1. Şifahi xalq ədəbiyyatı
Mahammat apendi (əfəndi) Osmanov 1883-cü ildə Peterburqda çap etdirdiyi kitaba noqaylardan və qumuqlardan toplanmış folklor nümunələrini və yazarı bəlli olan şeirlər daxil etmişdir. Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsində 1880-ci illərədək türk dili dərsi deyən M.E.Osmanov “Nоqайskiе i kumskskiе tеksts (Sbоrnik nоqайskiх i kumskskiх pеsеn, prеdаniй, pоqоvоrоk, pоslоviц)„ kitabını dərslik kimi çap etdirmişdir. Tələbələr ondan “Oxu kitabı” qismində istifadə etmişlər.
Altay dilləri nəzəriyyəsinin qurucusu Q.J.Ramsted Quzey Qafqazda qumuq türkcəsinin geniş yayılmasının, qonşu xalqlar arasında ünsiyyət vasitəsinə çevrilməsinin səbəblərini öyrənmək üçün 1904-cü ilin sonlarında Dağıstana gəlir. O, burada qumuq ləhcəsinə, ədəbiyyatına, folkloruna və etnoqrafiyasına dair materiallar toplayaraq araşdırmalar aparır. Çox təəssüf ki, onun topladığı mətnlər zamanında çap olunmadığından uzun illər elmi araşdırmalardan kənarda qalır. Nə yaxşı ki, professor Emine Gürsoy-Naskali bu məsələyə diqqət yetirərək, 1991-ci ildə həmin mətnləri Helsinkidə ingiliscəyə tərcümələri ilə birlikdə çap etdirmişdir (Pekacar Çetin, 2003:319-340, 4-cü cild).
Q.J.Ramsted qumuq türkcəsinə təsadüfən belə önəm verməmişdir. 1918-ci ildə keçirilən Quzey Qafqaz xalqlarının milli qurultaylarında qumuq türkcəsi dağlı xalqları adlandırılan 50-ə yaxın xalqın və etnik qrupun ortaq dili kimi qəbul edilmişdi.
Professor Bəkir Çobanzadə 1926-cı ildə Bakıda qumuq dili və ədəbiyyatından bəhs edən silsilə məqalələr yazaraq onların bir qismini jurnallarda çap etdirmişdir (Çobanzadə Bəkir, 1925:29-31, sayı, 3). Az sonra bu məqalələri Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatında ərəb qrafikalı əlifba ilə kitab kimi çap etdirmişdir (Çobanzadə Bəkir, 1926). „Qumuq dili və ədəbiyyatı tədqiqləri„ adlı 105 səhifəlik bu kitab olduqca yüksək elmi dəyərə sahibdir. Uzun müddət qumuq dili və ədəbiyyatı haqqında bu səviyyədə əsər ortaya qoyulmamışdır.
Azərbaycanın mühacirətdə olan ictimai-siyasi xadimi və elm adamı Mirzə Bala Məmmədzadə Islam Ensiklopediyasında qumuqlar haqqında yazdığı məqaləsində onların tarixindən, soykökündən bəhs etməklə yanaşı, ədəbiyyatları haqqında da bilgi vermişdir (Mirza Bala, 1967:986-990, 6.cild). O, yazır: “Kumuklarda ve komşularında yır-kazak tabiri meşhurdur. Kumuklar yır yaratmakla tanınmışlardır. Halkın hafızasında kalan Irçı Kazak gibi en eski yır şairleri: Aksaylı Batır-Ay (Batray-Ə.Ş.), Tarkili Ananay-Arslan ve Torkalı Piridir. Yakın zamanların yır şairleri şunlardır: Aksaylı Sultanbeg, Endireyli Ansari Zülkameyn (Bu şəxs Aşıq Ansar kimi də tanınır-Ə.Ş.), Hamamatyurtlulı Alıp-Murza (Alıpmurza) ve Kostekli Harun.
Kumuk halk edebiyatının lirik kısmını sarın denilen dördlükler ile yas adını taşıyan ağıtlar teşkil eder. Düğün ve eğlencelerde ve alelumun münasip düşen her fırsatta, bir çalğıcının refakatinde, irticalen söylenen dörtlükler, medhiyenin zıddı olan ve Azerbaycanda bedhiye (bedye) denilen ve tenkidi-hicvi bir mahiyet taşıyan halk şiirinin aynıdır. Her iki memlekette karşı-karşıya gelen iki şahs, o günün hakim bir mevzunu ve ya meseleni ele alarak, sıra ile dördlüklerini düzerler. Ekseriya dinleyenler de, el çırpmak sureti ile, buna iştirak ederler. Yas ise, matem günlerinde, bir ölü üzerinde ve ya arkasından söylenen ve benzerine yine Azerbaycanda şahid olduğumuz ağıtlardır (ağı)” (Mirza Bala, 1967:989, 6.cild).
Qumuq ədəbi dilinde yas, Quzey qumuqlarında vayax ve Güney qumuqlarında şahalay kimi işlədilən kəlmə həm mərasimə, həm də mərasimdə nəzm və nəsrlə söylənənlərə verilən addır. Keçmişdə gənç və ya toplumda nüfuz sahibi olan birisi öldüyündə, bir qadın başına torba geyərək ağılar söylər, başqa qadınlar “vöv-vöv!” diyərlər, kişilər isə “ay!” deyə bağırıb döyünərək dairəvi şəkildə dolanırmışlar. Bəzən ölənin atını da dolandırarlarmış. Bu mərasim qədim türklərdəki insan öldükdən sonra o biri dünyada da yaşadığı inancı ilə bağlıdır.
Azərbaycanla sıx əlaqədə olan, XX yüzilin əvvəllərində kadrlarının burada hazırlanmasına üstünlük verən qumuqlar kitab, qəzet və jurnallarını, məqalələrini də burada nəşr etdirməyə üstünlük verirdilər. N.M.Şabarov topladığı nağılı ruscaya çevirərək Bakıdakı Azərbaycanı Öyrənən Cəmiyyətin Xəbərlərinin 1927-ci il 4-cü sayında çap etdirmişdir.
Araşdırıcı Afaq Xürrəmqızı “Azərbaycan mərasim folkloru” əsərində aşağıdakı sitatları yazarkən Bəkir Çobanzadənin qumuqlar haqqındakı kitabına istinad etmişdir: 1. “Nisbətən son dövrlərdə çar Iraklinin cənazəsi ətrafında “çianuri” çalan ağiçının dil deyib ağlaması da mahiyyəti etibarilə türklərin yuğ törənini xatırladır (278; 53). Qırğızların “jok toşuu”, qazaxların “jok tau jilau” (245; 346), çuvaşların “sas kalarni” (158; 51), Kırım türklərinin “tokmak” ağı mərasimi (326; 101) də azərbaycanlıların analoji mərasimi kimi mənşəyini adıçəkilən törəndən götürür”. (Xürrəmqızı Afaq, 2002:135).
2. “Qumuq ağıları – “vayax”lar da bəzən qarğış əsasında qurulur:
Dars oxuyqan medresen bozulsun
Kitablarınq xar ayağına yozulsun
Kalam-tarın kara özenqe açılsın (326; 101)”
Dostları ilə paylaş: |