Təmsil oxunarkən məzmunun başa düşülməsinə mane ola biləcək
biqərar , oyalaq, naəlac sözlərinin mənası müəllim tərəfindən izah olunur.
Təmsilin hissə – hissə oxunması. Müəllimin göstərişi ilə uşaqlar təmsili hissə – hissə ucadan oxuyurlar. Hər hissə oxunduqdan sonra anlaşılmaz və az anlaşılan söz və ifadələr aydınlaşdırılır.
Dərsin bu mərhələsində təmsil dörd hissəyə ayrılır və hər hissə bir qrupun nümayəndəsi tərəfindən oxunub təhlil edilir.
Birinci hissə: “Başı qarışmış idi” sözlərinədək. Bu hissənin məzmunu ilə əlaqədar müzakirə zamanı müəllimin də işə qarışması ilə uşaqlar belə suallar verirlər: “Onun başı nə üçün qarışmışdı? ” , “ Hər çiçəyin yarpağı olmuş idi oylağı ” sözləri ilə şair nə demək istəyir?, “Kefə alışmış idi” misrası nəyi bildirir? “Birqərar” sözünü hansı sözlərlə əvəz etmək olar? , “Oylaq” nə deməkdir? “Bu hissəyə aid sözlə necə şəkil çəkmək olar? ”, “Bu hissəyə necə başlıq vermək olar? ” (Başlıq yazı taxtasında yazılır).
İkinci hissə. “Susdu daha naəlac” misrasına qədər. Suallar: «Cırcıramanın bu qayğısızhəyatına nə vaxt son qoyuldu?». «O nə üçün qəmləndi?». « Onun ac qalmasına səbəb nə idi». «Yox daha güldən əsər» sözlərini necə başa düşürsünüz? . Bu hissəyə aid necə şəkil çəkmək olar? . « Bu hissəyə aid necə şəkil çəkmək olar? ». « Bəs hissəyə necə başlıq vermək olar? » (Başlaq yazı taxtasında yazılır).
Üçüncü hissə. Təmsilin axırınadək. Suallar: « Qarışqa Cırcıramadan nə soruşdu». «O, nə üçün Cırcıramaya belə sual verdi?». «Qarışqa nə üçün Cırcıramaya yemək vermədi? » «Qarışqa Cırcıramaya kömək etsə idi nə olardı?» (Başlaq yazı taxtasında yazılır).