Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


partiya mal bir neçə mümkün alıcıya təklif edilir, həm də



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə38/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   126
beynelxalq-biznes


partiya mal bir neçə mümkün alıcıya təklif edilir, həm də 


92 
buna cavab üçün müddət qoymur. Kontrogent yazılı ra-
zılığını bildirənədək sövdələşmə bitmiş hesab olunur. 
Müasir şəraitdə sərbəst ofertdən nadir hallarda istifadə 
edilir. 
İxracat sövdələşmələrinə hazırlıq üsullarından biri də 
sifariş şərtlərinin öyrənilməsidir. Bu satıcı (ixracatçı) tərə-
findən öyrənilir və 2 formadan ibarətdir: 
a) ― Sizin ...... saylı 70 tornaçı dəzgahı haqqında sifarişi-
nizi aldığımızı dəstəkləyirik. Sifariş yerinə yetiriləcəkdir‖ 
b) ―Sizin 70 dəzgah haqqında sifarişinizi qəbul etdik və 
onu icra edəcəyik‖. 
Beləliklə, ixracat sövdələşmələrinin hazırlanması 
üçün öncədən aşağıdakı sənədlər zəruridir: 
a) təklif (oferta); 
b) müqavilə (alıcı və satıcı arasında razılaşmaya şa-
hidlik sənədi); 
c) sifarişin təsdiq edilməsi sənədi; 
ç) hesab proforma (ilkin sənəd, yəni hazırlıq üçün 
lazım olan ― hesab‖ kimi bəyənilmiş sənəd);
d) malgöndərmə üzrə təlimat üçün sifariş sənədi və s. 
 
 
 
 
 
 
 
 
 
 


93 
FƏSİL 6. BEYNƏLXALQ TİCARƏTİN 
MAHİYYƏTİ VƏ ƏLAMƏTLƏRİ 
6.1. Beynəlxalq biznesə dair nəzəri baxışlar 
Klassik beynəlxalq ticarət nəzəriyyəçilərindən olan 
Adam Smit və mütləq üstünlüklər nəzəriyyəsi – Ticarət 
kapitalının iqtisadi düşüncəsinə, yəni merkantalizmə qarşı 
fikir axını fizokratlar tərəfindən təbiətin gücü adı altında 
Fransada meydana gəldi. Merkantalistlərə görə insanlar 
dövlətin gücünü sərvətdə görür, sərvəti isə qızıl – gümüş-
dən ibarət hesab edirlər.
Fizokratlar isə milli gəlirin yaranmasında ticarətin 
rolunu qəbul etməmişdilər. Başqa sözlə onlar dəyərin 
mənşəyini tədavül sferasında deyil, istehsal sferasında 
axtarmağa başlamışlar.
Lakin onlar istehsal sferasını yalnız əkinçiliklə məh-
dudlaşdırırdılar, torpağı yeganə istehsal amili hesab edir-
dilər, sənayeni isə qeyri – məhsuldar adlandırırdılar. On-
ların fikrincə ilahi gücə malik olan təbii sistem, ―görünmə-
yən əl‖ iqtisadi hadisələri optimal şəkildə nizamlayır və 
ona görə də iqtisadiyyata dövlətin müdaxilə etməsinə ehti-
yac yoxdur. Bununla da beynəlxalq ticarətin də sərbəst bu-
raxılmasını nəzərdə tutan lideralizm anlayışının əsasını 
qoydular. 
Adam Smit ―Xalqların zənginliyinin mahiyyəti və 
səbəbləri haqqında tədqiqat‖ əsəri ilə merkantilizm ideya-
larına güclü zərbə vurdu. Onun fikrincə ticarət vasitəsi ilə 
dünyanın iqtisadi potensialının genişləndirilməsi imkanı 
vardır. 
Adam Smitdən sonra David Rikardo ―Müqayisəli üs-
tünlükləri nəzəriyyəsi ilə sübut etmişdir ki, hər hansı bir 


94 
ölkə bu və ya digər, əmtəənin istehsalında istehsal xərcləri 
baxımından mütləq üstünlüyə malik olmadığı halda da 
ölkələr arasında xarici ticarət aparıla bilər və bu ticarətdən 
hər iki ölkə faydalana bilər.O, hesab edirdi ki, hər bir 
ölkədə elə bir istehsal növü tapmaq olar ki, digər ölkədəki 
istehsaldan sərfəli olsun. 
Bu iki nəzəriyyədən sonra Heşkor-Ohlin nəzəriyyə-
sinə görə ölkələr arasında istehsal fərqlərindəki nisbi fərq-
lərin əsasını istehsal amillərinin dünyada qeyri bərabər 
bölgüsü təşkil edir. Həmin nəzəriyyənin mahiyyəti Ohli-
nin öz sözlərinə görə belədir: ―Hər hansı bir ölkə malik ol-
duğu bol istehsal amillərindən intensiv surətdə istifadə 
olunan əmtəələrin istehsalını təşkil etməklə üstünlük qaza-
nır. Digər tərəfdən, nisbətən az və ya heç olmayan istehsal 
amilləri intensiv istifadə edilən əmtəələrin istehsalında üs-
tünlüyə malik deyildir‖. 
Klassik ticarət nəzəriyyələri sonradan daha da inki-
şaf etməyə başlamışdır və nəticədə yeni daha dolğun nəzə-
riyyələr meydana gəlmişdir: Məsələn, M.Poznerin 
texnoloji üstünlük modelinə görə hər hansı bir ölkədə kəşf 
edilmiş texnoloji yenilikdən ticarət edən hər iki ölkə fayda 
əldə edə bilər. Belə ki, yenilikçi ölkə öz texnologiyasına 
digər ölkənin xammalını emal edir. Xammal ölkəsi isə ona 
çoxlu xammal satmaqla qazanır və ya onun texnologiyası-
nı almaqla faydalanır. 
Raymond Vernon texnoloji üstünlük nəzəriyyəsində 
məhsulun ―həyat dövrü‖ nəzəriyyəsini ortaya atmışdır. 
Y.Şumpetrin beynəlxalq ticarətdə rəqabət nəzəriyyə-
sinin yaradıcısı olmuşdur. 
BİM-in əsas formalarından biri olan beynəlxalq tica-
rətin ilk işartıları hələ quldarlıq dövründə müşahidə edil-


95 
məyə başlanmışdır. Buna görə də o BİM-in tarixən birinci 
və hazırda ən inkişaf etmiş forması sayılır. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin