= sözlərin hecalara, hecaların səslərə ayrılması və işarələnməsi;
= verilmiş səslərdən sözlərin düzəldilməsi və işarələnməsi;
= səslərin yerdəyişməsi ilə mənaların dəyişməsi və işarələnməsi prosesi üzrə təhlil-təqdim.
Səs təhlil-tərkib metodunun aşağıdakı növlərini göstərmək olar:
1) səs-kök təhlil-tərkib metodu:
2) səs-səs təhlil-tərkib metodu:
3) səs-heca təhlil-tərkib metodu:
4) səs-heca+səs təhlil-tərkib metodu:
5) səs-heca+səs+heca təhlil-tərkib metodu:
6) səs-heca+səs+heca+söz təhlil-tərkib metodu.
Nəticə: Müxtəlif tarixi dövrlərdə savad təlimi prosesində müxtəlif metodlardan istifadə edilmişdir.
Təlim prosesində aşağıdakı yanaşma və öyrətmə taktikaları xüsusi yer tuturdu:
Birinci taktiki öyrətmə: Hissələrdən, yəni səslər və hərflərdən Tama, yəni hecalara, sözlərə və nitqə;
Eyni zamanda, Tamdan(heca, söz və nitqdən) hissələrə (səslərə, hərflərə) doğru öyrətmə.
Dostları ilə paylaş: |