Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq biznesdə kiçik biznesin yeri və əsas



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə12/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   126
beynelxalq-biznes

1.5. Beynəlxalq biznesdə kiçik biznesin yeri və əsas 
xüsusiyyətləri. 
 
Sahibkarlıq bazar iqtisadiyyatında və ona keçid döv-
ründə mühüm amil olmaqla yanaşı bazar iqtisadiyyatının 
tərkib hissəsidir. O, hər şeydən əvvəl kiçik biznesdə əksini 
tapmışdır. Sahibkarlıq istehlak bazarında, o cümlədən 
inşaat bazarında rəqabət mühitini yaratmış və inkişaf 
etmişdir. Eyni zamanda sahibkarlıq – yəni kiçik biznes 
iqtisadi artım tempinə, ümumi milli məhsulun strukturuna 
və keyfiyyətinə təsir göstərir. Onu da qeyd etmək yerinə 
düşərdi ki, bazar iqtisadiyyatında kiçik biznesin dövlət 
tərəfindən dəstəklənməsinə və ona yardım göstərilməsinə 
zərurət xeyli artır.
Kiçik biznesin fəaliyyət dinamikası bir çox 
amillərdən, o cümlədən sahibkarın biznes fəaliyyəti ilə 
məşğul olmağa hazır olmasından asılıdır. Beləki, 
sahibkarların kifayət qədər peşəkarlıq hazırlığı olmaması 
firma və müəssisənin müflisləşməsinə və bununla da 
fəaliyyətinin dayandırılmasına səbəb olur. Kiçik bizneslə 
məşğul olan sahibkar hər tərəfli inkişaf etmiş insan 
olmaqla yanaşı, riskləri öz üzərinə götürməyi də 
bacarmalıdır. 
Kiçik biznesin Azərbaycanın milli iqtisadiyyatının 
formalaşması və inkişafında, yeni iş yerlərinin yaradılması 
ilə həyat səviyyəsinin yaxşılaşdırılmasında rolu böyükdür. 
Hal-hazırda bazar iqtisadiyyatında kiçik və orta müəssisə-
lərin fəaliyyətinə müstəqil dövlətlərdə geniş yer verilir və 
bu proses davam edir. 
Dövlətlərdə bu növ müəssisələrə üstünlük verilməsi 
bir sıra iqtisadi və sosial səbəblərlə bağlıdır. Bunlara, 
istehsalın və əməyin təşkilində çevik formalardan istifadə, 
məhsul çeşidinin genişliyi, keyfiyyətin yüksəlməsi, rəqa-


23 
bətin gücləndirilməsi və s. aid edilir. Həmçinin bu zaman 
müəssisələrdə yeniliklərin, yeni texnologiyaların tətbiqi, 
əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi artır. Bundan 
başqa bu növ müəssisələrin fəaliyyəti üçün böyük kapital 
qoyuluşu tələb olunmur. Bir sözlə bazar iqtisadiyyatında 
kiçik müəssisələrin funksional rolu aşağıdakılardan 
ibarətdir. 
1. Onlar yeni texnologiyaya çevikliklə uyğunlaşırlar. 
2. İxtisaslaşmaların inkişafına kömək edirlər. 
3. Elmi-texniki tərəqqi və informasiyaya xüsusi yer 
ayırırlar. 
4. Yeni növ məhsul istehsalına cəhd edirlər. 
5. Kapitalın sürətli dövriyyəsini təmin edirlər. 
6. İnhisarçılarla mübarizə aparırlar. 
Kiçik biznes hər bir ölkədə müxtəlif adlar altında 
həmin ölkələrin qanunlarına uyğun fəaliyyət göstərirlər və 
onların kəmiyyət meyarları mövcuddur ki, bunlara aiddir: 
- Müəssisədə məşğul olan işçilərin sayı; 
- Satışın (dövriyyənin) həcmi; 
- Aktivlərin dəyəri. 
Bir sıra ölkələrdə kiçik və orta biznes üçün formal 
kəmiyyət müəyyənləşdiricisindən istifadə edirlər. Bu 
müəssisələrdə çalışan fəhlələrin sayıdır. 
Müəssisələrin kiçik biznesin subyektinə aid etmək 
üçün təkcə kəmiyyət meyarlarından istifadə kifayət deyil. 
Təcrübə göstərir ki, işçilərin sayı az olan müəssisə-
lərdən bəzilərinin illik dövriyyəsi bir neçə milyon ABŞ 
dollarına çatır. Bunu artıq kiçik biznes adlandırmaq 
olmaz. Bu bir də sübut edir ki, kiçik sahibkarlığın müəy-
yənləşdirilməsinə formal-kəmiyyətə görə yanaşma aşağı-
dakılara görə kifayət deyildir. 
- istehsal olunan məhsulun nisbətən az olması; 


24 
- müqayisəli məhdud resurslar (maliyyə, kadr və s.); 
- yüksək təşkilatı-funksional çeviklik və mobillik; 
- idarəetmə sisteminin az inkişaf etməsi strateji və-
ziyyətin qiymətləndirilməsi; 
- qeyri-müntəzəm menecment, ―Sağlam fikir‖ idarə-
etmənin üstünlüyü; 
- idarəetmə orqanlarının səhmdarın əlində cəmləşməsi; 
- məhdud bazar seqmentlərinə malik olmaq qabiliy-
yəti; 
- istənilən şəraitdə müəssisənin müstəqilliyinin qoru-
nub saxlanması. 
Müstəqil dövlətlərdə də kiçik biznesin əsas xüsusiy-
yətləri mövcuddur ki, bunlar aşağıdakılardır: 
1. Kiçik və orta müəssisələrə aid edilmə meyarı. 
2. Kiçik müəssisələrin artım strategiyası. 
3. Kiçik və orta müəssisələrin güclü tərəflərinin 
müəyyənləşdirilməsi. 
Bir çox müstəqil ölkələrdə sahibkarlıq terminologi-
yası, həm də onun işçilərinin sayının aid edilməsi meyar-
larında fərqlər mövcuddur. Belə ki, kiçik biznes termino-
logiyası ingilis dilli ölkələrdə geniş yayılmışdır. Digər öl-
kələrdə – Orta Avropada və Yaponiyada ən çox «kiçik və 
orta müəssisə» anlayışı işlənir. Satışın həcminə görə kiçik 
müəssisələr aid edilən bəzi firmalar iri müəssisələrlə mü-
qayisə ediləndir. Fəhlələrin sayına görə ölkələr üzrə kiçik 
biznes – sərbəst sahibkarlıq və idarəetməli olan müəssisə-
dir. Onlar cədvəldəki kimidir. 
ABŞ – 500, Almaniya, İtaliya, Fransada – 500, Ya-
poniyada – 300, Böyük Britaniyada 200, Hollandiyada – 
100, Belçikada – 70 nəfər təşkil edir. 


25 
Sahələr üzrə də fərqlər vardır. Buna baxmayaraq 
sahibkarlıqda dövlət himayəsinin ümumi əlamətləri möv-
cuddur. Bunlara aiddir: 
- vergi güzəştləri; 
- sahibkarlığa kömək proqramı; 
- maliyyə köməyi; 
- investisiya inkişaf proqramı; 
- dövlət müqavilələrində iştirakına yardım; 
- kurslar və informasiya nəşrlərinə yardım; 
- resursların əlaqələndirilməsi; 
- qarşılıqlı yardım üzrə müqavilələrin bağlanması
(təhsil və s.); 
- ixraca yardım; 
- informasiya sisteminin təşkilinə kömək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-
cü il 20 aprel tarixli 57 №-li qərarı ilə iqtisadi fəaliyyət 
növləri üzrə kiçik sahibkarlıq (biznes) subyektlərinin 
müəyyənləşdirilməsi zamanı hədlər təsdiq edilmişdir 
(2009-cu il 18 dekabr 192 №-li qərarı ilə dəyişikliklər ol-
muşdur). Həmin hədlər aşağıdakı cədvəldə öz əksini tap-
mışdır.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin