13
Beynəlxalq biznesdə məhsul istehsalı hər hansı bir
ölkə şirkətlərinin digər ölkənin ərazisində sənaye – isteh-
sal müəssisələri təşkil etməklə, burada yeni sənaye sahəsi
yaratmaqla məhsul istehsalını təşkil eidr. Bu zaman həmin
ölkənin xammalından və ya işçi qüvvəsindən istifadə
olunması əsas amillərdəndir. Onu da qeyd etmək lazımdır
ki, məhsul istehsalında biznes əlaqələri zamanı istehsal
olunan məhsul istehsal olunan
ölkənin və ya bu ölkəyə
yaxın ölkələrin bazarlarında satılır. Məhsul istehsalı
sahəsində beynəlxalq biznes adətən inkişaf etmiş ölkələr
tərəfindən, inkişaf etməkdə olan ölkələrdə həyata keçirilir.
Kommersiya və ticarət həm dövlət orqanları, həm də
sahibkarlar tərəfindən aparıla bilər. Müasir beynəlxalq əla-
qələrin inkişafında iri, orta və kiçik biznes sahibkarlarının
hər biri beynəlxalq ticarət və kommersiya sahələrində fəa-
liyyət göstərirlər. İnkişaf etmiş ölkələrin iqtisadi sosial
həyatında kiçik müəssisələr mühim yer tutur. Bu ölkələrdə
ümummilli məhsul istehsalının 70%-i kiçik müəssisələrin
üzərinə düşür.
ABŞ-da 15 milyondan çox kiçik müəssisə fəaliyyət
göstərir və ümummilli məhsulun 40%-i onların fəaliyyəti-
nin nəticəsidir. Belə ki, bu firmalar öz növbəsində beynəl-
xalq biznesin də inkişafına təsir göstərirlər.
Onu da qeyd
etmək lazımdır ki, iri şirkətlərin inkişafının və beynəlxalq
əlaqələrin sürətlənməsinin əsas amillərində biri də kiçik
biznesin inkişaf etməsidir. Kiçik müəssisələr eyni zaman-
da iri şirkətlərin təchizatçısıdır. Məsələn, ―Toyota‖
firmasının 300-ə qədər kiçik subpodratçı firmalarla əlaqəsi
vardır ki, onlar bu firmanı müxtəlif hissələrlə təmin
edirlər.
14
Beynəlxalq biznesin məzmununun həm ölkələrarası
əlaqələrin təşkilindən, həm bu əlaqələrin formaları və
əlaqələrin yaranmasında iri, orta,
kiçik biznesin müxtəlif
dərəcələrdə iştirak etməsindən ibarət olması aydınlaşır.
Əmək bölgüsü anlayışı çox mürəkkəb və şoxcəhətli
anlayış olub müxtəlif səviyyələrdə özünəməxsus xüsusiy-
yətlərə malik olur. Belə ki, ilk ictimai əmək bölgüsü insan
cəmiyyətinin ilk inkişaf pilləsində insanların bir qisminin
heyvandarlıqla, digər qisminin isə əkinçiliklə məşğul ol-
masında biruzə verdi və ilk mübadilənin əsasını qoydu.
Əmtəə bölgüsünün dərinləşib
inkişaf etməsi nəticəsində
yeni-yeni istehsal və xidmət sahələri meydana gəldi.
Əmək bölgüsü bu müstəqil sahələrin bir-birindən asılılı-
ğını gücləndirərək mübadilənin daha da inkişaf etməsinə,
yeni və daha mürəkkəb münasibətlərin yaranmasına səbəb
oldu.
Kapitalizm cəmiyyəti əmək bölgüsünün inkişafında
yeni mərhələ oldu. Artıq əmək bölgüsü təkcə təsərrüfatlar,
sahələrarası münasibətlər kimi deyil həm də hər bir müs-
təqil əmək növünün daha kiçik əmək növlərinə bölünməsi
nəticəsində yeni firmadaxili əmək bölgüsünə səbəb oldu.
Beləliklə, əmək bölgüsünün ümumi, xüsusi, və fərdi əmək
bölgüsü kimi növləri yarandı. Beynəlxalq əmək bölgüsü -
əməyin ictimai ərazi bölgüsünün yüksək forması olub
ayrı-ayrı ölkələrin müvafiq məhsul və xidmət növlərinin
istehsalı üzrə ixtisaslaşmasıdır.Yəni
ölkələrdə təbii-iqlim
və digər şərtlərdən asılı olaraq qərarlaşmış olan istehsal
şəraitinə uyğun olaraq həmin məhsul və xidmətlərin ən az
xərclə istehsal olunmasıdır. Bu ixtisaslaşma hər bir ölkə-
nin dünya təsərrüfatında yerini müəyyənləşdirməklə ya-
15
naşı, eyni zamanda ölkələrarası
iqtisadi əlaqələrin möv-
cudluğunu obyektiv zərurətə çevirir.
Beynəlxalq əmək bölgüsünün nəticəsi olaraq, ölkələr
arasında ticarət genişlənir, kapital qoyuluşu, kreditlərin
verilməsi, elmi-texniki əməkdaşlıq mümkün olur. Bu pro-
ses dərinləşdikcə dünya bazarı inkişaf edir və dünya təsər-
rüfatının formalaşmasına səbəb olur.
Dünya ölkələri arasında ixtisaslaşma inkişaf etdikcə
və əmək bölgüsü dərinləşdikcə ölkələrarası
kooperasiya
əlaqələri də güclənir. İstehsalın kooperasiyalaşması hər bir
ayrıca məhsul istehsalında ən yüksək iqtisadi nəticə əldə
etmək məqsədi ilə bir-birini tamamlayan ixtisaslaşmış is-
tehsalın qarşlıqlı əlaqəsidir.
Dostları ilə paylaş: