Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


İqtisadi və hüquqi cəhətdən firmaların



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə21/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   126
beynelxalq-biznes

 
3.2. İqtisadi və hüquqi cəhətdən firmaların 
mövqeyi 
 


43 
Müxtəlif səbələrdən birbaşa xarici investisiyalar, bü-
tövlükdə dünya iqtisadiyyatına, o cümlədən onun özəyini 
təşkil edən beynəlxalq biznesə əsaslı təsir göstərir. İqtisa-
di və hüquqi cəhətdən və firmaların mövqeyindən bu aşa-
ğıdakılarla izah olunur: 
- özünü bilavasitə stabil bazarla təmin etmək və ya-
xud da üçüncü ölkənin bazarına çıxmaq üçün bundan
(nəqliyyat dəhlizi) trampilin kimi istifadə etmək;
- bu və ya digər istehsal bölmələri müxtəlif ölkə-
lərdə yerləşən beynəlxalq korporasiyaların özlərinə‖ daxi-
li bazar‖ yaratması, bunula da istehsalın və kapitalın bey-
nəlmiləlləşməsinin artması; 
- özlərinin mənafelərini regional və daha geniş bey-
nəlxalq miqyasda dövlətlərarası münasibətlərə daxil et-
mək; 
- beynəlxalq investisiyaları daxili işlərinə qarışma-
maq prinsipinə əməl etməklə dövlətlərarası əməkdaşlığın 
mühüm amili kimi tanınması. Birbaşa xarici investitsiyaya
geniş və dar mənada tərif vermək olar. Dar mənada bir-
başa xarici investisiya dedikdə, müəsissənin üzərində nə-
zarət etmək hüququ əldə etmək və digər möhkəm iqtisadi 
əlaqə qurmaq məqsədi ilə ehtiyatların və kapitalın sərhəd-
ləri aşan hərəkətini əhatə edir. Belə yanaşmaya görə inves-
tor kimi hər hansı ölkədə rezident olmayanlar və və xarici 
ölkədən də rezidentlər çıxış edə bilərlər. Hər iki kateqori-
ya üçün birbaşa xarici investisiyanın yaranmasının belə 
yolları göstərilir: 100% xarici investora məxsus olan 
müəssisələrin, qız şirkətlərinin, şöbələrinin yaradılması və 
ya genişləndirilməsi;
- mövcud müəssisələrin tam mülkiyyətə satın alınması;


44 
- mövcud olan və ya təzə yaradılan müəssisələrdə 
iştirak etmək;
- 5 il və ya daha üzun müddətə borc götürmək.
2002-ci ildə İrlandiya Respublikasında keçirilən Re-
ferendum daha on ölkənin Avropa Birliyinə daxil olması 
ilə onun genişlənməsinə zəmin yaratdı: üç Baltik ölkəsi, 
Macarıstan, Polşa, Çex Respublikası, Slovakiya, Kipr, 
Malta və Sloveniya. Vahid Avropanın belə genişlənməsi 
bir çox həm kommersiya, həm də qeyri-kommersiya təşki-
latları üçün əhəmiyyətli nəticələrin əldə olunmasına 
gətirib çıxaracaq. Avropa Birliyi əhalisinin sayı 20% artdı-
ğı halda ÜDM-si ancaq 5% artacaq (Fishburn and Green, 
2002). Misal üçün, işçi qüvvəsinin dəyərində əhəmiyyətli 
fərqlərin olması, yəqin ki, bir çox firmaların yerdəyişməsi 
ilə bağlı sualların yaranmasına səbəb olacaq. 1992-ci ildə 
Macarıstanda bir saatlıq işə görə 1.6 funt sterlinq ödəndiyi 
halda, Almaniyada bu rəqəm 14 funt sterlinqə bərabər idi. 
Məlumdur ki, siyasi-iqtisadi gündəmdə olan bəzi 
əsas problemlər təşkilatlara ciddi şəkildə təsir göstərirlər: 
 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin