231
Belə bir təəssürat yaranır ki, həm beynəlxalq, həm də
milli marketinqin son iqtisadi nəticəsi eynidir. Müasir
dövrdə beynəlxalq marketinqin müasir, yeni prinsiplərin-
dən istifadə olunur. Tamamilə aydındır ki, marketinq vəzi-
fələrin qoyulması, məqsədli bazarların
seçilməsi, beynəl-
xalq marketinq mövqeyinin müəyyənləşdirilməsi, marke-
tinq kompleksinin yaradılması
və marketinq nəzarətinin
yerinə yetirilməsi prinsipləri öz qüvvəsində qalır. Bütün
bu prinsiplər yeni deyil, lakin ölkələr arasındakı fərq çox
dərin ola bilər və buna görə də beynəlxalq bazar xadimi
xarici mühitdən xarici təsisatlardan baş çıxarmalı və
adamların marketinqin sövqedici üsullarına
necə reaksiya
verməsi barəsində özünün əsaslı təsəvvürlərinə yenidən
baxmağa hazır olmalıdırlar.
Beynəlxalq marketinqin məqsədləri və strategiyası
qısa, orta və uzunmüddətli ola bilər. Onlar şirkətin fəaliy-
yətinin mənfəət miqdarı, satış həcmi artıq mənimsənilmiş
bazar payı kimi göstəricilərə nail olmaq, yəni marketinq
fəaliyyətinin ayrı – ayrı istiqamətləri
üzrə nəailiyyətləri
qiymətləndirmək imkanını müəyyən edir. Beynəlxalq mar-
ketinqin məqsədləri bir qayda olaraq daxili marketinqin
məqsədləri ilə müqayisədə daha dinamikdir,
bu isə daha
çox beynəlxalq mühitin qeyri – müəyyənliyi ilə müəyyən
olunur.
Xarici bazarların mənimsənilməsi məsələləri mikro
və makro səviyyələrdə eyni zamanda həll etməyə imkan
verir. Mikro səviyyədə xarici bazara çıxdıqda bazar vəziy-
yətini möhkəmləndirmək, bazar payını artırmaq, təklif edi-
lən malın həyat tsiklini uzatmaq, mənfəəti çoxaltmaq im-
kanını görən şirkət öz məsələlərini həll edə bilir. Eyni za-
manda dolayısı yolla makro səviyyədə ölkənin milli iqtisa-
232
diyyatın məsələləri həll edilir. Bu isə aşağıdakılardan iba-
rətdir:
1. Daxili, xarici sosial – iqtisadi problemlər.
2. Milli, o cümlədən iqtisadi təhlükəsizlik problemləri.
3. Dünya iqtisadiyyatında nüfuz problemləri.
Düzgün və vaxtında təşkil olunmuş Beynəlxalq mar-
ketinq fəaliyyəti ən səmərəli xarici
iqtisadi fəaliyyət stra-
tegiyasının mühüm ilkin şərtlərini təmin edir. Bu şərtlər
isə aşağıdakılardan ibarətdir:
1. Xarici bazarda mövcud və yaxud potensial tələbin
aşkara çıxarılması əsasında konkret əmtəələrin istehsalının
zəruriliyinin əsaslandırılması.
2. Bazarın real ödəmə qabiliyyətinin nəzərə alınması
ilə bu tələbin həcminin aşkara çıxarılması.
3. Xarici istehlakçıların real tələbinə cavab verən
məhsulların model nümunələrinin yaradılması üzrə elmi –
texniki tərəqqi və konstruktor işlərinin – təşkili.
4. Rəqiblərin oxşar əmtəələri ilə müqayisədə xarici
bazarın tələblərinə daha tam cavab verən əmtəələrin isteh-
salı.
5. Xarici bazarın vəziyyəti, istehlakçıların zövqü ba-
rədə doğru və vaxtında informasiya.
6. Cari bazar konyukturasının tələbləri və inkişaf, is-
tehsal, satış, maliyyə fəaliyyətinin əlaqələndirilməsi.
7. Əmtəə məhsulları satışının forma,
metod və üsul-
larının təkmilləşdirilməsi.
8. Qoyulmuş məqsədə çatmaq üçün bazar subyekti-
nin fəaliyyətinin tənzimlənməsi və idarə edilməsi və nəza-
rətin təşkili.
Dostları ilə paylaş: