Motoatıcı manqanın təşkili - Motoatıcı manqa - ən aşağı taktiki bölmədir.O təşkilatca motoatıcı tağımın tərkibində olur.Motoatıcı manqa piyadanın döyüş maşını (PDM) və ya zirehli transportyor (ZIR) ilə silahlandırıla bilər. PDM – li motoatıcı manganın təşkili və silahları PDM – li manqanın heyəti manqa kom- dən (mgk) tuşlayıcı – operatorlardan (TO) ,sürücü – mexanikdən (SM), pulemyotşudan(P), qumbaraatan atıcıdan (QA), qumbaraatanatıcının köməkçisindən (QA köm.), baş atıcıdan (BA) və atıcıdan (A) ibarətdir. Manga – a PDM kalaşnikov tipli əl plemyotundan (RPK-74), tank əleyhinə əl qumbaraatanı (40mm RPQ-7) ,kalaşnikov avtomatları (5,45 və ya 7,62mm AK-74,AKM -74), qəlpələnən əl qumbaraları (RQ, RQN F-1) , tank əleyhinə kumulyativ əl qumbaraları (RKQ-3) ilə silahlanırlar. PDM tırtıllı zirehli maşındır mg –nın ş/h – in hərəkəti və döyüş aparması üçündür.Onun üzərində tank əleyhinə idarə edilən raket kompleksi (PTUR),30 mm–lik top,7.62 mm və 12.7 mm kalaşnikov plemyotu (PK və PKT) quraşdırılmışdır. Bu maşın yüksək hərəkət sürətinə malikdir və qalın qar örtüyü olan yerlərdənasanlıqla keşə bilir. Maşın atomdan mühafizə sistemi və gecəgörmə cihazları ilə təchiz edilmişdir. ZTR–li manganın təşkili və silahları. ZTR –li manganın heyəti – onun komandirindən (MK) pulemyotşudan (P) qumbaraatan atıcıdan (QA) qumbaraatan atıcının köməkçisindən (QK) snayperçidən (SN) baş atıcıdan (BA) 2 nəfər atıcıdan (A) və sürücüdən (S) ibarətdir. Manqa ZTR -60 (ZTR-70,ZTR- 80)kalaşnikv tipli əl pulemyotundan (5,45mm və ya 7,62 RPK) tank əleyhinə əl qumbaraatanı (40 mm RPQ-7) kalaşnikov tipli avtomatları (5,45mm AK-74 və ya 7,62mm AKM,AKMS) Draqunov tipli snayper tüfəngi (7,62 mm SVD) qəlpələnən əl qumbaraları (RQ-42,F-1,RQN-3) tank əleyhinə kumulyativ əl qumbaraları (RKQ-3) ilə silahlandırılır. ZTR təkərli döyüş maşınıdır,əsasən manqanın Ş/h –i döyüş meydanına çatdırmaq və döyüş zamanı bölməyə atəş yardımı göstərmək üçündür.ZTR- də böyük kalibrli 12,7 mm –lik Vladimirov və 7,62 mm –lik Kalaşnikov pulemyotları quraşdırılmışdır.
Motoatıcı manqanın döyüş imkanları - bölmələrin və hissələrin müəyyən edilmiş müddətdə və konkret şəraitdə müəyyən tapşırıqlarını yerinə yetirmək içkanlarını xarakterizə edən kəmiyyət və keyfiyyət göstəriciləridir. Döyüş imkanları ş/h–in soyadından,onun döyüş hazırlığının səviyyəsindən və mənəvi psixoloji əhvalatından, hansı silah və texnikanın olmasından, onların vəziyyətindən,bölmənin idarəetmə bacarığından, bölmə və hissələrin təşkilati quruluşundan,onların maddi vəsaitlə təchizatından asılı olur. Manqanın döyüş imkanları onun atəşaçma və manevretmə imkanları ilə xarakterizə olunur.Manqanın müxtəlif silahlardan isdifadə edərək düşmənin tanklar və zirehli maşınlarına alçaqdan uçan təyyarələrinə və vertolyotlarına qarşı mübarizə aparar onun atəş vasitələrini və canlı qüvvəsi məhv edə bilər. Manqa hücumda düşmənin 1-2 tankını, ZTR və bir qrup əsgərini; müdafiədə 2-3 tankını, 1-2 ZTR və ya PDM, 12- 15 əsgərini məhv etməyə qadirdir. Manqanın hücumda eni 50m -ə qədər, əsgərlər arası interval 8-12 addım, müdəfiədə manqanın müdafiə mövqeyi 60-80 m-ə qədər, manqalar arasındakı məsafə 50 m olmalıdır. Manqanın müşahidə məntəqəsi müdafiədə ön xətdə yerləşir. Manqa R-158, R-4620, R-4610, TA -57, TA-53 radiostansiya və ya telefon aparatları ilə təchiz olunur.Manqa hücumda və ya müdafiədə adətən MAT-ın tərkibində fəaliyyət göstərir, kəşfiyyatda və mühafizədə isə müstəqil olaraq fəaliyyət göstərə bilər. Döyüş tapşırıqlarından, ərazinin xüsusiyyətlərindən və digər şəraitdən asılı olaraq, manqanın PDM - ə (ZTR-də ),piyada halda, xizəkdə, bəzən isə tankda desant kimi fəaliyyət göstərməsi mümkündür.
Motoatıcı manqanın yürüş və döyüş nizamı. Motoatıcı manqa yerinə yetirdiyi tapşırıqdan, düşmənin hərəkətlərindən və ərazidən asılı olaraq yürüş və döyüş nizamında ola bilər.
Yürüş nizamı. Bu piyada halda fəaliyyət zamanı yürüş üçün manqanın kolon sırasına düzülməsidir. Yürüş nizamı manqanın yüksək hərəkət sürətini, döyüş nizamına tez düzülməsini və şəxsi heyətin qüvvələrinin saxlanılmasını təmin etməlidir. Manqanın yürüş nizamı bircərgəli və ya ikicərgəli kolonda ola bilər. PDM (ZTR)ödə fəaliyyət göstərən manqa tağım kolonunda hərəkət edir və burada maşınlar bir-birinin ardınca müəyyən edilmiş məsafədə düzülür.
Döyüş nizamı. Döyüş aparmaq üçün manqanın düzülüb yerləşməsidir. Piyada halda keçərkən manqanın döyüş nizamı həmlə sırası zəncirindən və PDM-dən ibarət olur. Zəncirdə əsgərlər arasında ara məsafə 6-8 metr (8-12 addım) olur. Əgər zəncirdə 7 nəfər hücuma keçirsə, onda döyüşçülər arasındakı məsafə manqanın hücum cəbhəsinin eni 50 m-dək olacaqdır. PDM ərazinin relyefindən istifadə etməklə cinahda zəncirin arxasında, bəzən isə zəncirdə irəliləyir və manqaya atəş yardımı göstərir. Zəncir adətən tankların ardınca, öz artilleriya mərmilərinin partlayışlarından şəxsi heyyətin təhlükəsizliyi aşağıdakı kimidir:
-
tanklar üçün 200 m;
-
zirehli maşınlar üçün 300 m;
-
piyadalar üçün 400 m.
PDM-də yerləşən motoatıcı manqa, maşınlar arası məsafədə 100 m-dək olmaqla tağımın döyüş xəttində hücuma keçir. Motoatıcı manqa müdafiə olunanda 100 m-dək enində mövqə düzəldir, ön xətdə və cinahda düşmənin hücumunu dəf edir. PDM-in atəş mövqeyini manqanın mövqeyinin ortasında, cinahda və ya ondan 50 m-dək arxada yerləşdirmək olar. Atəş mövqeyi – atəş açmaq üçün atəş vasitəsinin yerləşdiyi və ya yerləşməsi üçün hazırlanmış yer sahəsinə deyilir.
Mövzu 12: Tank, zirehli maşın və hava hücumu vasitələri ilə mübarizə aparma üsulları
Tanklar və zirehli maşınlarla mübarizə aparma üsulları. Düşmənin tankları və zirehli maşınlarına qarşı, eləcədə onun nüvə hücumu vasitələri ilə mübarizə aparmaq ümumqoşun döyüşündə ən vacib vəzifələrdən biridir.Bu mübarizədə daha böyük müvəffəqiyyətə nail olmaq üçün döyüşçülər düşmən tanklarını və zirehli maşınlarının güclü və zəif cəhətlərini,xüsusəndə ən zəif yerlərini bilməlidir. Xarici ordularda ən əsas döyüş tankı orta tanklardır.Onlar həm motopiyada bölmələrlə ,həm də müstəqil surətdə döyüş apara bilər.
Tankların təyinatı, növləri və döyüş xassələri. Xarici orduların tankları etibarlı zirehə ,yüksək monevr qabiliyyətinə malikdir.Tankdakı silahlar 2 müstəvidə sabitləşdirilmişdir.Tanklara yanğınsöndürmə vasitələri və suyun altında sürmək üçün avadanlıq var.Bəzi tanklarda kumulyativ mərmilərdən mühafizəni təmin edən sipər var.(Azərbaycan Respublikasının SQ-də T-90C, T– 80, T-72 tipli “Aslan”, T-55 tipli tankları var.)
Tankın mərmiləri aşağdakılardır:
1.Zirehdərən mərmi
2.Kumulyativ mərmi
3.Qəlpəli mərmi
4.Qəlpəli – fuqas mərmi
Tank ekipajı 4 və ya 3 nəfərdən ibarət olur.Yeni istehsal olunmuş tanklarda:
-
tankın komandiri (Azərbaycanın T-72, T-80,T-90C )
-
tuşlayıcı operator (ABŞ “Abrams”,AFR‘‘Leopard- 3” )
-
sürücü mexanik
Orta tankların ekipajı isə aşağdakılardır:
-
tankın komandirindən (Rusiyanın T-55,T-62,T-62M)
-
tuşlayıcı operatordan (ABŞ M46,M60 orta tankları)
-
doldurucu (İsrailin “Merkava-II”tankları)
-
mexanik - sürücü (İngiltərənin “Çiften”tankı)
Kumulyativ mərmi – partlayışın təsirinin müəyyən istiqamətdə gücləndirilməsi partlayıcı maddə atımından zədələnəcək obyekt – tərəfə yönəlmiş kumulyativ oyuq düzəldilməsi ilə əldə edilir.(2000-3000‘C temperaturda istilik nəticəsində oyuq yaradır). Zirehdələn mərmi – düşmənin tank və zirehli maşınlarını məhv və fəaliyyətini zəiflətmək məqsədilə istifadə edilir.Qəlpəli – Fuqas mərmi - düşmənin səngərdə,taxtadan düzəldilmiş blindajlar,sığınacaqlarda canlı qüvvəni və zirehli (yüngül)texnikanı məhv etmək məqsədi ilə istifadə edilir. Qəlpəli mərmi - açıq və örtülü sahələrdə düşmən ordularının piyada və maşınlarını məhv etmək üçün istifadə edilir.
Tankın zəif yerləri bunlardır:
-
hərəkət hissələri (tırtıl,aparıcı və yönəldici təkərlər)
-
gövdənin arxa və yan tərəfləri (bortlar)
-
Qüllə
-
Atəşaçma və müşahidə cihazları
-
Topun və pulemyotların lülələri
T-90C tipli tanklar T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz döyüşündə T-72-lərin ABŞ-ın M1A1 tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya,Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90C-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. T-90C tankının döyüş xassəsi:
- İstehsal edən ölkə Rusiya Federasiyası;
- Uzunluğu 9.53 m ; eni 3.57 m; hündürlüyü 2.23 m
- Sürəti 65 km/saat
- Zirehi 830 mm
- Silahları : 1x125 mm Refleks-M tipli yivsiz top; 1x7.62 mm PKT; 1x12.7 mm NSVT hava hücumundan müdafiə pulemyotu
- Çəkisi 46.5-50 ton
- Heyəti: komandir, tuşlayıcı və mexanik sürücü
- Əlavə yanacaq ehtiyatı 550-650 km
- Məsafəsi 375 km
Zirehli maşınların təyinatı, növləri,döyüş xassələri. PDM tırtıllı zirehli maşındır mg –nın ş/h – in hərəkəti və döyüş aparması üçündür.Onun üzərində tank əleyhinə idarə edilən raket kompleksi (TƏİR),30 mm–lik top,7.62 mm və 12.7 mm kalaşnikov plemyotu (PK və PKT) quraşdırılmışdır. Bu maşın yüksək hərəkət sürətinə malikdir və qalın qar örtüyü olan yerlərdənasanlıqla keşə bilir. Maşın atomdan mühafizə sistemi və gecəgörmə cihazları ilə təchiz edilmişdir. (Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında PDM-1, PDM-2 və PDM-3, BMD-1, BRM-1K, MTLB). PDM-3 zirehli maşının döyüş xassələri:
-
İstehsal ölkə Rusiya Federasiyası
-
Buraxılış ili 1987-ci il
-
Lülə ilə birlikdə uzunluğu 7200 mm; eni 3300; hündürlüyü 2300 mm
-
Heyəti 3 nəfər(əlavə 5 +2 desanat)
-
Silahları: 1x100 mm 2A70 yivli yarımavtomat və 1x30 mm 2A72 yivli aviasiya topu
-
Tank əleyhinə raket kompleksi 1x100 mm 9M117 tipli TƏİR
-
Sürəti asfalt yolda 70 km/saat
-
Əlavə yanacaq ehtiyatı 600 km
-
Çəkisi 18.7 ton
ZTR təkərli döyüş maşınıdır,əsasən manqanın Ş/h –i döyüş meydanına çatdırmaq və döyüş zamanı bölməyə atəş yardımı göstərmək üçündür.ZTR- də böyük kalibrli 14,5 mm –lik Vladimirov və 7,62 mm –lik Kalaşnikov pulemyotları quraşdırılmışdır.(Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında ZTR-60, ZTR-70 , ZTR-80, ZTR-80A və ZTR-D, CAR istehsalı APCMatador və Marauder, Türkiyə istehsallı Otocar Cobra, Mhombe, BRDM-2 ) .
ZTR-80A tipli maşının döyüş xassəsi:
-
İstehsal ölkə Rusiya Federasiyası
-
Buraxılış ili 1986-cı il
-
Uzunluğu 7650 mm; eni 2900 mm; hündürlüyü 4400 mm; klirens 475 mm
-
Heyəti 3 nəfər (əlavə 7 desant)
-
Silahları: 1x14.5 mm KPVT və 1x7.62 mm PKT tipli pulemyotlar
-
Asfalt yolda sürəti 80 km/saat
-
Əlavə yanacaq ehtiyatı 600 km
-
Çəkisi 13.6 ton
Tank və zirehli maşınlarla mübarizə aparma üsulları.Tanklarla və zirehli maşınlarla mübarizənin müvəffəqiyyəti ş/h–in mənəvi–döyüş keyfiyyətlərindən onların döyüşdə iştirak edən bütün qüvvə və vasitələrlə birgə fəaliyyət göstərməsindən ,yerin ,havanın xarakterindən ,günün və ilin vaxtından xeyli asılı olur.Müasir döyüşdə tanklar və zirehli maşınlarla qarşı mübarizə əsasən tank əleyhinə artilleriya ,tank əleyhinə raket kompleksləri,tank əleyhinə qumbaraatanlara həvalə olunur.Tank səngərə irəliləyən zaman döyüşçü 25–30 m məsafəyə yaxınlaşmasını gözləyir və ölü məsafədən istifadə etməklə tank əleyhinə qumbaranı tanka atır. Tank əleyhinə qumbaranı ayaq üstə ,diz üstə dayanmaqla, yerə uzanmış vəziyyətdə atmaq olar.Tank əleyhinə qumbaranın prinsipi-zərbəli, partlama müddəti – dəyən anda, qumbaranın çəkisi – 1070 qram, orta atma məsafəsi – 15-20 m. Düşmənin tankları və zirehli maşınları ilə mübarizə aparmaq üçün motopiyada manqada aşağdakı silahlar olur:
-
tank əleyhinə raket kompeleksi “PTRK” ,‘‘Metis Faqot”
-
PDM- nin topları
-
Tank əleyhinə əlqumbaraatanı “RPQ-7 ”
-
Tank əleyhinə əl- kumulyativ qumbaraları‘‘RKQ-3”
Tanklara açılan atəş aşağdakı məsafələr də daha səmərəli ola bilər:
1.TƏİR raket kompleksindən – 1km – 4 km qədər
2.PDM – 1300m
3.Tank əleyhinə qumbaraatan -100- 300m
Hava hücumu vasitələri ilə mübarizə. Xarici ölkə orduları hərbi hava qüvvələrinin əsas zərbə vasitələri taktiki aviasiyadan ibarətdir.Taktiki aviasiya təyyarələrinin və vertolyotlarının döyüş keyfiyyətləri onlara müxtəlif vəzifələri yerinə yetirməyə imkan verir.
Döyüş təyyarələri.Taktiki aviasiyanın vəzifəsi- alcaqdan uçaraq yerdəki düşmənə atəş zərbələri endirməklə hücumda və müdafiədə quru qoşunlarına yardım etməkdir.Düşmənin alcaqdan uçan təyyarə və vertolyotlarına qarşı mübarizə aparmaq HHM və bütün qoşun növlərinin ən əsas vəzifələrindən biridir. Xarici ölkələrin taktiki aviasiyasının əsasını səsdən sürətli reaktiv qırıcı – bombardmançı və taktiki qırıcı təyyarələr təşkil edir. Onlar yerüstü və dəniz hədəflərini məhv etmək,təyyarə və vertolyotlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuşdur.Bu təyyarələr müxtəlif silahlarla və raketlərlə silahlanmışlar.Belə təyyarələr yerüstü hədəflərə bomba zərbələri endirir və top,raket,yandırıcı vasitələrlə ,idarəedilən və edilməyən nüvə başlıqlı raketlərlə məhv edə bilər.(Azərbaycan Respublikasının SQ-də MİQ-25, MİQ-29, SU-24, SU-25, JF-17 və taktiki-təlim məqsədli L-29 “Albatros” təyyarələri var). MİQ-29 tipli təyyarənin xassəsi:
-
İstehsal edən ölkə Rusiya Federasiyası
-
Buraxılış ili 2003 –cü il
-
Uzunluğu 17.32 m; eni 11.36 m; hündürlüyü 4.73 m
-
Çəkisi: mərmisiz 10900 kq; mərmiylə 18480 kq
-
Sürəti: yerdən maksimal sürəti 1500 km/saat; hündürlükdə sürəti 2450 km/saat
-
Uçma müddəti 2.5 saat
-
Silahları: 1x30 mm aviasiya topu; “Talisman” tipli Müdafiə əleyhinə raket; yaxın məsafəli döyüş üçün “Hava-Hava” tipli R-60 raket; orta məsafəli hava hədəflərinə qarşı “Hava-Hava” tipli PBB-AE raket; FAB tipli Aviasiya bombası.
-
Heyəti 1 və ya 2 həfər.
Zərbə vertolyotları. Xarici ölkə ordularının döyüş fəaliyyətinin əsasını vertolyotlar təşkli edir.Onlar yerüstü hədəfləri idarəedilən və idarəedilməyən raketlərin , qumbaraatanların ,topların ,plemyotların atəşi vasitəsilə zədələyirlər. Vertolyotlar bölmələrin və kiçik qrupların tərkibində fəaliyyət göstərir.Onlar uçuşun kursu,hündürlüyü və sürəti ilə manevr edir.Vertolyotlar yerin relyefindən istifadə etməklə çox alcaqdan uçaraq qəfildən hədəfə yaxınlaşır,maili və kəskin sürətdə şığıyaraq həmlə edir və uzaqlaşır.(Azərbaycan Respublikasının SQ-də Mİ-35, Mİ-24 “Hind” və Mİ-24 “Hind G”, Mİ-8, Mİ-17, KA-32 və T-129 “ATAK” zərbə vertolyotları var). Mİ-24 “Hind G” tipli zərbə vertolyotunun döyüş xassələri:
-
İstehsal edən ölkə Rusiya Federasiyası
-
Buraxılış ili 1971-ci il
-
Modernləşdirən ölkə Ukrayna 2008-ci il
-
Uzunluğu 17.51 m; eni 1.7 m; hündürlüyü 3.9 m, pərlərin diametri 5.47 m
-
Sürəti 270 km/saat
-
Çəkisi: mərmisiz 7580 kq; normal yüklə 10500 kq, tam yüklü 11000 kq
-
Heyəti 2 və ya 3 nəfər(əlavə 8 desant+2 yaralı+2 tibb işçisi)
-
Uçma məsafəsi min.450 km; max.1000 km
-
Orta yanacaq sərfi 780 lt/saat
-
Silahları: “Şturm-B”, “Ataka-M”, “Hermes-A” tipli İR; “S-5, S-8, S-13 və S-24” tipli İOR; R-60M ,R-63V, “İqla-V” və 9M220 “Ataka” markalı “Hava-Hava” tipli raket; 50 kq-dan 500 kq-dək kaset tipli bombalar.
HHM qoşunları. Düşmən təyyarələrinə və vertolyotlarına qarşı birinci mübarizə vasitəsi HHM qoşunlarının üzərinə düşür. HHM qoşunlarının məqsədi – alcaqdan uçan təyyarələrin hərəkət sürətini azaltmaq ,onlara zərbə vurmaq ,aviasiya qruplaşmalarının qarşısını almaq ,ordu təyyarələrini ,strateji aviasiyanı,uçuş aparatlarını məhv etmək üçün istifadə edilir. (Azərbaycan Respublikasının SQ-də S-300 “Favorit” tipli ZRK, Barak-8 tipli ZRK, “BUK-M1” tipli ÖYZRK, “OSA” tipli ÖYZRK, 9K35 “Strela-10” tipli ZRK, “Arrov-2” tipli israil istehsalı ZRK, Spyder tipli ZRK, “KUB” raket kompleksi, ZSU-23 “Şilka” tipli ZRK və “KRUQ” tipli ZRK və başqa komplekslər mövcuddur ). S-300 “Favorit” tipli ZRK döyüş xassələri:
-
İstehsal edən ölkə RF
-
Buraxılış ili 1975-ci il
-
Mərmisi idarəedilən zenit raket
-
Hava hədəflərini aşkar etmə məsafəsi 3-200(300) km
-
Ballistik raketləri aşkar etmə məsafəsi 5-40 km
-
Təyyarəni məhv etmə müddəti 0.9 san
-
Raketin sürəti 2800 m/san
-
Təyyarələrin məhv etmə zonası 50-150 km
-
Hava hədəflərini məhv etmə hündürlüyü 0.01-27 km
-
Ballistik raketlərin məhv etmə hündürlüyü 2-25 km
-
Raketin çəkisi 330-1900 kq
-
Atəşin tempi 3 san
-
Döyüş vəziyyətinə gətirilmə vaxtı 5 dəqiqə
Düşmənin alçaqdan ucan təyyarə və vertolyotlarına qarşı mübarizə üçün digər zenit vasitələri ilə birlikdə,atıcı silahlardan tətbiq edilir. 400m hündürlükdə uçan təyyarə ,adətən atəş açmaq üçün əlverişli məsafə 500-600 m-dir. Atəş 2 üsulla aparılır :
-
maneə atəşi - müşayiət atəşi
Maneə atəşi – uçuş sürəti 150m/s –dən artıq olan hdf –lərə tətbiq edilir. Maneə atəşinin mahiyyəti – təyyarənin uçuş istiqaməti qarşısında əvvəlcədən atəş zonası yaradılır,güllələrin uçuş xətti hədəflə kəsişir və onun normal hərəkətinə mane olur. Müşayiət atəşi – yavaş uçan hava hədəfə qarşı tətbiq edilir. Müşayiət atəşin mahiyyəti – atıcılar, silahın nişanlanma xəttini hədəfin uçuş istiqaməti qarşısında gözəyarı hesblanmış qabaqlama məsafəsinə fasiləsiz sürətdə tuşlayır və ən dəqiq tuşlanma anında uzuzn növbələrlə atəş açırlar. Havadakı hədəflərə aşağdakı vəziyyətdə atəş aşılır:
1.yerə uzanaraq 2.dizüstə dayanaraq 3.ayaqüstə
Havada uçan hədəflərə 800-900 m məsafədən atəş açılır. 500m-dək məsafədə qabaqlama 60-80m bərabərdir.
Mövzu 13: Manqanın mühəndis təchizatı. Tək səngərin hazırlanması. Mühəndis maneələri və əngəlləri haqqında ümumi anlayış.
Tək səngərin hazırlanması. Avtomatdan uzanaraq atəş açmaq üçün səngəri kiçik piyada ,istehkamçı beli (50 sm) vasitəsilə qazırlar. Atəş açmaq üçün yer tutandan sonra avtomatı özündən sağ tərəfdə əl çatan məsafəyə elə qoymaq lazımdır ki,düşmənə atəş açmaq üçün onu istənilən anda içlətmək mümkün olsun.Sonra sol böyrü üstə çevrilib beli çexoldan çıxartmaq,belin sapından hər iki əllə tutub özünə tərəf zərbələrlə torpağın bərk üst qatını kəsərək çalanın ön və yan hüdudlarını nişanlamaq,sonra belin vəziyyətini dəyişib ön istiqamətdə zərbələrlə çəmənliyi qazıyıb çıxarmaq,onu kənar qoyaraq səngərin çalasını qazımağa başlamaq lazımdır. Tək səngər ölçüləri:
1.uzunluğu – 170 sm
2. eni – 60 sm
3.dərinliyi – 30 sm
4. sipərin qalınlığı – 30 sm
5. atəş sektoru - 100
6.hazırlanma vaxtı – 0,5 adam /saat
Manqanın mühəndis təchizatı. Səngəri hazırlayarkən belin tiyəsini torpağa dikinə yox,çəpəki vurmaq daha səmərəlidir.Qazılmış torpağı əvvəl ön, sonra isə yan tərəflərə ataraq gülləyə qarşı sipər düzəldirlər. Güllənin tapdalanmamış qum və torpaq qatını deşmə qabiliyyəti – 70sm. İş vaxtı fasiləsiz olaraq düşməni müşahidə etməklə yanaşı,başı mümkün qədər aşağı əymək lazımdır. Səngərin ön hissəsini lazımı dərinlikdə qazıyandan sonra arxaya tərəf sürünərək onun qalan hissəsini də dərinləşdirirlər ki,arada bədəni və ayaqları da daldalandırmaq mümkün olsun. Atış üçün qazılmış sıngıri ətraf sahənin xüsusiyyətinə uyğun maskalayırlar. Bunun üçün səngər qazılan yerin ətrafındakı qatdan, torpaqdan, otdan, qışda isə qardan istifadə edilir. Avtomatdan ayaq üstə atmaq üçün səngərin ölçüləri aşağıdakı kimidir:
-
hündürlüyü – 110 sm
-
eni – 50 sm
-
atəş sektoru - 300
-
sipərin hündürlüyü – 50-60 sm
-
sipərin eni – 140 sm
-
d\s üçün taxça eni – 25 sm
hündürlük – 20 sm
uzun – 40 sm
eni – 50 sm
7.əlaqə yolu eni – 50 sm
8.1nəfərlik ist.yeri,eni - 50 sm
(taxça) uzunluğu - 100 sm
9.hazırlanması – 8,5 adan \saat
10.taxçanın hündürlüyü – 50 – 60 sm
11.istifadə edilən tir – 0,4 m3
12.istofadə edilən məftil – 1,5 kq
13.tirlərin uzunluğu – 200 sm, diametri - 12-14 sm
Mühəndis maneələri və əngəlləri haqqında ümumi anlayış. Müasir döyüşdə müasir mühəndis maneələri bölmələrin döyüş əməliyyatlarının təmin edilməsində vacib rol oynayır. Təyinatına görə minalar 2 yerə bölünür:
1.tank əleyhinə minalar 2.piyada əleyhinə minalar
Tank əleyhinə minalar – tankları və digər döyüş texnikasını məhv etmək üçün tətbiq edilir.Tank əleyhinə mina 1924 ildə Rus hərbi mühəndisi Dimitiri Mixayloviç Karbışov tərəfindən yaradılmışdır.
Tank əleyhinə minaların TTX- ləri
1.minanın markası TM-62M TM-57 TMK-2
2.materialı metal metal metal
3.trotil çəkisi 7-7,5 kq 6-6,5 kq 6-6,7 kq
4.partlayıcı t r o t i l
5.ümumi çəkisi 9,5-10 kq 9-9,5 kq 12 kq
6.part.markası MVC-62 MV2-57 MVK-2
7.partlama gücü 150-500 N 200-500 N 8-12 N
Tank əleyhinə minaların quruluşu:
1.metal-ağac və ya plastik kütləvi gövdə 2.partlayıcı maddənin atımı
3.partladıcı 4.detanatordan
İş prinsipi:Texnikanın təkəri minanın üstünə çıxır,onun qabağı əzilir,partladıcı detanatora dirənərək aşağı basılır,zərbə mexanizminin vurucu mili yayın təzyiqi altında alışdırıcını deşir və minanı partladır.
Piyada əleyhinə minalar- düşmənin canlı qüvvəsini məhv etmək üçün tətbiq edilir.Onlar fuqaslı və qəlpələnən növləri olur.
Piyada əleyhinə minaların TTX –sı
1.minanın markası PDM - 6M PMN
2.ölçüsü
- hündürlüyü 50 mm 53 mm
- uzunluğu 200 mm 250 mm
3.çəkisi 0,2 kq 0,2-0,55 kq
4.yeşikdə sayı 110 mina 25 mina
5.yeşikdə çəkisi 43 kq 28 kq
Piyada əleyhinə minaların TTX-sı(qəlpəli minalar)
1.markası POMZ-2M OZM-72 MON-50 SM
2.ölçüsü
- hündürlüyü 109 mm 172 mm 226 mm 25 mm
- uzunluğu 60 mm 108 mm 155 mm 278 mm
3.çəkisi 1,2 kq 5 kq 0,7-2 kq 64 kq
4.məhv etmə ərazisi 4 m 25 m 50 m -
5.yeşikdə sayı 22 mina 6 mina 6 mina 60 mina
6.yeşikdə çəkisi 25 kq 54 kq 25 kq 36 kq
Piyada əleyhinə minaların quruluşu
1.gövdədən 2.partlayıcı maddədən
3.qoruyucu mexanizmdən 4.partladıcıdan
İş prinsipi: Minanın müvəqqəti metal mili qırılandan 2,5 dəqiqə sonra döyüş vəziyyətinə keçir.Minanın ayaqlayarkən onun qabağı aşağı oturur,mil partladıcıdan çıxır,vurucu mil azad olub,yayın təzyiqi altında alışdırıcını deşir və mina partlayır. Tank əleyhinə minaları 5-8 sm,piyada əleyhinə minaları isə 1-2sm qalımlığındakı torpaq qatı altında düzülür. Piyada əleyhinə minanı çıxartmaq qadağandır. Minanı göstərən əlamətlər bunlardır:
-
onların üzərindəki təpəcik
-
onların qoyandan sonra yığışdırılmamış torpaq qalıqları
-
qışda tapdanmış qar
-
mina və partladıcıların unudulub qalmış qablaşdırma materialları
-
təkər və ayaq izləri
-
göstərici nişanlar və çəpərlər
Tank əleyhinə minalar aşağıdakı üsullar vasitəsilə düzülür:
-
əllə
-
- xüsusi avadanlıqlı minadüzən mexanizmlə
-
- vertolyotlar vasitəsilə
Mövzu 14: Əsgərin döyüşdə vəzifələri. Hücumda və müdafiədə əsgərin fəaliyyəti. Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti
Dostları ilə paylaş: |