Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə20/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   126
beynelxalq-biznes

 
 
 


40 
 
FƏSİL 3. BEYNƏLXALQ BİZNESİN SFERASI
 
3.1. Hüquqi və siyasi mühit 
 
Beynəlxalq biznes fəaliyyətinə təsir edən xarici mü-
hit amillərindən bir hüquqi sistemlərdir. Beynəlxalq aləm-
də fəaliyyət göstərən hüquqi sistemlər üç qrupa bölünür: 
1. Ənənəvi hüquqi sistemlər. 
2. Vətəndaş hüquqi sistemləri. 
3. Teokratik hüquqi sistemləri.
ABŞ və Böyük Britaniya adi və ya ənənəvi hüquq 
sistemlərinin bariz nümunəsidir. Buna baxmayaraq ABŞ-
da ―Vahid Kommersiya kodeksi‖ mövcuddur ki, vətəndaş 
hüquq sisteminin özünəməxsusluğunu əks etdirmək və sa-
hibkarlıq fəaliyyətinin tənzimlənməsinə xidmət edir.
Ənənəvi hüquq sistemləri mənəviyyata, ənənələrə, 
adətlərə əsaslanmaqla bərabər qanunların məhkəmələrdə 
tətbiq olunmasında geniş istifadə olunur. 
Ənənəvi hüquq sistemlərinin əsas yaradıcıları və 
biznes aləminə tətbiq ediciləri ingilislər olmuşdur. Onlar 
bu sistemi müasirləşdirmiş və vahid bir formaya gətirmək-
lə tətbiqinə nail olmuşlar. Lakin bu hüquqi sistem təkcə 
İngiltərədə istifadə olunmaqla qalmamış, Böyük Britani-
yanın vaxtı ilə işğal etdiyi koloniyalarda da tətbiq olun-
muşdur. Bu gün ənənəvi hüquq sisteminin tətbiq edildiyi 
əsas ölkə kimi Böyük Britaniya qəbul edilmir.
Vətəndaş hüquq sistemləri adlandırılan sistemlər
xırdalıqlarına qədər işlənmiş qaydalar kompleksi forması-
na salınmış, kodesk formasına gətirilmişdir. Dünyanın 70-
dən çox ölkəsi, o cümlədən Almaniya, Fransa, Yaponiya 


41 
və Rusiya da daxil olmaqla biznes fəasliyyətində vətandaş 
hüququna əsalanır.
Beləliklə bu iki sistem arasındakı fərq ondan ibarət-
dir ki, ənənəvi hüquq hadisələri ənənələrə əsaslana məh-
kəmə qərarları ilə, vətəndaş hüququ isə qanunlarala tən-
zimlənir.
Hüquqi təsirin mühitinə aşağıdakılar daxildir: 
1. Kommersiya və ya müqavilə, patentlərin müdafiə-
si, əmtəə nişanları, müəlliflik hüuqu; mühasibat uçotunun 
formaları. 
2. Ümumhüquqi mühit ətraf mühitin mühafizəsi haq-
qında qanun, sanitar-gigiyenik-normalar, texniki təhlükə-
sizlik qaydaları. 
3. Yeni biznesin yaradılması. 
4. Əmək qanunvericiliy.
5. Antifrist qanunvericilik. 
6. Qiymətəmələgəlmə . 
7. Vergi qanunvericiliyi.
Çoxmilli şirkətlərin rəhbərləri əlaqəli olduqları ölkə-
lərin qanunvericilik aktları ilə yaxından tanış olmalı və iq-
tisadi əlaqələrdə bundan düzgün istifadə etməlidirlər.
İstənilən cəmiyyətdə biznesin fəaliyyətinə iki cür 
yanaşma təsir göstərir. Bu siyasi və iqtisadi sistemlərin 
formalarıdır.
Siyasi sistem birgə yaşayışın mühimlyni təmin et-
mək üçün cəmiyyətin inteqrasiyasından ibarətdir.
İqtisadi sistem məhdud resurslardan istifadə və bu 
resursların əlaqələrini və paylanmasını təmin edir.
İdeologiya–konsepsiyaların, nəzəriyyələrin, məqsəd-
lərin məcmusu olmaqla sistemləşdirilmiş sosial – siyasi 
proqramdır.


42 
Plüyuoristik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki, 
burada müxtəlif ideologiyalar həyata keçirilir.
Müasir dövlət qurumları öz ideolojiya və idarəetmə 
prinsiplərinə görə iki əsas sistemə bölünür: 
1. Demokratik sistemlər. 
2. Totalitar sistemlər.
Demokratiya ideologiyası başlanğıcını qədim yunan-
lardan götürmüşdür ki, onun da əsasını qərar qəbul etmə 
presesində bütün vətəndaşların iştirakını təmin edir.
Müasir siyasi demoktarik sistemlərin xarakterik 
xüsusiyyətləri aşağıdakılardır:
1. Vicdan azadlığı, söz, mətbuat və təşkilatlarda 
iştirak; 
2. Səsverənlərin onları təmsil edəcək nümayəndələ-
rin seçilməsi ilə başa çatan azad seçkilər; 
3. Tutulmuş vəzifədə müəyyən müddətə kimi fəaliy-
yət göstərmək; 
4. Müstəqil seçkili məhkəmə sistemi;
5. Dövlətin nisbi açıqlığı. 
Totalitar dövlətlərdə qərar qəbul edilməsində yalnız 
bir qrup vəzifəli şəxslər iştirak edir.
Bu rejimlər teokratik və totalitarizm olmaqla islam 
ölkələrinə xasdır və bəzi Latın Amerikası ölkələrinə aiddir.
Digər totalitar rejimlərə kommunist rejimləri də da-
xildir. Bu rejimlər K.Marksın və B.İ.Leninin nəzəriyyələ-
rinə əsaslanan proletar diktaturasina əsaslanır və sosial in-
qilabların nəticəsində yaranır.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin