224
Bütün bunlara baxmayaraq ―Böyük İpək Yolu‖ layi-
həsinin həyata keçirilməsi davam etdirilir və bu sahədə
artıq xeyli iş görülmüşdür.
GÜAM bir təşkilat kimi üzv olan ölkələr arasında
iqtisadi və siyasi əlaqələrin yaranması kimi formalaşsa da
sonradan beynəlxalq əməkdaşlıq təşkilatına çevrilmişdir.
GÜAM Xarici İşlər Nazirləri Şurasının bəyənatında
bu təşkilata üzv olan dövlətlərin
ərazisində mövcud olan
münaqişələrin həlli məqsədi ilə bir sıra tədbirlər görül-
məkdədir. Belə ki, BMT, ATƏT təşkilatlarında birgə möv-
qedən çıxış edərək məqsədyönlü iş aparmaq üçün GÜAM
dövlətləri arasında razılaşma əldə olunmuş, GÜAM
dövlətlərinin beynəlxalq təşkilatlar nəzdindəki Daimi Nü-
mayəndəliklərinin fəaliyyət planları qəbul olunmuşdur. Bu
istiqamətdə aparılan işlərin nəticəsi kimi ―GÜAM
ərazi-
sində uzanmış münaqişələr və onların beynəlxalq sülhə
təhlükəsizlik və inkişafa təsiri‖ adlanan 42 bənd BMT-nin
61-ci sesiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr
2007-ci il tarixdə bu bənd altında eyni adlı qətnamə layi-
həsi baxılması üçün BMT Baş Assembleyasında rəsmi ya-
yımlanmışdır.
―GÜAM – Avropanın
Şərqinə yenidən inteqrasiya
(dezinteqrasiya) əldə edərək‖ şüarı altında keçirilən
GÜAM-ın 2008-ci il Zirvə Toplantısı çərçivəsində qəbul
olunacaq sənəd layihələrinə baxılmış, rəy və təkliflər bil-
dirilmişdir. Azərbaycanda GÜAM Beynəlxalq İnvestisiya
Fondunun yaradılması məsələsinə baxılmış,
bununla əla-
qədar müvafiq təhlillər aparılmışdır. ―GÜAM-ın inkişaf
strategiyası‖ adlı konfransda müvafiq sənədlər hazırlan-
mışdır.
Azərbaycanın bir illik sədrliyi dövrü GÜAM təşkilatı
üçün daha uğurlu keçmişdir. Bakı Zirvə Toplantısından
225
sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu – York
GÜAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını,
GÜAM – ABŞ və GÜAM – Polşa görüşlərini 10 oktyabr
2007-ci il tarixli ―GÜAM+‖ formatında Vilnüsdə GÜAM-
ın 10 illiyinə həsr olunmuş Zirvə Toplantısının 30 oktyabr
2007-ci il tarixli Vaşinqtonda GÜAM – Abş görüşünü, 29
noyabr tarixli Madriddə GÜAM Xarici İşlər Nazirliyi Şu-
rasının növbəti iclasını 4-5 dekabr 2008-ci il tarixli Toki-
yoda GÜAM – Yaponiya görüşünü, ―GÜAM ərazisində
uzadılmış münaqişələr və onların beynəlxalq sülh təhlükə-
sizlik və inkişafa təsiri‖ adlı
qətnamə layihəsinin BMT
Baş Assembleyasında yayılmasını GÜAM – Avropa – İtti-
faqı əlaqələrinin genişləndirilməsi üçün ―GÜAM-ın – Aİ-
da dostları‖ qrupu formatında Avropa İttifaqı dövlətlərinin
Xarici İşlər Nazirlərinin ekspertləri səviyyəsində görüşü,
19 mart 2008-ci il tarixli GÜAM Avropa Şurası görüşünü,
29-30 aprel 2008-ci il tarixli ―GÜAM – tranzit‖ beynəl-
xalq konfranslarını və digər tədbirləri xatırlamaq GÜAM-
ın beynəlxalq bir təşkilat kimi formalaşmasını təsdiqləyir.
GÜAM dövlətləri ilə xarici ticarət dövriyyəsinin
həcmi 1 mrd. 157 mln. 170 min ABŞ dolları təşkil etmiş-
dir.
Bu isə GÜAM Təşkilatının təkcə siyasi deyil həm də
iqtisadi bir təşkilat kimi özünü doğrultduğunu təsdiq edir.
GÜAM – bu gün inkişaf
etməkdə olan beynəlxalq
əməkdaşlıq qrumudur.