Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə92/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   126
beynelxalq-biznes

Marketinqin prinsipləri – marketinq fəaliyyətində 
yerinə yetirilən funksiyaların əsaslandığı ümumi prinsip-
lər; marketinq nəzəriyyəsinin əsas ilkin müddəaları. Yaxın 
keçmişə kimi belə hesab edirdilər ki, sosialist müəssisəsin-
də marketinq prinsiplərini bütövlükdə istifadə etmək qeyri 
– mümkündür. Amma bu, yalnış fikir idi. Belə ki, marke-
tinqin prinsipləri heç bir ictimai quruluşa ideoloji cəhətdən 
zərər vermir, əksinə, onun reallaşdırılması hər bir ölkənin 
sosial – iqtisadi, siyasi və digər şəraitdən asılı olaraq ayrı 
– ayrı müəssisələrdə ( firmalarda, şirkətlərdə, təşkilatlarda 
və s.) istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, marke-
tinq fəaliyyətində yerinə yetirilən funksiyalar bir sıra ümu-
mi prinsiplərə əsaslanır. 
Marketinqin ümumi prinsiplərni aşağıdakı kimi 
şərh etmək olar: 
- Təsərrüfatın yüksək rentabelli işləməsinin təmin 
edilməsi; 
- İstehsal – satış fəaliyyətinin bazarın tələblərinə isti-
qamətləndirilməsi; 
- Əmtəə istehsalının alıcıların təlabatından funksio-
nal asılılığı; 


229 
- Fəaliyyətin istehsalın imkanlarına görə yox
bazarın tələbinə uyğun olaraq təşkil edilməsi; 
- Bazarda yüksək rəqabət qabiliyyətinin təmin edil-
məsi; 
- Bazarın vəziyyətinin və onun perspektiv inkişa-
fının, eləcə də əmtəələrə və xidmətlərə alıcıların potensial 
tələbatlarının kompleks öyrənilməsi; 
- Alıcıların təlabatını tam ödəmək üçün əmtəə isteh-
salının, eləcədə əmtəələrə və xidmətlərə alıcıların poten-
sial tələbatlarının kompleks öyrənilməsi
 
 
13.2. Beynəlxalq marketinqin dialektikası. Bey-
nəlxalq marketinq strategiyası və marketinq tədqi-
qatlar sistemi 
Beynəlxalq marketinqin dialektikası ondan ibarətdir 
ki, iqtisadi müstəqilliyə səy göstərilməsi və milli iqtisadiy-
yatın möhkəmləndirilməsi nəticə etibarı ilə dünya təsərrü-
fatının beynəlmiləlləşməsinə, milli iqtisadiyyatın açıq xa-
rakter almasına və beynəlxalq əmək bölgüsünün dərin-
ləşməsinə gətirib çıxarır. Dövlətlər arasında beynəlmiləl-
ləşmə artdıqca, beynəlxalq ticarətin həcmi və miqyası də-
yişir və genişlənir. Beynəlxalq mübadilə və dünya ticarəti 
daha sürətlə artır. 
Beynəlxalq istehsalın inkişafı şəraitində beynəlxalq 
marketinq obyektiv zərurətə çevrilir. 
Beynəlxalq marketinqin obyektiv zərurətə çevrilmə-
sini dünya ticarətinin qloballaşmasının sürətlənməsi, isteh-
sal amilləri, müasir dünya iqtisadiyyatının maliyyə xarak-


230 
terinin dərinləşməsi və s. beynəlmiləlləşmə şəraitində fir-
manın uyğunlaşması amili kimi çıxış edir. 
Beynəlxalq marketinq müəssisənin daxili bazara nis-
bətən xarici bazara çıxma xüsusiyyətlərində müəssisə 
üçün daha yüksək və ənənəvi olmayan risklər öyrənilmə-
sində əhəmiyyətlidir. Marketinqin bu iki növünü fərqlən-
dirən aşkar xüsusi əlamətlərdən başqa digər fərqləndirici 
xüsusiyyətləri də göstərmək olar: 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin