10
FƏSİL 1. BEYNƏLXALQ BİZNES MAHİYYƏTİ,
MƏZMUNU VƏ MƏQSƏDİ
1.1.Beynəlxalq biznesin mahiyyəti.
Beynəlxalq biznes iki və ya daha artıq ölkədə tərəf-
daşlarla işgüzar əməkdaşlığın həyata keçirilməsini nəzərdə
tutur. Bir ölkədən xammal və materialların alınması və
onların gələcəkdə təkrar emalı
üçün başqa bir ölkənin
ərazisinə daşınması, hazır məhsulun pərakəndə ticarət
məqsədi ilə bir ölkədən başqa ölkəyə daşınması, daha
ucuz işçi qüvvəsindən istifadə etməklə gəlir əldə olunması
məqsədi ilə xarici ölkələrdə müəssisələrin yaradılması,
digər ölkədə əməliyyatların maliyyələşdirilməsi üçün bir
ölkənin bankından kreditin alınması kimi əməliyyatları
nümunə olaraq göstərmək olar.
Beynəlxalq biznesdə bir
qayda olaraq xarici ölkələ-
rin qəbul etdiyi dönərli valyutalardan istifadə olunur. Bey-
nəlxalq biznesdə ayrı – ayrı ölkələrin qanunvericiliyində
fərqlər olur və hər iki tərəf bu qanunvericiliyin qoyduğu
qaydaları bilməli və ona riayət etməlidirlər. Ayrı – ayrı
ölkələrin dil, din və mədəniyyətləri arasında bir sıra
fərqlər mövcuddur ki, bu istər danışıqların aparılmasında,
istərsə də sonrakı fəaliyyətdə özünü göstərir.
Bir ölkənin
xammal ehtiyyatı, iş qüvvəsinin dəyəri, elmi – texniki
inkişafı
digərindən fərqli olduğundan, istehsal olunan
məhsulun maya dəyəri digər ölkəninkindən xeyli fərqli ola
bilər. Beynəlxalq biznes əlaqələrinin inkişaf etməsi müasir
dövrün regional, iqtisadi inteqrasiyasının artması, dünyada
qloballaşma proseslərinin daha da inkişaf etməsi, beynəl-
11
xalq aləmdə, dünya mədəniyyətinin yaxınlaşmasına, başqa
sözlə mədəniyyətlərin inteqrasiyasına köməklik göstərir.
Beynəlxalq biznesin mahiyyəti yuxarıda qeyd
olunanların nəzərə alınması şərti ilə iki və daha artıq ölkə
arasında iqtisadi əlaqələrin qurulmasından ibarətdir. Belə-
liklə, beynəlxalq biznes ölkələrarası iqtisadi
münasibətlər
formasıdır ki, bu münasibətlərdən hər iki ölkənin, yaxud
bir neçə ölkənin iqtisadiyyatı faydalanır.
Müasir dövrün başlıca qanunauyğunluqlarından biri
dünya ölkələrinin inkişafının,
ğünü-ğündən tamlaşan və
özü-özünə inkişaf edən sistem kimi formalaşan dünya iqti-
sadiyyatından asılılığının artmasıdır. Bu proses ictimai is-
tehsalın inkişafının daha yüksək səviyyəsi olan, çoxtərəfli
və mürəkkəb iqtisadi münasibətlərdən ibarət olan dünya
iqtisadiyatının yaranmasına gətirib çıxarmışdır. Dünya iq-
tisadiyatının inkişafında iştirak edən ölkələr bu prosesdə
təbii olaraq müxtəlif rollar yerinə yetirməklə yanaşı, eyni
zamanda müxtəlif vəzifələri həll edirlər.
Qeyd etmək la-
zımdır ki, bu ölkələrin hər birinin ən başlıca məqsədi-bə-
şəriyyətin malik olduğu məcmu iqtisadi potensialdan mak-
simum üstün istifadə etməkdir. Bununla yanaşı hər bir öl-
kənin beynəlxalq əhəmiyyəti, o ölkənin iqtisadi potensialı,
dünya əmtəə və xidmətlər istehsalında rolu, texnoloğiya-
sının, maliyyəsinin dünya iqtisadi sistemində payı ilə
müəyyənləşir.
Dünyada iqtisadi proseslərin ğetdigcə daha yüksək
səviyyədə beynəlmiləlləşməsi və iqtisadi inteqrasiyanın
daha da artdığı müasir şəraitdə bu proseslərin məzmununu
təşkil edən beynəlxalq iqtisadi münasibətlərin araşdırılma-
sının, onun inkişaf meyllərinin müəyənləşdirilməsinin hər
bir ölkə üçün mühüm aktuallıq kəsb etdiyini nəzərə alsaq,
12
yeni müstəqillik əldə etmiş və dünya təsərüfatına inteqra-
siya olunmaq xətti götürmüş Azərbaycan Respublikası üç-
ün xüsusilə aktual olduğunu qeyd etməliyik.
Beynəlxalq iqtisadi münasibətlər,
beynəlxalq əmək
bölgüsünə əsaslanan müxtəlif dünya ölkələrinin milli iqti-
sadiyyatları arasında yaranan elmi-texniki, istehsal, ticarət,
maliyyə-valyuta, pul-kredit və informasiya münasibətlə-
rindən ibarət olan müxtəlif təsərüfatçılıq münasibətləri sis-
temi kimi özünü göstərir.
Belilklə, müasir şəraitdə hər hansı ölkə ümumbəşəri
nailiyyətlərə əsaslanaraq özünün milli iqtisadiyyatını sü-
rətlə
inkişaf etdirmək, ölkə əhalisinin maddi rifah halını
yüksəltmək istəyirsə, onda beynəlxalq iqtisadi münasibət-
lərin iştirakçısına çevrilməli və xalqın milli mənafelərini
daha yüksək səviyyədə əks etdirən mövqe qazanmalıdır.
Dostları ilə paylaş: