 1000m

  • uzaq zonanın dərinliyi görünüşü dairəsinin hüdudunadək

Yerdə 2 üsulla müşahidə aparmaq mümkündür:

  1. Müşahidə yaxın,zonada başlayır və düşmənə tərəf sağdan – sola doğru aparılır.

  2. Müşahidə aparakən əvvəlcədən sahədən uzununa və eninə keçən yollara,sonra meşələrin,kolluqların kənarlarına,yerli müdafiənin ətraflarına,bağlara,ayrı – ayrı yerli əşyalara diqqətə nəzərdən keçirilir.

Maskalanmanı pozan bir sıra əlamətlərə görə də düşməni aşkar etmək mümkündür.Belə əlamətlər təkər izləri,daldanacaqlarda gedən cığırlardan,silah və hərbi texnikanı maskalamaq üçün istifadə olunmuş solğun ağac yarpaqlarından və otdan,adətən tüstü olmayan yerlərdə görünən tüstüdən barət ola bilər.Hər hansı bir sahədə düşmənin əlamətləri aşkar edildikdə həmin yeri müşahidə cihazları vasitəsilə xüsusən diqqətlə nəzərdən keçirmək və hədəfin xarakterini təyin etmək lazımdır.
Mövzu 15: Atıcılıq hazırlığının mahiyyəti. Kalaşnikov avtomatının (AK-74M) təyinatı, quruluşu, döyüş xassələri və mexanizmlərinin iş prinsipi
Atıcılıq hazırlığının mahiyyəti. Güllə atıcılığı və onun tədrisi metodikası kursu Atəş hazırlığı və Hərbi hazırlıq fənnləri ilə sıx əlaqəli surətdə tələbələrin nəzəri,əməli və metodiki hazırlığını nəzərdə tutur. Bütün dərslərdə tələbələrə silahdan inamla istifadə etmək vərdişi aşılanlr, atıcılıq hazırlığının hərbi- tətbiqi mahiyyəti göstərilir, müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmək öyrədilir. Bütün qrup dərslərində və əməli dərslərdə vaxtın müəyyən hissəsini atəş açmağın texnikasının öyrənilməsinə və silahın hazırlanmasına sərf edərək tələbələrə əməli və metodiki vərdişlər aşılanır. Güllə atıcılığı-şəxsi heyətə döyüşdə ştat silahından müxtəlif hədəfləri vurmaq üçün istifadə etmək üsullarının öyrədilməsinə deyilir. Güllə atıcılığı aşağıdakı məsələləri əhatə edir:

  • güllə atıcılığının əsaslarının,üsul və qaydalarının öyrədilməsi;

  • hədəfləri tapmaq və onlara qədər məsafələri təyin etmək üsullarının öyrədilməsi;

  • əməli surətdə atışın keçirilməsi.

Atəş açma - atıcının,nişangah ləvazimatlarının iştirakı olmadan, atış fəndlərinin düzgün yerinə yetirilməsinə yönəlmiş hərəkətləridirəAtəş açma silahın tuşlanmasından və tətiyin çəkilməsindən ibarətdir.Nişan alaraq atəş açma- atıcının, nişangah ləvazimatlarının köməyilə silaha düzəliş verməklə, atış fəndlərinin düzgün yerinə yetirilməsinə yönəlmiş hərəkətləri olub, atış üçün vəziyyətin alınmasından silahın tuşlanmasından,nişan alınmasından və tətiyin basılmasından ibarətdir. Atış üçün vəziyyət- atıcının, bədəninin silahla birlikdə ərazidə atış istiqamətinə görə səmtləşdirilmiş vəziyyətdə yerləşməsidir. Silahı tuşlama- atıcının, silahın fəzada istiqamətləndirilməsinə yönəldilmiş hərəkətidir.Tətiyin basılması- atışın yekun mərhələsində yerinə yetirilən fənddir.Praktikada tez-tez işlədilən “Atışa hazırlıq” termini- atıcının atəş açmağa hazırlığının psixi vəziyyətidir.
Kalaşnikov avtomatının(AK-74M) təyinatı, quruluşu və döyüş xassələri. İlk avtomat XIX – XX asrin əvvəllərində yaradılıb.İlk avtomat tipli tüfəng ABŞ – da 1936 ildə “M - 1” 1937 – 38 illərdə “Conson və Pederson” qardaşlarının istehsal etdikləri “X- 29” avtomatı olmuşdur.SSRİ – də ilk avtomat 1938 ildə Rus ustası Tokarevin “SVT -38” və “AVS – 36” maqazinin tutumu 10 patron olan avtomat istehsal olundu. II Dünya müharbəsində isə “PPŞ - 41” (SSRİ) avtomatları istehsal olundu.(7,62mm) 1947 ildə Mixayıl Kalaşnikovun istehsal etdiyi AK- 47 avtomatı,1960 – 1970 illərdə isə AKM,AK – 74 avtomatları Rusiyanın Tula şəhərində istehsal olunub. Dünyada ən effektli silah kimi tanınır.Dünyanın 70% - i bu silahla silahlanıblar. Silah istehsalına görə Rusiya dünyada I və II yerləri bölüşdürür. Kalaşnikov avtomatlarının alıcıları Yaxın və Uzaq Şərq,Ərəb və Afrika ölkələri,Mərkəzi və Şərqi Avropa ölkələri,Orta və Uzaq Asiya ölkələri,MDB dövlətləridir. Kalaşnikov avtomatı AK-74M - fərdi silahdır, düşmənin canlı qüvvəsini məhv etmək üçündür. Əlbəyaxa döyüşdə avtomatla süngü – bıcaq taxılır. Avtomatdan 2 cür atəş açmaq olar:

  • Avtomatik atəş

  • Tək – tək atəş.

Atıcı silahların döyüş xassələri aşağdakı kimidir:

AKM AKSU –74 AK- 74M AKS - 74

1.Çapı (mm) 7,62 5,45 5,45 5,45

2.Nişangah uzunluğu 1000 500 1000 1000

- Yer hədəfinə 500 500 500 500

- Göy hədəfinə 400 300 800 800

3.Düzünə atəş (m)

- Döş hədəfinə 350 325 440 420

- Qaçan hədəfinə 525 400 625 615

4.Atəş tempi (d\at) 600 600 600 600

5.Atəşin sürəti fasiləsiz fasiləsiz fasiləsiz fasiləsiz

6.Növbələrlə atəş 100 100 100 100

7.Tək – tək atəş 40 40 40 40

8.Çəkisi (kq) 4,3 3,2 3,6 3,6

9.Süngü – bıcaq(qr) 370 370 370 370

10.Patronların sayı(ədəd) 30 30 30 30

11.Güllənin uçuş məs.(m) 3 km 1km 3km 3km

12.Güllənin təsiret. məs.(m) 1,5km 0,5km 1,5km 1,5km

13.Güllənin sürəti (m\s) 715 m\s 825 m\s 800m\s 800m\s

14.Yivlərin sayı 4 4 4 4



Avtomatın quruluşu aşağdakı kimidir:

  • lülə,lülə qutusu,nişangah tərtibatı və qundaq

  • lülə qutusunun qapağı

  • çaxmaq çərcivəsi və qaz porşeni

  • çaxmaq

  • qaz borusu

  • lülə üstlüyü

  • lülə yatağı

  • daraq

  • süngü- bıcaq,EAL,qayış və çanta

  • qaytarıcı mexanizmi

  • buraxıcı – zərbə mexanizmi

Avtomatın sökülməsi masa üzərində və ya təmiz döşənək üzərində yerinə yetirilir.Hissə və mexanizmlərin sökülməsi ardıcıllığı üzrə yerləşdirilir.Bu zaman ehtiyatlı olmaq, hissələri bir-birindən aralı söküb yığmaq zamanı güc, zərbə tətbiq etmək olmaz. Avtomat tam və ya natamam sökülə bilər. Avtomatın tam sökülməsi aşağıdakı hallarda ola bilər:

  • çox çirklənən hallarada

  • yağışın altında olarkən

  • qumlu və qarlı yerlərdə qalarkən

  • təmir vaxtı

  • başqa növ yağla yağlanarkən

Avtomatın natamam sökülməsi aşağıdakı kimidir:

  • darağı çıxartmaq

  • sol əllə avtomatı qundağın boynundan və ya lülə yatağından, sağ əllə isə daraqdan tutub baş barmaqla darağın rəzəsini basmaq

  • darağın aşağı hissəsini bir qədər irəli verməklə onu avtomatdan ayırmaq

  • xəzinədə patron olmadığını yoxlamaq

  • lülə qutusu qapağını çıxartmaq

  • çaxmaq çərçivəsindəki qaytarıcı mexanizmi çıxartmaq

  • sünbəni çıxartmaq

  • qaz borusunu lülə üstlüyü ilə birlikdə ayırmaq

  • penalı çıxartmaq

Avtomatı yığarkən onun bütün mexanizmlərini ardıcıllıqla yığmaq lazımdır.
Avtomatın hissə və mexanizmlərinin təyinatı və iş prinsipi. Avtomatı döyüşdə bacarıqla işlətmək, atış zamanı yaranan ləngimə və nasazlıqları tez aradan qaldırmaq üçün onun hissə və mexanizmlərinin işini bilmək lazımdır. Lülə güllənin uçuşunu istiqamətləndirmək ,gülləyə başlanğıc sürəti vermək və güllənin fırlanmasına kömək edir. Çapı Yivlər arasında qarşı – qarşıya yerləşən iki sahə arasındakı məsafəyə deyilir. Lülə qutusu avtomatın hissə və mexanizmini birləşdirmək,lülə kanalının çaxmaqla bağlanmasını təmin etmək,çaxmağı kilidləmək üçündür. Lülə qutusunun qapağı lülə qutusunda yerləşən hissə və mexanizmini çirklənmədən qoruyur. Nişangah müxtəlif məsafələrdəki hədəflərə atəş açarkən avtomatı tuşlamaq üçündür. Arpacıq hər hansı hədəfə nişan almaq üçün istifadə olunur. Çaxmaq çərçivəsi və qaz porşeni çaxmağı və buraxıcı – zərbə mexanizmini hərəkətə gətirmək üçündür. Çaxmaq patronu xəzinəyə ötürmək,lülə kanalını bağlamaq,kapsulu vurub atəş açmaq,gilizi çıxarıb tullamaq üçündür. Xəzinə lülənin arxa hissəsi hamar formalı olduğuna deyilir. Qaytarıcı müxanizmlər çaxmağı çaxmaq çərcivəsi ilə birlikdə irəliyə qaytarmaq üçündür. Qaz borucuğu lülə üstlüyü ilə qaz porşeninin hərəkətini yönəltmək və atəş vaxtı əli yanmaqdan qorumaq üçündür. Buraxıcı-zərbə mexanizmi avtomatik və tək –tək atəş açmaq,atəşi dayandırmaq,çaxmaq bağlanmış vəziyyətdə ikən atəş açılmasının qarşısını almaq və avtomatı qoruyucuya qoymaq üçündür. Tətik ehtibarlı atəş açmaq üçündür. Daraq patronların yerləşməsi və onların lülə qutusuna verilməsi üçündür. Sünğü-bıçaq avtomatla həmləyə keçməzdən əvvəl birləşdirilir, düşməni əlbəyaxa döyüşdə məhv etmək üçündür, eləcə də,adi bıcaq, mişar, metal kəsmək, kəlbətin və çəkic kimi istifadə etmək olar.



Dostları ilə paylaş:
1   2   3   4   5
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə