Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə91/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   126
beynelxalq-biznes

FƏSİL 13.BEYNƏLXALQ Bİ ZNESDƏ 
 MARKETİNQ
 
 
13.1. Beynəlxalq marketinqin mühüm prinsipləri 
 
Beynəlxalq marketinq xarici bazarlara çıxış və rəqa-
bət mövqeyinin genişləndirilməsi, möhkəmləndirilməsi 
məqsədi ilə təsərrüfat subyekti tərəfindən xarici ölkələrin 
bazarlarının mənimsənilməsi üzrə onun xarici iqtisadi fəa-
liyyət çərçivəsində həyata keçirdiyi marketinq fəaliyyəti-
dir. Beynəlxalq marketinqin əsas funksiyası xarici iqtisadi 
fəaliyyətin miqyasını artırmaq və ya sürətləndirməkdir.
Xarici bazarlarda marketinq fəaliyyətinə bəzən daxili 
bazardakı oxşar fəaliyyətin davamı kimi baxılır, buna bax-
mayaraq o həm də bir sıra hallarda xüsusi iş metod və 
üsullarını tələb edən xeyli dərəcədə müstəqil, çox spesifik 
fəaliyyətdir.
Beynəlxalq marketinqin təşkili prinsipləri bir sıra 
ardıcıl addımların yerinə-yetirilməsindən ibarətdir: 
1. Məqsədlərin qoyuluşu . 
2. Tədbirlər proqramının işlənib hazırlanması və fəa-
liyyətin planlaşdırılması. 
3. Bazar konyukturunun, daxili və xarici mühitin təh-
lili. 
4. Daxili və xarici bazarın proqnozlaşdırılması . 
5. Bazarların seqmentləşdirilməsi. 
6. Əmtəə strategiyasının işlənməsi və qiymətəmələ-
gəlmə 
7. Tələbin formalaşdırılması və stimullaşdırılması 
proqramlarının işlənməsi və reallaşdırılması 


227 
Səmərəli marketinqin təmin olunmasında dünya ba-
zarının ilk növbədə bu və ya digər əmtəə və xidmətin dün-
ya qiymətlərinin, tələbin, səhmlərin, əsas valyuta məzən-
nələrinin, proqnozlarının vaxtında və keyfiyyətli işlənmə-
sinə mühüm yer ayrılır.
Beynəlxalq marketinq – cəmiyyətlərinin xarici döv-
lətlərin bazarlarında marketinq fəaliyyətidir, beynəlxalq 
inkişaf strategiyasıdır. 
Amerika firmalarını beynəlxalq marketinqlə məşğul 
olmağa iki amil sövq edir. Birincisi, onları buna daxili ba-
zarda marketinq imkanlarının zəifləməsi və ya konyuktu-
run dəyişməsi sövq edə bilər. Bunlar məcmu milli gəlirin 
artım templərinin aşağı düşməsi, dövlət tərəfindən sahib-
karlığa qarşı siyasətin yeridilməsi, həddən artıq yüksək 
vergilərin qoyulması, xarici valyutanın daxil olmasını ar-
tırmaq və ABŞ-ın xarici ticarət kəsirini ixtisar etmək məq-
sədi ilə, dövlət tərəfindən sahibkarların xarici bazara çıx-
mağa sövq edilməsidir. İkincisi, Amerika firmaları öz 
əmtəələri üçün başqa ölkələrdə açılan imkanların artması 
ilə xarici ticarət fəaliyyətinə cəlb oluna bilərlər. Onlar da-
xili bazardan çıxmayıb, xaricdə yerinə yetirilən əməliyyat-
larla bağlı bütün əlavə xərclərə və problemlərə baxmaya-
raq, özləri üçün cazibədar olan xarici bazarlar tapa 
bilərlər. 
Beynəlxalq marketinqin obyektiv xarakteri aşağıdakı 
əsas proseslərlə şərtlənir: 
1. İstehsalın və kapitalın qloballaşması və beynəlmi-
ləlləşməsi. 
2. Dünya təsərrüfatında vahid bazar məkanının orta-
ya çıxması. 
3. Beynəlxalq əmək bölgüsünün inkişafı. 


228 
XX əsrin ikinci yarısında dünya təsərrüfatının inkişa-
fının əsas fərqləndirici cəhətlərindən biri ondan ibarətdir 
ki, bu dövrdə beynəlxalq iqtisadi münasibətlər daha inten-
siv xarakter alır. Ölkələr arasında, eləcə də iqtisadi qrup-
laşmalar arasında iqtisadi münasibətlər yaranır, genişlənir. 
Bu kimi proseslər beynəlxalq əmək bölgüsündə, təsərrüfat 
həyatının beynəlmiləlləşməsində, milli iqtisadiyyatların 
açıq şəkil almasının genişlənməsində, bunların bir-birini 
tamamlamasında, yaxınlaşmasında beynəlxalq regional 
strukturların inkişafı və möhkəmlənməsində təzahür edir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin