##num= 18// level= 1// sumtest=20 // name= Cümlə üzvləri ilə bağlı olmayan söz qrupları //
1. Xitab olmayan cümlə hansıdır?
A) Ağlama, bala, xortdan gələr səni aparar.
B) Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım.
C) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar.
D) Duman, salamat qal, dağ , salamat qal.
E) Baş alıb gedirsən hayana, ceyran? !
2. “Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz“.
Cümlə üzvlərini ardıcıllıqla düzün.
A) təyin - mübtəda - xəbər - təyin - mübtəda - təyin - tamamlıq - xəbər
B) mübtəda - xəbər - mübtəda - təyin - tamamlıq - xəbər
C) mübtəda - mübtəda - xəbər - təyin - mübtəda - təyin - tamamlıq - xəbər
D) təyin - mübtəda - xəbər - tamamlıq - təyin - mübtəda - xəbər
E) mübtəda - təyin - xəbər - tamamlıq - təyin - xəbər
3. Cümlələrin birində feli ara söz işlənmişdir.
A) Demək, evin qapısını döymək olmazdı.
B) Bəlkə, bu yerlərə bir də gəlmədim.
C) Doğrudur, Rey bizimki deyil.
D) Xoşbəxtlikdən, qəza yüngül xəsarətlə ötüşdü.
E) Əlbəttə, Aslan atasının xasiyyətinə bələd idi.
4. Verilmiş cümlələrdən hansında ara söz işlənməmişdir?
A) İndi demək, gülmək, şadlıq etmək lazımdır.
B) Demək, mənimlə getmirsən.
C) Fəhlələr də, deyəsən, kiçik bir işarə gözləyirdilər.
D) Təəssüf ki, yolu bizə göstərən yoxdur.
E) Ürəyimdə, necə deyərlər, bir nisgilim var.
5. Hansı bənddəki ara sözlər yəqinlik bildirir?
1 - həqiqətən 5 - doğrudan
2 - şübhəsiz 6 - əlbəttə
3 - təəssüf 7 - şəksiz
4 - bəlkə 8 - heyif ki
A) 1, 2, 3, 4, 7
B) 3, 4, 5, 6
C) 1, 2, 5, 6, 7
D) 2, 3, 5, 6
E) hamısı
6. Cümlələrin neçəsində müraciət obyekti cansız varlıqlardır?
1 - Baş alıb gedirsən hayana, ceyran? !
2 - Dəli könül, nə divanə gəzisən? !
3 - Qızılgül, bağü - bustanım, nə dersən? !
4 - Niyə pərişandır halların, dağlar? !
5 - Nə var, nə deyirsən, bivəfa yarım?
A) 2, 3, 4
B) 1, 4, 5
C) 3, 4
D) 4, 5
E) 2, 4
7. Cümlələrin ikisində ara söz işlədilmişdir.
1 - Oğlum, el harada, sən də orada. 2 - O, bir el vurğunu, el aşiqi idi. 3 - Atalar deyiblər: “Haradan incələr, oradan üzülər“ . 4 - Necə deyərlər, niyyətin hara, mənzilin ora. 5 - Bəlkə, bu yerlərə bir də gəlmədim.
A) 4, 5
B) 1, 5
C) 1, 2
D) 3, 4
E) 3, 5
8. Aşağıdakılardan hansılar xitabın ifadə vasitəsi ola bilməz?
1 - Birinci növ təyini söz birləşməsi. 2 - İkinci növ təyini söz birləşməsi. 3 - Üçüncü növ təyini söz birləşməsi. 4 - Məsdər tərkibi. 5 - Feli sifət tərkibi. 6 - Feli basğlama tərkibi. 7 - İsim
A) 4, 6
B) 3, 4, 6
C) 2, 4, 6
D) 1, 3, 4
E) 2, 4, 5, 7
9. Ara sözlərdə hansı durğu işarələri işlənir?
1 - vergül 2 - tire 3 - iki nöqtə 4 - mötərizə 5 - nida
A) 1
B) 1, 2, 5
C) 3
D) 2, 4, 5
E) 1, 2, 4
10. Verilmiş ara sözlərdən hansı fikrin mənbəyini, kimə aid olduğunu bildirir?
A) atalar demişkən
B) ola bilsin ki
C) təəssüf ki
D) əksinə
E) deməli
11. Xitablarda hansı durğu işarələri işlənir?
1 - vergül 2 - tire
3 - iki nöqtə 4 - mötərizə
5 - nida
A) 1, 5
B) 1, 2, 5
C) 3, 5
D) 2, 4, 5
E) 1, 2, 4
12. Ara cümlələr yazıda əsas cümlənin üzvlərindən hansı durğu işarələri ilə ayrılır?
1 - tire 2 - mötərizə
3 - nöqtəli vergül 4 - mötərizə, nöqtə
5 - mötərizə, dırnaq 6 - qoşa nöqtə, dırnaq
A) 1, 2
B) 1, 5
C) 4, 6
D) 1, 3
E) 2, 6
13. Hansı cümlələrdə ara sözlər işlədilmişdir?
1 - Niyə açdın, ay bənövşə, dərənin ki yoxdu sənin.
2 - Doğrusunu demək hünərdir.
3 - Bir sözlə, Yasəmən nənəsindən qopub aralanmırdı.
4 - Necə deyərlər, niyyətin hara, mənzilin ora.
5 - Bəlkəni əkiblər, bitməyib.
A) 3, 4
B) 1, 5
C) 1, 2
D) 2, 4
E) 3, 5
14. Əvvəl feli, sonra ismi ara sözləri ardıcıllıqla düzün.
1 - deyəsən 2 - tutaq ki 3 - birincisi 4 - əlbəttə 5 - düzü 6 - bizcə 7 - görürsən ki
A) 1, 2, 7, 3, 4, 5, 6
B) 1, 2, 5, 3, 4, 6, 7
C) 2, 3, 7, 1, 4, 5, 6
D) 1, 2, 3, 6, 4, 5, 7
E) 2, 4, 7, 1, 3, 5, 6
15. “Bu sonsuz atəş mənbəyi insanları cana gətirir, maddi ehtiyac içində qovrulan kəndlilərə əzab verirdi”. Cümlə üzvlərini ardıcıllıqla düzün.
1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik
A) 4 - 4 - 1 - 3 - 2 - 4 - 3 - 2
B) 4 - 1 - 3 - 2 - 5 - 3 – 2
C) 4 - 4 - 2 - 1 - 5 - 3 - 2
D) 1 - 3 - 2 - 4 - 3 - 2
E) 4 - 4 - 1 - 2 - 5 - 2
16. Verilmiş mühakimələrdən hansı düzgün, hansı yanlışdır? Ardıcıllıqla (əvvəl düzgün, sonra yanlış) düzün.
1 - Cümlədə modallığı daha qabarıq nəzərə çatdırmaq üçün xüsusi söz qruplarından istifadə olunur. 2 - Söz birləşmələrində modallığın zahiri əlamətlərini görmək olur. 3 - Azərbaycan dilində mürəkkəb sözlər, adətən, üç, dörd və daha artıq kökdən ibarət olur. 4 - Feli bağlama tərkibi cümlədə zərflik olur. 5 - Sabit söz birləşmələrində qrammatik əlaqə güclü, sərbəst birləşmələrdə isə zəif olur. 6 - Feli sifət tərkibi cümlədə, əsasən, təyin olur. 7 - Sabit birləşmələr çox zaman bu və ya digər sözün ekvivalenti, sinonimi kimi işlənir, sərbəst söz birləşmələrində isə bu xüsusiyyət yoxdur.
A) 1, 4, 6, 7, 2, 3, 5
B) 1, 2, 5, 3, 4, 6, 7
C) 2, 3, 7, 1, 4, 5, 6
D) 1, 4, 5, 7, 2, 3, 6
E) 1, 4, 6, 2, 3, 5, 7
17. Aşağıdakı mühakimələrdən əvvəl düz, sonra yanlış olanları ardıcıllıqla düzün.
1 - Adlıq halda olan isim cümlənin xəbəri ola bilər. 2 - Yiyəlik halda olan söz ayrılıqda cümlənin heç bir üzvü ola bilmir. 3 - İsim cümlənin təyini kimi işlənə bilməz. 4 - Şəxssiz cümlənin xəbəri bir qayda olaraq 3 - cü şəxsin təkində olur.
A) 2, 3, 1, 4
B) 1, 2, 4, 3
C) 1, 2, 3, 4
D) 1, 4, 2, 3
E) 4, 1, 2, 3
18. Uyğunluğu müəyyən edin.
I Xitab
II Ara cümlə
III Ara sözlər
1 - Daxil olduğu cümlə üzvləri ilə uzlaşmayan özləri müstəqil cümlə təşkil edən söz qrupudur.
2 - Daxil olduğu cümlə üzvlərindən hər iki tərəfdən vergüllə və ya mötərizə ilə ayrılır.
3 - Qrammatik modallığın yaranmasında əsas vasitələrdəndir.
4 - Morfoloji tipinə görə həm ismi, həm də feli olur.
5 - Adlıq halda olur və heç bir suala cavab vermir.
6 - Həmişə II şəxsin adının yerini tutur.
A) I 5, 6; II 1, 2; III 3, 4
B) I 1, 4; II 2, 3; III 5, 6
C) I 4, 5; II 1, 6; III 2, 3
D) I 3, 5; II 2, 4; III 1, 6
E) I 2, 5; II 1, 3; III 4, 6
19. Uyğunluğu müəyyən edin.
I Mübtəda
I Xitab
1 - Tabeedici tərəf kimi asılı sözlə uzlaşma əlaqəsi ilə bağlanır.
2 - Heç bir sintaktik suala cavab vermir.
3 - Kim? , nə? , bəzən də hara? suallarına cavab verir.
4 - Xüsusi intonasiya ilə deyilir.
5 - Cümlənin istənilən yerində gələ bilər.
6 - Ən çox cümlənin əvvəlində işlənir.
A) I 2, 4, 6; II 1, 3, 5
B) I 1, 2, 4; II 3, 5, 6
C) I 1, 3, 6; II 2, 4, 5
D) I 2, 3, 6; II 1, 4, 5
E) I 3, 4, 5; II 1, 2, 6
20. Uyğunluğu müəyyən edin.
I Sevgilim, gözlərin düşür yadıma.
II Gözəl qız, sən saf susan, İki qəlb arzususan.
III Ey Vətən yolunda şəhid olanlar, bu torpaq sizi unutmaz!
1 - Təslim ol, dəli Kür, inadı burax!
2 - Sevən ölsünmü, sultanım, nə dersən? !
3 - Boz at, səni sərtövlədə bağlaram.
4 - Xalqın malını yeyib ona arxa çevirənlər, haqqın divanından yaxa qurtara bilməzsiniz!
5 - Bilirəm, əyilməz qalasan, qala, Vuruş, igid bala, mehriban bala!
6 - Mən də, qardaş, sənin kimi dağ aşmalıyam.
A) I 2, 6; II 1, 3, 5; III 4
B) I 2, 4; II 1, 5; III 3, 6
C) I 4, 6; II 2, 5; III 1, 3
D) I 1, 2; II 3, 4, 6; III 5
E) I 4, 5; II 2, 3; III 1, 6
Dostları ilə paylaş: |