29
çalışır, beynəlxalq standartlara
uyğun əmtəə istehsal et-
məyə çalışırlar.
Əmtəələrin beynəlxalq hərəkətliliyi – dünya bazarı-
nın əsas xarici əlaməti əmtəə və xidmətin ölkələrarası hə-
rəkətindən ibarətdir.
Əmtəələrin hər hansı bir xarici ölkədən ikinci bir öl-
kə bazarına daxil olmasına ixrac əməliyyatı deyilir. İxrac
olunan əmtəələrin satış qiymətlərinin üzərinə əlavə xərclər
də daxil edilir. Bu əlaqə yaradan mənbəələr aşağıdakılar-
dır:
1. Nəqliyyat xərcləri.
2. Anbarlaşdırma, saxlanc xərcləri.
3. Gömrük rüsumları.
4. İxrac mallarına təyin edilmiş vergilər və s.
Bəzən əmtəələrin ixracına müəyyən kvota və ya li-
senziyalaşdırma da tətbiq olunur.
İdxalda kəmiyyət məhdudiyyətlərinin ən çox yayıl-
mış üsulu kvota hesab edilir.
Kvota-əmtəənin ixracını və
idxalını müəyyən zaman ərzində müəyyən edilmiş kəmiy-
yət və məbləğ həddində məhdudlaşdıran kəmiyyətin
qeyri-
tarif vasitəsidir.
Öz fəaliyyət istiqamətinə əsasən kvotalar ixrac və
idxal kvotaları olmaqla iki yerə bölünürlər.
İxrac kvotala-
rı həm müəyyən əmtəə üzrə ümumi ixracda
hər bir ölkə-
nin payını müəyyən edən beynəlxalq müqavilələrə uyğun
olaraq (OPEK ölkələrindən neft ixracı), həm də daxili ba-
zarda əskik olan əmtəələrin ixracının qarşısını almaq məq-
sədilə ölkə hökumətləri (1990-cı
illərin əvvəllərində Uk-
raynada şəkər ixracı) tərəfindən tətbiq edilir.
Dostları ilə paylaş: