30
olmaq, daxili bazarda tələb-təklifi tənzimləmək, həmçinin
digər ölkələrin ayrı-seçkilik əməllərinə cavab məqsədilə
tətbiq edilir.
Öz əhatə sahəsinə görə kvotalar qlobal və fərdi kvo-
talara bölünürlər.
Qlobal kvotalar müəyyən zaman ərzində
müəyyən əmtəənin idxal və ixracına (həmin əmtəənin han-
sı ölkəyə idxal və ixrac olunmasından asılı olmayaraq)
münasibətdə tətbiq edilir. Bu tip kvotaların tətbiq edilmə-
sində səbəb daxili istehlakın lazımi səviyyəsini təmin edil-
məsidir. Daxili istehsalla əmttənin daxili istehlakı arasın-
dakı fərq qlobal kvotaların həcmi kimi hesablanır.
Qlobal kvota çərçivəsində müəyyən edilməklə əmtə-
əni idxal və ixrac edən hər bir ölkə üzrə kvotanın həcmini
Fərdi kvotalar göstərir. Bu cür kvotalar adətən ikitərəfli
sazişlər əsasında tətbiq edilir.
Onlar siyasi, iqtisadi və
digər maraqlar üzrə sıx əlaqələr qurulmuş ölkələrə əmtəə
idxalı və ya ixracında əsas üstünlüyü əldə etməyə imkan
verir.
Beynəlxalq biznesdə
ən çox istifadə olunan və
müasir dövrümüzdə geniş yayılmış biznes növlərindən biri
də xidmətlərin ixracıdır.
Əsasən ixrac edilən xidmət növlərini aşağıdakılara
bölürlər:
1. Bank xidmətləri.
2. Sığorta xidmətləri.
3. Nəqliyyat xidmətləri.
4. Turizm xidmətləri.
5. İnjinirinq xidmətləri.
Bank xidmətləri hər hansı bir ölkənin banklarının
digər bir ölkədə filiallarının yaradılması və bu ölkədə
kredit verilməsi, investisiyaların qoyulması, eləcə də ma-
31
liyyə vəsaitlərinin transferti ilə məşğul olmaq üçün fəaliy-
yət göstərir.
Sığorta xidməti də beynəlxalq
biznesdə ikinci ölkə-
nin ərazisində müxtəlif firma və təşkilatlara sığorta xidmə-
ti göstərməklə öz şöbələrini yaratmış olur.
Beynəlxalq daşımalarda nəqliyyat xidmətinin əhə-
miyyəti böyükdür. Ona görə də bəzi şirkətlər nəqliyyat va-
sitələrini ikinci ölkə ərazisində yerləşdirməklə burada
sifarişlər əsasında beynəlxalq daşımalarda iştirak edirlər.
Turizm sahəsi beynəlxalq biznesin ən geniş yayılmış
formasıdır. Bu gün dünya ölkələrində bəzilərinin büdcələ-
rinin 30-40%-ini turizmdən gələn gəlirlər təşkil edir. İnji-
nirinq xidməti inkişaf etmiş ölkələrin yeni texnika–texno-
logiyalarının digər inkişaf etməkdə olan ölkələrə cəlb edil-
məsində əvəzsiz fəaliyyət formasıdır. Bir istehsalın müx-
təlif sahələrində yeni istehsal müəssisələrinin yaradılması,
tikinti işlərinin aparılması, kadr hazırlığının təşkili, müx-
təlif texnoloji avadanlıqların quraşdırılması və istismarının
yerinə - yetirilməsini təmin edir.
Xidmət idxal edən ölkələr adətən texniki və texnoloji
cəhətdən zəif inkişaf etmiş ölkələr, yaxud maliyyə baxı-
mından nisbətən kasıb ölkələr olurlar.
Ölkələrarası
gömrük müharibələri,xarici ticarətdən
əldə olunacaq üstünlüyü heçə endirdiyindən, xarici ticarə-
tin inkişafına mane olmaqla yanaşı bütövlükdə ümümdün-
ya təsərüfatının inkişafını da ləngidirdi. Ona görədə 1948
ci ildə Cenevrədə ümumdünya ticarətində gömrük tatiflə-
rini tənzimləyən qlobal dünya təşkilatı kimi Ticaərət və
gömrüklər üzrə Baş razılaşma yaradıldı. Bu təşkilatın-
Beynəlxalq ticarət təşkilatının əsasnaməsi hazırlanarkən
ABŞ təklifinə əsasən gömrük tariflərinin azaldılması və ti-
32
carətin liberallaşdılması nəzərdə tutuldu.
Havanada tərtib
olunan həmin əsanamə iştirakçı olkələr tərəfindən təsdiq
olunmadı lakin onun əvəzində gömrük siyasətinin əsas
normativləri qüvvəyə mindi. Dəqiqlələşdirilmiş amerika
təklifləri yəni iştirakçı
tərəflərinin bərabərliyi, ticarət azad-
lığı bu razılaşmanın əsas ideyasını təşkil edirdi. Nəticədə
Baş razılaşmanın və onun sələfi olan ÜDT (Ümum Dünya
Ticarət Təşkilatının) faliyyətinin əsasını
təşkil edən mü-
hüm aşağıdakı normativlər müəyyən olundu:
- xaricdən gətirilən və ya idxal edilən bütün əmtəə və
xidmətləri yoxlamadan, qeydiyata almadan, onların ticarə-
tinə mümkün qədər əlverişli şərait yaradaraq, ölkədə is-
tehsal olunan əmtəə və xidmətlərlə eyni səviyyəli gömrük
və vergi, ticarəti tənzimləyən normalarını tətbiq etmək;
- milli bazarı müdafiə etmək məqsədi ilə kəmiyyət
məhdudiyyətlərini və yaxud buna
uyğun tədbirləri tətbiq
etməmək;
- üzv dövlətlərin əmtəə və xidmət bazarlarında iştira-
kın genişləndirilməsində ticarət güzəştlərinin qarşılıqlı
edilməsi;
- ticarət mübahisələrinin danışıqlar və məsləhətləş-
mələr, ÜDT-də bu məqsədlə yaradılan mexanizmlərdən
istifadə etmək yolu ilə həll edilməsi;
- xarici ticarət əməliyyatlarını xüsusi-hüquqi əsaslar-
da aparılması.
QATT fəaliyyətinin əsas məzmunu üzv ölkələr aras-
ında gömrük rüsümlarının aşağı
endirilməsi ilə əlaqədar
danışıqlar təşkil etməkdir.
Dostları ilə paylaş: