Mövzu:3 Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Silahlı Qüvvələrin təyinatı, təşkilati quruluşu və qoşun növləri. 1991 ilin 9 oktyabrında “Azərbaycan Silahlı Qüvvələri haqqında” qanun MM tərəfindən qəbul edilmişdir.Çünki elə həmin ilin sentyabrında separatçı – terrorçu qüvvələr tərəfindən yaradılmış “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq rejim Respublikanın Dağlıq Qarabağ vilayətindəki müsəlman əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Çox keçmədən terrorçu qüvvələr Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Azərbaycanın torpaqlarını işğal edərək,Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə nəticələndi. Dövrün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan xalqı ordu quruculuğunu davam etdirdi. Ölkədə milli ordunun bünövrəsi qurulmağa başlandı,Hərni hava qüvvələrinin,Hərbi dəniz donanmasının təməli qoyuldu. Azərbaycan Respublikası SQ – dövlətin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə qarşı silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi üçün yaradılmış hərbi-dövlət təşkilatıdır. Dövlətin silahlı təşkilatı – dövlətin özünün dövlət quruluşunu qorumaq, xarici və daxili təhlükəsizliyini təmin etmək, təcavüzün qarşısını almaq, ictimai təşkilatlar və dövlət strukturlarını, təhdid edən daxili qiyamları yatızdırmaq, dövlətin suverenliyinə, sosial-siyasi quruluşuna və ərazi bütövlüyünə qəsd cəhdlərinə qarşı çıxmaq və asayişi qorumaq məqsədilə yaratdığı silahlı struktur və formalaşmış məcmuədir. Bu təşkilat SQ-i, DİN-i,Sərhəd qoşunlarını, MTN-i, Milli Qvardiyanı və FHN-ni özündə birləşdirir.
Silahlı Qüvvələr təşkilati cəhətdən aşağıdakı hissələrə ayrılır:
-
Silahlı Qüvvələrin növlərinə;
-
Qoşun növlərinə;
-
Xüsusi qoşunlarına;
-
Arxa xidməti;
SQ təşkili - mərkəzi idarəetmə orqanlarından, o cümlədən Baş Qərargahdan, birlik və ayrı birləşmələrdən, hərbi hissə və müəssisələrdən, yerli hərbi idarəetmə orqanlarından (RHK), hərbi təhsil məktəblərindən ibarətdir.Azərbaycan Respublikası Silahlı Qüvvələri aşağıdakı qoşun birləşmələrindən ibarətdir:
-
Quru qoşunlar( Piyada qoşunlar)
-
Hava hücumundan müdafiə və Hərbi Hava Qqüvvələri
-
Hərbi Dəniz Qüvvələri
Azərbaycan Respublikası SQ-nin rəhbərliyi Azərbaycan Respublikası SQ-nin Ali Baş Komandanı kimi Azərbaycan Respublikası Prezidenti həyata keçirir. Hərb dövründə SQ-ə operativ yaxud təşkilati cəhətdən Milli Qvardiya, FHN-nin birləşmələri, DİN-i, Sərhəd Qoşunları, partizan dəstələri, MTN-nin əməkdaşları, xalq könüllüləri, hərbi-idman və müdafiə cəmiyyətləri, hərbi təhsilli məktəb və akademiyanın tələbələri qoşula bilər. Quru qoşunları – döyüş heyətinə görə Azərbaycan Ordusunun ən çoxsaylı qoşun növüdür.Quru qoşunları dövlətin maraqlarını qorumaq üçün mühüm vəzifələri yerinə yetirir.Azərbaycanlı sərkərdələr,zabitlər və əsgərlər ən çox Quru qoşunlarının tərkibində müharibə meydanlarında cəsurlaşmış, bərkimiş,döyüş təcrübəsi əldə etmişlər. Quru qoşunlarının əsas növləri aşağdakılardır:
1. Motoatıcı qoşunlar. 2. Artilleriya.
MOTOATICI QOŞUNLAR – təchizatına və sayına görə quru qoşunlarının ən güclüsü hesab olunur.Quru qoşunlarının əsas zərbə qüvvəsi Tank hissələridir.Müasir tanklar ən yeni silahlarla silahlanmış döyüş maşınlarıdır.Tank hissələri uzaq məsafələrə çox sürətli yürüş etmək,düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək imkanlarına malikdir. ARTİLLERİYA qoşunları operativ – taktiki və taktiki məqsədli reaktiv artilleriya,minaatan və digər hərbi texnika ilə olunmuşdur.
Artilleriya düşmənin istənilən hədəfini dəqiq məhv edə bilir. Hava hücumundan müdafiə qoşunlarının vəzifəsi düşmənin hava hücumunu dəf etmək,inzibati – siyasi və iqtisadi mərkəzləri,eləcə də digər vacib obyektləri havadan müdafiə etməkdir.O özündə Zenit-raket qoşunlarını,Radiotexnika qoşunları və Hərbi-hava qüvvələrini birləşdirir.Zenit-raket qoşunları hava hücumundan müdafiə qoşunlarının zərbə qüvvəsidir.Radiotexniki – qoşunlar müasir radiolokasiya Stansiyaları ilə təchiz olunmuşdur. Hərbi-hava qüvvələrinin vəzifəsi düşmənin aviasiya birləşmələrini məhv etmək,Quru qoşunlarına və Hərbi-dəniz qüvvələrinə aviasiyadan kömək etmək,desant qoşunlarını daşımaq,hava kəşfiyyatı aparmaqdan ibarətdir. Hərbi hava qüvvələri cəbhə aviasiyasından və hərbi nəqliyyat aviasiyasından ibarətdir. Hərbi-dəniz qüvvələri düşmənin mühüm yerüstü obyektlərini Bazalarını,dənizdə yerləşən qüvvələrini,dəniz kommunikasiyalarını məhv etməkdən ibarətdir.Hərbi dəniz gəmilərinin yüksək manevrliyi,geniş hərəkət dairəsi düşmənin suda və quruda yerləşən obyekt vəhərbi texnikasına zərbə vurmaq imkanlarını artırır.
Milli Qvardiya – hökümət idarələrini, prezidentin təhlükəsizliyini və fəxri qonaqları qarşılamaq üçün nəzərdə tutulan silahlı birləşmə növüdür və Prezidentə tabedir. Mülki Müdafiə qoşunları – sülh və hərb dövründə fəlakət zonalarında qəza-xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirmək üçün nəzərdə tutulmuşdur və FHN-nə tabedir. Daxili qoşunlar – DİN həvalə edilmiş dövlət obyektlərinin qorunması, xüsusi əhəmiyyət kəsb edən dövlət obyektlərini, körpüləri və digər xidməti döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Sərhəd qoşunları – Azərbaycan Respublikası Dövlət sərhədlərinin qorunması və toxunulmazlığını təmin etmək, xarici dövlətlərin qoşun qruplarını və bandalarının Azərbaycan Respublikasının ərazisinə soxulmasının qarşısını almaq, sərhədyanı əhalini, ictimai və siyasi əmlakı cinayətkar qəsdlərdən qorumaq üçün tətbiq edilən silahlı birləşmə növüdür. MTN – Azərbaycan Respublikasını xarici və daxili qruplaşmaların qarşısını almaq, narkotik əmlakların daşınması və istifadə edilməsinin qarşısını almaq, xarici kəşfiyyat qrupların fəaliyyətinə nəzarət etmək, müxtəlif təxribatların qarşısını almaq üçün təyin edilmiş silahlı birləşmə növüdür.
Mövzu 4: Vətənpərvərlik anlayışı. Ordenlər. Döyüşdə fərqlənməyə və hərbi xidmətə görə fəxri mükafatlar.
Vətənpərvərlik anlayışı.Hazırki dövrdə Azərbaycan Rüspublikası SQ-də tərbiyəvi işə mənəvi psixoloji təminata ümumi rəhbərliyi komandirlər həyata keçirirlər. Vətənpərvərlik hissi qədim tarixə malikdir. Əsası sinifsiz cəmiyyətdə, mağara adamları tərəfindən qoyulmuşdur. Vətəndaşlıq, vətən borcu şağirdlərdə kiçik yaşlarından, ailədən başlayır. Rəhbər aşağıdakı əsas kefiyyətlərə malik olmalıdır:
-
şəxsi nümunə göstərməklə adamları idarə etməli;
-
şəxsiyyətə hörmətlə yanaşmalı;
-
işində tələbkar və qətiyyətli olmaq;
-
sözünə sadaqətli olmalı;
-
işgüzar ruh yüksəkliyi saxlamalı;
Hərbi kollektivin rəhbəri sosial lider olmalıdır. Mənəvi-əxlaqi siması, peşə ustalığı nə qədər yüksək olarsa, rəhbər öz öhdəsinə düşən vəzifələri bir o qədər bacarıqla yerinə yetirmək. Əxlaqi hisslər kimi borc hissi insanın cəmiyyət, kollektiv qarşısında öz vəzifəsini dərk etməsidir. Borc hissi insanda formalaşdöqca, o, öz vətəndaşlıq vəzifəsini, Vətən, kollektiv qarşısında borcunu dərk etməklə kifayətlənmir, eyni zamanda bunlarla qəlbdən yaşayır və öz işinə, hərəkətinə tələbkarlıqla yanaşır. İnsan öz borcunu yerinə yetirməklə daxilən rahatlıq hiss edir, işindən, davranışından razı qalır. Humanitar və sosial-iqtisadi fənnləin bütün kompleksinin öyrənilməsi nəticəsində aşağıdakılardan ibarətdir:
-
cəmiyyətin mövcud olmasının ümumi qanunlarını
-
müasir tarixi vəziyyətin xüsusiyyətlərini və cəmiyyətin inkişaf prespektivlərini;
-
tərbiyəvi işin nəzəriyyə və praktikasının metodiki əsaslarını
-
hərbi kollektivlərdə sosialoji nəzəriyyənin metodiki əsaslarını
-
bazar iqtisadiyyatının əsaslarını
-
ordu quruculuğunda, ölkənin müdafiəsində əhəmiyyətini
-
hərbi hüquq, hərbi etika, hərbi vətənpərvərlik, hərbi əxlaqi və estetik tərbiyənin forma və üsullarını
-
cəmiyyətin və ordunun tarixi-mədəni ənənələrini, zabitlərin idarəetmə mədəniyyətini
-
ölkənin ənənəvi dinlərini, xüsusilə mərasimlərini
-
müharibə və sülh problemlərini, əsgəri borcunu yerinə yetirməklə yaranan münasibətləri
-
şəxsi heyətlə aparılan tərbiyəvi işin əsas tələblərini
-
şəxsiyyətin və hərb kollektivin psixoloji xüsusiyyətlərini
Vətənpərvərliyə cavabdeh olan şəxslər aşağıdakıları bilməlidir:
-
məlumatvermə üzrə məşğələlər təşkil etmək
-
məşğələlərin təminatını yaratmaq
-
pedaqoji biliklərə, bacarıq və vərdişlərə malik olmaq
-
kitabxanaların, teleradio mərkəzlərinin işini təşkil etmək
-
çap nəşrlərindən düzgün istifadə etmək
-
tərbiyəvi işi təşkil etmək, keçirmək məqsədilə yerli dövlət, hakimiyyət orqanları, ictimai təşkilatlar və hərəkatlarla qarşılıqlı əlaqə saxlamaq
-
rayonlarda sosial-siyasi vəziyyəti təhlil etmək
-
hərbi intizamın vəziyyətini təhlil etmək
-
qanun pozuntularının qarşısını almaq məqsədilə tədbirlər təşkil etmək
-
hərbi qulluqçuların ailə üzvlərinin, mülki heyəti ehtiyaclarını öyrənmək
-
hərbi qulluqçulara izahetmə işləri aparmaq
-
hərbi qulluqçuların ailə üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq
Hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığı xalqın tarixi irsinə və dünyəvi dəyərlərə söykənməlidir. Mənəvi-psixoloji hazırlıq şəxsi heyətin dəyanəti, yəni onun döyüş tapşırığını yerinə yetirmək, gərgin və təhlükəli şəraitdə fədakarlıq göstərmək, vətənpərvərlik əqidəsinə sadiq, təmkinli, dözümlü olmaq qabiliyyətinin formalaşması nəzərdə tutur. Vətən sevgisi, vətənpərvərlik hər kəsin borcudur. Hərbi qulluqçu Vətənin silahlı müdafiəçisidir. Hərbi qulluqçulara hər an Azərbaycan Respublikasının silahlı müdafiəsinə hazır olmaq, lazım gəldikdə respublikamızı müdafiə etmək həvalə olunmuşdur. Hərbi qulluqçu vətənpərvər insandır. O, vətəni, doğma torpağını sevir. Vətənpərvər Vətənin şüurlu səviyyədə sevən, hər an müdafiəsinə qalxan, Vətən naminə istənilən çətinliklərə dözməyə və fədakarlığa hazır olan insandır. Vətənpərvərlik – Vətən müdafiəsinin ən başlıca kefiyyətidir, bu kefiyyətə malik olmayan hallarda o, sadəcə bir muzdluya çevrilə bilər. Vətənpərvər Hərbi Anda sadiq qalmaqla Vətəninə, xalqına fədakarlıqlaxidmət edər, qanını, hətta canını əsirgəmədən Azərbaycan Respublikasının müdafiəsində öz borcunu rəşadətlə, bütün çətinliklərə dözərək yerinə yetirə bilər. Namuslu, vicdanlı, ləyaqətli olmaq hərbi qulluqçunun əsas kefiyyətlərindəndir. Hərbi qulluqçu özünün Vətən müdafiəçisi adını şərəflə daşıya bilməsi üçün aşağıdakı kefiyyətlərə malik olmalıdır:
-
hərbi qulluqçu Vətənin müdafiəsi üçün şəxsi məsuliyyətini dərk etməlidir
-
hərbi qulluqçu hərbi xidmətin əsas mahiyyəti barədə ordunun döyüş imkanlarına malik olmalı
-
hərbi qulluqçu dinc dövrdə və müharibədə özünün xidməti vəzifələrini yerinə yetirməyə hazır olmalı
-
hərbi qulluqçu istənilən şəkildə Hərbi Andı, Azərbaycan Respublikası Konstitusiyasının, hərbi nizamnamələrin tələblərini yerinə yetirməyə hazır olmalıdır
-
hərbi qulluqçu Azərbaycan SQ-nin, öz hərbi hissənin döyüş şöhrəti ilə fəxr etməli, Döyüş bayrağının şərəfini, Azərbaycan əsgəri adını yüksək tutmalı, döyüş ənənələrinə hörmətlə yanaşmalıdır.
Ordenlər. Döyüşdə fərqlənməyə və hərbi xidmətə görə fəxri mükafatlar. Azərbaycan Respublikasının aşağıdakı orden və medalları təsis edilmişdir:
-
“Azərbaycanın Milli Qəhramanı” fəxri adı (25 mart 1992-ci ildə), Azərbaycanın Milli Qəhramanının xüsusi fərqlənmə nişanı “Qızıl Ulduz” medalıdır:
-
Azərbaycan Respublikasının müstəqilliyində xidmətlərinə görə;
-
Azərbaycan Respublikasının tərəqqisini naminə xalqın qarşısında xidmətlərə görə;
-
Rəşadət və igidliyinə görə.
-
“Heydər Əliyev” ordeni:
-
Azərbaycanın tərəqqisinə, əzəmətinə və şöhrətinin artmasında xidmətlərinə görə;
-
Azərbaycanın dövlət mənafelərinin qorunmasında mərdlik və sücaətlik göstərdiyinə görə.
-
“İstiqlal” ordeni:
-
Azərbaycan Respublikasının milli azadlıq hərəkatına görə;
-
Azərbaycan Respublikasının milli dövlət quruculuğuna görə.
-
“Şah İsmayıl Xətai” ordeni:
-
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasına görə;
-
Sərkədərlik fəaliyyətinə görə;
-
Fövqəladə hallar aradan qaldırılmasına görə.
-
“Azərbaycan Bayrağı” ordeni:
-
Azərbaycan Respublikasının müstəqilliyini qorunmasına görə;
-
Respublikada əmin amanlıq təmin edilməsinə görə;
-
Hərbi eimin, hərbi texnikanın inkişafında xidmətlərinə görə;
-
Dövlət sərhəd mühafizəsinin təmin edilməsinə görə
-
“Şöhrət” ordeni:
-
Azərbaycan Respublikasının mədəni, elmi, iqtisadi xidmətlərinə görə;
-
Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xidmətlərinə görə.
-
“Vətən uğrunda” medalı:
-
Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
-
Vətən uğrunda xidmətlərinə görə;
-
Döyüş tapşırıqlarını yerinə yetirməsinə görə.
-
“İgidliyə görə” medalı:
-
Torpaqlarımız uğrunda igidlik, rəşadət və şücaət göstərdiyinə görə.
-
“Hərbi xidmətlərə görə” medalı:
-
Xidməti vəzifələrini yerinə yetirdiyinə görə;
-
Hərbi hissə qarşısında qoyulan tapşırıqların yerinə yetirməsinə görə;
-
Dövlət sərhədinin qorunmasına görə.
-
“Hərbi xidmətdə fərqlənməyə görə” medalı:
-
Döyüş tapşırıqlarını, tam ciddiyyətlə yerinə yetirdiyinə görə;
-
Hərbi xidmətdə fərqləndirici xidmətlərə görə.
-
“Sərhəddə fərqlənməyə görə” medalı:
-
Dövlət sərhədinin mühafizəsində təşəbbüskarlığına görə;
-
Sərhəd dövlət mühafizə xidmətində yüksək təşkilatçılıq bacarığının nümunəvi işə görə.
-
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı:
-
Döyüş tapşırıqlarının yerinə yetirdiyinə görə;
-
Təlimlərdə, atışlarda tapşırıqların terinə yetirdiyinə görə.
-
“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı:
-
“Sülh naminə” tərəfdaşlıq sahəsində xidmətlərinə görə;
-
NATO çərçivəsində sülhməramlılar bölmələrində xidməti vəzifələrini yerinə yetirdiyinə görə.
-
“Silahlı Qüvvələrin yubiley ” medalı:
-
Silahlı Qüvvələrin yaranmasında görkəmli xidmətlərinə və xidməti vəzifələrinə görə.(1991-2001-ci il)
-
Silahlı Qüvvələrin yaranmasında görkəmli xidmətlərinə və xidməti vəzifələrinə görə.(1991-2011-ci il)
-
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı:
-
Qarabağ müharibəsində iştirak etməsinə görə.
-
“I,II və III dərəcəli Qüsursuz xidmətlərinə görə” medalı:
-
Xidməti dövründə 10 il qüsursuz xidmətlərinə görə(III dərəcəli);
-
Xidməti dövründə 15 il qüsursuz xidmətlərinə görə(II dərəcəli);
-
Xidməti dövründə 20 il qüsursuz xidmətlərinə görə(I dərəcəli).
-
“Tərəqqi ” medalı:
-
Yazıçı, alim, iqtisadçı və s. mülki qulluqçuların xidmətlərinə görə;
-
Kiçik ixtisaslı mülki adamların dövlət qarşısında xidmətlərinə görə(“Əməkdar müəllim” və s.)
Mövzu 5: Hərbi And. Hərbi hissənin döyüş bayrağı. Azərbaycanın hərbi məktəbləri
Hərbi And. Azərbaycan Respublikasının SQ-nə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş Hərbi And qəbul edir. Öz yoldaşlarının sırası və komandirlər qarşısında Döyüş Bayrağı altında əlində silahla dayanaqar, gənc əsgər Vətənə,öz xalqına sədaqətli olacağı barədə təntənəli surətdə and içir. Hərbi And böyük dövlət əhəmiyyətli sənəddir.O,Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir və qanun qüvvəsinə malikdir. Hərbi Andın qəbul edilməsi əsgərin həyatında olduqca vacib andır.Əsgərin vacib edib şəxsən imzaladığı bu and,onun ordu həyatının və hərbi xidmətinin pozulmaz qanununa çevirilir.Hərbi Andı qəbul edən döyüşçü təntənəli sürətdə vəd edir ki,Azərbaycan Respublikasının mənafeyini,onun suverenliyini,ərazi bötüvlüyünü və müstəqilliyini qoruyacaq,bundan ötrü canını və qanını əsirgəmiyəcəkdir.Torpaqlarımızın bütövlüyü və dövlət sərhədlərimizin toxunulmazlığı uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə Azərbaycan xalqının minlərlə oğulları qanlarını əsirgəməmiş və canlarından belə keçmişlər.Səmimilik və cəsurluq,mərdlik və igidlik xalqımıza xas olan ənənəvi keyfiyyətlərdir.Belə keyfiyyətlərin əsasını xalqın və onun hər bir nümayəndəsinin özünə inamı,Vətənə məhəbbəti,torpağa bağlılığı,onun müdafiəsi naminə apardığı mübarizənin ədalətli olmasına möhkəm etiqadı təşkil edir.Hərbi sirri saxlamaq və həmişə sayıq olmaq hər bir döyüşçüdən tələb olunur.Hərbi münaqişələr dövründə belə keyfiyyətlər xüsusən böyük əhəmiyyət kəsb edir.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti üçün sayıqlıq ən əvvəl,hər an döyüşə hazır halda olmaq,silahı,döyüş texnikasının saz,dərhal istifadəyə tam hazır vəziyyətdə saxlamaq,Vətənin müdafiəsində dayandığını heç vaxt yaddan çıxarmamaq deməkdir. Hərbi işini öyrənmək - mürəkkəb hərbi ixtisaslara yiyələnmək, güclü, texniki cəhətdən yaxşı təchiz olunmuş düşmənə qalib gəlmək bacarığını mənimsəmək deməkdir.Onu da nəzərdən qaçırmaq olmaz ki,hərbi texnika və silahlar ildən – ilə təkminləşdirilir,onların yeni növləri meydana çıxır, həqiqi hərbi xidmət müddəti isə xeyli qısaldılır.Hərbi Anda sadiq olmaq hər bir əsgər üçün şərəf,namus və vicdan məsələsidir.
Hərbi hissənin döyüş bayrağı. Hərbi hissələrin Döyüş Bayrağı şan - şöhrət və rəşadət rəmzidir. Hər bir hərbi hissə yaradılarkən ona Döyüş Bayrağı təqdim edilir.Döyüş Bayrağı haqqında Əsasmnamə dövlətin ali qanunvericilik orqanı – Milli məclis tərəfindən təsdiq olunur.Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi hissələrinin Döyüş Bayrağı – bu hissənin,onun bütün şəxsi heyətinin əsgəri şərəf,şücaət və şöhrət rəmzidir.O,hər cür döyüşçüyə Vətəni müdafiə etmək onun müqəddəs borcu olduğunu,Vətəni rəşadətlə,mərdliklə qorumağı bacarmaq,doğma torpağın hər qarışı uğrunda canından da keçməyə hazır olmaq lazım gəldiyini xatırladır.Döyüş Bayrağı altında əsgər Hərbi Andı qəbul edir.Hissənin təltif olunduğu bütün orden və medallar Döyüş Bayrağına sancılır.Hərbi hissə ən ağır döyüşlərə Döyüş Bayrağı altında gedir.Hər bir hərbi qulluqçunun vəzifələrindən biri hissənin Döyüş Bayrağına ehtiram etmək,onu göz bəbəyi kimi qoruyub saxlamaqdır.
Azərbaycanın hərbi məktəbləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Silahlı Qüvvələrə savadlı kadrların cəlb edilməsi məqsədilə aşağıdakı hərbi məktəblər yaradılmışdır: 1919-cu ildə Bakıda “yunkerlər” məktəbi, 1918-ci il iyunda Gəncədə “hərbi çavuşlar” məktəbi, 1918-ci il oktyabrında Bakıda “hərbi dəniz təyyarəçilik” məktəbi (indiki Neft şirkətinin arxasında yerləşirdi). 1921-ci il oktyarın 7-də Azərbaycan Xalq Komissarlar Şurası tərəfindən qəbul edilmiş qərara əsasən “Birinci Azərbaycan hərbi məktəbi” yaradıldı. 1922-ci ildə məktəbə “Birinci Azərbaycan Proletar Hərbi məktəbi”, 1930-cu ildə “Bakı Hərbi Piyada məktəbi ”, 1939-cu ildə isə “Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi” adlanmışdır. İlk buraxılışı 1942-ci ildə olmuşdur. 1939-cu ildə “Ali Hərbi Dənizçilik məktəbi” fəaliyyətə başladı və ilk buraxılışı 1941-ci ilin sentyabrında oldu. Məktəbi məzunlarından 12 nəfər “Sovet İttifaqı Qəhramanı” adına layiq görülmüşdür, bunlardan 2 nəfəri 2 dəfə bu ada layiq görülüb. Milli hərbiçi kadrların hazırlanması məqsədilə uzaqgörən ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliketdiyi müddət ərzində 28 iyun 1971-ci ildə “Cəmşid Naxçıvanski adına Hərbi lisey” adlandırıldı. Hərbi liseyin 12 nəfər məzunu “Milli qəhraman” adına layiq görülüb. 1995-ci ildə “Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi”, 1998-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası”, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində “Hərbi Tibb fakültəsi” açıldı, ilk buraxılışı 22 iyun 2002-ci ildə oldu.
Mövzu 6: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizamnamələri. Hərbi qulluqçular və onlar arasında qarşılıqlı münasibətlər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizamnamələri. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri hərbi xidmətin qanun küliyyatıdır. Bu nizamnamələr Vətənimiz Azərbaycan Respublikasının müstəqilliyini,sərhəd bütövlüyünü və istiqlaliyyətini qorumaq, dövlət mənafelərini mühafizə etmək və xalqın dinc yaradıcılıq əməyinin təşkilini təmin etmək işinə xidmət edir.Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələri-Ümumqoşun nizamnamələri adlanır.Bunlar aşağıdakılardır:
1.Azərbaycan Respublikası SQ-nin Daxili Xidmət Nizamnaməsi
2.Azərbaycan Respublikası SQ-nin Qarnizon və Qaravul Xidməti Nizamnaməsi
3.Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsi
4.Azərbaycan Respublikası SQ-nin İntizam Nizamnaməsi.
Hərbi qulluqçular və onlar arasında qarşılıqlı münasibətlər. Hərbi qulluqçuların hərbi nəzarət və davranış qaydaları.Hərbi qulluqçular öz aralarında bir- biri ilə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar.Hərbi qulluqçular xidmət məsəllələrində bir-birinə “Siz” deyə müraciət etməlidirlər.Bir-birinə şəxsən müraciət etdikdə hərbi rütbənin adı çəkilir,qoşun növü və tutduğu vəzifə deyilmir.Rəislər və yüksək rütbəli komandirlər tabeliyində olanlara müraciət etdikdə onların rütbəsini və familiyasını deyirlər.Məsələn,‘‘Sıravi əsgər Həsənov”,‘‘Yoldaş sıravi əsgər”,‘‘Yoldaş mayor” və s.Gizir,miçman,çavuş rütbəsi olmayan,hərbi təhsil məktəblərinin və həmçinin tədris hissələrinin kursantlarına “Kursant Əliyev” ,‘‘Yoldaş kursant” deyə müraciət edirlər.Tabelikdə olanlar və kiçik rütbəlilər öz böyüklərinə və rəsilərinə müraciət etdikdə onların hərbi rütbəsini deyir və hərbi rütbənin qabağına “Yoldaş” sözü ,qvardiya hissələrində isə “Yoldaş qvardiya” sözləri əlavə olunur.Məsələn,‘‘Yoldaş qvardiya leytenantı”,‘‘Yoldaş baş əsgər” və s.Hərbi qulluqçular həmişə yüksək mədənilik,təvəzökarlıq təmkinlilik nümunəsi göstərməli,ictimai yerlərdə və küçədə özlərini layiqli aparmalıdırlar.Hərbi qulluqçu ictimai yerlərdə və həmçinin tramvayda,trolleybusda, avtobusda, metroda, şəhərətrafı qatarlarda və s.yerlərdə içəri daxil olan rəisə və yaxud böyüyə salam verməli,əgər boş yer yoxdursa öz yerini ona təklif etməlidir.Hərbi qulluqçular mülki əhaliyə qarşı nəzakətli olmalı,vətəndaşların şərəf və ləyaqələrinin qorunmasına,ictimai qayda qanunun saxlanmasına yardım etməli,həmçinin bədbəxt hadisə,yanğın və təbii fəlakət vaxtı əhaliyə kömək göstərməlidirlər.Hərbi qulluqçulara əllərini cibində saxlamaq,həmçinin rəisin,yaxud böyük rütbəli komandirin icazəsi olmadan onların yanında oturmaq və yaxud papiros çəkmək qadağandır.Hərbi qulluqçular küçədə və yaxud icazə verilməyən yerlərdə papiros çəkməkdən özlərini saxlamalıdırlar. Komandirlərə (rəislər) və özündən böyüklərə müraciət.Tabeliyində olan və kiçik rütbəli qulluqçular komandirlərə və rütbəcə özlərindən böyüklərə müraciət edərək hərbi rütbədən əvvəl “Yoldaş” kəlməsini işlədirlər və sonra hərbi qulluqçunun rütbəsini deyirlər.Məsələn: “Yoldaş çavuş,icazə verin Sizə müraciət edim”.Böyük rütbəli komandirlərin iştirak etdiyi yerlərdə hərbi qulluqçu lazım olan adama müraciət etmək üçün böyük rütbəli hərbi qulluqçudan sonra istədiyi hərbi qulluqçuya müraciət edə bilər.Məsələn:‘‘Yoldaş baş çavuş icazə verin sıravi əsgər Həsənova müraciət edim”.Komandirlər qulluq zamanı özlərindən kiçik rütbəli hərbi qulluqçulara müraciət edərkən onların rütbəsini və familiyasını və yaxud da ancaq rütbələrini deyirlər.Məsələn “Sıravi əsgər Əhmədov və yaxud yoldaş əsgər”.
Hərbi qulluqçuların hüquqları və onlara verilən imtiyazlar. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçu Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrdə və səsvermələrdə iştirak etmək hüququna malikdir. Özlərinin xidmət fəaliyyətində hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini rəhbər tutaraq siyasi partiyanın üzvü ola bilməzlər. Dövlət sirrini və hərbi sirri açmamaq şərtilə hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığını sərbəst şəkildə ifadə etmə hüququ vardır. Hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir, lakin xidməti borclarından azad etmir. Hərbi qulluqçuların elmi, texniki, bədii və başqa azadlığına, yaradıcılığına təminat verilir, bir şərtlə ki, onların hərbi xidmət vəzifələrinə mane olmasın. Hərbi xidmətdən buraxıldıqdan sonra onların işə düzəlməsinə təminat verilir. Hərbi qulluqçuların pul təminatı onların tutduğu vəzifənin maaşından, verilmiş hərbi rütbənin və əlavə qulluğun müddətindən asılı olan maaşın faizindən asılıdır. Hərbi qulluqçular əlavə olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi ərzaq və əşya normalarına görədə pul kompensasiyaları alma hüququna malikdir. Hərbi qulluçuların ailə üzvləri dəmiryol, dəniz, avtomobil və hava nəqliyyatından güzəştli hüquqa malikdirlər. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həfətənin istirahət, bayram, illik məzuniyyət və başqa ödənişli məzuniyyət verilməsi yolu ilə təmin edilir. Hərbi qulluqçu il ərzində 45 gün məzuniyyətə gedə bilər. Hərbi qulluqçu ailəsi və özünün yaşaması üçün mənzil alma hüququna malikdir. Zabitlər, gizirlər və miçmanlar. Hərbi qulluçular mülki tədris müəssisələrində axşam və ya qiyabi təhsil alma hüququna malikdir. Hərbi qulluçular və onların ailələri hər növ tibbi müayinə alma hüququna malikdirlər.
Dostları ilə paylaş: |