Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Elmi-texniki tərəqinin inkişafında innovasiya



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə11/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   126
beynelxalq-biznes

1.4. Elmi-texniki tərəqinin inkişafında innovasiya 
sahibkarlığı. 
 
Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə elmi-tex-
niki tərəqinin inkişafı innovasiya sahibkarlığı ilə bağlıdır. 
Ümumiyyətlə, sahibkarlığın 2 formasını fərqləndirmək 
olar: onlardan biri yeniliklərin tapılması və həyata 
keçirilməsidir ki, buna da innovasiya sahibkarlığı deyilir. 
Digəri isə xalis bazar sahibkarlığıdır. Buna da marketing 
deyilir. Elmi-texniki nəaliyyətlərin istehsala tətbiqi 
innovasiya adlanır. İnnovasiya prosesi hər şeydən əvvəl 
aşağıdakıların yerinə yetirilməsindən ibarətdir:
- məhsulun modernləşdirilməsi;
- yeni istehsal vasitələrinin istehsal prosesinə cəlb 
edilməsi; 


20 
- yeni texnologiya və məhsulun istehsalı üsularından 
istifadə edilməsi;
- istehsalın təşkili və idarə olunmasının daha mütə-
rəqqi formaları; 
İnnovasiyanın nəticələri aşağıdakılardan ibarətdir: 
- məhsulun çeşidi təzələnir;
- rəqabət qabiliyyəti yüksəlir;
- əhalini tələbatının ödənilməsinə kömək edir; 
- istehsalın səmərəliyi yüksəlir; 
- məhdud resurslardan qənaətlə istifadə olunur; 
- istehsal xərcləri azalmaqla mənfəət artır; 
- yeniliklər sosial nəticələrlə səciyyələnir. 
Lakin innovasiya sahibkarlığını təşkil etmək o qədər 
də asan deyil. İlk əvvəl bunun üçün çoxlu miqdarda maliy-
yə vəsaiti tələb olunur. Bu çətinliyi aradan qaldırmaq yol-
larından biri də lizinq müqavilələrinın bağlanmasıdır. Bu 
müqaviləyə uyğun olaraq, lizinq şirkəti sifariş olunan ma-
şın, avadanlıq və s. malı istehsalçıdan alır və sifarişçiyə 
icarəyə verir. Müqaviləyə əsasən icarə haqqı amortizasiya 
ayırmaları və lizinq şirkətinin mənfəətindən ibarət olur. 
Beynəlxalq biznesdə də sahibkarlıq formaları biznes fəa-
liyyətinə uyğundur. 
Gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə 
hüquqi, yaxud fiziki şəxs kimi məşğul olmaq olar: 
a) Fiziki şəxs kimi: Fərdi sahibkarlıq. 
b) Hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşqul 
olmaq: 
- tam ortaqlıqlar, kommandit ortaqlığı; 
-məhdud 
məsuliyyətli 
cəmiyyətlər, 
səhmdar 
cəmiyyəti; 
- kooperativlər. 


21 
Fiziki şəxslərlə hüquqi şəxslər sahibkarlıq fəaliyyə-
tinin həyata keçirilməsində eyni hüquqlara malikdirlər. 
Fərdi sahibkarlıq dedikdə, hüquqi şəxs yaratmadan 
gəlir əldə etmək məqsədi ilə yaradılan sahibkarlıq fəaliy-
yəti başa düşülür. Bu növ fəaliyyət həmin şəxslərin mül-
kiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz boynuna 
götürməklə həyata keçirilir. 
Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada 
dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir 
qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öh-
dəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak 
və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata ke-
çirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya ca-
vabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil 
balansı olmalıdır. 
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfin-
dən, o cümlədən həm fiziki, həm də hüquqi şəxslərin işti-
rakı ilə yaradıla bilər.
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya 
olmaqla iki qrupa ayrılırlar: Fəaliyyətinin əsas məqsədi 
mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxs-
lər kommersiya hüquqi şəxsləri sayılır. Qeyri-kommersiya 
hüquqi şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxs-
lərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu növ 
hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və 
götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür.
Tam ortaqlığın iştirakçıları nizamnaməyə müvafiq 
surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul 
olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla 
məsuliyyət daşıyırlar. 


22 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin