Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə19/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   126
beynelxalq-biznes

İnvestisiyalar-gəlir əldə etmək məqsədilə iqtisadiy-
yata qoyulan uzun müddətli kapital qoyuluşudur. İnvesti-
siyalar müasir iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir 
hesab edilir. İnvestisiya siyasətinin həyata keçirilməsi iqti-
sadiyyatın səmərələyindən asılı olan, məhsulun prioritet 
sahələrini müəyyən edir. 
İnvestisiya mühiti regionda edilə bilinən investisiya 
sahələri ilə bağlı vəziyyətin böyük artımını və gəlirini 
təmin edən kapital qoyuluşunun yüksək əlverişliliyini xa-


37 
rakterizə edir. Aparılan təcrübə göstərir ki, investorlar iqti-
sadi və siyasi sabitliyi ilə seçilən ölkələrə daha maraq 
göstərir. Potensial investorlar yatırım etibarlığının və gəli-
rin əldə edilməsinin tərs mütənasib olduğunu qeyd edirlər. 
Potensial investisiya baxımından güclü olan ölkənin gəliri 
az miqdarda olur. İnvestisiya qoyuluşu üçün ABŞ ən eti-
barlı və güclü ölkədir. Ona görə də Azərbaycanda inves-
torların neft istehsalından əldə etdiyi gəliri ABŞ 8-10 il 
ərzində əldə edir. 
Sosial-iqtisadi investisiya fəaliyyətinin əsas hüquq 
nəzarətçiləri, Azərbaycan Respublikası ərazisində ―Xarici 
investisiya qoyuluşları haqqında‖ və ―İnvestisiya fəaliyyə-
ti haqqında‖Azərbaycan Respublikasının qanunlarında nə-
zərdə tutulan məsələlər öz əksini tapmışdır. Yuxarıda gös-
tərilən qanunlar həm yerli həm də xarici investorların döv-
lətlərinə, zəmanət və məhkəmə müdafiəsini təqdim 
edir.―Xarici investisiyaların qorunması haqqında‖Azər-
baycan Respublikasının qanunu ölkə ərazisində xarici in-
vestisiyaların qoyuluşunda hüquqi və iqtisadi prinsipləri 
müəyyən edir. Qanun xarici maddi və maliyyə vasitələri-
nin cəlb olunmasına və səmərəli istifadəsinə yönəldirilərək 
xarici investorların hüquqlarının müdafiəsinə təminat 
verir.
2.5. Beynəlxalq biznesin təşkili formaları 
 
Beynəlxalq biznesin təşkili formalarının seçilməsinə 
firmanın fəaliyyət növü, istehsal olunan məhsullar, maliy-
yə vəziyyəti və digər amillər təsir edir. Onlardan ən mü-
hümləri aşağıdakılardır: 
1. Sahibkarın qarşıya qoyduğu məqsədlər və onların 
həyata keçirilməsi yolları; 


38 
2.Start (başlanğıc) kapitalının təşkil edilməsi üsul-
ları; 
3. Sahibkarın istehsal–təsərrüfat fəaliyyətini həyata 
keçirdiyi metodlar; 
4. Biznesin idarə edilməsinin təşkilatı forma və metod-
ları; 
5.Sahibkar tərəfindən istifadə edilən əmlakın mül-
kiyyət forması; 
6. İstehsalın təşkili forması. 
Beynəlxalq biznesdə müxtəlif biznes formaları işti-
rak
edir ki,
bu formaların seçilməsi sahibkarın marağı və 
peşəsindən
qismən asılı olsa da əsasən aşağıdakılardan ası-
lıdır: 
1. Obyektiv şəraitlə;
2. Fəaliyyət sferası ilə;
3. Pul vəsaitinin miqdarı ilə; 
4. Müəssisənin dəyəri ilə
5. Beynəlxalq bazarın vəziyyəti ilə; 
Sahibkarlıq forması aşağıdakılardır:
1. Fərdi;
2. Kollektiv; 
3. Korporativ. 
Beynəlxalq biznesdə kollektiv sahibkarlığın göstə-
rilən formalar istər kiçik, istərsə də iri miqyaslı biznesdə 
əsas yer tutur. Dövlət qanunvericiliklərinin fərqinə baxma-
yaraq dünya təcrübəsində işgüzar fəallığın duruş gətirən 
kollektiv formalarının aşağıdakılar olduğu təcrübədə təs-
diq olunmuşdur:
1. Təsərrüfat ortaqlığı; 
2. Təsərrüfat cəmiyyətləri; 
3. Səhmdar cəmiyyətləri;


39 
4. Birliklər.
Beynəlxalq biznesdə ən geniş fəaliyyət göstərən təş-
kilatı formalar transmilli banklar və transmilli korparasi-
yalardır.
Transmilli korparasiyalar beynəlxalq biznesin gene-
ratoru hesab olunur. Transmilli korparasiyalar beynəlxalq 
iqtisadiyyatda birinci nəsil (1914-1918-ci illər), ikinci 
nəsil (1918-1939-cu illər), üçüncü nəsil (1950-1960-cı il-
lər), dördüncü nəsil (1970-1990-cı illəri) əhatə edir.
Müştərək müəssisələrin yaradılması prosesində mey-
dana çıxan risklər ətraf mühitin xüsusiyyətləri ilə əlaqə-
dardır. Xaricdə müştərək sahibkarlıqda iştirak edən müəs-
sisələr üçün ən mühüm risklər aşağıdakılardır:
- biznes fəaliyyətinin təşkilinin tamamilə yeni şəraiti 
ilə əlaqədar risk; 
- tərəfdaşların təmsil olunduğu ölkələrdə sosial-iqti-
sadi siyasətin dəyişməsi; 
- dövlətlərarası münasibətlərin pisləşməsi (gərginləş-
məsi) ilə əlaqədar siyasi xarakterli risk; 
- kapitalın və mənfəətin köçürülməsi.
Müştərək müəssisələrin nizamnamə fondu tərəfdaş-
ların vəsaitləri hesabına yaradılır, həm idarəetmənin təş-
kili, həm də mənfəət və riskin bölüşdürülməsi bu paya uy-
ğun olaraq həyata keçirilir. Müştərək müəssisənin sosial-
iqtisadi mahiyyəti tərəfdaşların texnoloji və emosional 
əməkdaşlığı ilə müəyyən olunur. Əməkdaşlığın texnoloji 
tərəfi tərəfdaşların birgə sərmayə qoyuluşunda öz əksini 
tapır.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin